Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə72/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   68   69   70   71   72   73   74   75   ...   231

 

167


O, özünün müxtəlif ehtiyaclarını qənaətlə ödəməyə adət etmişdi, odur ki, bu zəka bolluğu ona 

maraqlı göründü və o, həyatında ilk dəfə keçirdiyi bu xoş anların ömrünü uzatmağın əsla 

əleyhinə deyildi, amma birdən ağlına gəldi ki, balonun içinə dolan hava iksirin yaxşı yetişməsinə 

ziyan eləyə bilər. Rauf tez şüşə tıxacla balonun ağzını bərk-bərk bağladı və bu qiymətli sərvətini 

qarajın uzaq küncündə yığılmış qab-qacağın arxasında gizlətdi, özünə söz verdi ki, dünya dağıla, 

vaxtı çatmayınca ona əlini də vurmayacaq: 

 

düz “yeddi dəfə yeddi gün”, yəni yeddi həftə. 



 

O, qapını bağlayanda qonşu qarını gördü: bu qarı, son dərəcə qıvraq, amma yaman da müzür bir 

adam idi. İki il əvvəl, həyətdə qarajların tikintisi başlanan vaxt yer qalmamışdı şikayət məktubu 

yazmasın, ağzına gələni döşəmişdi gələcək qaraj sahiblərinin, o cümlədən – Raufun da ünvanına. 

Yazırdı ki, bu, qanunsuz işdir və tikinti dayandırılmalıdır. Ona dəfələrlə arayış göstərib izah 

eləyirdilər ki, bəs, qarajların tikintisində rayon arxitektura idarəsinin rəsmi icazəsi var, yenə də 

tutduğundan əl çəkmirdi. 

 

O vaxtdan bəri qarı Raufla danışmırdı və onun salamını da açıqaşkar ağızucu alırdı. Ona görə də 



səhər-səhər birinci özü Raufa “sabahın xeyir” deyib, hələ üstəlik, skamyadan qalxıb qənşərinə 

gələndə, o diksindi: “xeyir ola?!” Qarının büzüşüb qırışmış sifətində təkcə gözləri diriydi, o, 

xəstə pişiyə oxşayırdı, üzündə inamsız bir təbəssüm var idi. 

 

Rauf fürsətdən istifadə eləyib ona ibrət dərsi vermək istədi: 



 

– Görürsünüz də... – dedi. – Axırıncı komissiya da qarajın qanuni tikildiyini təsdiq elədi. Siz indi 

hara, kimə yazacaqsız? 

 

– Hiss eləyirsiz? – deyə qarı soruşdu. Raufun sözlərini o, elə bil heç eşitməmişdi – ətirə bir baxın 



ey! Mən ömrümdə belə qoxu, belə ətir görməmişəm. Cənnət ətridir elə bil. Hətta başım hərləndi. 

 

Rauf başını yuxarı qaldırıb burnu ilə havanı içinə çəkdi: 



 

– Hə, aləmdir, – dedi. Ürəyində isə qarını lənətlədi. 

 

– İndi daha iy gəlmir, – qarı təəssüflə dedi. – On dəqiqə bundan əvvəl iy bütün havaya 



hopmuşdu. İndiyə kimi əllərim əsir, baxın... 

 

Doğrudan, siz heç nə hiss eləmədiz? Amma mənə elə gəldi ki, o iy sizin qarajdan gəlir. 



 

Rauf tez etiraz elədi: 

 

– Ordan ancaq benzin, bir də yağ iyi gələ bilər. – O, barmağını ağzına salıb islatdı və başı 



üzərinə qaldırdı. – Hər şey aydındır, külək karamel fabriki tərəfdən əsir. Arada görünür, bir an 

bərkiyib, özü ilə də dediyiniz iyi gətirib. Orda heç olmamısız? O fabrikdə o qədər müxtəlif tamlı, 

ləzzətli şeylərin cövhəri var ki... 

 

– O, nə idisə başqa aləm idi, – deyə qarı zəif səslə təkrar etdi və daha Raufa fikir vermədən 



yavaş-yavaş çıxıb getdi. 

 

Səhəri rayon prokurorunun müstəntiqi Əsgərov familli bir nəfər Raufa zəng vurdu. Rauf 



tanımadığı, ömründə üzünü görmədiyi bu adamdan soruşdu ki, bəlkə o, nömrəni səhv salıb. 

Biləndə ki, yox, səsinə təəccüb ifadəsi verdi; onun fikrincə, ömründə istintaq orqanları ilə əlaqəsi 

olmayan hər bir ləyaqətli adam məhz belə eləyərdi. 



 

168


 

Görüş vaxtını razılaşandan sonra Rauf dəstəyi asdı. 

 

Maşınını tinin dalında saxladı; Rauf istəmirdi ki, prokurorluğun qabağında onu görüb-eləyən 



olsun. Girəcəkdə oturmuş növbətçi ilə salamlaşandan sonra familini dedi. Növbətçi siyahıya 

baxıb onun familini tapdı və içəriyə dəvət elədi. 

 

Qapını döyməzdən əvvəl Rauf qalstukunu düzəltdi və bığına sığal verdi. Bir an duruxandan 



sonra barmağındakı qızıl üzüyü də çıxarıb cibinə qoydu; fikirləşdi ki, tanımadığı vəzifə adamına 

barmağı üzüklü pis təsir bağışlaya bilər. 

 

Müstəntiqin kabinetində iki podpolkovnik oturmuşdu, amma Əsgərov – o, tünd-boz rəngli 



kostyum geymişdi, sarı da qalstuk 326 taxmışdı – Raufu heç bir dəqiqə də qapı dalında 

saxlamadı, içəri dəvət edib, yer göstərdi, elə o saat da mətləbə keçdi. O, görüşməkçün ayağa 

duranda məlum oldu ki, balacaboy adamdır, özü də qalın qaşlı, xırda gözlü arıq üzü Raufa tanış 

gəldi. 


 

Oturanda Rauf gözucu gördü ki, ağsaçlı yekəpər zabit zorla nəzərə çarpacaq bir tərzdə başını 

yırğaladı. 

 

– Sizə zəhmət verdiyimizə görə çox üzr istəyirəm, – deyə müstəntiq Raufa müraciət edərək sözə 



başladı. Amma Rauf imkan vermədi ona davam eləsin, dedi ki, heç bir zəhməti yoxdur və əgər 

orqanın işinə azacıq da olsa köməyi dəysə, xoş olar onunçün və ümumiyyətlə, o, sözünü 

ürəyində saxlamağı xoşlamır, yeri gəlmişkən demək istəyir ki, həyatında müstəntiq yanına bu ilk 

gəlişi (“ilk” sözünü o, xüsusi vurğu ilə dedi) ona çox yaxşı təsir bağışlayıb. 

 

Girişdəki diqqətcil növbətçidən, idarənin içindəki səliqəsahmandan tutmuş ta bu kabinetdə tanış 



olduğu gözəl, son dərəcə istiqanlı adamlara kimi. Rauf haqlı olaraq belə hesab eləyirdi ki, hər bir 

işdə tərəfdarların olmağının ziyanı yoxdur, ona görə də sonuncu sözləri deyəndə üzünü 

podpolkovniklərə tutdu və ikisi də ona təbəssümlə cavab verdi. 

 

– Məsələ belədir. – Əsgərov sıxıla-sıxıla mətləbə keçmək istədi. 



 

– Avqustun 13-dən 14-ə keçən gecə 35-30 nömrəli maşını Bayılda görüblər. O sizin 

maşınınızdır? 

 

– Kül rəngində “Jiquli”? Mənimkidir. Çox güman ki, orda dayanan elə o olub, – deyə Rauf cavab 



verdi. – Əgər mən bilsəydim ki, dediyiniz tarix həftənin hansı günü imiş, daha dəqiq cavab 

verərdim sizə. 

 

Əsgərov tez təqvimə baxıb dedi: 



 

– 13-dən 14-ə, şənbədən bazar gününə keçən gecə. 

 

– Tamamilə düz buyurursuz, o gün orda dayanan mənim maşınım olub. – Rauf fikirləşmədən 



əvvəlki ehtimalını qəti təsdiq elədi. 

 

– Necə məyər? 



 

– Deyəcəm, darıxmayın... Yaxşı, niyə bəs maşını gecə orda saxlamısız? 

 

Axı siz şəhərin o biri başında olursuz? 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə