Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə65/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   61   62   63   64   65   66   67   68   ...   231

 

153


Başqa söz-söhbətlərin hamısı onun nəzərində cəfəngiyat idi, şüurlarda keçmişin qalıqları idi. O, 

ümumiyyətlə, hər şeyi, dünyada baş verən bütün hadisələri sağlam insan ağlının reallıq adlanan 

etibarlı süzgəcindən keçirirdi. 

 

Yüngül mürgü içində Rauf hiss elədi ki, nə isə xoş bir qoxu var havada. Əvvəlcə çox zəif 



duyulan bu qoxu sürətlə artdı, elə bil hardasa yaxınlıqda içi ətirli maye ilə dolu bir qabın ağzını 

açmışdılar. 

 

Rauf maraqlanıb ayağa durdu və zirə kollarına yaxınlaşanda qəti əmin oldu ki, birdən-birə ətrafı 



bürüyən bu şirin, xoş qoxu zirədən gəlir. Kolların ətri saat beşlə işləmiş daha da artmağa başladı 

və elə məhz bu vaxt ilk xoruz banladı. Demək olar ki, elə o saat başqa xoruzlar da ona 

qoşuldular, səsinə səs verdilər. Amma Rauf bu xorun solo banlayan xoruza qoşulmağına qədər 

keçən ani vaxt ərzində macal tapıb bir neçə zirə qıçasını kökündən çıxara bildi. Xoruzlar elə bil 

yarışa girmişdilər; biri o birindən bərk banlayırdı. Qulaqbatırıcı bu səsə ilk dəfə qulaq asan 

şəhərliyə elə gələ bilərdi ki, yaxınlıqda gur səsli xoruzlar yetişdirən xüsusi quş ferması var. 

 

Xoruzların banı birdən kəsildi və gecənin adamı xoflandıran bu sakitliyində dəniz tərəfdən yalnız 



tənha bir qağayının ət ürpəşdirən kədərli çığırtısı eşidildi. Rauf qəbir daşının üstünə yığdığı zirə 

qıçalarını səliqə ilə dəstələyib ortasından bağladı. Ona elə gəldi ki, 304 bu zirə dəstəsinin ətri 

yoxdur; iylədi, həqiqətən də yox idi. Bayaq onun yuxusunu qaçıran o gözəl ətir qətiyyən hiss 

olunmurdu. 

 

Rauf təəccüb qalmışdı. O, kolluğa yaxınlaşdı, bir neçə kolu əməlli-başlı iylədi, amma rütubət 



qoxuyan ot iyindən başqa bir şey gəlmədi burnuna. O gözəl ətir büsbütün çəkilib getmişdi. On 

beş dəqiqə əvvəl adamın əlində çox asanlıqla qırılan zərif qabıqlı qıçalar neylon çubuqlar kimi 

elastiki olmuşdu. Zirə qıçasını didişdirib birtəhər qırandan sonra o, quşlarla bitkilər aləmi 

arasındakı gizli əlaqənin sirrini açıb, göstərən qədim əlyazma müəllifinin dərin elminə heyranlıq 

əlaməti olaraq başını yırğaladı. 

 

Əlində zirə dərzi maşına tərəf getmək istəyirdi ki, bir də Raufun gözü bütün gecəni söykənib ilk 



xoruz banını gözlədiyi başdaşına sataşdı. İllərin yağışı-qarı, tez-tez dənizdən əsən sərt küləklər 

daşın üstündə yazılmış adı pozmuş, yaxşı oxunmurdu. 

 

Adın aşağısındakı yazı isə doğum və ölüm günləri – necə deyərlər, insan ömrünün qısa tarixçəsi 



– hələ də aydınca oxunurdu, ələlxüsus onun birinci hissəsi: 9.6.1929. Raufun diqqətini də dərhal 

bu rəqəmlər cəlb etdi, daha doğrusu, bu rəqəmlər böyüdü onun gözündə və olan-qalan yuxusunu 

da qaçırtdı. O donub qalmışdı. Tədricən canına vicvicə düşdü, fikri də qarışıb dumanlandı. 

 

O gözünü əlli il əvvəl tarixin əbədiyyat kitabına onun ad günü kimi qeyd olunmuş bu 



rəqəmlərdən ayıra bilmirdi. Özünə əmr etdi ki, Rauf, özünü ələ al, amma elə o dəqiqə də başa 

düşdü ki, bunu bacarmayacaq. Təskinlik tapmaq ümidi ilə qəbir daşında nə isə başqa bir söz 

axtarmağa başladı, hətta əl fənərini də yandırdı, amma mənasız naxışların fonunda yenə də 

həmin tanış rəqəmləri gördü... 

 

Rauf yavaş-yavaş geri çəkildi, sonra dönüb yan-yörəsinə baxmadan çıxış yoluna tərəf üz qoydu. 



O, zorla özünü qaçmaqdan saxlayırdı. 

 

Bir neçə addım atandan sonra başa düşdü ki, yolun bir hissəsi, özü də ən pis hissəsi darvazanın 



sağındakı sərv ağacının yanından keçir. İlk baxışda bu ağac qonşuluğundakı o biri ağaclardan 

seçilmirdi. Elə ona görə də qəbiristanlığa girəndə Rauf ona əhəmiyyət verməmişdi. Amma indi 

o, hiss eləyirdi ki, daha doğrusu, qəti bilirdi ki, qara məxməri yarpaqlarının arasından kimsə 

baxır və özü də buz kimi soyuq ölü gözlərini ondan çəkməyərək, yaxınlaşmağını gözləyir. 




 

154


 

Bu dəhşətli gözlərin ağırlığı altında o, elə heysizləşdi ki, dayanmalı oldu. Bu vəziyyət bir neçə an 

çəkdi – qəfildən boynunun ardında kiminsə nəfəsini hiss elədi, elə bir kimsə kəsik-kəsik nəfəs 

alırdı. Eyni zamanda kürəyində də bir əl gəzirdi və onu müdhiş zülmətin dərinliyində gizləmiş o 

əcaib, qıllı məxluqa doğru itələyirdi. 

 

Dəhşətdən tükləri biz-biz oldu, canındakı vicvicə daha da artdı, keyimiş əllərindən zirə dəstəsi 



də, termos da sürüşüb yerə düşdü. 

 

Rauf qaçmağa üz qoydu, amma elə o dəqiqə də hiss elədi ki, qaça bilmir, dizlərinin taqəti 



yoxdur. Özünü ürəkləndirməkdən ötrü, mahnı oxuyurmuş kimi, başladı xırıltılı səslə nə isə 

qışqırmağı. 

 

Bu səsin saysız əks-sədası onu lap dəhşətə gətirdi və olan-qalan huşunu başından çıxardı. 



 

Ağasəfa yumaq kimi yığılıb Raufun hərəkətlərinə göz qoyurdu. 

 

Rauf özünü tamam itirmiş halda soyumuş mühərriki birtəhər işə saldı, böyük sürətlə maşını 



yerindən tərpətdi. 

 

O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta Mərdəkanı keçəndən sonra radionu yandırdı, xeyli 



qurdalayandan sonra əlini uzun dalğadakı verilişlərdən birində saxladı; tez-tez eşidilən “senyor” 

və “kommuna” sözlərindən bu qənaətə gəlmək olardı ki, veriliş ispan dilindədir, ya da uzaqbaşı 

italyan dilində. Rauf diqqətlə xeyli qulaq asdı. Birdən o, yanındakı sərnişini gördü və dərhal 

tanıdı onu. 

 

Salam verdi, salamını aldı, hal-əhval tutdu. Evində-eşiyində, işindəgücündə nə var-nə yox – 



hamısı ilə maraqlandı. Ağasəfa bütün suallara təmkinlə, ətraflı cavab verdi. 

 

Şəhərə çatanda Rauf, demək olar ki, tamam özünə gəlmişdi. 



 

O qədər özünə gəlmişdi ki, hətta ötən hadisələri beynində təhlil edib müəyyən nəticəyə gələ 

bildi. Qeyri-ixtiyari olaraq, ucadan: 

 

– Qoca kaftar! – dedi, elə o saat da fikirləşdi ki, bu sözlər Ağasəfanın şəhər kənarına gəzintidən 



aldığı xoş təəssüratını korlaya bilər. Ona görə də onu inandırmağa çalışdı ki, bəs ağzından çıxan 

söyüşün əsla ona dəxli yoxdur, qayınatasının ünvanına deyib; deməyə də haqqı var, çünki onu bu 

axmaq fikrə salan qayınatası olub, özünün əcaib-qəraib elmi söhbətləri ilə. 

 

Ağasəfa hiss elədi ki, söhbətin vaxtı çatıb, astadan zəif səslə xatırlatdı: 



 

– Mən sənə demədim ki a, gecə qəbiristanlığa getməzlər?! Saqqalım yoxdur, sözüm keçmir. – 

Elə o özü də indi-indi özünə gəlirdi. 

 

– Amma yaman qorxutdun məni. Sən qaça-qaça gəlib maşına salanda özünü, nə halda idin, onu 



bir mən gördüm, sən heç təsəvvürünə gətirə bilməzsən. 

 

– Elə bilirsən ki, mən qəbiristanlıqdan qorxmuşdum? Səhvin var. Qəbiristanlıq qəbiristanlıqdır, 



istəyir gecə olsun, istəyir gündüz – fərqi yoxdur; sinə daşıdır, başdaşı; altında da torpağa 

qarışmış bir yığın sür-sümük! – Rauf özündən çıxmışdı. O, əsla mövhumatazada inanan adam 

deyildi. Hətta o, müəyyən mənada ateist də hesab oluna bilərdi, çünki həmişə Allahın varlığına 

şübhə ilə yanaşırdı və ürəyində arxayın idi ki, Allah yoxdur. – Düzünü bilmək istəyirsənsə, bir 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə