Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə62/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   58   59   60   61   62   63   64   65   ...   231

 

147


yatsaydı, heç yuxusuna da girməzdi ki, bu kitab onun həyatını necə kökündən dəyişəcək; buna 

baxmayaraq o, kitabı aparıb kitab şkafının ən yuxarı rəfində gizlətdi. 

 

Çünki istəmirdi ki, onu başqa bir kimsə görsün. Kitabı götürüb aparmağa isə cürəti çatmadı. 



Qayınatası, ümumiyyətlə, mülayim olsa da, kitaba görə aləmi dağıdardı. O ki qaldı qayınatasının 

onun təklifini cavabsız qoymasına, bu, Raufu qətiyyən narahat etmirdi. 

 

Çünki əvvəl-axır həmişə onun dediyi olurdu. Evlənəndən sonra ilk vaxtlar, arvadının valideynləri 



hələ nə qədər ki, cavan və sağlam idilər, Rauf çox səy göstərməli olurdu. Lakin indi, otuz il 

keçəndən sonra onun arzuları bütün müqavimətləri asanlıqla qırıb atırdı. 

 

“Əlbəttə, o, alim adamdır, ağıl dəryasıdır və sairə və ilaxirə, amma zəmanə adamı deyil, 



həyatdan uzaqdır. Mən olaydım onun yerinə!..” Qayınatasının saysız-hesabsız elmi adlarını və 

dərəcələrini yadına salıb Rauf dərindən kədərli bir ah çəkdi və onun bu ahı hədər getmədi, çünki 

üzbəüz oturmuş arvadı bunu öz payına götürdü, çünki bir az əvvəl o, ərinin başladığı söhbətə 

nəinki qoşulmamış hətta açıq-aşkar yaxasını kənara çəkərək, bir növ, ərinə xəyanət eləmişdi. 

 

Qaşqabağını töküb oturmuş arvadının görkəmi onu qoymurdu fikrini cəmləşdirsin. Odur ki, Rauf 



qalxıb qayınatasının iş otağına keçməli oldu: o biri otaqlara nisbətən bura onun daha çox xoşuna 

gəlirdi. Qapını arxasınca örtüb, hələ qayınatası ilə söhbət zamanı başında yaranmış planın bəzi 

detallarını xəyalən dəqiqləşdirməyə başladı. Bu otaqdan göy dəniz və Bir may münasibətilə 

rəngbərəng bayraqlarla bəzədilmiş gəmilər görünürdü. Ancaq pəncərədən gah quşların həyəcanlı 

civiltisi, gah da körpə yarpaqların xışıltısı eşidilirdi; bu da o demək idi ki, tələsmək lazımdır – 

bahar gəlib. 

 

O, qonaq otağına qayıtdı. Arvadı ilə qayınanası kinodan qayıtmış uşaqları yedirdirdilər. Səbrini 



basıb gözləməli oldu. Yemək mərasimi qurtaran kimi, elan elədi ki, evə getmək vaxtıdır və bu da 

arvadının ürəyindən olmadı. 

 

Dəhlizdə onlar qohumları ilə rastlaşdılar. Qayınatanın bacısı oğlu Kamil idi – arvadı ilə təşrif 



gətirmişdi. 

 

O, hər şənbə dayısına baş çəkirdi. Halbuki, Raufun fikrincə, buna heç bir ehtiyac yox idi, çünki 



son üç ili, bacıoğlu aspiranturanı qurtarandan sonra, hər ikisi bir institutda işləyirdi və dayısını 

işdən sonra evə ötürəndə dərin bir məhəbbətlə sevdiyi xalası ilə demək olar ki, hər gün 

görüşürdü. Onların bir idarədə işləmələrini Rauf ehtiyatsızlıq kimi qiymətləndirirdi, amma nə 

qayınatası, nə də Kamil onun fikri ilə heç hesablaşmırdılar. Kamil dayısı ilə hətta bir mərtəbədə 

işləyirdi, bu da ki, Raufun fikrincə, ictimaiyyəti daha artıq qıcıqlandırırdı. Hərçənd bu üç ildə bir 

dəfə də olsun onların ünvanına qohumbazlıq üstündə, himayədarlıqla əlaqədar ittiham irəli 

sürülməmişdi, Rauf uzaqgörən bir adam kimi yaxşı bilirdi ki, gec-tez onlardan biri özünə başqa 

yerdə iş axtarmalı olacaq. Və bu lovğa, özündən razı gəncə ürəyinin dərinliyində gizli bir kin 

bəslədiyi üçün arzu eləyirdi ki, bu əhvalat onun müdafiəsindən əvvəl baş versin. 

 

– Tacir oğlanlara eşq olsun! – Kamil qəsdən onu xüsusi bir təntənə ilə salamladı və Raufun 



görüşməkçün uzanmış əlini cavabsız qoyub, qarnını sığalladı. – Bunu da ki, xüsusi bəsləyirsən 

də? 


 

Kamilin arvadı Minarə gülməyini zorla saxladı. O, boylubuxunlu bir qadın idi və onda o qədər 

şirinlik, cazibə var idi ki, Rauf hər dəfə onu görəndə içərisindən mum kimi əriyirdi. 

 

“Gül, gül, – deyə o, Minarənin gülümsəyən gözəl dodaqlarına baxa-baxa fikirləşdi, – çox güman 



ki, lap yaxın vaxtlarda mən sənin o bir dılğır dissertasiyandan ötrü ayın hər iki başı düşüb 


 

148


ezamiyyətdə qalmış lüt-üryan ərindən qədd-qamətli yaraşıqlı olacağam. Onda baxarıq bizim 

üçümüzdən kim güləcək”. 

 

Birdən Rauf bu yersiz görüşdən heç olmasa bir xeyir götürmək qərarına gəldi. Odur ki, 



mehriban, xoş bir təbəssümlə Kamilə üz tutub dedi: 

 

– Hə, yaxşı gördüm səni, elə bu gün yadıma düşmüşdün. Sən gəl mənə bir məsləhət ver: bu 



ovçular cəmiyyəti var ey, ora üzv olmaqçün nə eləmək lazımdır? 

 

– Ovçular və balıqçılar, – Kamil ona dərhal düzəliş verdi və təəccüblə soruşdu: – Sən özün ora 



üzv olmaq istəyirsən? 

 

– Əlbəttə, özüm. İşim-gücüm qurtarıb, başqası üçün xahiş eləyim?! 



 

– Axı mən biləni, ömürbillah sənin ovdan zəhlən gedib, üstəlik, təbiətin gözəlliyini də heç vaxt 

duymamısan. Birdən nə oldu ki, ovçuluq eşqinə düşdün. Səhv eləmirəmsə, biz səninlə gərək ki, 

bir dəfə ova getmişik. Lənkəran tərəfə deyəsən, hə? 

 

Rauf on il əvvəl qayınatası və Kamillə bir yerdə Qızılağac qoruğuna getdiklərini xatırladı və qanı 



qaraldı: 

 

– Onun harası ov idi?! – Həmin səfərdən o, dilxor qayıtmışdı. 



 

Kənardan baxanda bu, həqiqətən ova oxşayırdı. Qayınatası ilə Kamil lap yaxın məsafədən 

sakitcə durub onlara tamaşa eləyən heyvanlara avtomat beşaçılan tüfənglərdən atəş açırdılar. 

Yaralı marallar, ceyranlar yüz-yüz əlli metr qaçandan sonra yavaş-yavaş yerə sərilirdilər. Onlar 

yuxulu vəziyyətdə heç nə görmür, heç nə eşitmir, dərilərinə xüsusi rəngli işarə qoyub, yuxu 

güllələrinin dəydiyi yerə leykoplastr yapışdıran adamlara məhəl qoymurdular. Bütün günü beləcə 

davam elədi. Buterbrodlarını da ayaqüstü yedilər. 

 

Sonra Rauf ocaq qalamaqçün xeyli çır-çırpı, quru budaq yığdı və bıçağını çıxarıb quzudan azca 



böyük maral balasını kəsmək istədi ki, kabab çəksinlər. Kamillə qayınatası onu kənara itələyib 

bir hayküy saldılar, bir hay-küy saldılar, elə bil o, bıçağı onların babaları Qəzənfərin ürəyinə 

sancmaq istəyirmiş, Rauf bərk incimişdi, çıxıb gedəcəkdi də, maşın dayanacağına cəmi beş 

kilometr olardı, amma yol iki yerdə qamışlıqdan keçirdi, qorxurdu ki, aza. O, gələcəkdə 

çəkiləcək qaz kəməri üçün hazırlanmış beton borunun üstündə oturub fikirləşirdi ki, sən bir 

dünyanın işinə bax, beş-on manatlıq bir heyvanın üstündə qohuma elə bozarır, az qalır insanlıq 

sifətindən çıxsın. Rauf həm də bu heyvanpərvərlərdən adi şəhər şəraitində necə əvəz çıxacağını 

götür-qoy eləyirdi. Elə bu vaxt ağacların arxasından zorba bir qaban (çöldonuzu) çıxdı. Rauf 

baxıb gördü ki, qoruğun başqa sakinləri, məsələn, marallarla, qızılqazlarla və hətta çaqqallarla 

müqayisədə bu qəfil qonaq həddindən artıq vəhşidir və 298 natəmizdir. Onun seyrək qara qılla 

örtülmüş nəhəng cəmdəyi qan sızmış xırda gözlərinəcən palçıq içində idi. Bu cəhənnəm, qılınca 

oxşayan və qılınc kimi itiuclu, qabağa çıxmış sapsarı iri dişləri adamın canına üşütmə salırdı. 

Qaban durduğu yerdə birdən niyəsə qəzəblə xortuldayıb Raufun üstünə cumdu. Bir anın içində 

qabanın niyyətini anlayan Rauf, gözlərindən qan daman vəhşi heyvandan da cəld tərpəndi, amma 

onunla müqayisədə Rauf zirək çölsiçanı kimi bir şey idi: o, oturduğu borudan cəld sürüşüb 

dizləri üstə düşdü və iməkləyə-iməkləyə özünü borunun ağzına çatdırdı, bir göz qırpımında 

deşiyə təpilib yox oldu. Raufun hesablamaları düppədüz çıxdı; qaban borunun içinə soxulmadı, 

qaz kəmərinin içində görünən dabanlara xarıldaya-xarıldaya, fınxıra-fınxıra təəccüblə xeyli 

tamaşa elədi, hərlənib fırlandı, sonra dönüb yerində qaldı və birdən elə bil qıçları qırıldı – böyrü 

üstə yerə yıxıldı; bir az əvvəl dəymiş yuxu gülləsi təsirini göstərmişdi. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə