Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə56/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   52   53   54   55   56   57   58   59   ...   231

 

133


Polad zarafatyana cavab verir: 

 

– Çox sadəcə. Bu gün səhər yeməyi zamanı mən hiss etdim ki, cənab Şults gözlənilmədən, 



naməlum mülahizələrə görə məni “Qara alov” əməliyyatına rəhbərlikdən kənarlaşdırıb. Bundan 

başqa, ikinci dərəcəli bəzi məqamlar da gözümdən qaçmadı. 

 

– İkinci dərəcəli məqamlarınızı hələ saxlayın, – deyə Şults deyingən halda sözə başlayır. – 



Doğrudanmı bunu səhər hiss etdiniz? 

 

Axı hansı əlamətlərə görə? Axı mən iş barədə bircə kəlmə də demədim! 



 

– İntonasiyalar, danışıq tərzi, baxış... Konkret heç bir şey. 

 

Ancaq həmişəki kimi sizin fikirlərinizi əsas işin aqibəti asılı olan adam məşğul edirdi. Həmişəki 



kimi siz onun təhlükəsizliyi, məziyyətləri və nöqsanları barədə düşünürdünüz. 

 

– Bu mənim peşə adətimdir, – deyə Şults çiynini çəkir. – Təzə bir şey deyil. Bu, izah olmadı. 



 

– Niyə ki, əsl izahdır, – deyə Polad gülümsəyir. – Çünki sizin şüurunuza hakim kəsilmiş belə bir 

adam dünənədək mən idim. Bu gün isə mən artıq bir kənara sıxışdırılmışdım, nəticədə isə sizin 

bayaq çox gözəl təsvir etdiyiniz emosional vəziyyət yaranmışdı. 

 

Mənə isə qalırdı buna diqqət yetirmək. Xatırladım ki, vaxtilə siz məni böyük şərəfə layiq 



görərək, özünüzün ən yaxşı şagirdiniz adlandırmışdınız. 

 

– Hə, demişdim. Hələ o vaxt mən ümid edirdim ki, məndən çox şey əxz edə biləcəksiz, – deyə 



Şults qımışır: 

 

– İkinci dərəcəli detallara gəldikdə isə, qısaca deyim... Xırda, əhəmiyyətsiz məsələdir, ancaq... 



Səhər tezdən mən paltarları geyib yoxlayanda siz növbətçi zabitə irad tutmadınız ki, Sovet 

Ordusu mühəndis qoşunları kapitanının mənim üçün tikilmiş mundirinin astarı sətin, yoxsa 

ipəkdir. Ən başlıcası isə, onu dərhal dəyişdirməyi tələb etmədiniz. Sonra, diqqət yetirmədiniz ki

Bakıda gəzdirmək üçün mənə verilmiş qəttəzə “TT” tapançası elə bir silahdır ki, hələlik o, yalnız 

cəbhəyə yollanan təcrübəli komandirlərə verilir. 

 

Sonra isə bəzi-para məsələlər. “Kəşfiyyatçı” oyunu, düzünü deyim ki, mənə o qədər də ləzzət 



vermədi. Sizinlə açıq söhbət daha xoş olardı. 

 

Maşın kiçik aeroporta yaxınlaşır. Dağın ətəyində yorucu eniş, nəhayət, başa çatır. İndi 



“Lantsiya” düzən yolla şütüyərək, tək 167 bircə təyyarə dayanmış aerodromun darvazasına 

yaxınlaşır. Buradakı idman təyyarəsinin üzərinə maskalayıcı tor çəkilib. 

 

Şultsla Polad keşikçiyə yaxınlaşıb xahiş edirlər ki, gəldiklərini xəbər versin. Vaxtından xeyli 



əvvəl gəlmiş Şults və Polad uzun yoldan sonra ləzzətlə gəzişirlər. 

 

– Sən gərək minnətdar olasan! Xeyr, mənə yox, bütün məharətinə baxmayaraq, anlaya 



bilmədiyin bəzi məqamlara. Təəssüf ki, mən bu barədə hətta sizə də danışa bilmərəm. 

Əməkdaşlıq etdiyiniz bütün bu müddət ərzində işimizə sadiq olduğunuza məndə bircə an belə 

şübhə yaranmayıb. Bununla belə, “Qara alov” əməliyyatında iştirakınız artıq ləğv edildiyinə 

görə, fürsətdən istifadə edib deyə bilərəm ki, sizin mətanətinizə heyran olmaqla bərabər, məndə 

bəzən siz sarıdan çox güclü narahatlıq hissi baş qaldırırdı: 

 



 

134


axı gələcək rifahı naminə siz öz doğma şəhərinizə son dərəcə ağır zərbə vurmalı olacaqdınız. 

Çox şadam ki, vəziyyət sizi belə bir ağır missiyanın yerinə yetirilməsindən azad etdi. 

 

– Əgər Bakı mədənlərinin məhv olması labüddürsə, vacib deyil, bu, kimin əli ilə ediləcək, – deyə 



Polad çiynini çəkir. – Bundan əlavə, mən Bakıda başqa birisinə nisbətən daha çox fayda verə 

bilərəm. Məni özünüzlə aparın. 

 

– Əgər düşünürsünüzsə ki, mən bunu etmək istəmirəm, onda mənim barəmdə pis fikirdəsiniz. 



Lakin sərəncamımızda olan yeganə təyyarə yalnız bircə sərnişin götürə bilər. Mənsiz burada 

qalmayın. Maşınla gedin. Sonra Berlinə uçub, mənim gəlişimi gözləyin. 

 

Çalışın, elə bu maşınla gedəsiz. 



 

Uzaqdan Şultsu tanıyan, əyinlərində təyyarəçi forması olan adamlar onun yanına tələsir. Şults da 

onlara tərəf gedir. Tək qalmış Polad fikirli-fikirli onun ardınca baxır. Sonra elə bil nəyisə 

xatırlayıb, maşina yaxınlaşır. 

 

– Yolumuz uzundur, odur ki, vaxt itirməyin, gedin yanacaq götürün. – Polad möhürlü vərəqi ona 



uzadır: – Bu, 200 litr benzin almaq üçün xüsusi icazə vərəqidir. Bircə qalır tarixi yazmaq və 

xidməti avtomobil sahibinin familiyasını göstərmək. Əks təqdirdə icazə vərəqi sənəd kimi məhv 

edilir. 

 

Sevincək olmuş sürücü Poladın əlindən qələmi qapıb, onun gözünün qabağındaca uşaq xəttinə 



oxşayan iri xətlə Şultsun familiyasını vərəqə yazır. 

 

İçəridən az qala və hətta qışqırıqlar eşidilməsinə əhəmiyyət vermədən sürücü kağızı kiçik 



pəncərədən içəri uzadır. İçəridəkilər inad edərək, qiymətli məhsulun yoxluğunu bəhanə gətirirlər. 

 

Şultsun sürücüsü uzun-uzadı təkiddən və nəhayət, altıncı kərə pəncərəyə həmlə etdikdən sonra, 



möcüzə nəticəsində cırılmamış vərəqi ünvanına çatdırır. Bir anlıq sükutdan sonra, sürücü, axır 

ki, bağırtı əvəzinə adi insan səsi eşidir. Ona bildirirlər ki, digər müştərilərlə konflikt yaranmasın 

deyə, benzini yalnız hava qaralandan sonra verə bilərlər. Ya da bir saatdan sonra – təyyarəni 

yanacaqla doldurandan sonra benzindaşıyan maşın aerodromdan qayıdanda. 

 

– Özü də ondakı benzin çox yüksək keyfiyyətlidir, – deyə həmin səs şirnikdirici tərzdə xəbər 



verir. 

 

– Bu saat özüm aerodroma gedirəm, təyyarə uçunca orada qalacağam, – deyə sürücü sevinclə 



dillənir. – Olsaydı, lap elə iki 50 litrlik kanistr benzini də pulla alardım. 

 

– O da düzələr, – bu sözlərdən sonra pəncərə örtülür. 



 

Hava qaralanda benzindolduran maşın təyyarəyə yaxınlaşıb onu yanacaqla doldurmağa başlayır. 

 

Sürücü Şultsun çamadanını təyyarənin yanına aparır. O hasarın böyründə durub Poladla söhbət 



edir. 

 

– Hər şey hazırdır, – deyə Şults təntənə ilə dillənir, – və indi mən sizə deyəcəyəm ki, nə səbəbə 



sizin yerinizə mən uçuram o, mundirinin döş cibinin düyməsini dinməzcə açıb, qatlanmış kağız 

vərəqini çıxararaq Polada uzadır. Faraların işığında Polad kağızı oxuyur. 

 

– Fürerin əmrini mən nəyin bahasına olursa-olsun, yerinə yetirəcəyəm. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə