Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə61/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   57   58   59   60   61   62   63   64   ...   231

 

144


Ola bilər, amma burda yazır ki, bu dərmandan hətta real tarixi şəxsiyyətlər də istifadə ediblər. 

Məsələn, II Ramzes, Assurbanipal, Ulu Karl… “Və onların gözləri alışıb yandı, qollarına və 

bellərinə güc gəldi”. – Qayınata gözünü kitabdan qaldırıb gülümsündü. – Əlbəttə, bu, elmi 

xəbərdən daha çox reklama oxşayır, amma elə mənim yadımda qalan, həmin o tarixi şəxsiyyətlər 

həqiqətən də çox yaşayıblar, ömürlərinin axırına kimi də qıvraq olublar, özü də cavan 

görünüblər. 

 

– Ağzınızda padşah deyirsiz, görünər də. – Rauf bunu tam ciddi dedi. – Bütün dövrlərdə belə 



olub, belə də olacaq. Biz onların yerişini yeriyə bilmərik… Siz oxuyub qurtarmadız, quyruğu 

qaldı. 


 

Dediyiniz o iksiri hazırlamaqçün daha nə lazımdır? 

 

– Kərgədan buynuzu. Onu öküz saatı vaxtı həvəngdə yaxşıyaxşı döyüb, həmin o deyilən 



ekstraqonla, zirə ilə, cövüzlə və balla əməlli-başlı qarışdırmaq lazımdır. Hə, bir də dörd misqal 

ağırlığında qızıl pul lazımdır. Vəssalam, şüttamam. 

 

– Nə vaxtı dediz, öküz saatı vaxtı, onu nə təhər başa düşək? Üzr istəyirəm, bircə dəqiqə, – Rauf 



qeyd dəftərçəsini çıxarıb yazmağa başladı. – İşdəkilərə danışmaq istəyirəm, bizim uşaqların xoşu 

gəlir bu cür maraqlı şeylərdən. – Eşitdiyi bu söhbəti o, heç kimə danışmaq fikrində deyildi. 

Sadəcə olaraq, öz hərəkətlərini, hər ehtimala qarşı, izah eləmək onun adəti idi. 

 

– Öküz saatı gecə saat ikidir. 



 

– Zirə yayda çiçəkləyir, deməli, saat hansı qayda ilə götürülür – adi qayda ilə, yoxsa yay qaydası 

ilə? 

 

Qayınata özünü saxlaya bilməyib gülümsədi: 



 

– Məncə, yay qaydası ilə… Ala, kitabı, götür, rahat-rahat köçür. 

 

– Yox, Siz elə, yaxşısı budur, öz sözlərinizlə deyin, yazım, – deyə Rauf ondan xahiş elədi. – 



Yoxsa qəribə-qəribə sözlər var orda. 

 

Deməli belə, tərxun yerinə qədər deyəsən hamısını yazmışam. 



 

Gərək ki, düppədüz olsun… – Bir də kərgədan buynuzu. Onu da yazır, gərək həvəngdə lap narın 

olanacan döyəsən… – Hansı buynuzunu? 

 

– Başa düşmədim. Necə yəni hansı? 



 

– Sağını, solunu? Yoxsa hər ikisini? 

 

Qayınata təmkinlə, heyrətini əsla büruzə vermədən: 



 

– Fərqi yoxdur, – dedi, – hansı oldu, olar. 

 

Süfrəyə çay gəldi. Diləfruz xanım da elə bil bunu gözləyirmiş kimi birdən dilləndi: 



 

– Maraqlıdır, adam bir sınaya, bəlkə, doğrudan da, təsiri var?! 

 



 

145


“Sən Allah, sən bir bu qartımış toyuğa bax, könlündən cavanlaşmaq keçir. – Bunu, əlbəttə, Rauf 

dilinə gətirmədi, çayındakı limonu əzə-əzə özü-özünə fikirləşdi. – Hər işim düzəlmişdi bircə elə 

bu qalmışdı”. 

 

– Görünür, mən yazda Afrikaya səfərdən nahaq imtina eləmişəm – qayınata arvadına baxıb 



gülümsədi. – Cavanlaşmaq imkanını əldən vermişəm gedib. 

 

– Özün deyirdin ki, putyovka çox bahadır, – deyə arvadı getməməyinin səbəbini onun yadına 



saldı. – Bir ətək pul ver, gəzdiyin də cəmi-cümlətanı üçcə ölkə. 

 

Qayınata gülümsədi: 



 

– Hə, cəmi-cümlətanı. Amma gör necə ölkələrdir də: Madaqaskar adası, Tanzaniya, Keniya. Özü 

də Serenqoti, Nqoronqoro qoruqlarını gəzmək şərtiylə… Siz bunu heç təsəvvür eləyirsiz? 

 

Rauf xaricə putyovka söhbətinin uzanmasını heç istəmirdi. 



 

Odur ki, tez bu mövzunu yekunlaşdırdı: 

 

– Əvvəla, yazda siz bu resepti bilmirdiz – dedi. – İkincisi də ki, kim sizə icazə verərdi kərgədan 



öldürəsiz, indi daha Afrikada hamı ağıllanıb; qəzetlər hər gün bu barədə yazır. 

 

Qayınata razılaşdı onunla və barışdırıcı tərzdə dedi: 



 

– Zarafat eləyirdim. Lap əlimdə lisenziyam ola, icazə versələr mənə, kərgədana mən güllə 

atmazdım. 

 

– Maraqlıdır, görəsən onun ətini yeyirlər? 



 

Bu sual, qayınatanı çaşdıran kimi oldu və maraqla Raufa baxıb dedi: 

 

– Bilmirəm, – sonra da tez əlavə elədi: – Amma ola bilsin ki, əti yeməlidir… Niyə soruşursuz ki? 



 

– Heç, elə-belə, maraqlıdır, – Rauf öz-özündən razı qalmışdı ki, axır ona çətin bir sual verə bildi. 

– Bu vəhşi heyvandan, deyirəm, nə isə bir xeyir də olmalıdır, ya yox?! 

 

Qayınata çevrilib divar saatına baxdı; bu o demək idi ki, yeməkdən sonra yatmağın vaxtı 



yaxınlaşıb. Rauf da baxışı ilə arvadını tələsdirdi. Amma o buna əhəmiyyət verməyib, başladı 

anası ilə stolun üstündəki qab-qacağı yığışdırmağa. 

 

İndi, qarşıda cavanlaşmaqçün belə gözəl imkanlar açıldığı bir vaxt mənzilləri dəyişmək məsələsi 



ona çox xırda bir iş kimi görünürdü. Amma buna baxmayaraq o, söhbəti açdı, fikrini təfsilatı ilə 

izah elədi. 

 

Qayınatası onun sözünü kəsmədən qulaq asırdı. Rauf mənzilləri dəyişməyin hər iki tərəf üçün 



xeyirli olduğunu deyəndən sonra da o, bir müddət dinmədi, nəhayət, dalğın halda kitabı 

vərəqləyəvərəqləyə: 

 

– Bax, – dedi, – bu da maraqlı şeydir. Heyvanların dilini başa düşməyi öyrənmək olar. Məncə, 



çox faydalı davacatdır. Oxuyum? 

 

Rauf təəssüblə, bir az dilxor, başını yırğaladı: 




 

146


 

– Mən burda ciddi söz danışıram, demək olar ki, sizin nəvələrinizin taleyi həll olunur, siz isə 

başlamısız ki… Axı heyvanlarla danışmaq kimin nəyinə lazımdır? 

 

– Burda onlarla danışmağın üsulu göstərilmir, – deyə qayınatası onun sözünə düzəliş verdi. – 



Görünür, bu, heç mümkün də deyil. 

 

Heyvanları yalnız başa düşmək olar. 



 

– Çox qəribədir, – qayınana söhbətə qarışdı. – Axı bu mənzilləri dəyişmək sizin nəyinizə 

lazımdır? Sizin də mənzil pis deyil, düzdür, mərkəzdə deyil, amma özünüz həmişə deyirdiz ki, 

oranın havası əladır. Qoca vaxtı bir yerdən başqa yerə köçmək çox mürəkkəb məsələdir, təkcə 

elə mebelləri burdan ora, ordan bura daşımaq nə deməkdir, mən bilirəm, hələ kitabları demirəm 

– iki min nüsxə kitabdır, zarafat deyil. Biz burda otuz il yaşamışıq, ən yaxşı günlərimiz bu 

divarların arasında keçib. – Onun səsi titrədi, tutqun və məsum baxışlarla ərinə baxıb susdu. Bu 

baxışlar Raufun ətini ürpəşdirdi. Qayınanası yaşda adamlarda hər cür incə-mincəliyi o, ədəbsiz 

riyakarlıq hesab eləyirdi. 

 

– Siz məni başa düşmədiz, – Rauf səbirlə başladı təzədən izah eləməyə. – Biz sizinlə 



mənzillərimizi dəyişdirməyi yalnız sənədləşdirəcəyik, başa düşürsüz, sənədləşdirəcəyik. Hüquqi 

cəhətdən, yəni kağızda, biz dəyişirik mənzillərimizi, amma əslində yox. Kim indiyəcən harda 

yaşayıb, orda da yaşayacaq. Ancaq biz, – o, başının işarəsi ilə dinməzcə gözlərini divara zilləyib 

durmuş arvadını göstərdi, – iki balaca ilə bu evə yazılacayıq, siz isə ora. Rufatik də sizinlə ora 

yazılacaq. Allaha şükür, on altı yaşı tamam olub, yekə kişidir daha, pasport alıb. Özünüz təbrik 

elədiz ki, o gün. 

 

– Yaxşı, indi ki, hər kəs öz evində qalır, onda bu dəyiş-düyüşün mənası nədir? 



 

– “Aqillər buyurub ki, şeylərin dərin mənası o saat dərk edilmir”. 

 

– Qayınata kitabdan bu kəlamı oxuyub güldü. – Təsadüfə bax! – O, üzünü arvadına tutub, – axı 



Rauf, – dedi, – hər şeyi sənə başa saldı: hələlik hər şey öz əvvəlki qaydasında qalacaq, amma 

sonra o, ailəsi ilə bura köçəcək, Rufatik isə onların mənzilində qalacaq. 

 

Diləfruz xanım bu söhbətdən hələ də bir şey başa düşə bilmirdi: 



 

– Sonra, yəni nə vaxt? 

 

Qayınata başını qaldırdı və gülümsəyərək arvadına baxdı. 



 

– Özün də gileylənirsən ki, qocalmışam. Hər şeylə maraqlanırsan, cavanlığında necə idinsə, o cür 

də qalmısan. Bu, çox mürəkkəb bir hüquqi əməliyyatdır, sən də istəyirsən ki, ondan baş 

çıxarasan. – O, çevrilib bir də divar saatına baxdı: bu da o demək idi ki, daha gecdir, yatmaq 

vaxtıdır. Ayağa qalxıb bənizi qaçmış qızına yaxınlaşdı və hansı hissin təsiriləsə onun başını 

sığalladı. 

 

– Ürəyini sıxma, hər şey yoluna düşəcək. 



 

Raufun yanından keçəndə o, başının hərəkəti ilə onunla sağollaşdı və yataq otağına keçib qapını 

arxasınca örtdü. Rauf diqqətlə kitaba göz gəzdirdi, sürtülmüş dəri cildini açdı və fikirlifikirli 

köhnə perqament səhifələri vərəqlədi; oradakı mətnlər adi adamçün anlaşılmaz idi. Rauf 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə