Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə71/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   67   68   69   70   71   72   73   74   ...   231

 

165


mişar sürüşürdü buynuzun üstündə, o yana-bu yana qaçırdı. Onun şirmayı üzünü yalnız azca 

cızırdı. Nəhayət, min bir əziyyətlə buynuzun üzərində ensiz bir şırım aça bildi və bundan sonra 

iş, necə deyərlər, yağ kimi getdi. İt də atılıb-düşməkdən bezikdi, gəlib Raufla üzbəüz şöngüdü. 

Qəfəsin içində itdən baxılası heç nə yox idi – kərgədanın sir-sifətindən iyrəndiyinə görə buynuzu 

mişarlaya-mişarlaya gözünü yayındırırdı – və bu bir həftəlik tanışlıqları ərzində Rauf ancaq indi 

iti əməlli-başlı gözdən keçirə bildi. Bu, tünd boz rəngli köpək, çox güman ki, Qafqaz qoyun iti 

ilə həyət itinin “izdivacı” nəticəsində bu işıqlı dünyaya təşrif gətirmişdi. Raufun uşaqlıqda itdən, 

pişikdən, ümumiyyətlə, heyvanlardan bir elə xoşu gəlməzdi, amma indi qarşısında şöngüyüb ona 

sonsuz məhəbbət və heyranlıqla baxan bu itdə o, nə isə bir yapışıq gördü və təəssüf elədi ki, özü 

ilə az kolbasa gətirib. Buynuz öz keçmiş sahibindən həmişəlik ayrılıb yerə düşəndə, Rauf mişarı 

keyimiş əlində saxlaya bilməyib buraxdı, kərgədan isə hələ yatmağında idi. Rauf daxilində 

təsvirə gəlməyən bir yüngüllük hiss elədi – təhlükə demək olardı ki, sovuşub getmişdi – o, nəinki 

dünyadan, hətta özündən də xəbərsiz, uzanıb yatmış bu heyvana (artıq ona kərgədan deməyə 

adamın dili gəlmirdi) son dəfə nəzər yetirib pəncərəyə tərəf yönəldi. Rauf “quşlar aləmi”ndə 

daha ləngimədi, ondan tez çıxdı və qapını ardınca bağlamazdan əvvəl ətrafa ötəri bir nəzər saldı. 

Qəfəslərin üstündə baş-başa vermiş ağacların yarpaqları bayaqkı kimi xışıldayırdı, yorulub əldən 

düşmüş gözətçilər də öz komalarında yenə bayaqkı kimi şirin-şirin yatırdılar. Rauf çömbələrək 

oturub tüfəngini sökdü və buynuzla, mişarla bir yerdə, hamısını səliqə ilə çamadana yığıb 

qapağını örtdü. Duranda o, iti gördü. İt o saat onun baxışını hiss elədi, həyəcanla yerində atılıb 

düşdü və sevincək quyruğunu bulayıb zingildədi. 

 

Rauf fikirləşdi ki, it qəfəsdən heç cür çıxa bilməyəcək, çünki qəfəsin döşəməsi quş pavilyonunun 



döşəməsindən də aşağı idi, pəncərədən bir az aralı isə kərgədan uzanıb yolu kəsmişdi, bu da 

köpəyə qəti imkan vermirdi ki, qaçaraq hoppansın. 

 

O, çamadanını götürüb üz qoydu getməyə. Bir neçə addım atandan sonra dönüb geri baxdı. İt 



zingildədi, yəni ona öz razılığını bildirdi. Bütün bunlar gözlənilmədən Raufa təsir etdi və o çıxıb 

getmək əvəzinə geri döndü. Quş pavilyonuna çatanacan düz iki yağlı söyüş söydü: bir iti söydü 

ki, niyə lazım olmayan yerə burnunu soxur, bir də bu hərəkətinə görə özünü söydü ki, işlərin 

yaxşı getdiyi bir vaxtda geri qayıdıb hər şeyi korlaya bilər. 

 

O, çamadanını “Quşlar aləmi”nin girəcəyində qoyub, tez-tələsik ağıla keçdi, iti qarmalayıb 



qucağına götürdü, yeşiyin üstünə qalxıb onu pəncərədən aşırdı. 

 

Pavilyonun girəcəyində Rauf yenidən quşa rast gəldi. O, ədəbərkanla çamadanın üstünə qonub 



inadla eyni bir nöqtəni dimdikləyirdi: 

 

bilmək olmurdu niyə? Bəlkə elə acından?! Raufun itlə gəlib bura çıxmağına quş qəti əhəmiyyət 



vermədi, amma elə ki, Rauf onu təpiklə vurmaq istədi, son anda cəld kənara çəkilib onun 

ayağına əməlli bir dimdik vurdu; zalımın dimdiyi demə, biz kimi imiş. Sonra o, tələsik kənara 

çəkilmiş itin yanından məğrur bir görkəmlə keçib, kolların arxasında gözdən itdi. 

 

Külək artıq yatmışdı. Hava yavaş-yavaş işıqlaşmağa başlayırdı, göy üzü açılmamışdı, buludsuz 



idi. 

 

Rauf əlindəki ağır çamadanla hasarın uçuq yerindən bayıra çıxdı, dalınca düşüb gəlmiş iti qovdu, 



quşla olan ikinci münaqişədən sonra tamam zəhləsi getmişdi ondan. 

 

O, qarşıdakı çətin enişi düşməzdən qabaq dayandı ki, bir az nəfəsini dərsin. Hasarın o üzündən it 



məhəbbətlə ona baxırdı, amma yaxınlaşmağa cürət eləmirdi. 

 



 

166


Yəqin, yorulduğundan, gecəni yuxusuz qaldığından aşağı enəndə cığır Raufa iki dəfə uzun gəldi. 

Sürüşkən döngələrdə müvazinətini saxlamaqçün o, oleandr kollarından tutmalı olurdu. Yolun 

axırına yaxın lap əldən düşmüşdü, amma sonuncu oleandr kolunu keçib öz maşınını görən kimi 

bir anın içində bütün əhvalı dəyişdi, sevinc işığının istisi canındakı yorğunluğu çıxartdı. 

 

Küçədə gediş-gəliş çox az idi, hərdənbir böyük sürətlə maşın gəlib keçirdi. 



 

Rauf maşının yük yerini açanda yenə o qəribə quşu gördü və əlbəttə, bu görüş onun kefinə soğan 

doğradı. Zalım quş hardan peyda olmuşdu?! O, bir göz qırpımında çamadanın dalınca maşının 

yük yerinə tullandı. Rauf bu həyasız quşu elə orda qoyub yük yerinin qapağını örtmək əvəzinə 

özünü itirdi, başladı əl-qol atıb söyüş söyməyə və axır ki, birtəhər onu ordan itələyib bayıra saldı. 

Quş acıqla qaqqıldaya-qaqqıldaya ayağa durdu, dimdiyini qabağa verib yenə maşının yük yerinə 

cumdu. Elə bu vaxt Rauf DAM-ın yolla gəlib-keçən motosikletini görüb, müfəttişlərlə 

salamlaşmaq üçün bir dəqiqəliyinə əl saxladı. O, DAM-ın işçiləri ilə həmişə salamlaşardı; 

fikirləşirdi ki, bundan adama ziyan dəyməz. 

 

Quş fürsətdən istifadə edib, bu dəfə qabaq tərəfdən maşına yaxınlaşdı; eşidilən səsdən belə aydın 



olurdu ki, qabaq təkəri dimdikləyir. 

 

Rauf buna əhəmiyyət verməyib tez maşına mindi, qapısını sakitcə bağladı və quşun yaraladığı 



sağ ayağı ilə akseleratoru basıb maşını yerindən tərpətdi. 

 

O, güman eləyirdi ki, ədalət qalib gəlib, həyasız quş daha cəzasını alıb, amma bir neçə metr 



gedəndən sonra, dönüb bir yığın qanlı quş lələyi yerinə ayaq üstə sağ-salamat dimdik duran 

düşmənini gördü: zalım dayanıb diqqətlə onun maşınının nömrəsinə baxırdı. 

 

“Dəlidir, vallah, dəlidir, elə ona görə də onu təzə heyvanxanaya aparmayıblar” – deyə Rauf 



fikirləşdi və qərara aldı ki, qayınatasıgilə gedəndə mütləq ondan quşların arasında ruhi xəstələrin 

olubolmamasını soruşsun. 

 

Əsas və çətin iş görülüb qurtarmışdı, indi onu qarşıda yalnız xoş dəqiqələr gözləyirdi. 



 

Raufun əhvalına uyğun olaraq, günəşin ilk şüaları təbiətin təzəcə yuduğu asfaltda, ağacların yaşıl 

yarpaqlarında, hətta qonşuları yuxudan oyatmamaqçün onun ehtiyatla açdığı qarajın qapısında 

çilçıraq kimi bərq vururdu. 

 

Gur elektrik işığında buynuz son dərəcə fövqəladə görünürdü və əgər Rauf onu şəxsən özü ələ 



keçirməmiş olsaydı, heç vaxt ağlına da gəlməzdi ki, şirmayı kimi par-par parıldayan bu ağır əşya 

həqiqətən hansı canlı vücudunsa bədəninin bir hissəsidir. 

 

O biri günü gecə Rauf qarajında tək oturub ecazkar iksiri hazırlamağa başladı. O, qədim reseptin 



surətini qabağına qoyub, orda necə yazılıbsa, eyni ilə: nəyi isə həvəngdə döyür, nəyi isə bir 

qabdan başqasına boşaldır, qatır, qarışdırır, qızdırırdı. Səhər açılanda isə Rauf artıq içi ağzına 

qədər kəhrəba rəngli içki ilə dolu yeddilitrlik iri bir şüşə balonu əlində tutmuşdu. 

 

Bir neçə gündən sonra Rauf balonun qapağını açdı və qarajın içi adamın ağlını başından çıxaran 



qəribə bir xoş ətirlə doldu. Hətta Raufun başı gicəlləndi və o, təsadüfən salıb sındırmamaqçün, 

balonu ikiəlli möhkəm-möhkəm qucağına sıxdı. Bu qeyri-adi ətrin təsiri altında birdən-birə 

Raufun başında bir yığın dumanlı fikir və qırıqqırıq xatirələr hərləndi – aydın qavranılmayan, 

amma ruhunu oxşayan xatirələr. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə