Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə66/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   62   63   64   65   66   67   68   69   ...   231

 

155


məsələ orda məni möhkəm dilxor elədi, sonra danışaram sənə, bərbərxanaya gələndə... Səndən 

çox razıyam, yoldaşlıq elədin mənə. – O, maşını Ağasəfanın evinin qabağında saxladı, soyuq, 

arıq əlini bərk-bərk sıxıb onunla xudahafizləşdi. 

 

Sağ ol, gecən xeyrə qalsın. On gündən sonra görüşərik. Zəng eləyəcəyəm sənə. 



 

Rauf, az qala bir göz qırpımında gəlib evinə çatdı, hər halda ona belə gəldi, çünki Ağasəfadan 

ayrılandan sonra bir də baxdı gördü ki, maşını həyətə sürür. Maşını qaraja qoyub evə qalxdı. Bir 

az mətbəxdə oturdu, bir dənə buterbrodla bir butulka pivə içdi, sonra elə buradaca pal-paltarını 

soyunub sakitcə yataq otağına keçdi. 

 

Qəribədir ki, o, dərhal yuxuya getdi. Amma ayılandan sonra hiss elədi ki, bugünkü yuxudan heç 



bir ləzzət almayıb. 

 

Belə baxanda yuxuda, sən deyən qeyri-adi hadisə-zad baş verməmişdi, hələ desən, əvvəli heç pis 



də deyildi, adamın ruhunu oxşayırdı. Rauf gördü ki, əlində tilov qayada oturub balıq tutur. 

 

Hava da əladır, göy üzü dumduru, mavi rəngdədir, amma günəş görünmür. Qayanın üstündən 



baxanda dənizin göy üzü kimi tərtəmiz mavi suyu həm ilıq, həm də bir az sərin gəlirdi adama. 

Bir sözlə, dəniz ruhu elə oxşayırdı ki, dəhşətli bir qüvvə ilə adamı özünə çəkirdi. Rauf da yuxuda 

saxlaya bilmədi özünü, istədi bir baş vursun bu mehriban, bu şəfqətli sakit dənizə və doyunca 

içsin onun suyundan, yanğısını söndürsün. Amma elə ki, o, tilovu bir kənara atıb suya baş 

vurmaq istədi, çeçələ barmaqdan bir az böyük xul 307 balıq, ya da kilkə qarmağa ilişib 

çapalamağa başladı. Və bununla da yuxunun şirin hissəsi qurtardı. Tilov sanki donub ağır bir 

ling oldu və onun əllərini bərk-bərk titrətdi. Sudan isə xul balığın yerinə qıc olmuş vəziyyətdə iri 

qara bir balıq çıxdı, domba gözlərini Raufa bərəltdi. Tilovun ipini uda-uda o, sürətlə Raufun 

üstündə durduğu qayaya yaxınlaşır, zarıya-zarıya qanlı köpük tüpürürdü. Rauf tilovu kənara atıb 

qaçmaq istədi, amma tilov əlinə saqqız kimi yapışmışdı, qopmurdu. O, nəzərlərini balığın 

dəhşətli gözlərindən qaçıra bilmirdi, bu gözlər onu özünə doğru çəkirdi. Rauf yarpaq kimi titrədi 

və qulaqbatırıcı bir səslə çığırdı. 

 

Öz çığırtısına ayılandan sonra ürəyi az qalırdı yerindən çıxsın – bir xeyli şiddətlə döyündü, 



üstəlik yataq otağının ala-qaranlığı Raufu elə sıxdı ki, davam gətirməyib arvadının yanına keçdi, 

onu qucaqlayandan sonra bir az toxtadı... 

 

Tam sakitlik idi və belə görünürdü ki, evdə heç kim yoxdur. Ayılandan sonra, yataqda uzanmış 



halda o, bir müddət düşüncələrə qapıldı, amma elə ki, bu düşüncələrin qarma-qarışıqlığı içində 

öz rəngi və tutqun naxışları ilə naməlum yaşıdının qəbrini xatırladan bir qaraltı gəlib gözləri 

önündə durdu – dərhal əhvalı pozuldu və o dəqiqə yerindən qalxıb xəyalət aləmindən uzaqlaşdı. 

 

Raufun xətri yemək istəmirdi, iştahı yox idi. Özü də fərqinə varmadan başladı otaqları gəzməyə; 



nəsə itirmişdi elə bil, tapa bilmirdi. Ürəyini şübhələr didişdirən adama oxşayırdı. Nəhayət, bu 

məqsədsiz gəzinti dəhlizdə başa çatdı; burada onun gözü telefona və saata sataşmışdı. Saat on iki 

idi. Bu ikicə “məişət əşyası” Raufa vəzifəsini xatırlatdı və o, dəstəyi götürüb iş nömrəsini yığdı. 

Boğazını arıtlaya-arıtlaya çox mənalı bir tərzdə öskürüb katibəyə dedi ki, bəzi səbəblər üzündən 

– bu səbəbləri telefonda açmaq olmaz – bu gün işə gəlməyəcək. Rauf dəstəyi yerinə qoydu, saata 

bir də baxıb tələsik dəhlizdən çıxdı. Görkəmindən dərhal hiss olunurdu ki, bu adamın nəsə çox 

vacib, təxirəsalınmaz bir işi var, amma buna baxmayaraq, o, üz-gözünü, üst-başını səliqə-

sahmana salmağı unutmadı. 

 

Şüvəlana bir neçə kilometr qalmış o, maşını kənd yoluna döndərdi və demək olar ki, o saat da 



birmərtəbəli balaca bir qəlyanaltının yanında saxladı. Bura “Dəyirman” deyirdilər; deyirdilər 308 


 

156


deyəndə – adı belə idi. Ağzının dadını bilən, ləzzətli yeməklər xoşlayan adam başqa yerə 

getməzdi: burdakı düşbərə, qutab, burdakı kabab, ləvəngi, burdakı kartof lüləsi harda vardı?! 

Rauf keçib küncdəki stolun arxasında oturdu və çay sifariş verdi. Mətbəxdən camaat oturan 

salona dolmuş yemək ətri xəstəni də iştaha gətirərdi, amma Raufa təsir eləmədi, yemək düşmədi 

onun yadına. Yeməkxananın ucaboylu, arıq ofisiantı Sabir də, buranın müdiri də, anbardarı da o, 

özü idi məəttəl qalmışdı; Rauf ola, bu boyda yolu gələ, çörək yeməyə. Təəccübünü isə o, qəti 

büruzə vermədi, amma mürəbbə gətirəndə diqqətlə Raufa baxdı. Çayın dəm almağı beş-on 

dəqiqə çəkdi. Ancaq köhnə müştərilərə gətirilən yaraşıqlı qırmızı çini çaynikdən onun stəkanına 

çay süzəndə Sabir dolayı yolla söz atdı ki, bu çay bir elə də əla çay deyil ki, durub şəhərdən bura 

maşın sürəsən. 

 

Rauf heç bir yalan, bəhanə qoşub düzəltmədi, gəlişinin səbəbinin çay içmək olmadığını boynuna 



alandan sonra, Sabirdən xahiş elədi ki, yarım saatlığa vacib bir məsələdən ötrü onunla Şüvəlana 

getsin. 


 

Sabir təəssüflə çiynini çəkdi və başının işarəsi ilə ağzına qədər müştəri ilə dolu salonu göstərdi; 

nahara o qədər adam vardı ki, iki ofisiant hamıya layiqincə qulluq eləyib çatdıra bilmirdi. 

 

– Heyif, – Rauf çox məyus dedi bu “heyif” sözünü, – mənim gümanım bircə sənə idi. Bir məsələ 



var, onunla bağlı qəbiristanlığa getməliyəm... 

 

Yanılmamışdı, Sabir ona sözünü deyib qurtarmağa imkan vermədi, kədərlə başını bulayıb 



döşlüyünü çıxartdı və maşına tərəf getdi. 

 

Qəbiristanlığın qapısından içəri keçən kimi Rauf Sabiri özü ilə gətirməyinə peşman oldu. Çünki 



mavi göy üzünün və dənizin fonunda mərmər və qranit qəbir daşlarının cərgələri, söyüdlərin, 

çinarların sərin kölgələri və quşların səsi adamın ruhunu oxşayırdı. 

 

 

Bura elə bil insanın əsəblərini yerindən oynadan gecəki yer deyildi, əksinə, sakitlik axtaran 



sevgililərçün ayrılmış xüsusi bir xiyaban idi. 

 

Onlar üstündə “Məmmədzadə Şeyda” 9.6.1929–15.4.1980 yazılmış qəbrə yaxınlaşanda Rauf bir 



daha günəş işığının başqa işıqlardan üstünlüyünə əmin oldu. Başdaşıdakı yazı da, azacıq 

olmasına baxmayaraq, indi əməlli-başlı oxunurdu; Rauf məmnuniyyətlə, bir az da daxili bir 

yüngüllüklə yazını iki dəfə oxudu. 

 

Sabir gözlərini üstündə zirə buketi və termos olan sinə daşına zilləyib durmuşdu. Hər ikisi 



ehtiram əlaməti olaraq susurdu. Rauf 309 bura gəlişlərinin səbəbini Sabirə izah eləməkdə çətinlik 

çəkdiyindən sükut xeyli uzandı. 

 

– Bu bizim qohumun qəbiridir, – deyə o, handan-hana dilləndi. 



 

– Allah rəhmət eləsin, çox yaxşı qadın idi: ürəyigeniş, xeyirxah. 

 

Özü də yazıq yetim idi, heç kimi yoxdu. 



 

Sabir görüb-götürmüş adam idi, bilirdi bu məqamda nə deyərlər. 

 

– Allah rəhmət eləsin, yaxşılıq heç vaxt unudulmur, – dedi və bununla da düşünüb bir bəhanə 



tapmaq üçün Raufa əlavə vaxt verdi. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə