Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə64/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   60   61   62   63   64   65   66   67   ...   231

 

151


Birdən diksinib eləyərsən, xata çıxar əlindən, – səfər zamanı gözlənilməz hadisə-zad olmasın 

deyə Rauf bu qərara gəldi ki, biriki şeyi qabaqcadan açıb Ağasəfaya desin. – Biz, qəbiristanlığa 

gedəcəyik. Hə, hə, təəccüb eləməli bir şey yoxdur burda. Cəmicümlətanı üç saatlığa. Sən orda 

heç maşından da çıxmayacaqsan. 

 

Hə, nə deyirsən? 



 

– Bacıoğlu, zarafat eləyirsən, deyəsən axı? – Ağasəfa bunu elə soruşdu ki, elə bil Raufun 

dediklərinin zarafat olduğuna özünü inandırmaq istəyirdi. 

 

Zarafat nədir, ciddi söz danışıram səninlə. Heç vaxt getməmisən, öyrəşməmisən, ona görə də 



qəribə gəlir sənə. – Rauf Ağasəfanın şübhələrini dağıtmağa, onu ürəkləndirməyə çalışırdı. – Nə 

var axı burda, Allah qoysa, sabah gedəndə özün görəcəksən. Qəbiristanlıqdır də... 

 

– Bacıoğlu, bəlkə, mənim yerimə... 



 

– Sənin yerinə, – deyə Rauf onun fikrini özü tamamladı, – yüz adam taparam, hara da desəm, 

başı üstə gedərlər mənimlə, o asan məsələdir. Amma onlar mənə lazım deyil. Sən mənim 

dostumsan, inandığım adamsan, ona görə də başqasının yox, sənin yanına gəlmişəm. – Bu yerdə 

Raufun qanı bir az qaraldı, çünki arvadı düşdü yadına; niyəsə o beyninə yeritmişdi ki, Raufun 

Arifdən başqa həqiqi dostu olmayıb və yoxdur o da ki, çoxdandır yoxa çıxıb. 

 

– Yaxşı, qaşqabağını sallama, demədim ki, getmirəm, – Ağasəfa heç istəmirdi Raufu küsdürsün 



özündən. – Nahaq inciyirsən. Mən gərək bir fikirləşəm ya yox?! Düzdür, sən deyirsən filandır, 

beşməkandır, amma hər halda qəbiristanlıq elə qəbiristanlıqdır, onda da ola gecə yarısı. Bu 

səninçün talvar altında oturub, qabağında pürrəngi çay nərdtaxta oynamaq deyil... 

 

Onlar Şüvəlan qəbiristanlığına gəlib çatanda gecə saat iki idi. 



 

Hava saat altıda işıqlanmağa başlasa da, Rauf risk eləyə bilməzdi, bir də gördün yuxusuzluq 

xəstəliyinə düçar olmuş səfeh bir xoruz korladı işləri, səhəri gözləməyib bivaxt başladı 

banlamağa. Ona görə də o, bura belə tez gəlmişdi ki, ilk xoruz banını eşidən kimi başlasın zirə 

yığmağa. O, mütləq əmin olmalıydı ki, eşitdiyi ban həqiqətən də ilk xoruz banıdır. 

 

Maşın qəbiristanlığın girəcəyində dayanan kimi Ağasəfa oturduğu yerdəcə donub qalmış bir 



vəziyyətdə soruşdu: 

 

– Qəbiristanlıq burdan çox uzaqdır? – Rauf fikir verdi ki, o, gözlərini düz irəli zilləyib və çalışır 



yan-yörəyə baxmasın. 

 

– Elə burdadır, çatmışıq. – O, maşını döndərdi, fənərlərini lap gur yandırdı və doqqazı açıq 



alaqapını Ağasəfaya göstərdi. Ağasəfa bir az fikirləşəndən sonra dedi: 

 

– Atalar yaxşı deyib: “Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır”. Sən gəl mənə qulaq as, hər 



nə işin varsa, saxla səhərə... 

 

Qaranlıqda görməzsən, ilandan-zaddan tapdalayarsan, ya da quduz itə rast gələrsən, çox şey ola 



bilər. 

 

– Vallah, qəribə adamsan, – Rauf gördü ki, qoca əməlli-başlı qorxur, gülümsədi. – Dirilərdən 



qorxmaq lazımdır, kişi, dirilərdən. 

 



 

152


Buradakılar daha heç kimə bir pislik eləyə bilməzlər. İstəyirsən, sən maşında qal. 

 

Rauf maşından düşüb, qəbiristanlığa tərəf gedəndə Ağasəfanın ürəyi gəldi yerinə, hər halda 



qəbiristanlıqdansa, maşının içi arxayınçılıqdır. 

 

O, Raufun dalınca: 



 

– Lazım olsam sənə, çağır gəlim, – dedi və pəncərələri qaldırıb qapıların hamısını içəridən 

bağladı. 

 

– Ay sağ ol. Sən otur, radioya qulaq as. Su da, yemək də dal oturacaqdadır, xətrin istəsə götür. 



Mən qayıdıram bir azdan. 

 

Rauf maşınına xüsusi bir qurğu düzəltdirib qoymuşdu, maşını qaçırtmaq qəti mümkün deyildi, 



onun əsas narahatçılığı yapon kombaynı sarıdan idi. Kombayn radioqəbuledicidən, rəngli 

televizordan və reversli stereofonik maqnitofondan ibarət idi. Rauf bilirdi ki, bunlardan ötrü 

şəhərdəki maşın həvəskarlarının çoxunun ürəyi gedir. Elə bəzi piyadaları da onun qiyməti yoldan 

çıxara bilərdi. 

 

Ona görə də Rauf maşınını heç vaxt nəzarətsiz qoymurdu. Amma onun ağlına gəlmirdi ki, dünya 



radiotexnikası hələ elə bir qeyri-adi cihaz icad eləməyib ki, o cihazın xatirinə Şüvəlanda gecəyarı 

qəbiristanlığa gəzintiyə çıxan bir adam tapılsın. 

 

Rauf dəmir doqqazı var gücü ilə özünə tərəf çəkib açanda qapı cırıldadı və o fikirləşdi ki, alaqapı 



səhərdən axşama kimi taybatay açıq olduğundan, görünür, illərlə bu doqqazı bir bəni-insan açıb 

eləməyib. Əl fənəri ona lazım olmadı. Bədirlənmiş ay gur işığını bütün qəbiristanlığa salmışdı. 

Başdaşılarının qum üzərindəki kölgələri o qədər qatı idi ki, adam onları sinədaşı bilib üstündən 

atılmaq istəyirdi. O, kollara tərəf getdi, hasarla qəbirlərin arasını zirə kolları elə basmışdı ki, 

keçmək mümkün deyildi. O, iri bir tava daşının üstündə oturdu. 

 

Dəniz yaxın idi bura, amma bu gün külək dənizdən əsdiyindən dalğaların səsi daha aydın 



eşidilirdi və adama elə gəlirdi ki, hasarın 303 o üzü dənizdir. Havadakı rütubətdən onun köynəyi 

bədəninə yapışırdı, ona görə də pencəyini düymələməli oldu. Bir azdan Rauf saatına baxanda, 

təəccüb qaldı – vaxt yaman sürətlə keçmişdi. 

 

Göy üzü şərq tərəfdə güclə seziləcək dərəcədə ağarmağa başlamışdı. 



 

O, hesabladı ki, ən tənbəl xoruzun belə oyanmağına bir saatdan artıq qalmayıb. Oturmaqdan sol 

ayağı keyimişdi. Rauf durub qəbirlərin artasındakı cığırla üç-dörd dəfə o başa-bu başa gəzindi. 

 

Külək birdən-birə elə dayanır ki, elə bil qapını bağlamısan üzünə. 



 

Daha yarpaqların xışıltısı da eşidilmirdi – təbiət sanki donub qalmışdı. 

 

İndi yalnız gözə görünməyən dənizin yeknəsəq uğultusu eşidilirdi. 



 

O, qətiyyən qorxu hissi keçirib eləmirdi, çünki gözəl dəniz sahilinin daş hasara alınmış və 

qranitlə, mərmərlə və sair qiymətli daşlarla cərgələnmiş bir parçası əcdadlarımızın, yaxın 

qohuməqrəbamızın sümüklərinin torpağa qarışdığı bir yer idi, vəssalam. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə