Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə63/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   59   60   61   62   63   64   65   66   ...   231

 

149


Borunun o biri ağzından Raufun başı görünəndə, Kamil qəşş eləyib getdi özündən. Qayınata tez, 

təngnəfəs qaçıb gəldi; o zaman o hələ qaça bilirdi. Qoca bərk həyəcanlanmışdı. O, Raufun 

üstbaşına yapışmış hörümçək torunu təmizləyə-təmizləyə, onun əhvalını soruşurdu. Kamil isə 

hey gülür, özünü saxlaya bilmirdi. 

 

İndinin özündə qabanın fınxırtısına oxşayan o gülüş yadına düşəndə Raufun ürəyi bulanır. 



 

– Yaxşı, o cəmiyyətə üzv olmaqçün nə lazımdır? 

 

– Yəqin ki, ərizə, fotoşəkil, bir də bəzi arayışlar. Mən çoxdan oranın üzvüyəm, hələ ordu 



sıralarında olandan. Həm də görünür, orduda qayda-qanun bir az başqa cürdür. Hər halda

öyrənib deyərəm sənə. Amma başa düşə bilmirəm, birdən-birə nə olub sənə, yəni doğrudan 

ovçuluq həvəsinə düşmüsən? 

 

“Hə, gözlə, bu saat səbəbini açıb deyəcəyəm sənə”, – deyə Rauf ürəyində güldü və ona və 



Minarənin daha dəhlizdə durmayıb qonaq otağına keçdiyini görüncə, cavab verdi: 

 

– Sən inanma, inanma sən, – o, səsini bir azca qaldırdı ki, Minarə eşitsin onun sözlərini. – Elə 



bilirsən Rauf elə-belə, adi, maraqsız bir adamdır, ailəsindən başqa heç nə ilə maraqlanmır. Bir 

gün gələr, başa düşərsən ki, səhv eləmisən, yaxşı tanımamısan məni. 

 

Minarə dönüb dinməzcə Raufa mənalı bir nəzər saldı. Onun sözləri hədəfə dəymişdi. Raufun 



bütün varlığını qələbə sevinci 299 bürüdü. “Bax belə, hələ siz sonra görəcəksiz analar necə 

oğullar doğub”. 

 

Kamil söhbəti yekunlaşdırıb dayısı qızı və onun uşaqları ilə görüşüb ayrılmaq əvəzinə, başladı 



bir az da uzatmağa. 

 

– Əvvəla, mən heç vaxt o fikirdə olmamışam ki, guya səni həyatda yalnız ailə maraqlandırıb, 



ikincisi də ki... – Rauf imkan vermədi o, sözünü deyib qurtarsın: 

 

– Əzizim, bilirsən nə var, sən ki belə ağıl dəryasısan, niyə dissertasiyanı yazıb qurtarmırsan?! 



Dörd ildir elə qurdalanırsan. Yaxşısı budur, get özünə bir gün ağla. Xudahafiz. – O, qəhqəhə 

çəkib bərkdən güldü və tez bayıra çıxdı ki, son söz onunku olsun. 

 

 

* * * Bir aydan sonra o, ovçular cəmiyyətinə üzv oldu. Və təptəzə üzvlük vəsiqəsini mağazaya 



təqdim eləyib yaxşı bir tüfəng aldı. 

 

Satıcının tüfəngin pasportunda elədiyi qeydiyyatı piştaxtanın yanındaca diqqətlə yoxlayandan 



sonra, mağaza müdirinin yanına getdi. 

 

Müdir səliqə-sahmanla pasporta imza atıb möhür vurdu. Vəssalam. 



 

İndi daha silah saxladığına görə bir kişi də onu “gözünün üstə qaşın var” deyə bilməzdi. Hər şey 

rəsmi, hər şey qanuni idi. Rauf tüfəngi maşınının yük yerinə qoydu; onun hərtərəfli düşünüb 

hazırladığı planın həyata keçirilməsində tüfəngin də öz yeri var idi. Rauf onu evdə heç kimə 

göstərmədi, necə vardısa, eləcə brezent örtükdə – asılqanın arxasında gizlətdi. 

 

Zirə yetişməyə başlayanda Rauf demək olar ki, hər gün işdən sonra maşını sürüb şəhərdən 



çıxırdı. Özü də indi o daha dənizkənarı kurortların maketindəki çimərlik çətirlərini xatırladan bu 

ətirli kolların bitdiyi bütün Abşeron qəbiristanlıqlarının yerini bilirdi. 




 

150


 

Hamısından tez zirə Şüvəlan qəbiristanlığında yetişdi. O, kolları bir-bir diqqətlə nəzərdən keçirdi 

– toxumlar artıq qaralmışdı və əl vuran kimi qabıqlarından asanlıqla soyulub çıxırdılar. 

 

Qarşıdakı işlərin nigarançılığı ilə bir azca qayğılı olsa da, bu səhər Raufun kefi kök idi. O, 



kresloda oturub dəlləkxananın adamı məst eləyən ab-havasından uymuşdu; Ağasəfa isə dəllək 

qayçılarının yeknəsəq çıqqıltısı altında ona, “sanballı müştəriyə” layiq şəhər yeniliklərini 

danışırdı. 

 

– Bu günlərdə sən mənə lazım olacaqsan, dodaqları sabun köpüyündə olduğundan, o çox 



ehtiyatla danışırdı. – Deyirəm şəhərdən çıxıb havamızı bir dəyişək. 

 

Onun bu təklifi Ağasəfanın ürəyindən idi, amma o saat razılıq vermədi, bir balaca götür-qoy 



elədi görsün ki, imkanı var, ya yox. 

 

Sonra dilləndi: 



 

– Nə deyirəm, mən hazır. Amma bu başdan deyim, biləsən – istirahət günüm çərşənbə günüdür. 

 

– Əla, onda elə günü sabah çıxarıq şəhərdən. 



 

– Sabah niyə? Sabah hələ çərşənbə axşamıdır. 

 

– Səninlə bizim səfərimiz gecə səfəri olacaq. Səhərisi doyunca yatarsan. Şüvəlana gedəcəyik. 



 

– Getməyinə gedək, sözüm yoxdur, – Ağasəfa arif adam idi, artıq başa düşmüşdü ki, Rauf onu 

gəzməyə aparmır. – Amma mən gərək evdəkilərə bir söz tapıb deyəm, hara gedirəm, gecəni 

harda olacağam. 

 

Deyirsən ki, dostum Rauf elmi təcrübələr aparır, xahiş eləyib ki, ona kömək eləyim. 



 

Harda, Şüvəlanda? Yoxsa, akademiya açıblar orda, Ağasəfa gülməyini zorla saxladı Bacıoğlu, 

bizim arvadın əsli o tərəflərdəndir. 

 

Elə bir kəlmə bu söz bəsdir ona! Səndən də, məndən də yaxşı bilir ki, milisdən başqa orda heç 



bir elmi idarə yoxdur. 

 

Ağasəfa, çox vacib bir işçün aparıram səni, gərək kömək eləyəsən mənə. Cəmi də üç-dörd saat 



vaxtın gedəcək. Saat ikiyə işləmiş çıxmalıyıq şəhərdən... 

 

Ağasəfa onun sözünü yarımçıq kəsmək istədi: 



 

– Yaxşı, gecənin bu vaxtı biz Şüvəlanda nə eləyəcəyik? 

 

– Mən heç bilməzdim ki, sən belə hövsələsiz adamsanmış; hər şeyi gərək elə o saat biləsən, – 



Rauf bir az dilxor olan kimi oldu. 

 

– Ülgücünü o yana elə bir görüm. Səninləyəm, çək ülgücünü o yana. 



 

– Nöşün? 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə