Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə55/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   51   52   53   54   55   56   57   58   ...   231

 

131


 

Bağırovla Petrov maşınla ön mövqeləri yoxlayır. 

 

– Biz süvari qoşunlarından geniş istifadə edirik, almanlarda belə hissələr yoxdur. Dağlarda 



müharibə şəraitində dağlıların atı ən yaxşı nəqliyyat vasitəsidir. Qafqazda döyüşənlər yerli 

şəraitdə böyümüş adamlar – ruslar, azərbaycanlılar, gürcülər, osetinlərdir... 

 

Bir sözlə, beynəlmiləl tərkib. Ölkənin bütün millətlərinin nümayəndələri Qafqazın müdafiəsində 



durub! Elə silah sarıdan da vəziyyət xeyli yaxşılaşıb. 

 

General Petrovun qərargahı. 



 

– Qafqazı müdafiə qoşunlarının komandanı kimi mən qəti deyə bilərəm: hələ ağır döyüşlər 

olacaq, müvəqqəti geri çəkiləcək və yenə qayıdacağıq. Ancaq düşmənin Bakıya soxula biləcəyi 

barədə heç söhbət ola bilməz. 

 

– Mən hərbçi deyiləm, ancaq məndə də belə bir hiss var, – deyə Bağırov qızğınlıqla dillənir. – 



İndi əsas məsələ neft mədənlərinin partladılması barədə əmri ləğv etməkdir. Gördüklərimizin 

hamısı barədə Stalinə məlumat vermək lazımdır. Mən nə vaxt Moskvaya uça bilərəm? 

 

Bu vaxt müdafiə atəşləri arasından özünə yol tapan hücum təyyarələri kənd üzərinə bombalar 



səpələyir, tələsik uça-uça adamları biçirlər. Təyyarələrdən biri istiqaməti itirib dağın yamacına 

çırpılır. 

 

Petrovla Heydərov ehtiyatla Bağırovu döşəmədən qaldırıb, çarpayıya uzandırırlar. Təcili 



çağırılan hərbi həkim mərmi qəlpəsinin parçaladığı döş qəfəsini narahatlıqla müayinə edir. 

Bağırov nəsə deməyə cəhd göstərir, lakin qanlı öskürək ona imkan vermir. 

 

Nəhayət, çox çətinliklə Heydərova müraciətlə pıçıldayır: 



 

– Sən uçarsan, çalış ki, Stalinin qəbuluna düşəsən. Mən yazaram ona... 

 

Bağırov zorla bir-iki söz qaralayana kimi tamam taqətdən düşür. Qüvvələri tükənir. Ağızdan 



açılmış qan da kəsilir. Petrov ehtiyatla onun gözlərini qapayır. 

 

Heydərov Spassk qülləsi yanında növbə çəkən əsgərə yanaşır: 



 

– Bir saat əvvəl Qafqaz cəbhəsindən gəlmişəm, – deyə o, izah edir. – Məni Ali Baş Komandanın 

yanına göndəriblər. Bu da şəxsən Stalin yoldaşa məktubdur. 

 

– Məktub? – deyə keşikçi əsgər inamsızlıqla soruşur və əziküzük kağız vərəqini gözdən keçirir. – 



Burada ki, təkcə ünvan yazılıb, bir də... qandır. Kənara çəkilib gözləyin, mən komendaturadan 

növbətçini çağırım. 

 

Yaraşıqlı “Lyantsiya” çətinliklə yoxuşu qalxır. Onun motoru bu işin öhdəsindən çətinliklə gəlir. 



Sürücü Şultsa sarı dönərək izah edir: 

 

– Bağışlayın, cənab ştandartanfürer, hava sıxlığı dəyişdiyinə görə motorun gücü çatmır. 



 

– Təxminən bir dörd kilometrdən sonra sıldırım eniş başlanacaq. 

 



 

132


Ehtiyatlı olun! – Şults sürücüyə belə deyib, Polada sarı dönərək əlavə edir: – Gecəni çox pis 

keçirmişəm: yuxusuzluq bir yandan, narahat yuxu da bir yandan əl-ələ verib əsəblərimi elə 

gərginləşdirib ki, lap səhərdən bəri beynin iradəsindən asılı olmayan müstəqil sistemə çevrilib. 

Güzgüyə baxanda dəhşətə gəldim: gözlərim qan çəkib, barmaqlarım titrəyir. 

 

– Özünüzə şər atmayın, gözləriniz büllur kimi təmizdir, barmaqlarınız da ki, lap brilyant 



cilalayıcısının barmaqları kimidir, – deyə Polad gülümsünür. – Məncə, hər şey daha sadədir. 

Hələ səhər yeməyi zamanı fikir verdim ki, o “sinir sisteminiz” mənimçün nəsə bir xəbər 

hazırlayıb, ancaq söyləməyə tələsmirsiniz. 

 

– Mən tövsiyə edirəm ki, dostları vaxtsız verilən xəbərlərdən qoruyasınız. Çünki həddən artıq 



gözləməkdən usanmış şəxsin tələb olunan vaxtadək gözünün və qulağının itiliyini itirməsi 

arzuolunmazdır. 

 

Bu həqiqəti mənə İranda bir keçmiş dostum söyləyib. Yeri gəlmişkən, bu gecə onu yuxuda 



görmüşəm. 

 

– Bəs dostunuz necə, özü bu qaydaya əməl edirdimi? 



 

– Əlbəttə, bəzən hətta lap ifrata varırdı. 

 

– O nədən ölüb ki? 



 

– Sizin bu bayağı nəticəniz yanlışdır, – Şults gülümsəyir. – Bir il əvvəl mən İranı tərk edəndə, o 

sağ idi. Bəzi xırda-para ailə bədbəxtliyini nəzərə almasaq, hətta lap xoşbəxt sayıla bilərdi. 

 

Maşın iri dağ kəndinin ucqar küçələrinin dar döngələrini arxada qoyub, mərkəzi meydana çıxır. 



Orada könüllü əsgər və zabitlərdən, mütəxəssislərdən və kəndlilərdən ibarət hay-küylü izdiham 

ətrafı hasarlanmış meydançanın ətrafında toplaşıb, it boğuşmasına şövqlə tamaşa edir. 

 

– Gözəl mənzərədir, – deyə Şults dillənir. – Həm də faydalı əyləncədir. Gəlin biz də tamaşa 



edək. Vaxtımız çoxdur. 

 

Gələnlərə fikir verən yoxdur. Şults qəribə bir məmnunluq içində gözlərini qanlı səhnəyə zilləyib: 



“döyüş iştirakçılarından” birinin sahibi, qanına qəltan edilmiş itini meydandan çəkib aparır. 

 

Deyəsən, seyr etdiyi bu mənzərə Şultsun kefini açır. O, Polada müraciət edir: 



 

– Bəzən sizin davranışınız məni heyran qoyur! 

 

– Çalışıram belə şeylər tez-tez olsun. Sonuncu dəfə sizi nə vaxt heyran etmişəm? 



 

– Elə indi. Bax, bu dəqiqələrdə, – deyə Şults güclü duyulan istehza ilə deyir. – Bütün yol boyu 

bircə sual da vermədiniz. İndiki şəraitdə heyrətamiz bir soyuqqanlılıqdır. 

 

– Burada elə bir şey yoxdur, – deyə Polad təvazökar görkəmlə etiraz edir. – Məncə, özü üçün 



məyusedici bir şey “kəşf etmiş”, təhlükəli səfərə onun əvəzinə fədakar dostunun yollanacağından 

xəbər tutmuş bir şəxs kimi, mən özümü lazım olduğu qədər də sakit aparmıram. 

 

– Siz niyə bu fikrə düşmüsünuz? – deyə Şults soruşur. Lakin onun sual vermə tərzindən görünür 



ki, Poladın cavabı onun üçün gözlənilməz olub. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə