Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə54/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   50   51   52   53   54   55   56   57   ...   231

 

129


– Siz nədənsə narahatsız? – deyə, o soruşur. 

 

– Elədir, arvadı teleqramın surətini əlindən buraxmadan cavab verir. – Mən çox narahat oluram 



ki, Siz Londondan Qahirəyə və Moskvaya səfər zamanı gözlənilməz və təhlükəli hadisələrlə 

qarşılaşa bilərsiz. 

 

– Müharibə qurtaranadək mənim başıma heç bir hadisə gələ bilməz, – Çörçill gülümsünür. – Siz 



məni sakitləşdirdiniz. Yoxsa 161 lap qorxmuşdum: elə zənn etdim ki, Stalinə teleqramımı 

oxuyandan sonra əhvalınız pozuldu. Çox şadam ki, yanılmışam. 

 

Etiraf etməliyəm ki, məndə bizim bu müvəqqəti müttəfiqimizə hərdən-hərdən az qala səmimi 



dostluq rəğbətinə bənzər bir hiss yaranır. Ancaq hər dəfə də öz-özümə xatırladıram ki, labüd 

şəraitlə bağlı onunla biz ömrümüzün son günlərinədək əbədi düşmənçiliyə məhkum edilmişik. 

 

Bakının hava hücumundan müdafiə qoşunlarının zenit topları üzərində tanınma nişanları 



olmayan təyyarəni atəşə tuturlar. Motor alışır. Paraşütçülər çaxnaşmaya düşmədən, lakin cəld 

təyyarəni tərk edirlər. Ekipaj üzvləri də onların dalınca gedir. Zülmət qaranlıq içində desantçılar 

yerə atılır. 

 

Bakı neft mədənlərinin minalanması başa çatır. Rabitəçilər kabelləri çəkir, hərbiləşdirilmiş 



mühafizə dəstəsinin nəzarəti altında partlayıcı maddələr yerləşdirirlər. 

 

Əmiraslanovun kabinetində Heydərov həbs edilmiş diversantların dindirilməsinin nəticələri 



barədə məruzə edir. 

 

Dördü də, o cümlədən, qrupun komandiri bir nəfər kimi deyir ki, onları Bakıya mədənlərin 



partladılmasının qarşısını almaq üçün göndəriblər. Hamısının da əlində Maykop neftçilərinin 

şübhə doğurmayan sənədləri var. 

 

– Tanış hoqqadır, – Əmiraslanov gülümsəyir, – davam edin. 



 

– Onlardan heç birinə məlum deyil ki, burada kiminlə, hansı yerdə görüşməlidirlər. Şults deyib 

ki, onları kimlərsə axtarıb tapacaq. 

 

– Vəssalam? 



 

– Şultsun harada olduğunu müəyyənləşdirə bilmişik! – deyə Heydərov səsindəki sevinc xallarını 

gizlətməyi bacarmadan dillənir. 

 

– O, indi Şimali Qafqazda, Qroznı rayonundadır. Bu, demək olar ki, cəbhə xəttidir. 



 

– Məndə belə təəssürat oyanır ki, sizin nəsə bir planınız var, – deyə Əmiraslanov bir az 

susduqdan sonra soruşur. 

 

– İcazə verin, həbs dəstəsi ilə Şimali Qafqaza uçum. 



 

– Əmr edirəm ki, iki saatdan sonra Şimali Qafqaza uçun, – deyə Əmiraslanov gülümsünür. – 

Sizə Bağırovun və Petrovun təhlükə- 162 sizliyini təmin etmək həvalə olunur. Əgər Bağırov 

yoldaş bir az da o yana – Moskvaya uçası olsa, planımızı gerçəkləşdirmək üçün sizin vaxtınız 

qalacaq. Yox, əgər o, Bakıya qayıtsa... – Əmiraslanov fikrə gedir, – onda... Bu, çox pis olacaq, – 

üzündə kədərli təbəssüm görünür. – Onda siz də onunla birlikdə geri qayıdıb, nəzarət etməlisiniz 

ki, Bakının bircə neft mədəni belə almanların əlinə keçməsin. 



 

130


 

Dəstəni uçuşa hazırlayın! 

 

Maskalayıcı boya ilə rənglənmiş təyyarə dalğaları üzərindən uçur. Pilot, boyunbağı kimi uzanıb 



gedən dağlar silsiləsində dar bir sahə tapıb, kəskin hərəkətlə enməyə başlayır. Təyyarədə 

Petrovla Bağırovdan başqa, Heydərovun xüsusi dəstəsi də var. 

 

– Bu Lavrov Suximidə həngamə çıxarıb. İkicə günlüyə gəlib, ancaq aləmi elə qarışdırıb ki, 



müharibə qurtarınca qaydaya salmaq çətin olacaq. Öz səlahiyyətlərinə güvənib, ən təcrübəli 

komandirləri rəhbərlikdən uzaqlaşdırıb, çox axmaq kadr dəyişiklikləri edib, – general Petrov 

hətta təyyarədə motor uğultusuna baxmayaraq, Lavrov barədə az qala pıçıltı ilə danışır. 

 

– Şükür Allaha, general Qreçko qətiyyətli tərpənib, bu mənasız dəyişiklikləri ləğv edib. Riskə 



getdiyini bilsə də, qorxmayıb, telefonu götürüb, Ali Baş Komandana zəng vurub, öz 

mülahizələrini bildirib. 

 

– Bu, yeganə çıxış yoludur, – deyə Bağırov sanki öz fikirlərinə cavab verərək, düşüncəli halda 



deyir. – Ancaq bununçün inam gərəkdir. 

 

Səhv eləmək ölümə bərabərdir. İxtiyarımda olan bir neçə gün ərzində mən vəziyyəti diqqətlə 



araşdırmalıyam. Bir həftə çox azdır. 

 

– Təcrübəli səyyahlar deyirlər ki, naməlum ölkəni duymaq üçün ya bir həftə gərəkdir, ya da on 



il, – deyə Petrov gülümsünür. 

 

– Bu ölkə isə yad deyil axı! 



 

Bağırov xəritə planşetini dizi üstə açaraq, qoşunların yerləşmə koordinatlarını göstərən rəngli 

xətlərə diqqətlə baxır. Alman qoşunlarının mövqelərini göstərən göy xətt daha üstündür. 

 

– Lavrovu da elə bu xəritə qorxudub, – deyə Petrov acıqla deyir. – Bir də rəqəmlər. O, bircə şeyi 



əsas götürür ki, almanların Qafqazda canlı qüvvə ehtiyatları daha çoxdur, tank və təyyarə sarıdan 

da üstünlük onlar tərəfdədir. 

 

– Bu, az şey deyil, – deyə Bağırov öz fikrini bildirir. – Üstəlik, nəzərə alsaq ki, Zaqafqaziyaya 



göndərilən qüvvələr məğlubiyyət 16 3nə olduğunu bilməyən, demək olar ki, itki verməmiş 

təcrübəli birləşmələrdir... 

 

– Bəs əgər biz düşmənin adət etmədiyi bir şəraitdə, ona tanış olmayan döyüş üsullarından 



istifadə etsək, – deyə Petrov onun sözünü kəsir. – Əgər nəzərə alsaq ki... – o, ifadəsini bitirməyə 

macal tapmamış, uzaqda səmaya yüksələn nəhəng narıncı alov sütunu nəzəri cəlb edir. 

 

– Bu nədir?! 



 

Şimali Qafqazda kiçik bir kənd. General Petrovun qərargahı burada yerləşir. Uzaqda yanan neft 

anbarının qırmızımtıl şöləsi gecənin qaranlığını yarır. Qərargah zabitlərindən biri Petrova 

məlumat verir: 

 

– Almanların yanacaqla fasiləsiz təmin olunduğu vaxt arxada qaldı. İndi onlar benzin və yağların 



daimi qıtlığı ilə qarşılaşırlar. 

 

Tanklar həftənin neçə gününü yerindən tərpənə bilmir. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə