Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə50/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   46   47   48   49   50   51   52   53   ...   231

 

120


Hesab elə ki, rədd cavabı almısan. 

 

– Bu gün həkim məni müayinədən keçirdi, xəstəliyə görə, xidmətə yararsız olduğumu söylədi. 



 

Zabit istehza ilə gülümsünür: 

 

– Birinci dəfə eşidirəm ki, alay həkimi kimi isə xidmətə yararsız saysın. Bəs mənim yanıma niyə 



gəlmisən?– Həkim səhv eləyir, – deyə Fərzini sözə başlayır. – Mən xəstə- zad deyiləm. Ancaq 

sırada həqiqətən çətin olur... Bəlkə mənə nəsə bir iş verəsiniz. 

 

– Qəribə adamsan! Nə qədər ki, həkim fikrini dəyişməyib, qaç pensiya dalınca. Sonra da 



özünçün xudmani bir yer tap, müharibə qurtarınca başını girlə. Vicdanın da təmiz. Boş yerə heç 

kəs səni xidmətdən azad eləməz. Mən hələ yuxulu-yuxulu görürəm ki, ayaq üstə qırxın çıxıb. 

 

– Mən and içmişəm ki, qələbə və ədalət gününədək döyüş meydanını tərk etməyəcəyəm! – deyə 



Fərzani təntənəli tərzdə dillənir. 

 

Zabit heyrətlə qaşlarını qaldırıb, Fərzaninin hərəkətlərini izləyir; Fərzani cibindən balaca bir 



kitabça çıxarıb nəsə yazır. Sonra həmin vərəqi kitabçadan qoparıb zabitə uzadır: 

 

– Əsgərlərin qəlbində ruh yüksəkliyi yaradan, komandanlığı sevindirən heyrətamiz igidliyinizə 



görə minnətdarlıq əlaməti olaraq Sizə təqdim edirəm. 

 

– Sənə hansı həkim baxıb? Bəlkə psixiatr? – Zabit Fərzanidən vərəqi almayıb, özündən çıxır. – 



Get, harda istəyirsən, özünçün döyüş meydanı tap, lap istəyirsən, yüz il oranı tərk eləmə. Bircə 

saatdan sonra mənim hissəmin ərazisində izin-tozun da qalmasın!.. 

 

O nədir mənə verirsən?! Kağızını da götür, rədd ol burdan! Nə qədər ki, təpənə bir güllə 



çaxmamışam, itil! 

 

– Bu, elə-belə kağız deyil, çekdir; qiymətdə ağır, vəzndə yüngül. 



 

Çek kitabından cırdım. Bir baxın, məbləği rəqəmlə də yazmışam, sözlə də: min dollar! 

 

Fərzani uzun-uzadı israr etdikdən sonra zabit nəhayət, çeki əlinə alıb maraqla gözdən keçirir: 



 

– Hə... Yaxşı, indi məndən nə istəyirsən? 

 

– Bu çeklə ölkənin hər hansı bankından pul almaq olar. Özü də dollar – bu pul heç vaxt 



qiymətdən düşən deyil. Rica edirəm, hörmət əlaməti, eləcə də Sizi narahat etdiyimə görə

üzrxahlıq əlaməti olaraq bu kiçik hədiyyəni qəbul edin. 

 

– Hörmət əlaməti, bir də üzrxahlıq əlaməti... – deyə zabit ürəyindən keçənləri dilinə gətirir. – 



İndi nə deyirsən, iki şey üçün bir çek? 

 

Fərzani onun sözünü bitirməsinə imkan vermədən, cəld ikinci çeki yazır. 



 

– Buyurun! İki yüz dollar! 

 

– Yaxşı, sənə nə iş verək? 



 

– Nə olur-olsun. Təki burada qalım. 




 

121


 

– Əlindən nə gəlir? 

 

– Kommersiyadan, bank işindən başım çıxır, sabotaj şəraitində kiçik tonnajlı dəniz gəmilərini 



idarə etmək hüququm var, dənəvər kürünün duzlanması və balığın hisdə qurudulmasının bütün 

üsullarını bilirəm. 

 

– Maşın sürə bilirsən? 



 

– Əlbəttə, həmişə özüm sürmüşəm. Ancaq heyif ki, vəsiqəm yoxdur. 

 

– Getdik! 



 

Qaraja girirlər. 

 

– Bu təzə maşınları dünən srağagün gətiriblər, – zabit onları göstərib deyir. – İki sanitar 



maşınıdır, avtotəmir və avtosistern. 

 

Sanitar və təmir maşınlarını bütün günü ora-bura qovurlar. Benzin maşınında isə azı yarım gün 



benzin gözləyə-gözləyə dincələcəksən. 

 

Fərzani kabinəyə dırmaşandan sonra zabit soruşur: 



 

– Hansı maşınlardan sürmüsən? 

 

– “Mersedes”, “Kadillak”, “Byunk” – deyə Fərzani cavab verir. 



 

– Ancaq bunlar hamısından yaxşıdır! Əla motoru var. 

 

Maşınqayırma zavodunun darvazasından asta-asta bir qatar çıxır. Üzərində “hər şey cəbhə 



üçün!” plakatı olan parovoz, sıx cərgələrlə tank əleyhinə dirəklər yığılmış açıq platformaları 

arxasınca zorla çəkib aparır. Tədricən zavod həyətinin tam mənzərəsi açılır. Orada açıq havada 

keçirilən mitinq başa çatmaq üzrədir. Bağırov astadan danışır, ancaq mitinqə toplaşanlar onun 

hər sözünü aydın eşidirlər. 

 

– Xalqımızın övladları həm ön, həm də arxa cəbhədə hər gün həyatları bahasına hünər 



göstərirlər. Onlar bunun müqabilində mükafat istəmir, özlərini qəhrəman saymır, hətta heç 

düşünmürlər də ki, Vətən yolunda göstərdikləri fədakarlıq, əsl qəhrəmanlıq nümunəsidir. Xalq 

öz vətənini güclü düşmənin hücumundan müdafiəyə qalxanda, yəqin ki, belə də olmalıdır. İgidlik 

vətəndaşın vəzifəsinə çevrilir, hünər göstərmək borcu yerinə yetirmək sayılır, hünər çətin dövrün 

ayrılmaz əlamətinə çevrilir. Əks təqdirdə, qalib gəlmək mümkün olmaz. Yoldaşlarınız cəbhəyə 

gedəndən sonra sıralarınız seyrəlsə də, siz daha sıx birləşmisiniz. Sutkada 12 saat işləyib, 

müdafiə sənayesinin sifarişlərini yerinə yetirirsiniz. Ancaq sən demə, bu da son hədd deyilmiş. 

 

Bu gün eşitdim ki, bunlardan əlavə siz, öz material ehtiyatlarınızdan istifadə etməklə və yalnız 



öz qüvvənizə bel bağlamaqla 20 min ədəd tank əleyhinə dirək hazırlamamısız. Yaxın günlərdə 

onlar faşist tanklarının Bakıya yolunu kəsən çoxsaylı döyüşçülərimizin həyatını xilas edəcək. 

Mənim üçün olduqca xoşdur ki, sizin bu əvəzsiz hədiyyənizin təqdimat mərasimində xoşbəxt 

təsadüf üzündən, mənimlə yanaşı, 44-cü ordunun komandanı, üç müharibə iştirakçısı, general-

leytenant İvan Yefimoviç Petrov da dayanıb. 

 



 

122


Bakının müdafiəsində duran bu ordunun tərkibində iki Azərbaycan diviziyası da vardır və mən 

çox istərdim ki, döyüşçü həmyerlilərimizin cəbhədə öz borclarını hansı şəraitdə yerinə 

yetirdiklərini onun dilindən eşidəsiniz. 

 

İnzibati korpusda Bağırovun səsi zorla eşidilir. Əmiraslanov direktorun qəbul otağından telefonla 



danışır, həm də mitinq keçirilən heyəti pəncərədən seyr edir. Başqa bir telefon zəng çalır, 

növbətçi dəstəyi qaldırır. 

 

– Bağırov? Sizə yoldaş Bağırov lazımdır? Bu dəqiqə, çatdıraram. 



 

Gözləyirsiniz? 

 

Tələsik qapıya yönələn növbətçi, Əmiraslanovun zəhmli baxışlarını görüb ayaq saxlayır. 



 

– Kimdir? 

 

– Həyat yoldaşı. 



 

– Bura zəng vurub?! – Əmiraslanov növbətçidən daha çox özünə sual verir və dərhal da əlavə 

edir. – Heç yerə getməyin. 

 

O, sanki qətiyyətsizliyini boğub, kənara qoyulmuş telefon dəstəyini ehtiyatla qaldırır: 



 

– Əmiraslanov eşidir! 

 

Bağırov Petrovla və zavod direktoru ilə qızğın söhbət edə-edə qəbul otağına girir. Direktor 



hamını qabaqlayıb, kabinetin qapısını açır. İçəridə bayramsayağı süfrə açılıb. 

 

– Əsl vaxtdır, – nahar fasiləsidir, hamını süfrəyə dəvət edirəm. 



 

Bağırovla Petrov kabinetin qapısına doğru yönəlirlər. Əmiraslanovun onların dalınca 

gəlmədiyini görən Bağırov çevrilib geri baxır və Əmiraslanovun ciddi nəzərlərinin üzünə 

zilləndiyini görür. 

 

– Xüsusi dəvət gözləyirsən? Süfrə başına keç. 



 

– Getmək lazımdır, yoldaş Bağırov, – deyə Əmiraslanov yerindən tərpənmədən cavab verir. 

 

– Mənim yarım saatlıq işə qayıtmağımın mənası yoxdur – Bağırov çiynini çəkir – “Ev 



sahibləri”nin də xətrinə dəyə bilmərik. 

 

Petrov astanada ayaq saxlayıb, qəfil yaranmış həyəcan dolu bir maraqla Əmiraslanovun nə cavab 



verəcəyini gözləyir. Və bu cavab çox astadan səslənsə də, onu eşidir. 

 

– Sən indi evdə olmalısan... Leyla səni axtarırdı. 



 

Bənizi qar kimi ağaran Bağırov qəribə bir çaşqınlıq içində, dinməz-söyləməz ətrafdakıların 

üzlərini bir-bir süzür. Elə bil adəti üzrə gözləyir ki, bu qəfil anlaşılmazlıqdan birinci baş 

çıxarmağa macal tapan şəxs dərhal onun baxışlarına cavab verəcək və faktlara istinadən, qəfil 

xəbəri təkzib edəcək... Bağırov təzədən köhnə dostuna tərəf dönəndə, onun batıq səsində cəlladı 

görən müttəhim ümidsizliyi duyulur: 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə