Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə70/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   66   67   68   69   70   71   72   73   ...   231

 

163


qarşısındakı talvarın altından çıxıb ona tərəf qaçan it Raufu fikirdən ayırdı. İt onu tanımışdı, 

quyruğunu bulayırdı. Rauf keçən son həftə ərzində burda özünü çox səxavətli aparmışdı və 

heyvanxanada keşik çəkən bütün itləri sevindirmişdi. Özünü yaxşı apardığına görə Rauf ona bir 

parça kolbasa verib fil damına yaxınlaşdı. 

 

Ayaqları yoğun zəncirlərlə beton döşəmədəki halqalara bağlanmış nəhəng fil onunçün ayrılmış 



darısqal damı büsbütün tutmuşdu, tərpənməyə yer yox idi. Fil yatmamışdı, xırda, bic gözlərini 

qəfil peyda olmuş gecə qonağına zilləmişdi, maraqla ona baxırdı. Bu, əlbəttə, Raufu əsla açmadı, 

çünki ağlına gəldi ki, elə filin yerlisi – kərgədan da gecənin bu vaxtı ayıq ola bilər. Bu fikir 318 

mövhumatçı ağciyər adamın təyyarəyə minən yerdə tək səbir gətirməsi kimi bir şey idi. 

 

Yağış artıq kəsmişdi, amma nə yaxşı ki, külək dayanmamışdı. 



 

Külək Rauf üçün lap göydəndüşmə idi; ağacları, kolları, qəfəslərin dəmir damlarını tərpədir, 

müxtəlif səslər çıxarırdı. O, hovuzların yanından keçəndə begemotları görmədi, amma dəqiq 

bilirdi ki, onlar hələ burdadırlar – iri, məməli heyvanları gələn həftə köçürəcəkdilər. 

 

Nəhayət, Rauf axtardığı qəfəsə çatdı. İt də onun dalınca gəlmişdi bura. Kərgədan yerində idi. O, 



qaranlıqda daş heykələ oxşayırdı; ayaq üstə necə durmuşdusa, eləcə də yatmışdı və astadan 

xoruldayırdı. Rauf, səs çıxmasın deyə çox ehtiyatla çamadanı açdı və iki hissəyə ayırıb qoyduğu 

tüfəngini tez-tələsik yığdı. Sonra o, gödəkcəsinin cibindən yuxu ampulaları ilə doldurulmuş 

patronları çıxarıb lülələrin ağzına verdi. Rauf çox sakit, arxayın görürdü işini, amma görünür, hər 

halda, bir balaca həyəcan da keçirirmiş, çünki kolbasanın artığını çamadana qoymağı yadından 

çıxarmışdı, yol yoldaşı onu da yeyirdi. Rauf isə bu vaxt artıq tüfəngini qaldırıb kərgədanı nişan 

almışdı, gözləyirdi ki, külək bir az da güclənsin, sonra çaxmağı çəksin, amma son anda 

qayınatasının sözü yadına düşdü – kişi yaralı kərgədanın yaman təhlükəli olduğunu söyləyirdi, 

ona görə də o saat sağ əli ilə qəfəsin yoğun dəmir çubuqlarını və içəri açılan qapısını yoxladı, 

arxayın olandan sonra ki, hər şey qaydasındadır, bir az dikəlib iki güllənin ikisini də boşaltdı 

kərgədanın yumşaq yerinə. Güllələrin səsi çox bərk çıxmadı, elə bil uşaq tapançasından atəş 

açılmışdı. İt yüngülcə səksənib təəccüblə Raufa tərəf baxdı ki, yəni bu nə partıltıdır, gecə vaxtı 

salmısan?! Amma kərgədan dik atıldı yerindən, bərkdən xoruldaya-xoruldaya başladı qəfəsdə 

hərlənməyə. O, buynuzlu başını aşağı əymişdi, elə bil ona güllə vurmuş düşməni döşəmənin 

altında idi, onu axtarırdı. Vaxt çox ləng gedirdi, kərgədan isə hey hərlənir, qəfəsin içində nə 

vardısa altını üstünə çevirirdi. 

 

Qəfildən hürməyə başlayan itin səsindən Rauf bərk səksəndi. İt quduzlaşmışdı, başını qəfəsin 



dəmir çubuqları arasından içəri soxub, gah vəhşi heyvanın üstünə hürür, gah da zingildəyirdi. 

 

İti sakitləşdirmək mümkün deyildi. Rauf əvvəlcə muşqurdu, sonra fit çalıb çağırdı, amma axırda 



əlacsız qalıb özünü birtəhər ələ aldı, iyrənə-iyrənə olsa da, onu tumarlamağa başladı və yaş 

tüklərin altında itin bədəninin necə titrədiyini hiss elədi. Bu titrəyiş o saat Raufun özünə də 

keçdi. Birdən başladığı kimi, it birdən də kəsdi səsini, durduğu vəziyyətdəcə donub qaldı. O, 

gözlərini yerə çökən cəmdəkdən ayıra bilmirdi. Kərgədan yavaş-yavaş qatlanmış qıçlarının 

üstünə düşdü. Bu vəziyyətdə başını yırğalaya-yırğalaya bir müddət oturdu, sonra müvazinətini 

itirib böyrü üstə yıxıldı. 

 

Rauf isə vaxt itirmədən tüfəngi yerə qoydu, çamadandan mişarı götürüb, dolanaraq, tez-tələsik 



“Quşlar aləmi” pavilyonuna tərəf qaçdı. Bu tikilinin sakinləri artıq üç gün idi ki, şəhərin o biri 

başındakı cah-cəlallı qəşəng mənzillərində kef çəkirdilər. Xidməti işlərə görə qoyulmuş balaca 

qapı, gözlənildiyi kimi, bağlı idi, amma bu, Raufun kefini qətiyyən pozmadı. O, əlini məftil 

torun altından soxub cəftəni tapdı və onu qaldırdı. Qapını arxasınca örtməyə macal tapmamış, it 

cəld onun dalınca girdi içəri. Rauf inamla pavilyonun bu başından o başına kəsəsinə vurub keçdi 



 

164


və dal divardakı pəncərələrdən birinin qabağında dayandı. Bu pəncərə kərgədanın malikanəsinə 

açılırdı, amma çox hündürdə idi, döşəmədən pəncərə altına qədər azı metr yarım olardı. 

 

Rauf skamyanı pəncərənin altına çəkib, üstünə çıxdı, dəmir şəbəkəli tayları açdı. Pəncərədən 



baxanda kərgədanın yalnız başı görünürdü; özü kolların arxasında qalmışdı. Amma elə onun 

başına baxanda da aydın olurdu ki, binəva heyvan əvvəlki kimi sakitcə uzanıb və “şirin” 

yuxudadır. 

 

Ağıl bomboş idi; kərgədanın özündən və onun daşdan yonulmuş yem təknəsindən savayı orda 



heç nə yox idi. Ona görə də Rauf ağıla düşməzdən əvvəl, geri qayıtmaq üçün tədbir görmək 

qərarına gəldi, çünki ayağının altına bir şey tapıb qoymasaydı, pəncərəyə qalxmaq çətin 

olacaqdı. Uzağa getmək lazım deyildi, pəncərədən üç-dörd metr aralı divarın yanında böyük bir 

taxta yeşik var idi, elə bu onun karına gələ bilərdi. Amma Rauf skamyadan düşüb, yeşiyə 

yaxınlaşanda gördü ki, onun içində nə isə var və bu “nə isə”, demə, quş imiş; özünü gecələməyə 

veribmiş bura. Pavilyondakı yeganə lampanın zəif işığında Rauf eşələnməyə başlayan bu quşun 

növünü o saat müəyyən eləyə bilmədi, ona görə də balaca səs eşidən kimi dərhal iki-üç addım 

geri, təhlükəsiz yerə çəkildi və əlindəki mişarı irəli tutub həyəcan içində gözləməyə başladı. Bu 

vaxt yeşiyin için- 320 dən narazı halda qaqqıldaya-qaqqıldaya qəribə iri bir quş çıxdı; o, uzun 

dimdikli hind xoruzu boyda olardı. Amma bədəninə yapışmış narın tüklü balaca qanadları və 

lümək quyruğu onu daha çox adi cücəyə oxşadırdı. Di gəl ki, xasiyyəti cücə xasiyyəti deyildi. İt 

qaçıb onun üstünə atılmaq istəyəndə, o, dəqiqə, nişan almadan itin burnuna bir dimdik vurdu və 

cəld öz taxta yuvasına tərəf getdi. 

 

Amma Rauf onu qabaqladı, yeşiyi götürüb mişarla bir yerdə ağıla atdı və sonra özü onların 



dalınca pəncərədən aşdı. O, qarşısında iri tabaq boyda bir sifət gördü, ehtiyatla bu sifətin 

yanından keçib arxadan kərgədana yaxınlaşdı. Küləyin səsinə baxmayaraq, onun xorultusu aydın 

eşidilirdi. Rauf işə başlamazdan əvvəl, yeşiyi pəncərənin altında divara söykədi və onun üstünə 

çıxandan sonra əmin oldu ki, əgər kərgədan vaxtından qabaq ayılarsa, qaçıb aradan çıxa bilər. 

Hə, indi işə başlamaq olardı, amma Rauf heç cür özünü səfərbər eləyə bilmirdi. Bir də saatına 

baxdı, gördü ki, qiymətli dəqiqələr durmadan ötüb keçir. Nəhayət, özünü birtəhər məcbur eləyib, 

əli ilə buynuza toxundu: əvvəlcə qorxa-qorxa barmaqlarının ucunu vurdu, sonra cürətə gəlib, 

hətta tumarladı da. Amma bu, onun cürətinin son həddi oldu, bundan o yana kişiliyi çatmadı ki, 

yatmış heyvanın içində gərilib durmuş qəzəbin vahiməsindən çıxsın. Onda Rauf ağlı köməyə 

çağırdı – nəyin, hansı gözəl məqsədin naminə bura gəldiyini xatırlamağa özünü məcbur etdi. 

Sonra qayınatası ilə ova getməklərini yaddaşında təzələdi: yuxu güllələri ilə yatırılmış maralların 

və çöl donuzlarının necə uzun müddət ayıla bilməmələri gəlib gözünün qabağında durdu. 

Bundan sonra ürəyinin qətiyyətli, güclü səsi ilə özünü, öz kişilik ləyaqətini və dözümünü 

bütünlüklə, son qətrəsinə kimi bərpa eləməyə çağırdı. Ürəyi yavaş-yavaş toxtamağa başlamışdı 

və Rauf da mişarı qaldırıb buynuzun üstünə qoymuşdu, amma elə bu vaxt onun gərgin əsəbləri 

yerindən oynadı və o, çığırıb yerindən dik atıldı: hardansa yuxarıdan kərgədanın cəmdəyinin 

üstünə şappıltı ilə qara yumaq kimi bir şey düşdü, elə o dəqiqəcə belindən üzüaşağı, Raufa tərəf 

yuvarlandı. İtin o hündürlükdə pəncərədən atıla biləcəyi, həmçinin bu bədheybət qıllı yumağın 

da məhz it olduğu ona bir az sonra çatdı: qəfəsin təzə qonağı canfəşanlıqla kərgədanı iyləməkdə 

idi. Rauf isə yerindəcə donub qalmışdı, key-key baxır, amma heç nə görmürdü. 

 

Qəribədir ki, itin qəfil gəlişi onu ürəkləndirdi; çünki it zərblə kərgədanın üstünə düşdüsə də, 



kərgədan nə yuxudan ayıldı, nə də xoruldamağını kəsdi, deməli, kərgədan div yuxusuna getmişdi 

və hər cüzi şeydən ötrü ayılan deyildi. Hələ üstəlik də it özünü çox saymazyana aparırdı. Elə bil 

qabağındakı kərgədan yox, küçük idi. 

 

Rauf bütün bunları məmnuniyyətlə müşahidə edəndən sonra cəsarətlə mişarı əlinə aldı. 



Təcrübəsizlikdənmi, ya buynuzun son dərəcə möhkəm olmağındanmı, əvvəlcə bir şey alınmadı – 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə