Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə46/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   42   43   44   45   46   47   48   49   ...   231

 

110


qazır. Fon Bok telefonda Berlinlə danışır. Qərargahın bir neçə zabiti onun üzünün ifadəsini 

gərgin intizarla izləyir. 

 

– Siz həddinizi aşırsınız, belə əmrləri mənə yalnız fürer verə bilər! Tez məni onunla calaşdırın, – 



general-feldmarşal hər kəlməni xüsusi vurğu ilə tələffüz edir. Sonra susub çaşqın halda gözlərini 

dəstəyə zilləyir və heç kəsə müraciət etmədən qəzəblə bağırmağa başlayır: 

 

– Rabitə niyə qırıldı?! Lənət şeytana, bu nə hoqqadır?! 



 

Yavər dərhal yerindən qopur və az keçmiş rabitəçi zabitlə geri qayıdır. 

 

– Əlbəttə, normal işləyir, – deyə zabit general feldmarşalın qarşısında “farağat” vəziyyətində 



quruyub qalaraq izahat verir. 

 

– Sizi yenidən qərargahla calaşdırırlar. 



 

Telefon təzədən zəng çalan kimi Fon Bok səbirsiz halda dəstəyi qapır. 

 

– Danışan general-feldmarşal Fon Bokdur. Məni Baş qərargah rəisi ilə calaşdırın... Cəld olun? 



Kimi? – Feldmarşal heyrət içində öz zabitlərinə sarı dönür. – Hansısa polkovnik Krauzedir. 

Dəlidir, nədir? Tələb edir ki, dəstəyi general Steynitsə verim. Siz onunla tanışsınız, Steynits? 

 

O, dəstəyi çaşıb qalmış Steynitsə uzadır. Telefonda eşitdiyi ilk sözlərdən sonra dabanlarını bir-



birinə vuraraq, farağat dayanır. 

 

– Bəli, eşidirəm. Aydındır! Bəli, mənim fürerim əmr dərhal yerinə yetiriləcək! Hayl Hitler! 



 

Dəstəyi qoyub, çaşqın nəzərlərlə toplaşanlara baxır, sonra özünü toplayıb, feldmarşala müraciət 

edir: 

 

– Cənab feldmarşal, fürer əmr etdi ki, sizi dərhal təyyarə ilə Berlinə göndərək. Onun əmrinə 



əsasən, bu dəqiqədən mən komandanlığı öz üzərimə götürürəm. 

 

Alman komandanlığının qərargahı. Əyinlərində mülki geyim olan bir neçə nəfər istisna olmaqla, 



toplaşanların hamısı yüksək rütbəli zabitlərdir. Hamı narahatlıq içində Hitlerin gəlişini gözləyir. 

 

Hitler əlində kitab otağa girir. Zabitlərin təziminə cavab verdikdən sonra hamının əyləşməsinə 



icazə verir. Qeyd etdiyi səhifədə kitabı açıb qarşısına qoyur. 

 

– Bok Hanı? Niyə Bok gözümə dəymir? – deyə Hitler quru qoşunları baş qərargahının rəisinə 



ikrahla baxaraq soruşur. 

 

– General-feldmarşal Bok bu gün səhər mədə yarası deşilmiş halda hospitala çatdırılmışdır. İki 



saat əvvəl mənə məlumat verdilər ki, cərrahiyyə əməliyyatı uğurla keçib, – deyə Qalder hesabat 

verir. 


 

Hitler kitabın açıq səhifəsini ucadan oxumağa başlayır: 

 

– “Qeyri-mütəşəkkillik artıq qvardiyanı da bürüyüb. Hər addımda əl-ayağını don vurmuş 



adamları görmək olardı. Onlar yeriyə bilmir, zəiflikdən, taqətsizlikdən huşlarını itirib yıxılırdılar. 

Bu adamlara addım atmağa kömək edəndə, daha doğrusu, zorla irəli sürüyəndə, yalvarırdılar ki, 

bizi rahat buraxın. Mən həmin bədbəxtlərdən bəzilərini xilas etməyə cəhd göstərdim, ancaq nə 



 

111


fayda? Onların Qanı qaçmış dodaqları can verməkdə olduqlarını deyirdi. Yol bu binəvaların 

meyitləri ilə örtülü idi”. Mən əminəm ki, Klyauzevist və Moltkenin pərəstişkarı və sadiq 

davamçısı qraf Kolenkurun gündəlikləri ilə tanış deyil. Fransız ordusunun Moskvadan geri 

çəkilməsini çox doğrucul təsvir edən Kolenkuru oxuyun, Brauxiç. Yəqin edəcəksiz ki, bizim 

əsgərlər də indi eynilə bu vəziyyətdədirlər. Özü də bu, yeganə bənzəyiş deyil. Biz müharibəni 

iyunun 22-də – Napoleondan bircə gün əvvəl başlamışıq və onu eyni nəticə ilə başa vurmaq 

imkanı qazanmışıq. 

 

Həqiqətin gözünün içinə dik baxsanız, Brauxiç, dəhşətə gələrsiz: 



 

Qalderlə sizin inadınız sayəsində Almaniya qoşunları müharibənin bütün tarixi ərzində ilk dəfə 

olaraq ciddi məğlubiyyətə uğramışlar ki, bunun da nəticələri hadisələrin sonrakı gedişinə mühüm 

təsir göstərə bilər. Dediklərimə sübutlar da artıq göz qabağındadır. Türkiyə nəinki bizim 

tərəfimizdə müharibəyə qoşulmaqdan imtina etmişdir, hətta alınan məlumatlara görə

düşmənimizlə ittifaqa girmək barədə gizli danışıqlara başlamışdır. İndiki aviasiya əsrində bu, o 

deməkdir ki, Rumıniya neft mədənlərini Aralıq dənizi tərəfdən aviasiya həmlələri nəticəsində 

tüstülənən xarabalıqlara çevirmək mümkündür. General Anteneskunun əhval-ruhiyyəsinə bunun 

necə təsir göstərəcəyini qabaqcadan deməkdə çətinlik çəkirəm. Bizim özümüzün 

mövcudluğumuz isə həmin neft mədənlərindən asılıdır. İqtisadi məsələlər üzrə 139 mənim 

müşavirlərim də indi sizin aranızda əyləşib. Onların yekdil fikri belədir ki, Almaniya neft 

almasa, müharibəni davam etdirə bilməz. 

 

Nefti isə biz artıq əldə edə bilərdik. Runşted Krımla Donbası tutub, lakin lap bu yaxınlara 



qədərki zəfər yürüşlərinin əsas icraçısı Quderianın tankları olmadan onun Qafqaz neft 

mədənlərinə doğru irəliləyişi qeyri-mümkündür. Sizin Moskva yaxınlığındakı avantüranız 

nəticəsində biz təkcə tanklardan məhrum olmadıq, həm də təcrübəli sərkərdələrimizi itirdik – 

onlar ruh düşkünlüyünə qapılıblar. 

 

Quderian mənim icazəm olmadan qoşunları geri çəkir, Leeb isə Leninqrad cəbhəsinin şimal 



hissəsindən geri çəkilməyə icazə istəyir. 

 

Bu gün səhər mən onları komandanlıqdan uzaqlaşdırmışam. Sizin məğlubiyyətiniz müharibənin 



əvvəlində əldə etdiyimiz uğurların üstündən qara bir xətt çəkdi. 

 

– Biz Rusiyanın qüvvələrini lazımınca qiymətləndirməmişdik: 



 

hesab edirdik ki, onun 200 diviziyası var. Ancaq indi məlum olur ki, bunların sayı 360-dan artıq 

imiş. Biz həmçinin Stalinin Rusiyanın içərilərindən çəkib gətirə biləcəyi ehtiyatları düzgün 

dəyərləndirməmişik, – araya çökmüş sükut içərisində Qalder qaşqabaqlı halda sözə başlayır, 

lakin fürerin nifrətli baxışları ilə qarşılaşıb dərhal sözünü kəsir. 

 

Siz dəyərləndirməmisiz, Qalder, biz yox! Siz, Brauxiç və Bok! 



 

– Mən öz qərarım üçün məsuliyyət daşımağa hazıram, – deyə Qalder astadan, lakin qətiyyətlə 

dillənir. – Lakin Moskva yaxınlığındakı uğursuzluq yalnız komandanların yanlış hərəkətləri ilə 

izah edilmir. Biz tamamilə gözlənilməz maneələrlə qarşılaşdıq. Müdafiədə duranlar özlərinin 

strateji baxımdan ümidsiz mövqeyinə qətiyyən əhəmiyyət vermədən, görünməmiş inadkarlıqla 

vuruşurdular. 

 

Bu isə bizim planların gerçəkləşdirilməsinə ciddi əngəl törədirdi. 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə