Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə78/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   74   75   76   77   78   79   80   81   ...   231

 

181


Avtandil kədərlə gözlərini aşağı dikib: 

 

– Bəli, – dedi. – Onun getməyi bizimçün, yəni bütün dəlləklərçün çox böyük zərbədir. 



Müdirimiz iki gündür bir yerdə qərar tuta bilmir. Mənim yanımda, adı nədir, o ictimai təminat 

idarəsinə zəng vurdu, Ağasəfa dayının fərdi təqaüd məsələsiyçün... Ona düşür. 

 

Sən demə, kişinin bir dənə “Şərəf nişanı” ordeni, iki dənə də, Fəxri fərmanı varmış – özü də Ali 



sovetinki. Bu neçə vaxtı mən bunları bilməmişəm. 

 

– Təqaüd-zad boş söhbətdir. Mən özüm danışaram onuynan. Sən onun ev telefonunu mütləq 



verərsən mənə. 

 

Avtandil: 



 

– Baş üstə, – dedi. – Bu şənbə kollektivimiz Ağasəfa dayının təqaüdə çıxmağı münasibətilə 

“Gülüstan”da yaxşı bir banket verir. 

 

Mestkom da hədiyyə üçün pul ayırıb. Mestkomun ayırdığı öz yerində, hər usta da cibindən əlavə 



pay qoyur. Hədiyyəni banketin axırında bağışlayacağıq. “Gülüstan” da ki, özünüz bilirsiz də, 

aləm yerdir, 343 qızların oynamağı ləzzət eləyir adamçün, varyeteni deyirəm, elə arxitekturası da 

zordur, sovremyonnudur. İstəsəz siz də gəlin: 

 

şənbə günü, “Gülüstan”a, axşam 9-da. 



 

– Çox sağ ol. Çətin gələ biləm... Mən, demək olar ki, heç restorana getmirəm. İldə, iki ildə bir – 

o da qəbula-zada, məcbur oluram. Yoxsa durum ki, restorana gedirəm, özü də şənbə günü axşam 

– heç vaxt. Xətrimə ləzzətli yemək düşəndə şəhərdən qırağa çıxıram. 

 

Avtandil hər şeyi başa düşən adam olduğunu göstərməkçün: 



 

– Hə də, sizin kimi adamlarçün, yaxşı döyül, – dedi. – Mən də, düzü, axır vaxtlar hörmətli 

yoldaşlara, vəzifə adamlarına restoranlarda az-az rast gəlirəm. 

 

Rauf daha səbəbini xırdalamadı: 



 

– Məsləhət deyil, – dedi. – Hədiyyə üçün adama neçə qoymusuz? 

 

– Ustalar iyirmi manat, şagirdlər beş-beş. Avtandil “iyirmi”ni fəxrlə, xüsusi vurğu ilə dedi. – 



Şagirdlərdən əvvəlcə pul götürmək istəmirdik, gördük, inciyirlər, götürdük. Ağasəfa dayının 

xətrini hamı çox istəyir. 

 

– Ağasəfa yaxşı kişidir, – deyə Rauf onun sözünə qüvvət verdi. 



 

– Restorana mən gələ bilməyəcəyəm, amma mütləq zəng vurub görüşəcəyəm onunla. 

 

Avtandil daha bir söz deməyib gülümsədi – yəni ürəyi geniş adamsan – əllərini yuyub, onun 



üzünü masaj eləməyə başladı. Rauf oturub öz-özünə fikirləşirdi ki, qəribədir. Ağasəfanın 

xəstələnməyi onu niyə kədərləndirmir? Masajdan və soyuq kompresdən sonra o, dəlləyin işinə 

xəyalən çox yüksək qiymət verdi. 

 

Avtandil şkafın gözündən qəşəng bir ətir şüşəsi çıxardıb dedi ki, Ağasəfa gedəndə Raufun 



odekolonunu ona verib, istəyirsə, bundan da vursun üzünə. Raufun yadına düşdü ki, bir azdan 


 

182


müstəntiqin yanına gedəcək, ona görə də xahiş elədi, “Balefre”nin yerinə “Svejest” vursun. Öz 

odekolonunu isə götürmədi. Bu da o demək idi ki, gələcəkdə də bu dəlləyin yanına gəlmək 

fikrindədir. 

 

Avtandilin zəhmət haqqının üstündə Rauf iyirmi beş manat da Ağasəfanın hədiyyəsi üçün qoydu. 



O, çox da verə bilərdi, amma bu, dəlləklərin heysiyyətinə toxuna bilərdi. O, indi birdən 

Ağasəfanın vəziyyətinə acıdı, amma bu barədə heç nə deməyib Avtandil- 344 lə xudahafizləşdi 

və küçəyə çıxdı. Bərk isti idi, bir az da rütubət var idi havada, üzü dərhal istidənmi, rütubətdənmi 

– bəlkə də hər ikisinin təsirindən – tərlədi və bu vaxt niyəsə balonun içindəki iksirin ətri yadına 

düşdü. Bir ürəyindən keçdi ki, qaraja gedib doyunca o ətri sinəsinə çəksin, amma o saat da 

daşındı bu fikirdən, çünki vaxta az qalırdı, on beş dəqiqədən sonra Əsgərovla görüşməli idi. 

 

Müstəntiqin yanında kimsə var idi. İçəridən kişi səsi gəlirdi. Nə danışdıqları aydın eşidilməsə də, 



Rauf hər ehtimala qarşı geri çəkildi – kənardan baxan elə fikirləşməsin ki, o, içəridəki söhbətə 

xəlvət qulaq asır. Bir neçə dəqiqədən sonra qapı açıldı; əvvəlcə əlində qovluq olan kök hirsli 

podpolkovnik çıxdı, onun dalınca isə mayor. Mayor da hirsli idi, amma qovluq yox idi əlində. O, 

kandarda ayaq saxladı, dönüb otaqdakı həmsöhbətinə nəsə dedi, amma Rauf bircə “heyvanxana” 

kəlməsini aydın eşidə bildi və bu qərara gəldi ki, bayaqdan içəridə söhbət ondan gedirmiş. 

 

Podpolkovnik cibindən dəsmalını çıxartdı, tərini sildi və çuğundur kimi qıpqırmızı qızarmış 



üzünü qovluqla yelləməyə başladı. O: 

 

– Bundan sonra mən maqnitofonsuz danışmayacağam onunla, – dedi, amma sözünün dalını 



saxladı, çünki mayor onun qolundan tutub gözü ilə Raufu göstərmişdi. 

 

Onlar Raufun lap yanından keçdilər və podpolkovnik astadan nə isə bir söyüş də söydü. 



 

Rauf başını qapıdan içəri salanda, müstəntiq pəncərəni açıb otağın havasını dəyişirdi. O, Raufla 

çox mehriban görüşdü. Pəncərənin pərdəsi ilişmişdi, onu düzəldə-düzəldə Əsgərov işarə elədi ki, 

Rauf stul çəkib otursun. Rauf bir istədi gedib kömək eləsin ona, amma sonra fikirləşdi ki, 

Əsgərov bunu istintaq altında olan adamın yaltaqlığı kimi başa düşər, fikrindən vaz keçdi. 

Müstəntiq öz yerində yox, gəlib Raufla üzbəüz oturdu. 

 

– Nəfəs almaq mümkün deyil, – dedi, – xahiş eləyəcəksən ki, papiros çəkməyin, daha pis – 



onsuz da çəkəcəklər, hələ üstəlik inciyəcəklər də səndən. Baxmayın ki, oturmuşuq kabinetdə, 

işimiz ağırdır. Bir söz deyim sizə, çox hörmətli bir yoldaşın evini soyublar. 

 

Familini daha demirəm, mənim ixtiyarım yoxdur buna, vəzifəm qoymur, amma inanın mənə, çox 



məşhur adamdır. Bütün şəhər dəyib bir-birinə. Sizcə bu işi aparmağı, yəni cinayətkarları tapıb, 

345 onları tutmağı kimə tapşırıblar? Düzdür, əlbəttə, Əsgərova. Dörd gün bundan əvvəl iki dənə 

maşın oğurlanıb, özü də biri hökumət maşınıdır. Bunlardan başqa, yenə bir cəncəl iş – ağır bədən 

xəsarəti ilə; hadisə “Moskva” restoranında institut tələbələrinin – 1970-ci il buraxılışının yubiley 

banketində olub. Bu da çox ciddi məsələdir. – Əsgərov gileyli-gileyli Raufa baxdı, o da üzünün 

ifadəsi ilə dərhal təəssüfünü bildirdi. – Bunları sizə mən niyə danışıram? Bilirsiz? 

 

Açığını deyim bu saat sizə. Mən sizinlə tanış olandan sonra baş vermiş hadisəni bir də diqqətlə, 



ətraflı öyrəndim, düzü, incidim sizdən. 

 

Öz-özümə fikirləşirəm ki, görəsən mən bu adama nə pislik eləmişəm ki, indi acığını çıxır 



məndən? Bilirsiz, ümumiyyətlə, belə şeylər olur, nə vaxtsa birini incitmisən, amma özün hiss 

eləməmisən bunu, bilərəkdən olmayıb. Açığını deyin, sizin şəxsən məndə bir hayıfınız yoxdur 

ki? – Əsgərov gözlərini karıxıb qalmış Raufun düz gözlərinə zillədi. 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə