Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə48/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   44   45   46   47   48   49   50   51   ...   231

 

114


– Üzr istəyirəm... – zabit sualı başı düşmür. 

 

– Qoy onları az-çox abırlı görkəmdə bura gətirsinlər, yəni demək istəyirəm ki, əyinlərində öz 



paltarları olsun, üzlərini taraş etsinlər... Sonra da əsl peşəkarlar arasından bir, yaxud daha yaxşı 

olar ki, iki nəfər fotoqraf tapın. 

 

Təəccüblənmiş zabit əmri yerinə yetirməyə yollanır. 



 

– Ən xoşagəlməz vəziyyətdən də müəyyən fayda əldə etməyi bacarmaq lazımdır, – Şults Polada 

müraciət edir. – Görün tapa bilərsinizmi, mən nə fikirləşmişəm? Hə... 

 

Polad alnını qırışdırıb cidd-cəhdlə düşünür, sonra aciz-aciz gülümsünür: 



 

– Bilirsiniz, yadıma nə düşdü? Universitetə qəbul imtahanı zamanı müəllim soruşur ki, 

termometrlərin hansı növlərini tanıyırsan. 

 

Abituriyent də cavab verir: böyük, bir də balaca. İndi mən də sizin sualınıza belə mənasız bir 



cavab verəcəyəm: yəqin istəyirsiniz ki, sabotajçıların şəklini çəksinlər. 

 

Şultsun üzündə təbəssüm görünür. O, maraqla həmsöhbətini süzüb soruşur: 



 

– Hə, axı demədiniz müəllim sonra neyləyir? 

 

Müəllim deyir ki, “söz verirəm, əgər siz bu axmaq cavabınıza buna bənzər bir gic şey də əlavə 



etsəniz, sizə qiymət yazacağam”. 

 

Abituriyent bir az fikirləşib: “orta termometrlər” də olur deyir. 



 

Müəllim də öz sözünün üstündə durur. 

 

– Həmin şəxs universitetə daxil olur? 



 

– Yox, – kimyadan kəsilir, – deyə Polad cavab verir. 

 

– Mən heç istəməzdim ki, o adam siz olmuş olaydız. 



 

– Yox, mənlik deyil. Həmin abituriyent Əbülfəz dayım idi... 

 

Bəlkə mən heç o bakılı neftçilərin gözünə görünməyim? Əgər 14 3vaxtilə onlardan hansı biri 



iləsə tanışlığım olubsa, təsəvvür edirəm, indi nə həngamə qopar. 

 

Yaxınlaşan avtobusdan nəzarətçi – “polisay”ların müşayiətilə bir neçə nəfər düşür. Onların 



ikisinin-üçünün yaxasında ordenlər görünür. 

 

Şults bunlarla səmimi görüşür. 



 

– Hər şeydən əvvəl, sizə demək istərdim ki, əsl ustanın işinə mən həmişə hörmət və maraqla 

yanaşıram, – deyə o, mehribanlıqla sözə başlayır. – Bizə dəqiq məlumdur ki, hələ ikicə həftə 

əvvəl bu mədənlər tam gücü ilə işləyirmiş. Siz ağlagəlməz dərəcədə qısa müddət ərzində bütün 

quyuları, neft kəmərlərini, hətta mexanizmləri də sıradan çıxarmısız. Bizim mütəxəssislərin 

fikrincə, mədənlərin bərpası üçün ən azı yarım il lazımdır. Sizcə, bu, real müddətdir? 

 



 

115


– Baxır bərpa işini kim görəcək? – deyə neftçilərdən biri azacaq fikrə getdikdən sonra cavab 

verir. – Yaxşı alətlər lazımdır, bir də işdə səriştəsi olan adamlar... Ancaq yarım ilə çətin... 

 

– Qətiyyən başa düşmürəm, sizin kimi təcrübəli neftçiləri işdən ayırmaq nəyə lazım imiş? Hər 



bir quyunu ayrılıqda söküb torpaqlamaq əvəzinə, mədənləri birdəfəlik partlatmaq olardı. 

Partlayışın nəticəsi heç də indikindən pis olmazdı, həm də daha az zəhmət çəkmək lazım gələrdi, 

– deyə Şults təəccübünü bildirir. 

 

– Necə yəni nə üçün? Partlayış nəticəsində yəqin ki, yanğın törənərdi. Yanğın olsaydı, neft də 



başdan-başa yanıb qurtarardı, elə şəhərə də böyük ziyan dəyərdi! Sonra da bütün bunları gəl 

bərpa elə görüm!.. 

 

– Demək istəyirsiz ki, Maykopda sovet hakimiyyətinin bərpasından sonra daha sizə mədənləri 



bərpa etmək lazım gəlməyəcək? – deyə Şults arifanə tərzdə gülümsünür. – Şults fotoqrafa 

müraciət edir: 

 

– Siz işinizdə olun, çəkin, çəkin. Qoy gələcək nəsillər görsünlər ki, diribaş vətənpərvərlər 



Maykopun neft mədənləri necə xarabalığa çevirmişlər. – Dəstə neft buruğunun tədris modelinə 

yaxınlaşır. 

 

Şults həmin buruğun fonunda neftçilərə müraciətlə deyir: 



 

– İlk vaxtlar nefti bu qazma quyusunda çıxaracağıq. Siz çəkin, çəkin! – O, neftçilərin gülümsər 

çöhrələrinə baxıb soruşur. – Siz nəyə gülürsüz? 

 

– Bu ki, modeldir! – Neftçilər avtomat şaqqıltısı altında gülüşürlər. 



 

Nə coraba yumaqdır, nə yırtığa yamaq. 

 

– Şəkillərdə ordenlər görünəcək? – deyə Şults fotoqrafların birindən soruşur. 



 

– Əlbəttə. 

 

Şults neftçilərdən birinin yaxalığına diqqətlə baxıb soruşur: 



 

– Səhv etmirəmsə, ordenlərinizdən biri döyüş ordenidir. Bəlkə yanılıram? 

 

– Düz tapmısız. Fin müharibəsində almışam. Qalanları əmək mükafatlarıdır. 



 

Şults mühafizə rəisinə müraciətlə deyir: 

 

– Onları mətbəəyə aparın, mən indi ora gedirəm. Birdən şəkillər yaxşı çıxmaz, qoy yaxında 



olsunlar. 

 

– Mətbəəyə? – deyə zabit təəccüblə soruşur. 



 

– Bəli, bəli. Mətbəəyə. Yeni əmr alınca onları otaqlardan birinə salıb qapını bağlayın. Hər şey 

aydındır? Fotoqraflar mənimlə ikinci maşında gedəcəklər, – Şults sonra Polada sarı dönür: 

 

– Gedin mehmanxanaya, özünüzü qaydaya salın, dincəlin, iki nəfərin əvəzinə nahar edin. Axşam 



saat 8-də mətbəəyə gələrsiz. 

 



 

116


Mən bu saat ora gedirəm. 

 

Axşamdır. Şults mətbəədə təptəzə qəzet ottiskini açıq-aşkar məmnuniyyətlə gözdən keçirir. 



“Sabahkı” qəzetlər topasından üçdörd nüsxə götürür. Sexdəki mətbəə maşınlarının gurultusunu 

batırmaq üçün uca səslə keşikçilərdən birinə: 

 

– Sabotajçıları redaktorun kabinetinə gətirin,– deyib özü hamıdan əvvəl linotip sexini tərk edir. 



 

Polad ikinci mərtəbəyə qalxanda görür ki, əli avtomatlı üç polisay neftçiləri zəif işıqlandırılmış 

dəhlizə çıxarır. Polada fikir verən olmur. O, mühafizəçilərlə neftçilər dəhlizi burulub gözdən 

itincə gözləyir, sonra asta-asta onların çıxdığı otağa tərəf gedir. Açıq qapının ağzında dayanıb, 

bekarçılıqdan darıxan adamlar kimi içəri boylanır. Neftçilərə məxsus əşyaların yığıldığı bir neçə 

skamyadan başqa otaqda heç nə yoxdur. Polad qalın qara kağız yapışdırılmış pəncərəyə 

yaxınlaşır, pəncərənin qırağında Bakıda dəbdə olan “aerodrom” kepkanı görəndə gülümsünür. 

Arxası qapıya tərəf dayanıb, bir an ətrafı dinşəyir, sonra cibindən tapança çıxarıb, cib dəsmalı ilə 

cəld silərək, onu kepkanın altında gizlədir. Dəhlizə çıxır, pilləkənin yanına qayıdıb, təzədən 

yarıyadək pillələri enir. 

 

Yaxınlaşan addım səslərini eşidib özünü guya pilləkənlə qalxan kimi göstərməyə başlayır. Onları 



aerodromda qarşılamış esesçi zabit pilləkəndə onu ötüb keçir. Polad zabiti saxlayır. 

 

– Deməzsiniz, redaktorun kabineti hansı tərəfdədir? 



 

– İkinci mərtəbədə. Gedək, sizi ötürüm. 

 

Poladla zabit içəri girən vaxt görürlər ki, qalibanə əda ilə gülümsəyən Şults neftçilərə qəzet 



nüsxələrini paylayır. 

 

– Əla şəkillərdir. Hələ bir görün, sistern qatarı fona necə gözəllik verir. Çox çətinliklə tapdıq bu 



qatarı. 

 

Neftçilər çaşqın halda qəzetin birinci səhifəsinə baxırlar. Orada iri şriftlə yığılmış sərlövhə 



diqqəti çəkir. “Maykop mədənlərinin neftçiləri Almaniya mühərriklərini neftlə təmin edirlər”. İki 

böyük şəkildə gülümsəyən Bakı neftçiləri və alman forması geymiş zabitlər görünür. Onlar 

qazma buruğunu əhatə ediblər. Yaxınlıqda sisternlərdən ibarət qatar, yerdə neft ləkələri gözə 

dəyir. 


 

– Oxuyun, oxuyun, – deyə Şults dillənir. – Orada hamınızın adları var. Məqalədə göstərilir ki, 

yalnız təcrübəli neftçilərin köməyi sayəsində mədənləri qoruyub saxlamaq mümkün olmuşdur. 

Yəni mədənlərin xilaskarları siz – böyük Almaniyanın dostlarısınız! 

 

– Bu ki, saxtakarlıqdır! Siz doğrudanmı elə güman edirsiniz ki, belə bir fırıldağa inanan olacaq? 



– deyə neftçilərdən biri hər şeydən əli üzülmüş halda soruşur. 

 

– Dünyanın bütün qəzetləri bu şəkilləri təkrar çap edəndən sonra, fikrimcə, hamı inanar! – deyə 



Şults gülümsəyir. Saatına baxıb deyir: – İndi işə keçək. Sizi dilə tutub-ləmədən, təklif edirəm ki, 

burada bərpa işlərində vicdanla çalışmaqla günahınızı yuyasınız! Əminəm ki, yaxşı başa 

düşürsüz, törətdiyiniz əmələ görə Almaniyanın müharibə dövrü qanunlarına əsasən, edam 

cəzasına məhkum edilməlisiniz. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə