Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə59/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   55   56   57   58   59   60   61   62   ...   231

 

140


Həmin o tarixi üzqırxma əhvalatını Ağasəfa bütün təfsilatı ilə, uzunuzadı, hər kəlməsindən sonra 

çox mənalı fasilələr verə-verə bir saata zorla danışıb qurtarsa da, Rauf kəmhövsələlik 

eləməmişdi, əksinə, məmnun qalmışdı, çünki yaxşı bilirdi ki, bu böyük hörmətdi və çox az-az 

adamlar bu hörmətə layiq görülür. O gün isə, Ağasəfa onun üzünü sabunlayanda hamıya 

eşitdirmək üçün bərkdən Avtandilə dedi ki, Raufun üzü tükünün codluğu və dərisinin zərifliyi ilə 

ona rəhmətlik prezidentin üzünü xatırladır. Aydın məsələdir ki, bu sözlər Raufun canına sarı yağ 

kimi yayıldı və həmin gündən o, Ağasəfanı ən nəcib və ən ağıllı adamlardan biri hesab eləməyə 

başladı. 

 

Ağasəfa ondan xahiş elədi ki, “qadın məsələsi” barədə fikrini desin. Rauf bir ustad ədası ilə 



qımışdı. Çünki o, Ağasəfadan da, Avtandildən də bu məsələdə üstün idi, böyük təcrübəsi var idi. 

 

– Mən səninlə bir o qədər də razı deyiləm... Arıq belə gəldi, kök belə getdi. Nə dəxli, axı 



hərəsinin öz yeri var, əsl kişiyə hər cürəsi qəbuldur: qarabuğdayısı da, sarışını da, kökü də, arığı 

da. 


 

Bircə dəfə yaşayırıq bu dünyada, gərək hər cürəsini dişinə vurub, dadasan. – Bunu deyib o, 

müştəri gözüylə güzgüdəki əksinə baxdı, qayğılı-qayğılı alnını ovuşdurdu və beləliklə də bu 

söhbətə bir növ son qoymuş oldu. 

 

Ağasəfa həssas adam idi, dərhal müştərisinin ürəyindən keçəni oxudu və xüsusi bir qayğı ilə 



Raufun alnının dərisini ovuşdurub: 

 

– Qırış dərdi çəkməyinə hələ çox var, – dedi. – Bu qırış deyil, qatdır kəsib, qaşqabağuvu tökəndə 



əmələ gəlir. 

 

Ağasəfa onun pencəyinin yaxasında olan və olmayan tükləri çırpıb təmizlədi və Rauf oturduğu 



rahat kreslodan könülsüz halda durdu. Vestibüldə o, iri bədənnüma güzgünün qabağında bir an 

ayaq saxladı, ordakı gözəl geyimli, boylu-buxunlu, yaraşıqlı kişiyə baxıb xoşhallandı və dən 

düşmüş bığlarını tumarlayıb küçəyə çıxdı. 

 

Vaxta hələ vardı, maşının yanında dayandı və gənclik illərini, cavanlıq çağlarında Nizami 



küçəsiylə gecə gəzintilərini həsrətlə xatırladı. O vaxtlar bu küçə şəhərin əsas seyrəngah yeri 

sayılırdı. 

 

Demək olar ki, hər axşam, şər qarışanda cavanlar “Vətən” kinoteatrının tininə yığılar və 



başlayardılar eyni bir marşrutla – bankın binasının yanından sağa burulub dənizçilər klubunun 

səkisi ilə Dənizkənarı bulvara və ordan da geriyə gəzişməyə. O illər Rauf hörməti olan, tay-tuş 

arasında seçilən oğlanlardan idi. O, heç vaxt başçılıq iddiasında olmamışdı, amma qolunun gücü 

və cəsarəti yaşıdları yanında ona xüsusi hörmət qazandırmışdı. Xoşxasiyyətinə, gülərüzlüyünə, 

bir ölçü-biçi bilməyən kefcilliyinə görə o, həmişə təzələnən dost-aşnanın diqqət mərkəzində 

olardı. 


 

Qızların da o zamanlar Raufdan ötrü ürəyi gedirdi. O da hərdənbir qadın qəlbini, necə deyərlər, 

ovsunlayırdı, özü də o, bunun üçün özünü oda-közə vurmurdu, hər şey demək olar, ilk baxışdan 

baş verirdi. Qızlarla tanış olanda özlərini onlara qeyri-adi adam kimi göstərməyə çalışan 

oğlanlardan fərqli olaraq, o, bu sınanmış fəndə heç vaxt əl atmırdı; yəni onlara təsirli məktublar 

yazmaz, cəngavərliyini göstərən hadisələr uydurmazdı. Ömründə qızlara şeir də yazmamışdı. 

Hətta onları məftun eləmək məqsədilə telefondan asılıb saatlarla söhbət eləməzdi. Çünki başa 

düşürdü ki, özü, yəni sağlam bədəni, gözəl qədd-qaməti, par-par yanan qara gözləri, söhbət 

elədiyi xanımdan uzaqdırsa, səsin-danışığın həmin xanıma elə bir təsiri ola bilməz. 

 



 

141


Rauf sürətlə ötüb-keçmiş gənclik illəri üçün bir də köks ötürüb maşına oturdu və tibb 

institutunun yeni binasının qabağına sürdü; Aida adında gözəl bir insanla altının yarısına oraya 

görüş təyin eləmişdi. 

 

Bir il idi ki, bu nəcib insan gündəlik ailə qayğıları və aspiranturada təhsillə yüklənmiş vaxtının 



həftədə bir neçə saatına qənaət eləyib onunçun ayırırdı. İşini ehtiyatla tutmağı sevən Rauf onun 

əri ilə rastlaşmamaq üçün heç vaxt onların evinin həndəvərinə yaxın düşməzdi; Aidanın dediyinə 

görə, əri hər şeydən şübhələnən, boş yerə əsib-coşan qısqanc adam idi. 

 

O, Aidaya aldığı hədiyyəni – gümüş qolbağı ilə fransız ətrini – maşının qabaq oturacağına 



qoymuşdu, çünki onun fikrincə, görüşün əvvəlində təqdim edilən hədiyyənin axırda verilən 

hədiyyədən təsiri qat-qat çox olur, atalar demişkən: daldan atılan daş topuğa dəyər, ya da – 

toydan sonra nağara, xoş gəldin, bayram ağa; çox doğru buyurublar, Allah onlara rəhmət eləsin, 

müdrik adamlarmış. 

 

Axı doğrudan da, hansı bəxşeyişlə ötüb keçmiş şeylərə təsir göstərmək mümkündür?! 



 

O, bir on dəqiqə gözlədi. Tələbələr axınla institutdan çıxmağa başladılar. Onlardan biri – 

ucaboylu, qədd-qamətli, yaraşıqlı bir qız qaça-qaça küçəni keçdi və yan-yörəsinə göz gəzdirib 

cəld özünü maşına saldı. 

 

– Hara gedirik? – Oturmağı ilə Raufun üzündən öpməyi bir oldu. – Yenə mikrorayona? 



 

– Yox, dostlarımdan biri məzuniyyətə gedib, evinin açarını verib mənə. Üçgöz otaqdır – şəhərin 

düz mərkəzində. 

 

Aida gülümsəyib: 



 

– Üç otağı neylirik, bizə biri də bəsdir, – dedi. Gözü bağlamaya sataşdı. – Bu mənimçündür? 

Çox sağ ol! – Bağlamanı açdı, qolbağını götürüb ölçdü. – Gözəldir. Çox sağ ol. İndi gərək 

fikirləşib bir şey uyduram ki, hardandır bu mənimçün. Deyərəm institutda bağışlayıblar, özümü 

yaxşı apardığıma görə. Bura bax, bu gün mən uzağı doqquzun yarısında evdə olmalıyam. Acığın 

tutmur ki? 

 

– Onda mən də elə ailəmin dalınca özümü çatdırram qayınatamgilə – Rauf gözucu ona baxdı. 



Aida güzgünü özünə tərəf çevirib pomada və karandaşla onsuz da gözəl hüsnünə misilsiz bir 

rövnəq verdi. 

 

– Arvadın qısqancdır? 



 

– Demək olar ki, yox. Sakitləşib daha. Əvvəllər günümüz-güzəranımız yox idi. Üç dəfə çıxıb 

gedib evdən. Əslinə qalsa, özü fağır 289 adamdır, di gəl, valideynləri qızışdırırdılar. Ələlxüsus 

qayınatam. 

 

İndi o da nisbətən sakitləşib. 



 

– Harda işləyir qayınatan? 

 

– Akademiyada. Alimdir, təxminən akademik kimi bir şeydir. 



 

Amma dəxli yoxdur. – Qayınatası barədə söhbət qanını qaraltdı Raufun. – Başqası olsaydı onun 

yerinə, o imkanla dağı dağ üstə qoymuşdu. Amma bu, bircə elə onu bilir ki, camaatın başına ağıl 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə