Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə53/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   49   50   51   52   53   54   55   56   ...   231

 

127


 

– Deyəsən, bunu da vurdular. 

 

– Lavrov sözünə davam edir: 



 

– Mədənləri mümkün qədər tez partlatmaq lazımdır! Əgər nefti almanlara versək, bunu nə 

müasirlərimiz, nə də sələflərimiz bizə bağışlayar! 

 

Baş nazir Stalindən baş nazir Çörçillə. Tamamilə məxfi. 



 

“Bu teleqramla Sizi Sovet hökuməti adından SSRİ-yə dəvət edirəm. Məqsəd Hitlerə qarşı 

mübarizdə İngiltərə, ABŞ və SSRİ arasında münasibətlər məsələsinin müzakirəsidir. Bu məsələ 

indi çox kəskin şəkildə qarşıda durur. Fikrimcə, görüşümüz üçün ən əlverişli yer Moskva olardı, 

çünki mən, hökumət üzvləri və Baş Qərargah rəhbərləri almanlarla mübarizənin bu gərgin 

çağında oradan uzaqlaşa bilmərik. İmperiya Baş Qərargahı rəisinin gəlişi çox arzuedilən olardı. 

Görüşün keçirilmə tarixini lütfən özünüz müəyyənləşdirin. İstədiyiniz əlverişli bir vaxt seçsəniz, 

mən etiraz etməyəcəyəm...” – Səhər yeməyi süfrəsi arxasında əri ilə üzbəüz əyləşmiş Ledi 

Çörçill teleqramı oxuyur. Kəlmələri xüsusi istehza ilə tələffüz etməsindən görünür ki, mətndə nə 

isə açıq-aşkar xoşuna gəlmir. – Qəribə məzmunlu, çox qeyri-adi teleqramdır. 

 

– Siz bunu haradan tapmısınız? – deyə Çörçill məyus halda soruşur. 



 

– Yataq otağından çıxarkən döşəmənin üstündə gördüm, – Ledi Çörçill fikirli-fikirli cavab verir 

və təzədən dodaqlarını bir-birinə sıxıb, teleqramı gözdən keçirir. – Baş nazir Çörçillə, – deyə 

xüsusi ibarə ilə təkrarlayır. – Əgər növbəti teleqram “yoldaş Çörçillə” ünvanlansa, 

təəccüblənmərəm. 

 

– İkinci cəbhə açılmayınca, çətin ki, məni belə yüksək şərəfə layiq görsünlər, – Çörçill 



səmimiyyətlə gülümsünür. – Müraciət 159 tərzi xoşunuza gəlmir? Müharibə dövrü üçün “Baş 

nazir Çörçillə” müraciəti yol verilə biləcək lakonik ifadədir. 

 

Nədənsə prezident Ruzvelt, müharibə dövrünə baxmayaraq, öz teleqramlarını Böyük Britaniya 



baş naziri, ser Uinston Leonard Spenser Çörçillə ünvanlayır. Bu “müharibə dövrü, 

lakonizmi”ndən lap saymazyanalıq qoxusu gəlir. Kimsə mənə demişdi ki, baş nazir Stalinin 

bütün sözlərində əlavə məna axtarmaq lazımdır. 

 

– Ola bilər, – deyə Çörçill razılaşır və əlini teleqrama uzadır. 



 

Ledi Çörçill teleqramı əlindən buraxmadan düşüncəli tərzdə deyir: 

 

– Məsələ təkcə müraciət formasında deyil. Yəni doğrudanmı bu namənin ahəngi Sizin 



heysiyyətinizə toxunmur? Bu teleqram dəvətdən daha çox, öz böyük tərəfdaşının hüzuruna 

yollanmaq tələbini xatırladır. Elə həmin dəvət də yetərincə təhqiramiz bir dəlillə əsaslandırılır: 

Siz Moskvaya gəlməlisiniz, çünki Baş nazir Stalin bərk məşğuldur! Özü də məhz Moskvaya – 

hansısa bitərəf, daha təhlükəsiz yerə yox. Ona görə ki, baş nazir Stalin məşğuldur və öz 

öhdəlikləri ilə bağlı Moskvanı tərk edə bilməz. 

 

– Əgər Siz dünən gecə mənim yazdığım cavabı oxusaydınız, görərdiniz ki, heç nə gözdən 



yayınmayıb. Bəlkə də Siz cavab teleqramının mətnini həddən artıq kəskin hesab edərdiniz. Mən 

indi təəssüf edirəm ki, onu Sizə göstərməmişəm. 

 

Bu an telefon zəngi Çörçilli diksindirir. 




 

128


 

Baş Qərargahın telefonudur, – Çörçill narahat halda saata baxıb, tələsik yazı stoluna sarı yönəlir. 

 

Qonaq otağının qapısı döyülür və Brendan Braken içəri girir. 



 

Ledi Çörçillə ehtiramla baş əydikdən sonra səhər poçtu qovluğunu baş nazirin stolu üzərinə 

qoyur. 

 

– Ser Uinston Moskva görüşünə dəvətin mətni ilə bağlı mənimlə məsləhətləşmək istəyirdi. 



 

– Ser Uinston mətni gecə saat dörddə hazırladı, şifrələnməyə beş dəqiqə vaxt sərf olundu. Daha 

beş dəqiqə də mətni Moskvaya ötürmək üçün, elə bu qədər də oradan teleqramın çatdığı barədə 

məlumatı qəbul etməyə lazım gəldi, – deyə katib ipə düzülübmüş kimi cavab verir. 

 

– Şifrləməyə cəmi beş dəqiqə? – Ledi Çörçill təəccüblənir. 



 

– Görünməmiş sürətdir! Yadımdadır, qızıl sterlinqin islahatları zamanı bir səhifəlik mətni ən adi 

şifrlənməsinə ən azı qırx dəqiqə vaxt gedirdi. Təəssüf ki, teleqram artıq göndərilib. O sizə 

həddən artıq kəskin görünmədi ki? 

 

– Surətini saxlamışam, – deyə Braken qovluğu açır. – Budur! 



 

Ledi Çörçill mətni ucadan oxuyur: 

 

“Baş nazir, cənab Stalinə baş nazir, cənab Çörçilldən. Əlbəttə, mən Moskvaya gələcəyəm, səfər 



günün xəbər verəcəyəm”. 

 

O, çaşqın halda vərəqi o biri üzünə çevirir: elə bu?! 



 

Telefon söhbətini bitirdikdən sonra nədənsə narahat olmuş Çörçill stol arxasına qayıdır. 

 

– Pis xəbərlər var, – deyir, – almanlar cənub istiqamətində kəskin hücum edib, Don çayını 



keçmişlər. Eyni zamanda onlar Xəzər dənizi sahilinə, Qafqaz dağlarının ətəklərinə çatıblar. Ən 

xoşagəlməz əhvalat isə budur ki, onlar Maykop neft mədənlərini ələ keçiriblər. 

 

Əlbəttə, Maykop neftinin köməyilə onlar yanacağa olan tələbatlarını onsuz da ödəyə 



bilməyəcəklər, ancaq bu, hər halda qüvvələrini artıracaq. Bəli, bəli, artıracaq! Mən təcili surətdə 

Ruzveltlə əlaqə saxlamalıyam. 

 

Əlbəttə, müttəfiqlərindən narazı qalmaq üçün Stalinin əsası var. 



 

Ruslara kömək etmək lazımdır. Onlara münasibətimiz necə olsa da etiraf etməliyik ki, 

almanların qüvvələrinin böyük hissəsini onlar öz üzərinə çəkməsəydi, Allah bilir, indi bizim 

aqibətimiz necə olardı? 

 

– deyə Brenden getdikdən sonra Çörçill arvadına izah edir. 



 

– Təəssüflər olsun ki, hiyləgər, fırıldaqçı Hitler yenidən öz qətiyyətini toplayıb ilkin planına 

qayıtmışdır, – indi o, Rusiyanı Qafqazdan ayırmağa çalışacaq... 

 

Yeganə dinləyicisinin üzünün ifadəsi Çörçilli sözünü kəsməyə vadar edir. 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə