Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə49/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   45   46   47   48   49   50   51   52   ...   231

 

117


Başa düşmürəm, nəyə görə bizi Almaniya qanunları ilə mühakimə etməlidirlər? – deyə neftçi 

təəccüblə soruşur. – Biz mədənləri sökən zaman Maykopun Almaniyaya heç bir aidiyyatı yox 

idi. Düzdürmü? 

 

– İnandırıcı dəlildir. – Şults səbirsiz halda dillənir. – Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. 



Sizin gələcək aqibətiniz yalnız öz cavabınızdan asılı olacaq. Hə, nə deyirsiz, işləyəcəksiz? 

 

– Neftçilər baxışırlar. 



 

– Təbii ki, yox. 

 

– Onları doğrudan mühakimə edəcəklər? – Polad küçəyə çıxandan sonra, çamadanlarını götürüb 



gələn neftçiləri göstərərək soruşur. 

 

– Sübh tezdən onları güllələyəcəklər. 



 

Neftçilərin aparıldığı üstüörtülü böyük maşını ötüb keçirlər. 

 

Şults özündən razı halda deyir: 



 

– Bu məqalə ilə şəkillərdən çox güclü təbliğat effekti gözləyirəm. 

 

Hə, indi hər şey sizə aydın oldu? 



 

– Bircə şeydən başqa: bu fağırları bütün günü mətbəədə saxlamaq nəyinizə lazım idi? 

 

– Əgər şəkillər çıxmasaydı, təzədən onları gətirmək lazım gələcəkdi. 



 

Sonrası da mən yol verə bilməzdim ki, bu dünyanı o fikirlə arxayın tərk etsinlər ki, borcların 

yerinə yetiriblər, adlarını da soydaşları minnətdarlıqla xatırlayacaq. İndi isə mənfur 

xəyanətkarlar kimi gəbərəcəklər. 

 

Maşında məhbusları keşikçilərdən möhkəm dəmir barmaqlıq ayırır. İki polisay avtomatlarını 



dizləri arasında sıxaraq üzbəüz əyləşib mürgüləyirlər. Maşın hərəkət etdikcə onları yüngülcə 

silkələyir. 

 

Neftçilərdən biri yerindən qalxır, dəmir barmaqlığa söykənərək, çox çətinliklə əlini çıxarıb, 



tapança lüləsini mürgü döyən polisayın çiyninə toxundurur. 

 

– Səsin çıxmasın! Qapını aç! – deyə pıçıltı ilə əmr edir. 



 

Mürgüdən ayılan polisay dərhal yerindən sıçrayıb, avtomatı çəkərək bağırır: 

 

– Öldürrəm! 



 

Boğuq atəş səsi eşidilir: polisayın beyni göyə sovrulur. İkinci gözətçi dəhşət içərisində 

tapançanın lüləsinə baxır. Sonra asta-asta əyilib, tüfəngini maşının döşəməsinə qoyur. Titrəyən 

əlləri ilə barmaqlığın qıfılını açır. 

 

– Öldürməyin məni... 



 


 

118


– Bu yoldaşın ağlı olsaydı, heç ona da toxunmazdıq, – deyə neftçi qaşqabaqlı halda meyitə işarə 

edir. – Aç, tez ol. Maşın gedəgedə atılacağıq. 

 

– Çöldəki qıfılı müşaiyətçi bağlayır! 



 

Neftçi tapança lüləsini polisayın gicgahına dayayır: 

 

– Maşın saxlatdır, xahiş elə, qoy qapını açsınlar. 



 

Polisay cəld başı ilə razılığını bildirib, tavandakı düyməni iki dəfə basır. Maşın dayanır. 

 

– Nə olub? – Metal qapı arxasından sürücünün narazı səsi eşidilir. 



 

– Sakitçilikdir. Yüngülvarı işim var, dözə bilmirəm, – deyə polisay yazıq-yazıq dillənir. 

 

– Eybi yox, dözərsən! 



 

– Deyirəm tökülür də... Sonra özün təmizləməli olacaqsan, – sürücünün təzədən kabinəyə 

qayıtmaq istədiyini görən polisay əlacsız halda çığırır. 

 

– Mən sənə təmizləməyi göstərərəm, – deyə sürücü hirslə metal qapını açır və... üzünə zillənmiş 



tapança lüləsini görəndə səsini xırp kəsir. 

 

Maykop hərbi aerodromunda Şults desantçılar qrupuna son tövsiyələrini verir. Desantçılar 



nəqliyyat təyyarəsinin qaranlıq “ağuşunda” özlərinə yer eləyəndən sonra trapın yanında durmuş 

Şults qrupun komandirinə deyir: 

 

– Heç bir şübhəniz olmasın, Bakıda sizi mütləq tapacaqlar. Bir neçə variantın olması 



uğursuzluğu istisna edir. Çox təəssüf ki, özüm sizinlə uça bilmirəm. 

 

Təyyarə asta-asta sürət toplamağa başlayan vaxt Şultsun maşını da uçuş zolağından aralanır. 



 

Poladı, o, radiostansiyanın otaqlarından birində telefonla danışan yerdə tapır. 

 

– Heç bir xəbər yoxdur, – deyə o, Şultsa məlumat verir. – Bütün şəhəri və ətrafları başdan-başa 



axtarıblar. Qaçan neftçiləri gördüm deyən tapılmayıb. Əl-qolu sarınmış üç nəzarətçini bir 

xarabalıqda atıb gediblər, forma və sənədlərini əllərindən alıblar. Maşını isə benzin qurtarandan 

sonra şəhərin 80 kilometrliyində tullayıblar. 

 

Dördüncü mühafizəçinin meyiti də içində... Mənasız bir diqqətsizlik gör nəyə gətirib çıxarırmış. 



 

– Bu, diqqətsizlik deyil, ciddi səhvdir. Özü də mənim səhvim, – Şults qaşqabaqlı halda düzəliş 

verir. 

 

Stul çəkib əyləşir, şifrli mətn hazırlayır. Poladla birlikdə qonşu otağa keçib radioötürücüyə 



yaxınlaşır. Şifrələyiciyə mətni verib deyir: 

 

– Tez şifrələyib, radiomayakla verin. 



 

Maşında Şults qəbuledicini qurub, radiomayakın dalğasını tutur. 

 

– Bu verilişi heç vaxt, heç kəs batırmır, – deyə o, izahat verir. 




 

119


 

– Ancaq heç kəsin də hələlik ağlına belə gəlməyib ki, müəyyən günlərdə və saatlarda musiqi ilə 

eyni vaxtlarda son dərəcə mühüm məlumatlar verilir. Bir qulaq asın... Heç nə hiss etmədiniz. 

Ancaq bax, bu saniyələrdə Bakı qrupuna şifrli əmr verilir ki, yeni göndərdiyimiz dəstənin 

təhlükəsiz yerə enməsini təmin etsinlər. Əgər diqqətlə qulaq assanız, eşidərsiniz ki, musiqi 

fonunda hərdənhərdən sanki əngəllər olur. Özü də bu “əngəllər”i yalnız şifrli mətn ötürülərkən 

eşidə bilərsiniz, həmin siqnallar lentə musiqinin özündən bir neçə dəfə ləng sürətlə yazılır. 

Görürsüz ki, lap sadədir. 

 

Müharibə başlanandan bəri, Avropada heç kəsin ağlına belə gəlməyib ki, bu gözəl proqramı daha 



diqqətlə dinləsin. 

 

Bakı. Bağ evində Lida radioqəbulediciyə yaxınlaşıb radiomayak dalğasını tutur və musiqini 



maqnitofona yazmağa başlayır. 

 

Sonra lap əvvəldən oxutdurur, səslənmə sürətini bir neçə dəfə artırır. 



 

Nəticədə, musiqi rabitəsiz uğultuya çevrilir, bu fonda Morze siqnalları aydın eşidilir. Lida isə 

diqqətlə qulaq asır. 

 

Böyük Qafqaz dağlarında bir kənd. Fərzani axsaya-axsaya kəndin içi ilə gedir. O, yaman qocalıb. 



Günəşli yaz günü olmasına baxmayaraq, soyuqdan donurmuş kimi bərk-bərk şinelinə bürünür. 

 

Kiçik, ikimərtəbəli bir evə çatıb pilləkənlə birinci mərtəbənin eyvanına qalxır. 



 

Əynində “Milli” qvardiya forması olan cavan əsgər söylənəsöylənə samovarı alışdırmağa çalışır. 

Çöməlib oturduğu yerdən qalxmadan Fərzaniyə baxır: 

 

– Hara gedirsən? 



 

– Cənab kapitanın yanına. 

 

– Çağırtdırıb? 



 

– Yox, xahişə gəlmişəm. 

 

– Yatır! Yarım saatdan sonra oyanacaq, elə də hirsli olacaq ki, gözünə görünməsən yaxşıdır. 



 

– Niyə elə hirsli olacaq bəyəm? 

 

– Bilirsən, doyunca yeyib-içib, dostları ilə kalan vurub. Deməli, oyanan kimi çay istəyəcək – çox 



içəndən sonra həmişə ciyəri yanır. 

 

Bəs mən çayı hərdən alım? Bir saatdır özümü öldürürəm, bir şey çıxmır. Samovar yandıra 



bilirsən? Doğru deyirsən? Onda vaxt itirmə, bu kömür, bu da maşa. 

 

Denşik Fərzanini otağa gətirir. Zabit onları görən kimi xəstə adamlarsayaq üzünü turşudaraq 



deyir: 

 

– Başım lap partlayır, nə sözün varsa, qısa elə. Bəri başdan deyirəm: məzuniyyət, pul, gön, 



çəkmə istəyirsənsə, – çıx get! 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə