Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə73/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   69   70   71   72   73   74   75   76   ...   231

 

169


 

Rauf bu sualın cavabını bir az ləngitdi. O, artıq imkan tapıb Əsgərovu yaxşı-yaxşı gözdən keçirə 

bilmişdi, ona görə də qərara gəldi ki, əvvəl fikrində tutduğu niyyətdən imtina etməyi 

məsləhətdir. 

 

– Bilirsiz, – Rauf utana-utana gülümsəyib, – mən nərdbazam, – dedi. – Yaxın bir dostum var, o 



da nərd xəstəsidir. Rast gəldik bir-birimizə ha, vəssalam, hər şey yaddan çıxır. Bizi saxlamaq 

mümkün deyil. Hər dəfə səhərəcən çəkir oyunumuz. İnanmazsız, amma arvadımla hətta buna 

görə aramızda xoşagəlməz söz-söhbət olur. Min dəfə başa salıram onu ki, ağlı olan qadın sevinər 

ki, əri arvadbaz döyül, karta uymayıb, nərdə salıb meylini, öz milli oyunumuza – qəti təsir 

eləmir. Üzr istəyirəm, – Rauf sanki birdən ayıldı, – hə, o gecə mən həmən dostumgildə idim. O, 

yaxın olur o yerə, amma onların evinin yanında maşın saxlamaq qorxuludur. 

 

Bilirsiz, qaranlıq bir döngədir, ömründə işıq yandırmırlar. 



 

– Müstəntiqin üzünün ifadəsindən və dostunun dəqiq ünvanını, familini soruşmamasından Rauf 

başa düşdü ki, hər şey ona aydındır, heç bir şübhə yeri qalıb eləməyib. 

 

– Maşını yalnız özünüz sürürsüz? – Hiss olunurdu ki, bu sualı Əsgərov elə-belə, rəsmiyyət 



xatirinə verir. – Demək istəyirəm ki, oğlanlarınızdan, ya qardaşınızdan, bacınızın uşaqlarından 

hərdən maşını götürmürlər ki? 

 

– Yox, – Rauf qəti cavab verdi. – Mənim maşınımın sükanı arxasında ancaq mən özüm 



otururam. Bütün dostlarım da bilir bunu – Rauf axırıncı köynəyini çıxarıb verər, deyirlər, amma 

maşınını istəmə, verməz. İnanın, bu onların özlərinin xeyrinədir! 

 

– Maşına oturub evə sürməzdən əvvəl siz oralarda şübhəli heç nə görmədiz ki? Bəlkə yadınıza 



salasız? 

 

Rauf gülümsədi: 



 

Siz heç təsəvvür eləmirsiz ki, o gecə yağış yağırdı. Yanyörəyə baxmağa imkan yox idi, qaçıb 

maşına çatanacan, iliyimə qədər islanmışdım. Yaxşı, siz heç mənə demədiz axı, nə olub, nə 

hadisə üz verib? 

 

Əsgərov verdiyi sualların cavablarını yazıb qurtarandan sonra: 



 

– Heç, – deyə fikri dağınıq halda cavab verdi. – Gecə kimsə heyvanxanada yaramaz işlər görüb, 

indi gərək biz sizinlə qızıl kimi vaxtımızı buna sərf eləyək. – O, stolunun gözündən təmiz blank 

götürüb saatına baxdı və vaxtı qeyd elədi ora. – Buyurun, bayıra çıxmaqçün icazə vərəqəsidir. 

Çox sağ olun, əziyyət verdiyimizçün bir də üzr istəyirəm. 

 

Rauf hamı ilə bir-bir əl verib xudahafizləşdi və kabinetdən çıxdı, amma qapını möhkəm 



bağlamadı. 

 

Koridorda heç kim yox idi, o, dəstəkdən tutub elə bir vəziyyətdə durdu ki, guya qapını açmağa 



hazırlaşır. Əgər kabinetdən bir adam çıxsaydı, Rauf izah eləyə bilərdi ki, qayıdıb Əsgərovdan iş 

yerinə verməkçün arayış alsın. 

 

İçəridəki söhbət aydın eşidilmirdi və o, demək olar ki, heç nə başa düşə bilmədi, təkcə iki dəfə 



qulağı “uşaq” sözü aldı, ancaq səs Əsgərovun səsi deyildi. 

 



 

170


* * * Hər səhər maşını işə salmamışdan əvvəl Rauf küncdəki qabqacağın dalından yeddilitrlik 

balonu götürür, ağzını açıb bir neçə saniyə ordakı cənnət suyunun iyini acgözlüklə içinə çəkirdi. 

Kəhrəba rəngli bu qeyri-adi suyun tam yetişməsinə hələ bir aydan da çox qalmışdı və Raufun 

onu gündə-gündə iyləməsi insana ləzzət verən əksər vərdişlər kimi qorxulu bir adət şəkli ala 

bilərdi. Ala bilərdi, amma... Beşinci gün səhər poçtalyon qəzetlərlə bir yerdə Xalidə xanıma 

məktub verməsəydi. 

 

Xalidə əlində prokurorluqdan gəlmiş çağırış vərəqəsi mətbəxə girdi. 



 

– Sənə gəlib! Hamısı düzdür, famil də, ünvan da. Xeyir ola, bu nədir? 

 

– Gedib öyrənərəm! – Rauf arvadına əsəbi cavab verdi, amma əslində əsəbiləşib eləmirdi. – 



Prokurorluğa kimi istəyirsən, çağıra bilərlər, burda mən qeyri-adi bir şey görmürəm. – O, qəzeti 

götürüb açdı; yəni ki, söhbəti qurtardıq. 

 

– Axırda elə belə olmalıydı, – deyə arvadı ürəyində fikirləşdiyini dilinə gətirdi. – Sən gərək 



çoxdan bu işdən gedəydin. 

 

Rauf hiss elədi ki, söhbəti yumşaltmağın vaxtı çatıb, sakit səslə soruşdu: 



 

– Çoxdan, yəni nə vaxtdan? 

 

– Hələ heç ora işə girməmişdən! – Xalidə xanım təzə qızışırdı, yumşalmaq fikrində deyildi. – O 



vaxt hamı sənə xəbərdarlıq eləyirdi – atam da, Arif də, özümü hələ demirəm – getmə deyirdilər, 

329 axırı yoxdur. Arifin adını çəkməklə o, özü də bilmədən vəkillə məsləhətləşməyi Raufun 

ağlına saldı və Rauf fikirləşdi ki, ağıllı adam, hətta arvadla səhər söhbəti kimi mənasız 

məşğuliyyətdən də nə isə bir xeyir götürə bilər. 

 

– Atan mənə trestdən çıxmağı məsləhət görəndə mən heç mübahisə də eləmədim, ona çox 



hörmətlə qulaq asdım və gözlədim ki, görüm əvəzində mənə nə təklif eləyir. Hələ də gözləyirəm. 

Sizin ailədə hamı məsləhət verməyə ustadır. – Rauf arvadının üzünün ifadəsini müşahidə eləyə-

eləyə ürəyinin sözünü dedi. 

 

– Düz demirsən, – Xalidə partladı yerindən. – Atam sənə o saat öz ixtisasın üzrə iş tapmağı təklif 



elədi. 

 

– Hə, nəbatat bağında gecə qarovulçusu. 



 

– Xeyr, kiçik elmi işçi. Sən indi bu saat... 

 

– Əgər akademik öz ali savadlı kürəkənini nəbatat bağına yarpaq yığmağa, ağaclara peyvənd 



vurmağa göndərirsə, normal adamlar bunu şikəst kürəkənin gecə qarovulçusu işləməsi kimi başa 

düşürlər. 

 

Kürəkənin isə köməyə ehtiyacı yoxdur. Onun insani münasibətə ehtiyacı var. Siz bunu başa 



düşmədiz. Allaha şükür, öz əlimlə hər şeyə nail oldum. Əlbəttə, mən nə akademikəm, nə də 

kosmonavt, adi qulluqçuyam, bundan artıq mənə lazım da deyil. Ailəmi dolandırıram, ya yox? 

Ay sağ ol! Qalanının sənə dəxli yoxdur. Yadımda deyil, kimdirsə, yaxşı deyib: hər cür zəhmət – 

şərəfdir. 

 

– Sizin trestdəki Nəcəfovu şərəfli zəhmət üstündə on il basdılar, getdimi? Onun konyak spirtiylə 



çıxartdığı hoqqalardan bütün qəzetlər yazmışdı. 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə