Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə47/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   43   44   45   46   47   48   49   50   ...   231

 

112


Zəruri təchizat yollarını rəqib daim kəsirdi, ən gözlənilməz yerlərdə yolumuzun üstündə 

minalanmış sahələrə rast gəlirdik. Biz hər dəfə manevr sayəsində uğur qazanırdıq, lakin döyüşün 

özündə qalib çıxa bilmədik. Mühasirəyə aldığımız qoşunlar sağlam düşüncəyə və müharibə 

qanunlarına zidd olaraq heç vaxt qətiyyən könüllü əsir düşmürlər. 

 

Mülki əhali bütün çətinliklərə qeyri-insani bir mətanətlə dözür. Bizim kəşfiyyat xidməti dəqiq 



məlumata malikdir ki, Uralda və digər bölgələrdəki zavodlar indi ayda 600-700 tank istehsal 

edirlər. 

 

– Uydurmadır! – Hitler nifrətlə üzünü turşudur. – Müharibə dövründə belə sürət qeyri-



mümkündür! Siz özünüz inanmaq istəmədiyiniz şeyə inanmırsız! Siz qətiyyən inanmağa qadir 

deyilsiz ki, yanacaq ehtiyatlarına malik olmadan Almaniya bu savaşda – motorlar müharibəsində 

qalib gələ bilməz. Mütləq Qafqaz nefti əldə edilməlidir! 

 

Siz və Brauxiç bunu anlamırsız! 



 

– General-feldmarşal! Fon Brauxiç heç vaxt inkar etməmişdir ki,.. 

 

– deyə Qalder sözə başlayır, lakin kəlməsini bitirməyə macal tapmır. 



 

– Keçmiş general-feldmarşal! Və Almaniya quru qoşunlarının keçmiş komandanı, – deyə Hitler 

onun sözünü kəsir. – Ali komandanlığın əmrlərinə laqeyd yanaşmağa görə Brauxiç vəzifəsindən 

kənarlaşdırılmışdır və bu gündən təqaüdə göndərilmişdir. Bu gündən etibarən quru qoşunlarına 

şəxsən özüm rəhbərlik edəcəyəm. 

 

Klyauzevistsayağı boşboğazlıq vaxtı keçib. İndi mənim başlıca vəzifəm Moskva rayonundakı 



qoşunları darmadağın edilməkdən, üstəlik də çaxnaşmaya düşməkdən qorumaqdır. Ən qısa 

məsafəyə bəzi yerlərdə geri çəkilmələr istisna olunmaqla, mən yazadək qoşunların hər hansı 

şəkildə öz mövqelərindən çəkilməsini qadağan edirəm, – bu anda Hitler qəflətən ayağa qalxmış 

Brauxiçə təəccüblə baxıb deyir; – mən sizə hələ söz verməmişəm, niyə qalxdınız? 

 

– Bu qərar ön mövqelərdəki qoşunları dəhşətli məhrumiyyətlərə məruz qoyacaq. Əsgərlərin 



Rusiyada qış kampaniyası keçirmək üçün nə geyimi, nə də sursatı var, – deyə Brauxiç izahat 

verir. 


 

– Çoxları həlak olacaq. 

 

– Əgər Qalderlə Siz Baş qərargaha ildırım sürətli işğal planını sırımasaydınız, bundan qaçmaq 



mümkün olardı. Ya da heç olmasa, bu planı yerinə yetirməyə qadir olsaydınız... Sizin barənizdə 

yanılmışam, Brauxiç. Doğrudanmı, siz anlamırsız ki, ümumi hücum labüd olaraq ümidsizliyə 

qapılmış, döyüşlərdə yorulub əldən düşmüş qoşunların tam məğlubiyyəti ilə nəticələnəcək? 

Bəlkə siz də mənimlə razı deyilsiniz, Qalder? – Qalderin reaksiyasını gözləmədən, Brauxiçə üz 

tutur. – Bir daha sözümü kəsməyin! Yay kampaniyasının aparılması üçün Qafqaza əsas zərbəni 

endirmək məqsədilə “A” ordu qrupu ayrılır. Ona komandanlığı feldmarşal Listə həvalə edirəm. 

“B” ordu qrupu Şərqə – Volqaboyunun iri şəhərlərinə doğru irəliləyəcək. Yay ərzində biz 

həmçinin Leninqradı da tutmalıyıq. 

 

Cəbhənin qalan istiqamətlərində qoşunlarımız müdafiədə qalmalı 141 və yalnız əldə edilmiş 



mövqeləri yaxşılaşdırılmalıdırlar. Bir sözlə, gələn il hücum cəmi iki cinahla 

məhdudlaşdırılmalıdır. Mən başa düşürəm ki, – deyə Hitler Brauxiçə kinayəli bir nəzər salıb, 

sözünə davam edir, – düşmənin paytaxtına təzyiq göstərmədən, konkret bir istiqamətdə cəbhəni 

yarmaq fikri alman generallarının cavanlıqda öyrəndikləri strategiya qanunlarına ziddir. Məncə, 




 

113


Cənuba Hücum planının mühüm qüsuru budur ki, bizim qoşunlar Qara dənizdə rəqibin əsas 

qüvvələri arasında qalacaq. Lakin bu gün bizim başqa çıxış yolumuz yoxdur. Almaniyanın 

ehtiyatlarının məhdudluğunu etiraf etməmək çox böyük və bağışlanmaz səhv olar. Bir daha 

təkrar edirəm: 

 

yalnız Bakı neft mədənləri ələ keçiriləcəyi təqdirdə müharibəni uda bilərik. Qafqazın işğalına ən 



yaxşı qüvvələr yönəldiləcək. 

 

“A” ordu qrupuna əlavə olaraq, təxirə salınmadan Rixtqodenin eskadrilyası, “Ebelveys” dağ-atıcı 



diviziyası, Klebstin 4-cü tank ordusu göndərilməlidir... Aydındırmı, Qalder? Təxirə salınmadan! 

 

Dağ yolu ilə maşın irəliləyir. 



 

– Əgər nəsə fövqəladə bir hadisə baş verməsə, uzağı bir aydan sonra Bakı işğal ediləcək. Lakin 

elə də ola bilər ki, bu müharibənin bu ən böyük mükafatı qalibi yalnız məyus edə bilər, – deyə 

Şults fikirli-fikirli deyir. – Sizinlə bizim vəzifəmiz də məhz buna yol verməməkdən ibarətdir. 

 

Üzləri maskalayıcı torla örtülmüş kiçik hərbi aerodrom görünür. 



 

– Maykopa uçuruq. Fikrimcə, oraya səfər sizinçün faydasız olmaz! 

 

Maykop. Yerə enən təyyarədən Şultsla Polad düşür. Onları qarşılayan esesçi zabitlə salamlaşıb, 



maşına əyləşirlər. 

 

– Neft mədənlərindən sürün! – deyə Şults əmr edir. 



 

Yolun hər iki tərəfində neft hopmuş qapqara torpaq üstündə partlayışın aşırıb-qırdığı budaqlar, 

mancanaq, avadanlıq hissələri atılıb qalıb. 

 

– Çox pis vəziyyətdir, – deyə Şults dişlərini qıcırdaraq dillənir. 



 

Zabit başı ilə təsdiq edir. 

 

– Mədənlərin hamısı sıradan çıxarılıb. Avadanlıqlar, neft kəmərləri, anbarlar partladılıb. Bütün 



quyuları torpaqlayıblar. 

 

Mütəxəssislərin dediyinə görə, neft hasilatını yarım ildən tez bərpa etmək olmaz. 



 

– Peşəkarcasına dağıdıblar, – deyə Şults onunla razılaşır. Bu anda onun diqqətini salamat qalmış 

yeganə buruq cəlb edir. – Görəsən, bu nə əcəb salamatdır? 

 

– Natural ölçüdə modeldir. Bunun üzərində neft institutunun tələbələri təcrübə keçirmişlər. 



 

– Eşitdiyimə görə sabotajçıları həbs etmisiz? 

 

– Maykoplulara kömək üçün Bakıdan göndərilmiş bir qrup təcrübəli neftçi aerodromda lap 



uçuşqabağı yaxalanıb. 

 

Şults fikirli halda keçmiş neft mədənini seyr edir: 



 

– O adamların görkəmləri necədir? 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə