Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə60/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   56   57   58   59   60   61   62   63   ...   231

 

142


qoysun, öyüd-nəsihət versin. Ən qəribəsi də odur ki, mənim tanıdığım adamlar da onu ağıl 

dəryası hesab eləyirlər. Nəyə görə, başa düşə bilmirəm. Sənə nə oldu, hara boylanırsan? 

 

– Elə bildim köşkün yanında dayanan ərimdir, dayanıb düz bizə baxır. – Aida bunu 



gülümsəyərək desə də, təbəssümündə bir əsəbilik duyulurdu. 

 

Rauf özünü mümkün qədər laqeyd göstərməyə çalışaraq etinasız bir tərzdə soruşdu: 



 

– Bəlkə elə doğrudan da o idi? – Aidanın ərini o cəmi bir dəfə maşından görmüşdü; arvadının 

qoluna girib institutdan çıxırdı. 

 

Yekəpər, heyvərə bir şey idi; yaxşı əltopu oynadığına görə institutu qurtarandan sonra onu 



aspiranturada saxlamışdılar. 

 

– Yox, yox, mənə əvvəlcə elə gəldi ki, odur... – Aida bir an susandan sonra fikirli-fikirli əlavə 



etdi: – Sənə demişdim axı, şənbə günləri məşqləri axşamdır... Bilsəydim belə gicbəsərdir, bəyəm 

gedərdim ona. 

 

– Səndə nə təqsir, çıxmaqnandır. Ərlərin arasında hərdən çox qəribə adamlar olur. – Bu hikmətli 



kəlamı Rauf xüsusi bir vurğu ilə dedi. 

 

* * * Elə həmin axşam qayınatasının titrəyən əllərinə baxa-baxa Rauf fikirləşdi ki, düz sözə nə 



deyəsən, qocalıq da bir şey deyilmiş. 

 

Onun özünün yaşı təzəcə əllidən adlasa da, axır vaxtlar, nədənsə, tez-tez səhhəti barədə 



düşünməyə başlamışdı. Düzdür, səhhətindən hələ şikayəti yox idi, amma görkəmində... 

Görkəmində əməllibaşlı, özü də xüsusi bir səylə qulluq eləməyinə baxmayaraq, illərin amansız 

möhürü izini qoymuşdu. 

 

Nəhayət, qayınatası dinləyicilərinə – arvadına, qızına və kürəkəninə oxumaq istədiyi yeri axtarıb 



tapdı, kitabı özündən aralı tutub – o, cidd-cəhdlə çalışırdı ki, eynək taxmasın və bu da Raufu 

yaman əsəbiləşdirirdi – ətrafdakılara razı bir görkəmlə nəzər saldı. 

 

“Elə bil alçaq dağları yaradıb, zalım oğlu, gör bir nə razıdır özündən” – başında bu fikir Rauf 



səbirsizliklə yerində qurcalandı, otura bilmirdi, amma bu özündən razı “siçanla” vacib bir 

söhbəti vardı, o yadına düşdü deyən, tərpənmədi. 

 

– Burda Avropa, Asiya, Afrika və hətta qədim astek həkimlərinin, əlkimyagərlərinin və 



türkəçarələrinin bizə qədər gəlib çatmış dava-dərman və ədviyyatı reseptləri toplanıb. 

İstəyirsizsə, onlardan bir neçəsini oxuyum sizinçün? 

 

Qayınata qədim əlkimyagərlərdən birinin reseptini oxumağa başladı. O, aramla oxuyur, mətndəki 



çətin sözləri izah eləməkçün tez-tez dayanırdı. Diləfruz xanımla Xalidə çox diqqətlə qulaq 

asırdılar. 

 

Əlkimyanın sehrli maddələrinə əl atmadan bəzi əşyaları qızıla və başqa qiymətli daş-qaşa 



çevirməyi pis bacarmayan Rauf da özünü elə göstərirdi ki, guya diqqətlə qulaq asır. Əslində isə 

öz mənzilini dəyişmək barədə fikirləşirdi: götür-qoy eləmək üçün söhbəti necə və haradan 

başlasın. 

 

– Hə, bax, bu çox maraqlı şeydir; gənclik iksiri. – Qayınatasının bu sözləri onu fikirdən ayırdı. – 



İnsanı iyirmi-otuz yaş cavanlaşdırır. 


 

143


 

Belə bir şey müasir təbabət elminin heç yuxusuna da girməz! 

 

Sizdə resepti varsa, verin, 2 nömrəli aptekdə mənim yaxın bir dostum işləyir, – deyə Rauf 



gülümsəyərək Xalidəyə göz vurdu. 

 

Məzəli atmacaları baş tutanda onun özünə də ləzzət eləyirdi. – O, yarım saatın içində 



növbədənkənar, sizinçün həmin dərmanı hazırlayar, siz də içib cavan tələbə olarsız. 

 

Qayınatası Raufun atmacasını cavabsız qoymadı: 



 

– Harda, aptekdə? – o, pıqqıldayıb istehza ilə irişdi. – İnanmıram belə sifarişi qəbul eləyən 

tapılsın: son dərəcə qeyri-adi inqrediyentlərdir: 

 

“xoruzun ilk banı qəbiristanlıqdan dərilmiş zirə, arı balında qarışdırılıb döyülmüş bahar 



ekstraqonu ilə cövüz... 

 

Bir də yəqin ki, bir parça şeytan dırnağı, ya da onun quyruğunun tükü, – deyə qayınana sehrli 



iksirin tərkibini təsvir edən bundan əvvəlki mətnin sonluğu ilə ərinin nitqini tamamladı. 

 

Qayınata çox ciddi tərzdə etiraz etdi: 



 

– Yox, burda şeytanın adı çəkilmir, – amma əvvəlcə kitabdakı mətni diqqətlə gözdən keçirdi, – 

elə onsuz da tərkibi çox mürəkkəbdir. 

 

– Yaxşı bəs o ekstraqon nə olan şeydir? – deyə Xalidə maraqlandı. 



 

– Demişdin, amma yadımdan çıxıb. 

 

– Bu, tərxunun latınca adıdır. 



 

Rauf heyrətini gizləyə bilmədi: 

 

– Bazar doludu onunla, nə qədər istəyirsən, buyur, al! Biz elə bu gün də yemişik ki... Yəni bizim 



o həmən tərxundan? 

 

– Bəli, həmən tərxundan. Elə zirənin özü də bizdə bitir; Bakı ətrafında sahil boyu zirə kolu çox 



olur. 

 

– Elədir, dəniz qırağında olmağına olur, amma qəbiristanlıqda, çətin ağlım kəsir, – Raufun adəti 



idi, çap edilmiş sözə həmişə şübhə ilə yanaşardı. – Yazmağa nə var, götürüb yazıb: 

qəbiristanlıqdan dərilmiş... Zalım uşağı bilir nə yazır? Get axtar. 

 

Qayınata səhifəni çevirərək fikri dağınıq halda ona cavab verdi: 



 

– Məsələ zirədə deyil. Ən vacib və ən əsas şey axırda göstərilir, özü də bu, nə şeytan dırnağıdır, 

nə də div ürəyi... – o susdu, böyük maraq və intizar içində bu sehrli tutyanın adını eşitməyə 

tələsənlərə aramla göz gəzdirdi. 

 

– Hər nədirsə, görünür, defisit şeydir, – deyə Rauf fikirləşdiyini dilinə gətirdi. – Yoxsa, camaat 



indi çoxdan bu reseptin üzünü köçürüb qaçmışdı cavanlaşmağa. Bir dənə də qoca qalmamışdı. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə