Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə42/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   38   39   40   41   42   43   44   45   ...   231

 

102


Esesçilər Arkadyevi aparıb stulda otuzdurur və elə stulla bir yerdə də İsveç nərdivanının tirlərinə 

sarıyırlar. Sonra esesçilərdən biri əyilib, onun köynəyinin yaxasını açır, qoltuğuna siqaret qutusu 

boyda nəsə qoyur. Həmin qurğuya bərkidilmiş şnurun ucu yandan sallanır. 

 

– Bax, bu bikford şnuru olan partlayıcı paketdir. Sizin iri tikənizi qulağınız boyda eləmək üçün 



kifayətdir. Əgər nəsə deməyi qərara alsanız, ləngiməyin. Yoxsa gec olar. Alov pencəyinizin 

yaxasına çatandan sonra heç kəs sizə yaxınlaşmağa risk etməyəcək. 

 

Üzündə çaşqınlıq ifadəsi donub qalmış Arkadyev, gözlərini qırmızı hörümçək kimi şnurla yuxarı 



dırmaşan alov diliminə zilləyib. 

 

Onsuz da heç nə deməyəcək, – Polad özü də fərqinə varmadan dillənir. – Bəlkə söndürəsiz... 



 

Şults bu təklifi çoxdan gözləyirmiş kimi dərhal cavab verir: 

 

– Yaxşı bir məsəl var: xoşbəxtlik hər kəsin öz əlindədir. 



 

– Yəqin sonradan onu dilə tutmaq olar, – deyə Polad öz fikrini bildirir. 

 

– Axı nəyə gərək? – Şults laqeyd halda soruşur. – Elə şeylər var ki, informasiyadan daha 



dəyərlidir. Arkadyev özü indi bunu anlayacaq. 

 

Bir neçə saniyədən sonra baş verən partlayış hamının gözü önündəcə insan bədənini tikə-parça 



edir. Şults istehza ilə Poladın davranışını seyr edir: o, qaçıb küncə qısılaraq öyüyür. Yaxınlaşan 

esesçilərin ona kömək göstərmək istədiyini zənn edən Polad işarə ilə buna ehtiyac olmadığını 

başa salmağa çalışır. Ancaq esesçilər ona əhəmiyyət vermədən, İsveç nərdivanının yanına 

sürümək istəyirlər. Bircə dəqiqə keçməmiş, Poladın qüvvətli zərbəsi hər iki esesçini döşəməyə 

çırpır. Şults vuruşun təzədən qızışmasını məmnunluqla seyr edir. Nəticədə, azğınlaşmış 

esesçilərdən beş nəfəri köməkləşib Poladı “əsir” alırlar. Sonra da kəndirlə onu stula elə ciddi-

cəhdlə sarıyırlar ki, fiziki gərginlikdən onun sifəti qıpqırmızı pörtür. 

 

Şults fitili alışdırmağa hazırlaşan esesçiləri əlinin işarəsilə saxlayır. 



 

Stolun arxasından durub, Polada yaxınlaşır: 

 

– Mən sizi xəbərdar etmişdim. İndi taleyiniz öz əlinizdədir. 



 

Ancaq ləngiməyin. 

 

Göz bəbəkləri irilənmiş Polad alovlanmış şnurun ilk santimetrlərini dəhşət içində izləyir. Və 



gözlənilmədən, inandırıcı tərzdə tələsik deyir: 

 

– Siz qalib gəldiniz. Mən həqiqətən kəşfiyyatçıyam. Cəbhəyə mühüm tapşırıqla göndərilmişəm. 



Qalanını sizə təklikdə danışa bilərəm. Deyin söndürsünlər. 

 

Şults təəccüblə qaşlarını qaldırıb, Polada yaxınlaşır: 



 

– Elə isə, üç sual: sizi konkret kim göndərib; onunla ilk dəfə necə görüşmüsüz; sizə hansı tapşırıq 

verilib?.. – Danışın, hələ vaxt var. 

 

– Mənimlə polkovnik Məmmədov söhbət aparıb. Bəstəboydur, sağ yanağında ziyil var. Bizi 



hərbi komissar tanış edib. Tapşırığım... 


 

103


 

Polkovnik Məmmədov tapşırıb ki, böyük bir faşist... alman generalını aradan götürməyə çalışım. 

Buna qədər isə, casusluqda kimdən şübhələndiyimi xəbər verməliyəm. Nəyi gözləyirsiz? 

 

Söndürün də!.. 



 

Şults acı-acı gülümsünüb, masa arxasına qayıdır və hansısa kağızları gözdən keçirməyə başlayır. 

Esesçilər uzaqda durub həzz alırmış kimi bu mənzərəni seyr edirlər. 

 

– Bildiklərimin hamısını dedim, daha nə istəyirsiz? – Polad əlacsız halda soruşur. 



 

– Həqiqəti, – deyə Şults təhər-tövrünü pozmadan cavab verir. – Son şansınızı əldən vermiş 

olursunuz. Bircə konkret ad və ya fakt sizi xilas edə bilər. 

 

– Siz adamları öldürməkdən həzz alırsız, – deyə Polad ümidsizlik içində alovun hərəkətini 



izləyərək dillənir. – Özünüz yaxşı bilirsiz ki, mən minaaxtaranam, rütbəm də leytenantdır, 

vəssalam... 

 

Kəşfiyyatçıya bax. Əcəb kəşfiyyatçısan. İt oğlu, əclaf! – Alov artıq köynəyini yandırdıqdan 



sonra Polad bağırır və gözlərini yumub, dişini qıcıyaraq, partlayışı gözləyir. Şultsun əli çiyninə 

toxunanda birdən-birə başa düşür ki, xilas olunub. 

 

– Güman edirəm, “it oğlu”, “əclaf” sözlərini dayınız Əbülfəzin leksikonundan mənimsəmisiz? – 



deyə Şults ciddi baxışlarla Poladı süzərək soruşur. – İmtahandan yaxşı çıxdınız. Nə vaxtsa başa 

düşəcəksiz ki, bu sınaq zəruri idi. 

 

Polad lal sükut içində durub, esesçilərin kəndiri nə vaxt açacaqlarını gözləyir. 



 

Uzaqdan oyuncağa oxşayan “Kukuşka” qatarı təkərlərini taqqıldada- taqqıldada, kol-kosu 

saralmış çöllükdən iti sürətlə keçib gedir. 

 

Vaqonlardan birinin pəncərəsi önündə Lida ilə Kamil oturub. 



 

Axırıncı sərnişinlər də düşür. Onlar tək qalırlar. Lida Kamilə qısılıb, fikirli halda pəncərədən 

baxır. 

 

Kamil soruşur: 



 

– Nə fikrə getmisən? 

 

– Bax, indi sən sual verdin, mən də fikirləşdim. Sən sual verənə qədər isə yalnız hiss edirdim, 



bütün vücudumla duyurdum ki, mən heç vaxt olmadığım qədər xoşbəxtəm! Əvvəllər heç 

təsəvvürümə belə gətirməzdim ki, bu cür bəxtəvər ola bilərəm. Bu səadətim sona çatanda həmişə 

özümə xatırladacağam: belə bir şey olub, olub! Mənim bu cür xoşbəxt anlarım olub! 

 

– Nə demək istəyirsən? – Kamil narahat halda soruşur. Yəni fikirləşirsən ki, nə vaxtsa bir-



birimizi sevməkdən bezə bilərik? 

 

– Biz həmişə bir-birimizi sevəcəyik! – Lida artıq zarafatyana dillənir. – Yaxşı yadıma düşdü, sən 



bir mənə başa sal görüm, bu çamadandakı nədir? Biz onu niyə Əbülfəzə çatdırmalıyıq? 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə