Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə52/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   48   49   50   51   52   53   54   55   ...   231

 

125


komandiri general Petrov da əyləşib. Fikrimcə, təcrübəli hərbçinin təhlilini eşitmək faydalı olar. 

Yoldaş Petrov, çox istərdim ki, siz dəlillərlə mənim mülahizələrimi təkzib edəsiz. 

 

– Gizlətmək nəyə lazım, vəziyyət həqiqətən çox ağırdır. Ancaq mən istərdim ki, Terek və Urux 



çayları üzərindən keçid yerlərində tikilmiş istehkamları xatırladım. Çox möhkəm tikililərdir. 

Bundan başqa, öz geri çəkilən hissələrindən ayrı düşmüş yüzlərcə əsgəri hesabdan silmək 

istəməzdim. Mən ordu üzrə əmr vermişəm ki, onların arasında döyüşmək arzusunda olanları və 

hələ də silahlarını qoruyub saxlayanları hissələrə qəbul etsinlər. 

 

Ümidvaram ki, bu qorxaqların və təslimçilərin hamısı hərbi səhra məhkəmələri qarşısında 



cavab veriblər? 

 

– Onların sayı həddən artıq çoxdur, yoldaş Dövlət Müdafiə Komitəsinin üzvü. Hərbi səhra 



məhkəmələri azlıq edərdi. Əvvəlcə onlar ruh düşkünlüyünə qapılmış, həm də qorxmuşdular. 

Sonradan eşidəndə ki, onları xəyanətkar saymırlar, bir az özlərinə gəldilər. 

 

Yuyunmaq, yemək üçün imkan yaradılandan, onlarla normal insan kimi söhbət aparılandan sonra 



isə əməlli-başlı dirçəldilər. Mən həmin bu oddan-alovdan keçmiş təcrübəli döyüşçülərlə 44-cü 

ordunun komplektləşdirilməsini sona çatdırmağa hazırlaşıram! 

 

– deyə Petrov qətiyyətlə sözünə yekun vurur. 



 

– Özünün yaradıldığı cəmi bircə il olan orduya belə əlavə qüvvənin daxil edilməsi fayda 

gətirərmi? 

 

– Ordu həqiqətən gəncdir, – deyə Petrov razılaşır. – Ancaq bütövlükdə mən adamlardan razıyam, 



çünki onlar öz təcrübəsizliklərini digər keyfiyyətlərlə üstələyirlər. 1941-ci ilin dekabrında bu 

ordu cəmi beş ay idi yaradılmışdı, ancaq Kerç yarımadasında desant əməliyyatını tamamilə 

normal keçirdi. 

 

– Sizin ordu iki azərbaycanlı, bir gürcü və bir erməni diviziyasından ibarətdir. Əsgərlərin 



əksəriyyəti keçmiş kəndlilərdir, orduya çağırılınca əllərində silah tutmayıblar. Mənimçün 

maraqlıdır ki, əmrlər hansı dildə verilir və əsgərlərin neçə faizi əmrlərin mənasını anlayır? Lazım 

deyil, cavab verməyin. Biz onsuz da mövzudan yayındıq. Sizə konkret sual verəcəyəm: Sizcə, 

almanların Qafqazdakı sürətli yürüşünün qarşısı alınacaqmı? 

 

Petrov bir qədər düşünüb cavab verir: 



 

– Buna söz verə bilmərəm, ancaq yaranmış vəziyyəti çıxılmaz saymıram. 

 

– Döyüş komandiri üçün normal cavabdır, – deyə Lavrov gülümsünür. – Ancaq təəssüf, real 



vəziyyət elədir ki, yaxın on gündə, bəlkə də lap tez Hitlerin qoşunları Bakıya girə bilər. Və bizim 

başlıca vəzifəmiz odur ki, düşmənin yanacaq əldə etməsinə imkan verməyək. Yeganə çıxış yolu 

budur: bütün neft kəmərləri yaxın günlərdə partladılmalıdır! 

 

Hamı nəzərlərini Bağırovun üzünə dikir. O, isə heç bir reaksiya bildirmədən susur. 



 

– Neft kəmərini sıradan çıxarmağın başqa üsulu da var, – deyə Vəzirov sözə başlayır. – Quyuları 

necə lazıdır doldursaq, heç yarım ilə də onları bərpa etmək olmaz. Mədənləri partlatmaq ən asan 

yoldur, partlayışın nəticələrini təsəvvür etmək isə bundan da asandır. 

 



 

126


Yanğın törənə biləcəyi ehtimalı çox böyükdür. O cür yanğını söndürmək üçün bir neçə il lazım 

gələr, axı şəhəri həmişəlik təslim etmirik ki! Partlatmaq olmaz! 

 

– Maykopda da qoşunlarımız geri çəkilərkən quyuları doldurmuşdular. 



 

Axırı nə oldu? Almanlar cəmi ay yarıma quyuları təzədən işə saldılar. Yoldaşlar, deyəsən, siz 

vəziyyətin nə qədər ciddi olduğunu tam təsəvvür etmirsiz, – deyə Lavrov narahatlıqla 

gülümsünüb, cavab verir. – Hücum edən “A” qoşun qrupunun ardınca Bakıya doğru neftçi 

mütəxəssislərdən ibarət on minlik bir dəstə irəliləyir. Rozenberqin idarəsi onları Avropanın hər 

yerindən diqqətlə seçib toplayıb. Quyuları doldurmaq, avadanlığı xarab etmək özümüzü 

aldatmaq deməkdir. 

 

– Bəs biz özümüz yanacaqsız necə keçinəcəyik? Axı Bakı Qroznı ilə birlikdə ölkə neftinin 95 



faizini verir, – deyə Petrov Bakının təslim edilməsinin nə kimi təhlükəli nəticələr verə biləcəyini 

sanki indi anlayıbmış kimi qorxu içində dillənir. 

 

– Bu, artıq ikinci məsələdir və onu ikinci planda həll etmək lazımdır. Birinci və ən mühüm 



məsələ isə neftin düşmən əlinə keçməsinə yol verməməkdir. Lavrov səbirsiz halda saatına baxır. 

 

– Təbii ki, bu məsələni müzakirəyə qoymağa ehtiyac yoxdur, indi hər dəqiqə qiymətlidir. Bütün 



neft mədənlərini minalamaq üçün neçə gün lazımdır? 

 

– Azı on beş gün, – deyə Bağırovun işarəsi ilə Vəzirov həvəssiz cavab verir. – Adam çatışmır, 



mədənləri partlatmaq sahəsində təcrübə də azdır... 

 

– Axı mən sizə izah etdim ki, on gündən sonra, bəlkə də daha tez almanlar Bakıya girəcək, – 



deyə Lavrov qəzəblə qışqırır. 

 

– Sən unutmusan ki, indi bu gündən etibarən, mədənlərin minalanmasına bütün başqa 



müəssisələrdən istənilən qədər adam cəlb edə bilərsən, – Bağırov astadan, biganə tərzdə 

xatırladır. – Bu, Baş Qərargahın əmridir, Vəzirov. Və bu əmr yerinə yetiriləcək. Səkkiz gün sənə 

kifayətdir? 

 

Vəzirov qaşqabaqlı halda təsdiq edir. 



 

– Mədənlərə yaxın məntəqələrdən camaatın təxliyəsi üçün komitə yaratmaq lazımdır. Kimin nə 

təklifi var? – Bağırov sualedici nəzərlərlə əyləşənləri süzür. 

 

– Yaxın nədir, Dağüstü hissədən, başqa, partlayışdan sonra bütün şəhərə ziyan dəyə bilər! Bütün 



sahilyanı hissə, Bayıl, Qara şəhər... – Vəzirov az qala özündən çıxıb, hövsələsiz halda sadalayır. 

 

– Bağırov onun sözünü yarıda kəsir: 



 

– Təxliyə komitəsinə yoldaş Vəzirovu sədr təyin edirəm. 

 

– O susur. Çöldə sirena uğultusu eşidilir. Haradasa lap yaxınlıqda zenit topları atəş açır. 



 

– Hava hücumu deyil, – deyə Petrov narahat olmuş Lavrovu arxayınlaşdırır. – Hərdənbir 

aerofotoşəkillər çəkmək üçün onların “rama”sı yüksək hündürlükdə şəhərə yaxınlaşır. Birini 

vurublar... 

 

– Petrov qəfil çökmüş sükuta qulaq verərək gülümsünür: 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə