Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə38/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   34   35   36   37   38   39   40   41   ...   231

 

94

səciyyəli sözlərlə təhqir və s. İctimai mənşə etibarilə proletar olmadığınız da nəzərə alınsa, çətin 



ki, cərimə batalyonu ilə yaxanızı qurtarardınız. 

 

Polad vərəqi qaytararaq: 



 

– Çox sərt yazılıb, – deyə razılaşır. – Ancaq məndən polis çıxmaz. 

 

Hər şeyi başa düşürəm, amma bacarmıram. Məktəb illərindən yadımda Ekkleziastın bu ifadəsi də 



qalıb: “Ölü şir diri itdən yaxşıdır”. 

 

– Sizi dilə tutmağa hazırlaşmıram, – esesçi Poladın şəxsi işində nə isə qeyd edir. – Ekkleziast 



yanılırdı. Hərbi əsir düşərgəsində çox tez başa düşəcəksiniz ki, diri it ölü şirdən qat-qat yaxşıdır. 

 

Tərcüməçi ilə Polad əsgərlərin qoruduğu həyətdən keçib gedirlər. 



 

Komendaturaya daxil olmazdan öncə, tərcüməçi Polada təəssüflə baxıb: 

 

– Çox böyük səhv edirsiniz, – deyir. 



 

Hərbi əsir düşərgəsi. Kimisinin əlində cam, kimisinin əlində parç olan məhbuslar cərgəyə 

düzülüb, asta-asta xörəkpaylama məntəqəsinə yaxınlaşırlar. 

 

Düşərgənin girişinə bir maşın yaxınlaşır. Onu dərhal əraziyə buraxırlar. Maşından düşən şəxs 



düşərgə komendantının kabinetinə keçir. Komendant cəld yerindən qalxıb, hərbi təzim edir. 

 

– Əyləşin. Hərbi əsirlər arasında neftçilər varmı? – Qonaq ləngimədən əsas məsələyə keçir və 



dərhal da müsahibinin üzünün ifadəsindən onun nə dərəcədə məlumatlı olduğunu anlayıb, əlavə 

edir. – Məhbusların siyahısını verin! Neft işi ilə əlaqəsi olanların hamısını təcili seçmək lazımdır. 

 

İçərisində qaynar horra buğlanan iri qazana çatmağa cəmi bir neçə nəfər qalanda, tələsik cumub 



gələn nəzarətçilər Poladı cərgədən çıxarır və artıq xörəyini yeyib qurtarmağa macal tapmış digər 

iki məhbusa qoşaraq, qabaqlarına salıb inzibati korpusa tərəf aparırlar. 

 

Almanların işğal etdiyi ərazidə, kiçik bir stansiyada yük qatarı dayanır. Yanlarında itləri olan 



əsgərlər qatarı qarşılayır, vaqonlardan birinin qapısını açırlar. Oradan düşən bir dəstə hərbi əsiri 

– sabiq neftçiləri yük maşınlarına doldururlar. Polad da onların arasındadır. 

 

Onları kiçik bir düşərgəyə gətirirlər. Köhnə məhbuslarla birlikdə komendatura qarşısında 



cərgəyə düzürlər. Komendant onlara müraciətlə qısa nitq söyləyir. 

 

– Böyük Almaniyaya fayda vermək üçün əlinizə yaxşı bir imkan düşüb. Ay yarım iki aydan 



sonra, ya da bir az tez, siz Maykop və Nefteqorsk, sonra isə Qroznı və Bakının neft mədənlərinə 

göndəriləcəksiz. 

 

Orada vicdanla çalışmaqla Almaniya hökumətinin nəzərində vətəndaş hesab edilmək hüququ 



qazana biləcəksiniz. Burada siz kredit hesabına mənzillə və normal qida ilə təmin ediləcəksiz. 

Çəkənlər həftədə iki qutu siqaret alacaqlar. Bu da kreditlə veriləcək, sonradan iş yerlərində 

alacağınız məvacibdən tədricən tutulacaq. Təkrar edirəm: işləmək istəməyənlər indi 

bildirməlidirlər. Buna görə cəza nəzərdə tutulmur, ancaq təbii ki, belələrinin hamısı əmək 

düşərgələrinə qaytarılacaq. Yerdə qalanlar müqavilələri imzalaya bilərlər. 

 



 

95

Düşərgədəki beş barakdan birində bu gecə, demək olar ki, hamı oyaqdır. Üst nardakı qonşusu – 



Qroznıdan olan orta yaşlı mühəndis Poladın böyrünə yüngül dürtmə vurub, onu oyadır. 

 

– Səs salma, – deyə pıçıltı ilə xəbərdarlıq edir. – Yuxun qaçdı? – Qulaq as, bir saatdan sonra 11 



nəfərlik qrup düşərgədən qaçacaq, hər şeyi düzüb-qoşmuşuq. Hazırlığa lap ilk gündən 

başlamışdıq. Riskə getməmək üçün hamıya yalnız indi xəbər verirlər. Tez ol, geyin. 

 

– Hara qaçaq? 



 

– Necə yəni hara? Azadlığa? 

 

– Azadlığa? Məftilin o tayına? Bəs sonra hara?.. İstəmirəm. 



 

Sizə də məsləhət görmürəm. 

 

– Heç bilməzdim ki, boyun qaçıracaqsan, – deyə mühəndis təəccüb edir. 



 

– Çox nahaq yerə! – Polad quru tərzdə cavab verir. O birilərnən İşim yoxdur, onları tanımıram. 

Siz isə... Zənnimcə, hələ tezdir... 

 

Axı, hər şey irəlidədir. 



 

– Onu daha mən özüm bilərəm. 

 

Polad laqeydcəsinə çiynini çəkir. Hətta üzbəüz divardakı lağımın girəcəyində hənirtilər tamam 



kəsildikdən sonra da yatağında uzanmaqda davam edir. 

 

Gestaponun yerli bölməsi. Poladı dəhlizdən keçirib aparırlar. 



 

Qapılardan birinin qabağından ötəndə qəfil eşitdiyi ürəkparçalayan fəryaddan qeyri-ixtiyari 

səksənir. Onu Şultsun oturduğu otağa gətirirlər. 

 

Şultsun işarəsi ilə, nəzarətçi Poladı içəridə qoyub, dəhlizə çıxır. Otaqdakı mebeldən – jurnal 



stolu və iri kreslolar, divan, yekə radioqəbuledici, çəkicşəkilli, cilalanmış böyük masadan 

görünür ki, bu kabinet müharibədən, əvvəl hansısa rəhbər vəzifəli bir şəxsin imiş. Şults Polada 

üzbəüzdəki kresloda oturmasını işarə edir. 

 

– Çox xoşagəlməz bir işə düşmüsünüz, cavan oğlan, – deyə sözə başlayır. – Çox xoşagəlməz! 



Yeri gəlmişkən, elə sovet qanunlarına görə də cinayəti xəbər verməmək üstündə yetərincə ciddi 

cəza nəzərdə tutulur. Niyə qaçış barədə müdiriyyətə xəbər verməmisiniz? 

 

 

Bəlkə elə bərk yatıbmışsız ki, on beş nəfərin necə qaçdığından xəbər tutmamısız? Özümü 



məcbur eləsəm, buna inana bilərəm. Hə? 

 

– Düzünü desəm, bu mənim heç ağlıma da gəlməyib, – deyə Polad cavab verir. 



 

– Nə? Məhbusların qaça biləcəyi? 

 

– Xeyr. Xəbər vermək. Mən bilmirdim, qaçışı xəbər verməmək üstündə nə cəza ala bilərəm



ancaq xəbərçiləri adətən gecə yarısı necə gəbərdirlər, onu yaxşı bilirdim. Sonra da necə 

antisanitariya şəraitində “dəfn” edirlər: hissə-hissə doğrayıb ayaqyoluna atırlar. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə