Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə43/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   39   40   41   42   43   44   45   46   ...   231

 

104


– Heç... öz axmaqlığımın altını çəkirəm. – Kamil pərt halda gülümsünür. – Dünən axşam evə 

gedəndə gördüm ki, atam Əbülfəzlə sabun bişirir. Zəhərli tüstü evi bürüyüb, yazıq kişi tərin-

suyun içindədir, zorla nəfəs alır... özümü saxlaya bilmədim, dedim ki, Əbülfəz pul qazanır, sənsə 

dəridən-qabıqdan çıxırsan. Əbülfəz də qızışdı, nə qızışdı – səsi küçəyə gedirdi! Allahı şahid 

çəkdi, nə bilim, and-aman elədi ki, bircə tikə sabun satmışamsa, balalarım bəlaya gəlsin. Hətta 

medalına da and içdi. Mən bilən, heç yatanda məqsədlər üçün bişirir. Sonra da qapını çırpıb 

çıxdı. Elə incimişdi ki, qapıdan çıxanda məni söymək də yadına düşmədi. O gedəndən sonra 

atam düşdü üstümə. Xülasə, atama söz verdim ki, sabunu özüm aparıb Əbülfəzə verəcəyəm, hələ 

üstəlik üzr də istəyəcəyəm... 

 

Deyəsən, çatdıq. 



 

Ucu-bucağı görünməyən kolluqda şəhər camaatı dəstələrə bölünüb, səngər qazırlar. Bacısı 

oğlunu görəndə Əbülfəz üzənə sərt ifadə verməyə cəhd göstərir. Kamil ona yaxınlaşır: 

 

– Bağışla məni! Al, sabunu gətirmişəm. 



 

– Əgər doğma bacım oğlu fikirləşirsə ki, mənim kimi adam sabun sata bilər, deməli, qiyamət 

günü yetişib, – deyə Əbülfəz Lidaya müraciətlə deyir. 

 

– Üzr istədim də... Ancaq hər halda, maraqlıdır, bu sabunu neyləyəcəksən? 



 

Əbülfəzin yaxasındakı medala tamaşa edən Lida söhbəti dəyişməyə cəhd göstərir: 

 

– Nə qəşəng medalınız var. Çoxdan eşitmişdim, ancaq indi görürəm. 



 

– Hə, çox qəşəngdir. Ümumiyyətlə, “İgidliyə görə” medalı döyüş mükafatı sayılır. Mən bilən, 

Bakıda mənə qədər hələ bu medalı alan olmayıb. – O, Kamilin istehzalı baxışlarını üzündə hiss 

edib, incik tərzdə dodaqlarını büzür. – Soruşursan ki, sabunu neynirəm? 

 

Bax, – o, bir az aralıda işləyən adamları göstərir, – mənim briqadamdır. Buradakılar şəhərin ən 



məşhur avaraları, şah tənbəlləri idi. Mən gələndə gördüm ki, onların hamısını başqa 

briqadalardan bircə-bircə seçib ayırıblar, özlərini də qovmağa hazırlaşırlar. 

 

İndi isə hörmətli adamlardılar. Kimin zəhmətidir bu? Sənin? Yox, Əbülfəzin. Birinci gün 



gələndə məndə bir parça sabun vardı. Göz qoydum, beli o yan-bu yana hansı çox hərləyirdisə, bir 

tikə sabun verdim ona. Elan da elədim ki, hər gün işin axırında baxacam, kim çox iş görübsə, ilk 

üç yeri tutanlara mükafat verəcəm: üç, iki, bir parça sabun. İndi mənim briqadam hamıdan yaxşı 

işləyir. Kimdən istəyirsən soruş. Mən də zirəkləmişəm, onlardan geri qalmıram. 

 

Elə bilirsən, məsələ təkcə sabundadır? Ötən ay, bircə tikə də gətirmədim, ancaq yenə nər kimi 



işləyirdilər! Əsas məsələ adamlara diqqətdir. Görürsən komissiyadır. Hamıdan əvvəl bura 

gələcəklər. 

 

Əlbəttə. Medalı alandan bəri nə gecəm var, nə gündüzüm, – Əbülfəz forsla əlavə edir. – Dözmək 



lazımdır. 

 

Həqiqətən də komissiya üzvləri yaxınlaşıb, Əbülfəzlə görüşürlər. 



 

Sevincindən onun uçmağa qanadı yoxdur. 

 



 

105


– Bu nə möcüzədir? – Sədr fərəhlə Əbülfəzin briqada üzvlərinə baxır. Onlar torpağı az qala 

elektrik qazma maşınından da sürətlə qazırlar. – Bəlkə bu sirri açasız. 

 

Heç bir sirr yoxdur, – Əbülfəz qətiyyətlə cavab verir. – Əsas məsələ diqqətdir! – Bir az 



düşünüb əlavə edir: – Bir də nüfuz! 

 

Kryukovo. “Mərkəz” ordu qrupunun qərargahı. Moskvanın iri xəritəsi önündə dayanmış 



feldmarşal fon Bok yüksək rütbəli ordu zabitləri ilə müşavirə keçirir. 

 

– “Tayfun” əməliyyatı son mərhələsinə qədəm qoyub. Qış düşüncə Moskvanı tutmaq 



öhdəliyimizi biz artıq demək olar ki, yerinə yetirmişik. Moskva general-qubernatoru Henrix 

Lozeni sizə təqdim etmək istəyirəm. Bu gün səhər tezdən gəlib. Cənab Loze sizə bu şəhər 

sakinlərinin bəzi spesifik xüsusiyyətlərindən, eləcə də şəhər ərazisinin mənimsənilməsinin ilkin 

mərhələlərində hərbi əsirlər və mülki şəxslərlə davranma metodlarından danışacaq. 

 

Xahiş edirəm, onun tövsiyələrinə son dərəcə ciddi yanaşasız. 



 

Henrix Loze ağzını açmağa macal tapmamış fon Bokun yavəri qapıda görünür. 

 

– Berlindən zəng vurublar. Fürer sizinlə danışmaq istəyir. 



 

Feldmarşal üzündəki narazılıq ifadəsini gizlətməyi belə lazım bilmədən qonşu otağa keçir. 

Qapıda Lozeyə sarı dönüb: 

 

– Mənsiz başlaya bilərsiz, – deyir. 



 

Artıq sifətindən əsəbilik yağan uzundraz, arağaz kişi sədrin yerinə keçir. 

 

Fon Bok qonşu otaqda telefonla danışır. 



 

– Bəli, mənim fürerim! Qoşunların cəmləşdirilməsi başa çatdırılıb. 

 

Həlledici zərbə ərəfəsində bizim sərəncamımızda 77 diviziya var... Bəli, fürer, tam 



komplektləşmişdir. Cəmi 1 milyon yüz min nəfər canlı qüvvə, 1700 tank, 950 təyyarə. Onların 

hücumuna 14 min top və minomyotun atəşi kömək edəcək... Cəsarət edib deyə bilərəm ki, 

fürerin narahatlığı üçün heç bir səbəb yoxdur, – hirslənmiş feldmarşal dəstəyi əli ilə tutub

yavərinə sarı dönür: – “Lənətə gəlmiş yefreytor bu gecə pis yuxu görüb”. – Təfsilatları 

nəzərinizə çatdırıram: 

 

narahatlıq üçün qətiyyən əsas yoxdur. Çünki yoxlanılmış, dəqiq məlumata görə, bizim qarşımıza 



95 diviziya çıxarılacaq ki, bu da gücdən düşmüş, ruh düşkünlüyünə qapılmış 200 minə yaxın 

əsgərdən ibarətdir. Sonra, 1400 ağır və orta həcmli tank, 600-ə yaxın təyyarə. Özü də əsas 

etibarilə köhnə nümunəli təyyarələrdir. Buna 500 tanker və 7 min top da əlavə etsək, canlı qüvvə 

və texnika ehtiyatlarının siyahısını bitirmiş olarıq. Gülünc bir təfərrüatı da xəbər verə bilərəm ki, 

mühasirəyə alınmış şəhərdə mülki əhalidən ibarət könüllü alay və diviziyalar yaradılır. Yəqin ov 

tüfəngləri, ya da quşatanla silahlanacaqlar. Hazırda mən öz başlıca vəzifəmi, son mərhələdə 

insan tələfatını minimuma endirməkdə görürəm. 

 

– Hər halda gözlənilməz hadisələrə hazır olmaq lazımdır, – deyə Hitler məsləhət verir. – 



Vyazmanı yadınıza salın! 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə