Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə68/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   64   65   66   67   68   69   70   71   ...   231

 

159


risk tələb olunur, nə də incəsənətin, elmin zirvələrinə aparan uzun dolanbaclı yollarda çəkilən 

ağır, gərgin zəhmət. Gənc Raufun yüksək amalı ilə hüquq fakültəsində özünü 312 aparmağı, 

təhsilə münasibəti arasındakı bu uyğunsuzluq onun tədricən formalaşmaqda olan xarakterinin 

daha bir xüsusiyyətini qabarıq şəkildə üzə çıxartdı. 

 

O, maşını qayınatasıgilə sürdü. Qonaq otağına girib Kamili görəndə ürəyində heç bir yüngüllük-



zad hiss eləmədi. Qayınatası biləndə ki, adətən, arvadı və uşaqları ilə gələn Rauf bu dəfə tək 

təşrif gətirib, məəttəl qaldı. Ağlına gəldi ki, yəqin Rauf mənzilləri dəyişmək barədə söhbəti 

davam elətdirməyə gəlib. Ona görə də açıq-aşkar soyuq görüşdü onunla. 

 

Kamil isə Raufu gülər üzlə qarşıladı, onun zahiri görkəmi barədə bir neçə xoş söz də dedi, özü 



də, bunu pəhrizin müsbət təsiri ilə izah elədi. Rauf söhbətin onun imkanları çərçivəsindən kənara 

çıxdığını duyub dərhal təşəbbüsü ələ almağa çalışdı. 

 

– Afərin! – dedi və keçib stolun arxasında əyləşdi. – Müşahidə qabiliyyətin pis deyil. Amma sən 



mənim, tez elə, bir sualıma cavab ver: de görüm, ayaqlarından şikayətin yoxdur ki? 

 

– Necə məgər? – Kamil təəccüb elədi bu suala. 



 

– Heç, elə-belə. Deyirəm yəni, ayaqların sağlamdır? Ağrıyıb eləmir ki? – Rauf, narahatmış kimi, 

qayğılı bir görkəmlə soruşdu və bu sınanılmış fəndin təsiri altında həmsöhbətinin üzündəki 

gülüşün necə çəkilib yox olduğunu məmnuniyyətlə müşahidə elədi. 

 

– Düzünü de! 



 

– Heç vaxt ağramayıb... Sağlamdır, – deyə Kamil çiyinlərini atdı. 

 

– Onda tez elə, mətbəxə get, Diləfruz xanımdan xahiş elə, bizə yaxşı bir pürrəngi çay versin, – 



Rauf özünü saxlaya bilməyib bığaltı gülümsədi. – Hamıdan kiçik kimdir burda? Sən. Odur ki, 

zəhmətindən keçib, yubanma daha. Pəhrizin müsbət təsiri məsələsini də orda danışarsan, mənəsə 

lazım deyil, ehtiyac yoxdur, həyatı mən səndən yaxşı bilirəm. 

 

Rauf gözlədi, köpüyü yatırılmış Kamil verilən tapşırdığı yerinə yetirməkçün otaqdan çıxan kimi, 



guya elə-belə, sözgəlişi, mısmırığını sallayıb oturmuş qocanı inandırdı ki, onlara qonaq 

gəlməkdə heç bir xüsusi məqsədi-zadı yoxdur. Sadəcə olaraq, keçən dəfəki o maraqlı söhbət 

kimi bir söhbətə ehtiyac duyub: ələlxüsus, kitabdan oxunan o parçalar ona olduqca xoş təsir 

başlayıb. 

 

Sonrakı qırx-əlli dəqiqəni Rauf, könülsüz olsa da, oturub qayınatası ilə Kamilin mənasız 



söhbətinə qulaq asdı; neyləsin, məcbur 313 idi. Onlar qızışıb elmi terminləri bir-birinə calayır, 

necə deyərlər, gözə kül üfürürdülər. Söhbətin axırına yaxın Kamil ağzından qaçırdı ki, haqqında 

qızğın mübahisə elədikləri eksperiment, texniki səbəblər üzündə ən tezi iyirmi ildən sonra qoyula 

bilər. 


 

Bundan sonra daha heç bir şübhə yeri qalmadı, Rauf qəti əmin oldu ki, onların söhbəti 

boşboğazlıqdan başqa bir şey deyil. Orası da Raufa çoxdan aydın idi ki, arvadının qohumları 

kimi adamlar, savadlarına, istedadlarına baxmayaraq, bacarıqsız adamlardır, çünki fürsəti əldən 

buraxırlar, yaxşı gün-güzəran üçün lazım olan xırda bicliklərə, fəndlərə vaxtları çatmır, 

qüvvələrini mənasız şeylərə xərcləyirlər. Əgər ağıllı adam deyilən cəhətə fikir verərsə, mütləq 

xeyir aparar. Bunu o, başa düşmüşdü, başa düşdüyü gündən də o əqidə ilə həyatını qurmuşdu. 

 



 

160


Kamil gedəndən sonra Rauf asanlıqla söhbəti istədiyi səmtə yönəltdi və çox böyük bir diqqətlə 

qayınatasının qədim zamanlarda yaşamış təbiblərin, türkəçarələrin barəsində dediyi tərifli sözləri 

dinləməyə başladı. 

 

– Amma bütün bunlara baxmayaraq, adam inana bilmir ki, cavanlığını ona təzədən qaytarmaq 



mümkün ola – Raufun içindəki şübhə hələ də tamam çəkilib getmirdi, bununla belə, qəlbinin 

hansı bir yerindəsə ümidi var idi ki, həmsöhbəti böyük alimdir, bu saat onun şübhələrini alt-üst 

eləyəcək. Qayınatası isə əksinə, Raufun sözünə qüvvət verdi: 

 

– Elədir, – dedi, – yüz faiz haqlısan. Yaşlı adam dönüb təzədən uşaq ola bilmədiyi kimi, cavan 



da ola bilməz. Ümumiyyətlə, insanın inkişafı geri qayıtmayan bir prosesdir. Burda söhbət 

mahiyyətdən gedir, addan yox. Heç Kolumb da bilmirdi ki, Amerikanı kəşf eləyib, amma 

Amerikanı kəşf eləmişdi; əsas məsələ bu idi. Sən məni başa düşürsən? Qədim və müasir 

gerontologiyanın məqsədi qocalığın müalicəsini tapmaqdır. Mən, məsələn, bu fikirdəyəm ki, 

qocalıq xəstəlikdir: bütün xəstəlikləri isə əslinə qalanda, müalicə eləmək mümkündür. Bəzi 

faktlar göstərir ki, qədimdə qocalığın dərmanı varmış. Bir dəqiqə gözlə, bu saat sənə bəzi 

maraqlı şeylər göstərim, – qayınata çətinliklə yerindən qalxdı, yavaş-yavaş, ağır addımlarla iş 

otağına getdi. Kişinin görkəmi Raufun xoşuna gəlmədi, düşmüşdü yaman, fikirləşdi ki, evləri 

dəyişmək məsələsində tələsmək lazımdır. 

 

Qayınata əlində köhnə cildli qalın bir kitab qayıdıb yerində oturandan sonra: 



 

– Yəqin sənin yadında olmuş olar, – deyə üzünü Raufa tutdu – səhv eləmirəmsə, bizim eradan 48 

il əvvəl Misirə gələndə Yuli Sezarın əlli dörd yaşı vardı! O dövrə görə, bu, az yaş deyildi. Yeri 

gəlmişkən deyim ki, – qayınata kürəkəninə ötəri də olsa, xatırlatdı, – elə sənin yaşın indi, Sezarın 

o vaxtkı yaşı qədərdir. 

 

– Məlum məsələdir, – Rauf mızıldadı. 



 

– Elədir, o məlumdur, – qayınata gülümsədi. – Məlum olmayan başqa şeydir. Apianın və digər 

tarixçilərin yazdığına görə, Sezar birdən-birə bütün mühüm dövlət işlərini atıb, azadlığını və 

həyatını təhlükə altına qoyub Nil çayı boyu ta cənub sərhədinə kimi, iki ay səyahətə çıxır, ovla, 

nə bilim, sair başqa əyləncələrlə məşğul olur. 

 

Bunu nə ilə izah edəsən, axı? Sezarın belə hərəkəti, düzü, təəccüb doğurur. Məsələn, Geltser 



kimi ciddi tədqiqatçı açıq deyir: “Sezarın həyat yolunu izləyən hər hansı bir adamçün onun 

doqquz aylıq Misir əyləncəsi açması çətin tapılan tapmacadan da müəmmalıdır”. 

 

Plutarx da bu qəribə səyahətdə əsas məqsədin ov olduğunu yazır. 



 

Bununla belə, qeyd etmək lazımdır ki, nə əvvəllər, nə də Misiri gəzəndən sonra Sezar ov 

həvəskarı olmayıb. Səyahətdən sonra çox keçmir, onun Kleopatraya coşqun, hətta mən deyərdim 

ki, yalnız gəncliyə xas dəli məhəbbəti başlayır və bu məhəbbətdən onların bir uşağı da olur. 

Daha sonra o, büsbütün dəyişmiş, cavanlaşmış halda, sağlam və tükənməz bir enerji ilə Romaya 

qayıdır. Bax, bu da başqa bir müəllifin şəhadəti: o, ötəri olsa, kərgədan ovundan söz açır və qeyd 

eləyir ki, söhbət onu diri tutmaqdan gedirmiş. Bununçün isə çoxlu qurban verməli olublar... 

 

– Mən bir şeyi başa düşə bilmirəm: axı, niyə onlar kərgədanı diri tutmaq istəyirmişlər? – deyə 



Rauf soruşdu, – onu vurub öldürmək tutmaqdan yüzqat asandır. 

 

– Onda, görünür, sən keçən dəfə diqqətlə qulaq asmamısan. 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə