Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə74/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   70   71   72   73   74   75   76   77   ...   231

 

171


 

– Tamahkar idi. Onu tamah yıxdı – deyə Rauf izah elədi. – Elə adamlarla mənim heç bir əlaqəm 

yoxdur və heç olmayıb da. Mənim işim xammalı bölməkdir. Hansı sənədi yoxlayırsan yoxla, 

mənim şöbəmdə – düppədüz, tonuna söz ola bilməz. Məndə hər şey ölçülübbiçilib, haqq-hesabı 

var. Odur ki, sən heç narahat olma. Mən heç vaxt ilişmərəm. 

 

Xalidə: 



 

– Hamı sənin kimi fikirləşir, amma yenə görürsən, hardasa ilişir, – dedi. – Bu gün yox – sabah 

bu işdə yox – başqa işdə... Sən gəl mənim məsləhətimə qulaq as... 

 

– Lazım deyil. – Rauf dalğın halda arvadının sözünü kəsdi. O, artıq başqa şey barədə fikirləşirdi. 



– Mən səninçün Arif deyiləm, öz işlərimi özüm birtəhər yoluna qoyaram. Lazım deyil. 

 

– Arifin arvadı ilə hesablaşmağında, onun məsləhətini eşitməyində mən heç bir pis iş görmürəm. 



– Xalidənin yadına neçə il əvvəl olmuş bir əhvalat düşdü, başladı gülməyə. Arif etiraf eləyirdi ki, 

həmin əhvalatdan sonra onda arvadının müdrikliyinə böyük bir inam yarandı. 

 

Xalidə ilə Rauf Bolqarıstana toy səfərindən qayıdanda Moskvadan Bakıya Arif və arvadı Sima 



ilə bir kupedə gəlirdilər. Sima mülayim, balacaboy, yapışıqlı bir qadın idi; üç gündə yol boyu 

cəmi bir neçə dəfə səsi eşidildi. Söhbətə qarışmırdı, oturub dinməzcə qulaq asırdı, sual-zad da 

vermirdi. Onun təmkini, qayğı və diqqəti Raufun çox xoşuna gəlmişdi, hətta onu Xalidəyə 

nümunə də göstərdi. 

 

Amma o, bir dəfə səsini qaldırdı. 



 

Sima ilə üzbəüz oturmuş Rauf heç təəccüblənməyə macal tapmamış, o, cəld yerindən sıçrayıb 

koridora çıxdı, pəncərənin qabağında dayanıb təbiətin gözəlliklərini seyrə dalmış Arifə yanaşdı 

və əlini yavaşca onun çiyninə toxundurub tələb elədi ki, başını pəncərədən bayıra çıxartmasın. 

 

Arif kənara çəkilib ona da yanında yer elədi. Sima əvvəlki səslə tələbini bir də təkrar eləyəndə, 



Arif ciddi, amma nəzakətlə xahiş elədi ki, onu rahat buraxsın. 

 

– Eşidirsən, başını çək, deyirəm – Sima zəndlə ərinə baxırdı. – Məsləhət görürəm! 



 

Əla məsləhət idi – heç bir dəqiqə keçmədi ki Arifdən başqa, hamı buna əmin oldu, çünki Arif 

huşunu itirmişdi; qonşu vaqonun pəncərəsindən atılan qarpız onun düz kəlləsinə dəymişdi. 

 

Onu kupeyə aparıb yerinə uzatdılar. Dostlarının və arvadının qayğısı sayəsində o, yavaş-yavaş 



özünə gəldi. 

 

Qarpız zərbəsindən sonra Arifin səhhətində heç bir ciddi dəyişiklik baş vermədi. Yeganə 



dəyişiklik o oldu ki, bu zərbənin nəticəsində gənclik illərinin sirdaşı, ən yaxın dostu Raufun təsiri 

altından çıxdı və həmin gündən etibarən Sima ilə məsləhətləşməmiş həyatda bir addım da 

atmadı. 

 

Sonralar məlum oldu ki, Sima ilə Rauf bir-birini qəti həzm eləyə bilmirlər: bunu hər iki dost hiss 



elədi və tədricən get-gəlləri kəsildi, bir-birinin evindən ayaqları çəkildi. 

 

Axırıncı dəfə onlar iki il əvvəl görüşmüşdülər; uzun fasilədən sonra, küçədə hüquq 



məsləhətxanasının qabağında təsadüfən 331 rastlaşmışdılar. Arif məsləhətxanadan çıxıb maşına 

tərəf gedirdi. 




 

172


 

Rauf az qala ötüb keçəcəkdi onun yanından, ilk baxışda köhnə dostunu tanıya bilməmişdi – Arif 

ahıllaşmışdı, saçları əməlli-başlı ağarmışdı. Rauf elə bil birdən ayıldı, dönüb çağırdı onu. Arif 

artıq sürücünün yanında oturmuşdu, qapısını örtməyə hazırlaşırdı. O, səsə çönüb Raufu görəndə 

geniş alınlı iri sifətinə dərhal bir qətiyyətsizlik ifadəsi çökdü və az sonra da çəkilib getdi. O, 

maşından özünə çox arxayın bir adam kimi, gülər üzlə düşdü, amma Rauf onun əlini sıxanda 

bilirdi ki, bu ağır yerişin, bu arxayın baxışın arxasında, yəni Arifin tünd-qonur bəbəyinin 

dərinliyində, uzun illərdən bəri özünə yuva salmış bir qorxaqlıq gizlənib və bu qorxaqlıq həyatda 

bütün istəklərinə çatmağı bacaran Arifin səyinə baxmayaraq, həmişə onun canında, qanında 

qalacaq. 

 

Rastlaşmaqlarına sevindi və Raufun xoşuna gəldi bu. Söhbət əsnasında Rauf hiss elədi ki, keçmiş 



dostunun işləri əla gedir, amma, bununla belə, bir də qəsdən soruşdu ki, indi o, nə işindədir. 

 

Arif başının işarəsi ilə girəcəyində qızılı hərflərlə yazısı olan iri qara lövhə asılmış hüquq 



məsləhətxanasının birmərtəbəli binasını – son otuz il ərzində Arifin vəkillik fəaliyyəti burda 

keçmişdi – göstərib dedi ki, bu günlərdə onu müdir təyin eləyiblər. Arif təmkinli danışır, özünü 

çox sadə aparırdı, amma Rauf hər ehtimala qarşı onu bir balaca pərt eləyib yerində oturtmaq 

üçün aylıq qazancının miqdarını deyəndə, təkəbbürlə gülümsədi və üzünə elə ifadə verdi ki, guya 

ürəkdən acıyır ona. Halbuki, maaşı ilə vəkillik qonorarını üst-üstə gələndə Arifin qazancı az 

deyildi. 

 

O görüşdən sonra iki il keçmişdi və bu müddət ərzində Arifi ancaq bu gün xatırladı, o da 



Xalidənin köməyi ilə. Və dərhal qərara gəldi ki, Əsgərovla görüş ərəfəsində qeyri-rəsmi 

məsləhət üçün ən münasib vəkil məhz Arifdir. 

 

Yapma, naxışlı tavanı və məxmər asılmış hündür pəncərələri olan işıqlı, iri qəbul otağında təkcə 



cavan katibə oturmuşdu. Qız qəzet oxuyurdu və Rauf içəri girəndə qəzeti büküb bir qırağa 

qoydu. 


 

O, xoş bir təbəssümlə, nəzakətlə danışırdı, amma Rauf öz köhnə dostunun yanına işgüzar 

söhbətçün gəldiyini bildirdisə də, onu ancaq on-on beş dəqiqədən sonra içəri buraxmağa razılıq 

verdi. 


 

– Yanında adam var? – deyə Rauf təəccüblə soruşdu. 

 

– Heç kim yoxdur, amma bu vaxt o məşğul olur. Mən hətta telefon zənglərini də kabinetə 



keçirmirəm. Tez qurtarar. Siz buyurun, əyləşin... Ay yoldaş, hara? 

 

Əgər Rauf Arifi kabinetdə lüt görsəydi, yəqin ki, daha az təəccüblənərdi – məsləhətxananın 



müdiri, iri qədim stolun arxasında oturub yeyirdi. 

 

Raufun gəlişi elə bil onu qəti təəccübləndirməmişdi, ağzındakı tikəni çeynəyə-çeynəyə başını 



bircə dəfə elə əda ilə tərpətdi ki, həm karıxmış halda Raufun dalınca kabinetə girən katibəni geri 

qaytardı, həm də yanına vaxtsız gəlmiş dostunu salamladı. Bu hərəkəti stolun arxasına dəvət 

kimi başa düşən Rauf keçib Ariflə üzbəüz oturdu. Yerini yaxşıca-yaxşıca rahatladı və yalnız indi 

son görüşlərindən sonra dostunun nə qədər dəyişdiyini gördü. Arif xeyli sınıxmışdı. İşığını 

itirmiş gözlərinin altı tuluqlanmışdı, üzünün sümüyü çıxmışdı. Qabağındakı süfrədə də ürəkaçan 

bir şey yox idi. 

 

Nazik dilimlərlə doğranmış qara çörək, holland pendiri və bir də bişmiş çuğundurdan, kökdən və 



pomidordan hazırlanmış tərəvəz salatı – vəssalam. 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə