Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə67/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   63   64   65   66   67   68   69   70   ...   231

 

157


– İstəyirəm qəbrinə bir əl gəzdirim, səliqə-sahmana salım – Rauf başdaşının üstündəki ölüm 

tarixini göstərdi. – Apreldə ildönümüdür, qohum-əqrəba yığışıb gələcək, yaxşı döyül. Elə sənə 

də buna görə əziyyət verdim, dedim bir məsləhət eləyim. 

 

– Lap düz eləmisən – Sabir onun fikrini bəyəndi. – Deyim də sənə: burda çətin iş yoxdur, xarab 



olmuş yerlərinə balaca əl gəzdirmək lazımdır, bir də yazısı gərək təzələnə, vəssalam. Onu da 

deyim sənə ki, savab işdir bu. Rəhmətliyin adı nə idi? 

 

Rauf səhv eləməməkçün başdaşındakı yazıya bir də baxıb cavab verdi: 



 

– Məmmədzadə Şeyda. 

 

– Bəs atasının adı? Burda yazılmayıb. 



 

– Atasının? – Rauf qəti duruxub eləmədi, – atasının adı Bəylər idi, – dedi. 

 

– Deməli, Şeyda xanım Bəylər qızı Məmmədzadə, – Sabir cibindən çıxartdığı köhnə dəftərçəsinə 



rəhmətliyin adını, atasının adını və familini tələsmədən, arxayın-arxayın yazdı. – Bunları 

qabiliyyətli balaca bir daşa əntiqə yazdırıb saldırmaq lazımdır bura. Sən xatircəm ol, özüm 

elətdirrəm hamısını. Aprelin 15-i üçün hazır olar. 

 

– Nə danışırsan, ömründə razı olmaram. Sənin öz işin azdır bəyəm? Mənə ağıllı məsləhət lazım 



idi, qalanını özüm elətdirəcəyəm. 

 

Gedək, qədeş! – Bu özgə qəbrini düzəltdirmək Raufun yatsaydı heç yuxusuna girməzdi, ona görə 



də etirazını elə inandırıcı şəkildə bildirdi ki, Sabir daha üstündən heç nə demədi. 

 

“Dəyirmana” çatanda Rauf bir də başladı dil-ağız eləməyə. 



 

Sabir isə elə bil keyimişdi, bir kəlmə də danışmırdı. Amma ayrılanda Raufun əlini sıxıb dedi: 

 

– Mən səndən üzr istəyirəm, sənə bir kəlmə söz deyəcəyəm. 



 

Neçə ildir tanışıq, amma tanımamışam səni, bu gün tanıdım. Afərin. 

 

Biz yaşda olanların içində az adam tapılar ki, xalqımızın adətinəənənəsinə sənin kimi hörmət 



eləsin. Halal olsun... 

 

Qırx dəqiqədən sonra Rauf artıq evində idi. Hərçənd qəbiristanlığa baş çəkib qayıdandan sonra, 



gecəki hadisələrin xoşagəlməz əhval-ruhiyyəsi tamam çəkilib getmişdi, zirə də qarajda 

sərilmişdi, quruyurdu, amma ürəyində yenə nə isə bir narahatçılıq vardı. 

 

Nahar vaxtı Rauf duru xörəyi yemədi, tamam imtina elədi, ətlə badımcan qızartmasından da 



ağzına bir-iki tikə alıb boşqabı kənara itələyəndə arvadı soruşdu: 

 

– Nə olub, birtəhər dəyirsən gözümə? 



 

– Heç, işdə bir balaca... Bekara şeydir, – arvadına cavabı bu oldu. 

 

– Bəs uşaqlar hanı? 



 

– Qonşudadırlar, ad gününə gediblər. 




 

158


 

Rauf uşaqları məmnuniyyətlə xatırladı, maşallah, lap özünün cavanlığına oxşayırlar; onun kimi 

hündür, boylu-buxunludurlar. 

 

Bununla da aralarındakı oxşarlıq qurtardı. Rauf getdikcə daha artıq hiss eləyirdi ki, oğlanlarının 



xasiyyətləri, oturuşları-duruşları ana tərəfə çəkib. Buna onun elə bir etirazı yox idi, amma hər 

halda, hərdən lap məəttəl qalırdı, hətta bir balaca narahat da olurdu ki, yaxşı, bunlar sağlam 

cavan uşaqlardılar, özləri də tələbədirlər, o da ki, əsla korluq verib-eləmir onlara, hər bir şərait 

yaradır, bəs niyə yaşlarına uyğun kef çəkmirlər, cavanlıq eləmirlər, bütün günü dərs oxuyurlar

boş vaxtlarının da əsas hissəsi mütaliəyə gedir. Hər iki oğlu biofakda oxuyurdu: böyüyü – Rasim 

üçüncü kursda, Rufatik – birincidə. Ailə başçısı kimi Raufun o qədər işi, o qədər qayğısı var idi 

ki, uşaqların tərbiyəsi ilə məşğul olmağa vaxtı çatmırdı; bunu o, arvadına etibar eləmişdi, özü isə 

ehtiyatda durmuşdu, əgər ciddi çətinlik çıxıb-eləsəydi ortalığa, onda köməyə gələcəkdi. Amma 

nə uşaq vaxtları, nə də sonralar onun köməyinə ehtiyac olmadı. Bircə axır vaxtlar məcbur 

olmuşdu onlara hərdən acıqlansın, xüsusən böyüyünə; özünü Kamilə oxşadırdı, tez-tez onun 

sevimli sözlərini, ibarələrini işlədirdi. 

 

Raufun gedəsi yeri vardı, amma əvvəlcə qərara gəldi ki, yarım saat da olsa, yatıb yuxusunu alsın, 



sonra. Elə də elədi. Yuxudan duranda gördü ki, əməlli-başlı dirilib. Üzünü qırxdı, paltarını 

dəyişdi və arvadına bildirdi ki, Arifgilə nərd oynamağa gedir. 

 

Arvadı qabağına tökdüyü kurs işlərindən gözünü çəkmədən başını 311 yırğaladı və dedi ki, açarı 



götürsün. Rauf bilirdi ki, Xalidə inanmır onun bəhanəsinə, amma bu onu qəti narahat eləmirdi. 

Qısqanclıq səhnələrinin və tez-tez küsüb ata evinə köçməyin dövrü çoxdan keçib getmişdi və 

Rauf daha subay oğlan kimi öz ixtiyarında idi. 

 

Arvadının xətrini də çox istəyirdi; ən yaxın və ən mehriban qohumu kimi. İmkan olanda çalışırdı 



sevindirsin onu, ürəyini açsın. 

 

Adam arasına – istəyir teatra, konsertə, ya da toya, qonaqlığa – ancaq onunla çıxardı; özü də hara 



nə qədər xərcləmək, nə almaq lazımdır, onun məsləhətlərinə qulaq asırdı. Xalidə zahirən elə indi 

də pis görünmürdü – yaxşı gözlə baxan adam deyərdi ki, namxuda, boylu-buxunlu gəlindir. 

Arvadının zərif xallı üzünə, gülümsəyən gözəl dodaqlarına Rauf indi də hərdən məmnuniyyətlə 

tamaşa eləyirdi. 

 

O qış Rauf yarımillik üzücü ayrılıqdan sonra Gəncədən doğma şəhərinə tətilə gəlmişdi. Gəncədə 



o, Kənd Təsərrüfatı İnstitutunda oxuyurdu. Aqronomluq peşəsini o, könülsüz, özü də çətinliklə 

mənimsəyirdi. Bunun da iki səbəbi var idi. Birinci səbəb o idi ki, kənd təsərrüfatına qətiyyən 

meyli, həvəsi yox idi və öz ixtisasına olan xor münasibətinə şəhərli mövqeyindən bir növ haqq 

qazandıra bilirdi. Bakılı dostlarının da ürəyi yanırdı ona: necə də yanmayaydı, incə zövqlü bir 

adam hara, kənd təsərrüfatı hara?! İkinci səbəb dilə gətiriləsi deyildi: tənbəllik, elə bir tənbəllik 

ki, dərmanı ixtira olunmayıb hələ. Bu çarəsiz xəstəliyin, bir də arxayınçılığın – pul gücünə və 

tanış-bilişin sayəsində onsuz da diplomunu alıb qoyacaq cibinə – ucbatından hüquq fakültəsinin 

üçüncü kursunda qiymətləri pis olduğu üçün və çoxlu dərs buraxdığı üçün institutdan kənar 

edildi. 

 

Amma bir cəhəti xüsusi qeyd eləmək lazımdır: məcburiyyət qarşısında qalıb universitetdən 



getməyi heç də o demək deyil ki, o zaman hüquqşünas olmaq onu cəlb eləmirdi. Əksinə, 

xəyalında gələcəyini gözünün qabağına gətirəndə özünü həmişə prokuror vəzifəsində görürdü; 

təkcə bir dəfə görmüşdü ki, hakimdir. O, məhz prokuror olmaq istəyirdi, çünki möhkəm 

inanmışdı ki, bu vəzifə ən sərfəli, ən hörmətli vəzifədir. Prokurorun əlində hakimiyyət də var, 

imkanat da. Amma əvəzində ondan nə var-dövlət dalınca qaçan bəzi adamlardan tələb olunan 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə