“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   2   3   4   5   6   7   8   9   ...   43

lərdə nəşr olunan nüfuzlu jurnallarda huma nitar

və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə

altı məqaləsi dərc edilmə lidir. Beynəlxalq elmi

ictimaiyyət tərəfin dən birmənalı olaraq nüfuzlu

hesab edilən jurnallarda məqalələrin dərci üçün

yüksək səviyyədə elmi kriteriyalar qoyulur. Bu

cür kriteriyaları ödəməyən iddiaçılar çox aşağı

elmi səviyyəli, kommersiya məqsədilə nəşr

olunan jurnallarda məqalələr dərc etdirirlər və

bunlar da AAK tərəfindən qəbul olunmur. Çox

vaxt soruşurlar: hansı xarici elmi jurnallar

nüfuzlu hesab edilir? Əlbəttə, əsl alim özünün



çalışdığı elm sahəsində hansı jurnalın nüfuzlu

olduğunu yaxşı bilməlidir. AAK Web of Science

elmi məlumat bazasının (www.thomson reuters.com)

üç sitatgətirmə sistemindən hər hansı birinə

daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu

xarici elmi jurnallar hesab edir: Science Citation

Index Expanded (dəqiq, təbiət və texniki elmlər

üzrə), Social Science Citation Index (sosial

elmlər üzrə), Arts and Humanities Citation

Index (incəsənət və humanitar elmlər üzrə). Bu

barədə uyğun məlumat AAK-nın rəsmi internet

saytında (www.aak.ab.az) yerləş 

dirilmiş və

«Elm» qəzetinin 26 may 2010-cu il tarixli 20

saylı buraxılışında dərc olun muşdur. 

Müdafiə üçün təqdim olunan dissertasiya -

ların elmi səviyyəsini yüksəlt mək və bütöv -

lükdə, Azərbaycan Respubli ka sının ali təhsil

müəssisələrinin və elmi müəssisələrinin beynəl -

xalq aləmdə nüfuzu nun yüksəlməsi işinə əhə -

miy yətli dərəcədə dəstək vermək məqsədilə

Ali Attestasiya Komissiyası Rəyasət Heyəti

11 yanvar 2013-cü il tarixdə “Nüfuzlu hesab

edilən və Azərbaycan  Respublikasında disser -

tasi 


ya 

ların əsas nəticələrinin dərc olunması

tövsiyə edilən xarici elmi jurnalların siyahı sının

müəy yən edilməsi haqqında” qərar qəbul etmişdir.

Həmin qərara əsasən iddiaçıların elmlər doktoru

dissertasiyala rının əsas elmi nəticələrinə dair

onun ilkin ekspertizasına qədər xarici ölkələrdə

huma nitar və ictimai elmlər üzrə nəşr olunan

nüfuzlu jurnallarda dərc olunmuş üç məqa lədən

ən azı biri, dəqiq və təbiət elmləri üzrə isə altı

məqalədən ən azı üçü Web of Science elmi

məlumat bazasının Citation Index seriyalarından

birinə daxil olan jurnallarda dərc edilməlidir.

Xatırladaq ki, bu qərar 2013-cü il may ayının 1-dən

qüvvəyə minmişdir. Fürsətdən istifadə edərək,

dissertasiya şuralarının sədrlərinin diq qə tini bu

qərarın icrasının həyata keçiril mə sinə yönəltmək

istəyirəm.

Bəzən humanitar və ictimai elmlər sahəsində

dissertasiya yazan iddiaçılar şikayət edirlər ki,

onlar üçün xarici nüfuzlu jurnallarda və xüsusən

də  Web of Science elmi məlumat bazasına daxil

olan jurnallarda məqalə dərc etdirmək çətindir.

Bununla qismən razılaşmaq olar. Məsələn,

Qarabağ hadisələrini və ya tarixini düzgün

işıqlandıran məqalələri çox vaxt bəzi jurnalların

redaksiyaları qəbul etmirlər. Erməni diasporu -

nun dünyada Azərbaycana qarşı yönəlmiş hamıya

bəlli olan aktiv fəaliyyəti bu cür məsələlərə də

öz mənfi təsirini göstərir. Lakin çıxış yolu

tapmaq mümkündür: belə məqalələri Azərbay -

ca nın düzgün mövqeyini dəstəkləyən ölkələrdə

nəşr olunan jurnallarda dərc etdirmək olar. Azər -

baycanın düzgün mövqeyini dəstəklə yən ölkələ -

rin sayı isə artıq kifayət qədərdir. Belə ki, 2011-ci

ildə dünyanın 155 ölkəsi Azərbaycanın nami -

zəd liyini dəstəkləyərək və  etimad göstərərək,

respublikamızı BMT kimi mötəbər bir təşkilatın

Təhlükəsizlik Şurasına  üzv seçmişdir. İlham

Əliyevin uğurlu diplomatiyası sayəsində

mümkün olan bu qələbə beynəlxalq aləmdə

respubli kamızın mövqelərinin olduqca güclən -

diyini göstərir.  Heydər Əliyev Fondunun və

Azər bay can Mədəniyyətinin Dostları Fondunun

rəhbəri Mehriban xanım Əliyevanın təşəb büsü

və dəstəyi ilə Avropanın bir çox ölkə lə rində təşkil



12

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




olunmuş  Azərbaycan  mə dəniy yət  günləri,    Azər -

bay 


can mədəniy 

yətinə və incəsənətinə həsr

olun muş  sərgilər,  kon frans lar  və  konsertlər,  Azər -

baycanın şifahi xalq ədəbiyyatının və musi qi

irsinin qoru nub saxlanılması, inkişaf etdiril məsi

və təbliği istiqamətində görülmüş digər mühüm

işlər beynəlxalq aləmdə respubli kamıza və xal -

qımıza qürur gətirən yüksək əks-sədaya səbəb

olmuş və Azərbaycana çox böyük maraq yarat -

mışdır.  Ümumiyyətlə,  respub lika mıza  yönəlmiş

bu maraq gündən-günə artmaqda davam edir.

Bütün bunlar bir daha onu göstərir ki, Azər -

baycanın tarixinə, ədəbiyyatına və mədəniy -

yətinə, bundan savayı dilimizə və iqtisadiy yatı mıza

aid olan məqalələrin Citation Index seriyalarına

daxil olan jurnallarda dərc etdirməyin çətinliyi

tama milə yanlış bir fikirdir. Yetər ki, təqdim

olunan məqalə yüksək elmi səviyyədə yazıl sın,

onun elmi və ya praktiki əhə miyyəti olsun. Bu

işdə iradə və səbir tələb olunur. Dəqiq və təbiət

elmləri sahəsində çalışan iddiaçılar üçün də

Science Citation Index seriyasına daxil olan

jurnallarda məqalə dərc etdirmək asan şəkildə

başa gəlmir və bəzən bir məqalənin dərc olun -

masına bir ildən artıq vaxt gedir.

Lakin yenə də humanitar elmlər sahə sində

xarici nüfuzlu jurnallarda və xüsusən də Web of

Science elmi məlumat bazasına daxil olan

jurnallarda elmi məqalələrin dərc olunması ilə

bağlı vəziyyəti nəzərə alaraq, AAK Rəyasət

Heyəti dəqiq və təbiət elmləri sahəsi ilə müqa -

yisədə humanitar və ictimai elmlər sahə sində

çalışan və elmlər doktoru elmi dərəcəsi iddiaçısı

olan tədqiqatçılar üçün güzəştə getmişdir. Belə ki,

humanitar və ictimai elmlər sahəsində çalışan

iddiaçıların elmlər doktoru  disser tasiyalarının

əsas elmi nəticələrinə dair xarici ölkələrdə nəşr

olunan nüfuzlu jurnallarda dərc olunmuş üç

məqalədən birinin  Citation Index seriyasına daxil

olan uyğun jurnalda olması tələb olunur. 

Xüsusi olaraq onu qeyd etmək lazımdır ki,

ictimai və humanitar elmlərin vəziyyəti Azər -

baycan Respublikası Prezidenti  Adminis tra si -

ya sının rəhbəri, akademik Ramiz Mehdiyevin 21

noyabr 2009-cu ildə Azərbaycan Respublika -

sının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiya sında ali təhsil və elm müəssisələri -

nin rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə

geniş müzakirə olunmuş  və  bu elmlər sahəsində

mövcud vəziyyət və həllini gözləyən vacib

problemlər görkəmli akademikin «Azərbaycan»

qəzetinin 8 dekabr 2009-cu il tarixli nömrəsində

«İctimai və humanitar elmlər: zaman konteks -

tində baxış» mövzusunda dərc olunmuş məqa -

ləsində dərindən təhlil edilmişdir.  Fikrimizcə,

AAK-nın humanitar və ictimai elmlər sahəsində

çalışan və elmlər doktoru elmi dərəcəsi iddiaçısı

olan tədqiqatçılar qarşısında Citation Index

seriyalarına daxil olan uyğun jurnallarda məqalə

dərc etdirmək tələbi ictimai və humanitar

elmlərdə yaranmış vəziyyətlə bağlı yuxarıda

sözügedən müşavirədə və məqalədə xüsusi

olaraq vurğulanan vacib problemlərin həlli

istiqamətində atılmış mühüm addımlardan biridir. 



Məlumdur ki, hər hansı bir ali təhsil müəs -

sisəsi əməkdaşlarının Citation  Index seriya -

sına daxil olan dövri elmi nəşrlərdə dərc

etdirdikləri elmi məqalələrin və bu məqalələrə

olan elmi istinadların sayı  həmin ali təhsil

müəs 

si 

səsinin dünya ali təhsil müəssisələri

sırasında yerini müəyyən edən mühüm göstə -

ricilərdən biridir. Citation Index seriyasına

daxil olan dövri elmi nəşrlərdə dərc olunan elmi

məqalələrin və bu məqalələrə olan elmi

istinadların sayı, eyni zamanda elm mərkəz -

lərinin də beynəlxalq elm məkanında nüfuzunu

və səviyyəsini müəyyən edən mühüm göstə -

ricidir. AAK-nın mövcud əsasnamələrinə və

normativ hüquqi aktlarına uyğun olaraq elmi

dərəcə iddiaçıları qarşısında qoyulan bu tələb

Azərbaycan elminin beynəlxalq elm məkanına

inteqrasiyasına bilavasitə xidmət edir və Azər -

13

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə