Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə58/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   54   55   56   57   58   59   60   61   ...   231

 

138


Tezliklə ayaqcıq yerindən qopur. Qaraşarlı qulağını divara söykəyib dinşəyir. Ancaq dərhal da 

başa düşür ki, ümumi səs-küy içərisində bu, mənasız bir şeydir. Divara yaxınlaşır, polad 

armaturu bircə dəfə qüvvətlə endirməklə, yatan şəxsin kəlləsini iki yerə parçalayır. Qana batmış 

armaturu Qəribovun “yanğınsöndürən” gödəkcəsinə sildikdən sonra pəncərəyə yaxınlaşır, 

çərçivənin üzəri ilə ehtiyatla hərəkət edərək, addım-addım, santimetr-santimetr irəliləyir. O, 

qonşu otağın pəncərəsinə doğru can atır. Armaturu isə kəmərinə sancıb. 

 

Keşikçi kresloya yayxanıb yatır. 



 

Qaraşarlı qapını ehtiyatla aralayıb, çölə boylanır. Ayağının ucunda yeriyərək, otaqdan çıxır, 

ömrünün son saniyələrini yaşayan keşikçinin yanında ayaq saxlayır. 

 

Tapança ilə vəsiqəni gödəkcəsinin cibinə qoyur. Dəhlizdə və vestibüldə işığı söndürür. Və 



tələsmədən öz növbə çəkmək vaxtını gözləyən mühafizəçilərin yanından keçib, şüşəli çıxış 

qapısına çatır. 

 

Qapıçılar, əynində yanğınsöndürən paltarı olan şəxsin zavodu tərk edərkən verdiyi son 



tövsiyələri dinləyib, başlarını tərpədirlər: 

 

o, üzərində çaydan olan elektrik peçinə əlini toxundurub qayğılı tərzdə məsləhət görür ki, 



bədbəxt hadisə baş verməsinin qarşısını almaq məqsədilə onun altına bir parça tənəkə, ya da 

asbest qoysunlar. 

 

Vəsiqəsini də özü çıxarıb göstərir və gecənin qaranlığında yenicə başlanan xəzriyə çıxır. 



 

– Əvvəllər mən o qıza etibar edirdim. – Qaraşarlı cidd-cəhdlə alnını qırışdırıb deyir, – yandırıcı 

maye zavodunu partlatmağı bizə qadağan edəndə, elə bilmişdim ki, qorxur. İndi isə başa 

düşürəm ki, hər şey elə həmin vaxtlarda başlanıbmış. Bir il əvvəl ərə gedəndən 17 3bəri isə onun 

heç həndəvərindən keçmək olmur! Məncə, artıq buna son qoymaq lazımdır. 

 

– Biz hər bir şəxsə özünü göstərmək imkanı verməliyik, – deyə Polad səbirlə izah edir. – Əvvəl 



yoxlayaq, sonra danışarıq. Onun harada yaşadığını öyrənərəm, məşğul olarıq. 

 

Lida bağ evində təkdir. Həyətə bir minik maşını yaxınlaşır. 



 

Qaraşarlı düşüb evə sarı gəlir. 

 

Polad nömrə yığır: 



 

– Zəhmət olmasa Məmmədəliyevi... Salam, Kamil. 

 

– Polad! – deyə o, sevinclə qışqırır. – Haradasan? 



 

– Burda, Bakıdayam. Kefin-əhvalın necədir? Atamgil nə təhərdir? Səndən başqa heç kəsə zəng 

vurmamışam. Çalışacağam səninlə görüşüm. İşdən nə vaxt çıxırsan? 

 

– Bir saatdan sonra. 



 

– İnstitutla üzbəüz kafe yadındadır? Məni orada gözlə. Görsən ki, gecikirəm, yenə çıxıb getmə 

ha, gözlə! Söz verirsən? 

 

– Əlbəttə ki! Vaxtımız olsa, bağa gedərik, səni arvadımla tanış edərəm. 




 

139


 

 

KƏRGƏDAN BUYNUZU 



Personajların tanıdığınız real adamlarla hər hansı bir oxşarlığı tamamilə təsadüfidir. 

 

Müəllif  



 

  

 



Baharın gəlişi özünü göstərirdi. Bərbərxanada qadınlardan danışırdılar. 

 

– Qadın ki, dedin ey, birinci onun yerişidir, – deyə cavan dəllək Avtandil müştərisinin üzünü 



cəld hərəkətlərlə masaj eləyə-eləyə öz fikrini qonşusu Ağasəfaya qəti bildirdi; Ağasəfa bu vaxt 

köhnə müştərisi Raufun üzünü qırxırdı. – Zalım qızının da yerişi adamın lap ağlını çıxarır 

başından. – Qadın salonu tərəfə işarə eləyib səsini aşağı saldı. – Hər həftə gəlir. Əlimdə nə işim 

oldu, atıram, gedirəm tamaşasına. 

 

Müştəri söhbətə qarışdı: 



 

– Bu gün də gəlmişdi! – Elə inamla dedi ki, elə bil görüb eləmişdi. 

 

– Yarım saat olar getdiyi. Siz hardan bilirsiz? 



 

– Onu bilməyə nə var?! – Bu dəfə müştəri bir az acıqlı dilləndi. 

 

– Üçüncü dəfədir odekolonuvu fışqırdırsan üz-gözümə. Yoxsa, elə bilirsən ləzzət eləyir mənə? 



 

– Qadının yerişi vacib şərtdir, buna mənim sözüm yoxdur, – deyə əsəbi müştəri çıxıb gedəndən 

sonra, Ağasəfa qayıtdı bayaqkı söhbətin üstünə; bu ucaboy, arıq qocanın dəllək dükanında 

yoldaşları arasında xüsusi hörməti vardı. – Amma baxır kimin yerişi. Elə arvad var ki, istəyir 

yeriməsin, lap belə qanad açıb uçsun, ya da ki, misalçün, sürünsün, heç tüküm də tərpənməz. 

Odur ki, bacıoğlu, əsas məsələ yerişdə-zadda döyül. Sən cavansan hələ, təcrübən azdı, dərindən 

bilmirsən bu işləri – hər kəsin öz zövqü var; birinin görürsən ki, qarabuğdayı arvad xoşuna gəlir; 

dəxli 286 yoxdur – istəyir nə təhər yeriyir yerisin, o birinin sarışın. Birinin kök arvad xoşuna 

gəlir, o birinin arıq. Elədir, elə döyül? 

 

Avtandil istər-istəməz təsdiq eləməli oldu, çünki bu dəlləkxanada Ağasəfanın sözünün qabağında 



söz demək adət deyildi. Yaşı yetmişi haqlasa da, Ağasəfa hələ də ən yaxşı usta sayılırdı, 

müştəriləri yanına gəlməzdən qabaq telefonla zəng vurub növbə tuturdular. 

 

Onun şöhrəti çoxdan yayılmışdı şəhərə. Hamı da bilirdi ki, necə olub adı dillərə düşüb: bu tarixi 



hadisə 1943-cü ildə, general De-Qollun Bakıya gəlişi zamanı baş verib. Bəli, gələcək marşal və 

prezident o vaxt yolüstü iki gün Bakıda qalıb və bir sıra başqa işlərlə yanaşı, üzünü də qırxmalı 

olub. Bu məsul tapşırığı yüksək mənsəbli müştəridən təxminən bir ay əvvəl hospitaldan çıxıb 

axsaya-axsaya doğma şəhərinə qayıtmış çox istedadlı, amma o zaman hələ az tanınan bir dəlləyə, 

yəni Ağasəfaya etibar eləyiblər. 

 

Rauf bu qeyri-adi əhvalatdan təzəcə xəbər tutmuşdu. Baxmayaraq ki, o, Ağasəfanı otuz il idi 



tanıyırdı və bu otuz il ərzində hər on gündən bir Xaqani küçəsindəki bu bərbərxanaya təşrif 

gətirirdi. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə