149
Borunun o biri ağzından Raufun başı görünəndə, Kamil qəşş eləyib getdi özündən. Qayınata tez,
təngnəfəs qaçıb gəldi; o zaman o hələ qaça bilirdi. Qoca bərk həyəcanlanmışdı. O, Raufun
üstbaşına yapışmış hörümçək torunu təmizləyə-təmizləyə, onun əhvalını soruşurdu. Kamil isə
hey gülür, özünü saxlaya bilmirdi.
İndinin özündə qabanın fınxırtısına oxşayan o gülüş yadına düşəndə Raufun ürəyi bulanır.
– Yaxşı, o cəmiyyətə üzv olmaqçün nə lazımdır?
– Yəqin ki, ərizə, fotoşəkil, bir də bəzi arayışlar. Mən çoxdan oranın üzvüyəm, hələ ordu
sıralarında olandan. Həm də görünür, orduda qayda-qanun bir az başqa cürdür.
Hər halda,
öyrənib deyərəm sənə. Amma başa düşə bilmirəm, birdən-birə nə olub sənə, yəni doğrudan
ovçuluq həvəsinə düşmüsən?
“Hə, gözlə, bu saat səbəbini açıb deyəcəyəm sənə”, – deyə Rauf ürəyində güldü və ona və
Minarənin daha dəhlizdə durmayıb qonaq otağına
keçdiyini görüncə, cavab verdi:
– Sən inanma, inanma sən, – o, səsini bir azca qaldırdı ki, Minarə eşitsin onun sözlərini. – Elə
bilirsən Rauf elə-belə, adi, maraqsız bir adamdır, ailəsindən başqa heç nə ilə maraqlanmır. Bir
gün gələr, başa düşərsən ki, səhv eləmisən, yaxşı tanımamısan məni.
Minarə dönüb dinməzcə Raufa mənalı bir nəzər saldı. Onun sözləri hədəfə dəymişdi. Raufun
bütün varlığını qələbə sevinci 299 bürüdü. “Bax belə, hələ siz sonra görəcəksiz analar necə
oğullar doğub”.
Kamil söhbəti yekunlaşdırıb dayısı qızı və onun uşaqları ilə görüşüb ayrılmaq əvəzinə, başladı
bir az da uzatmağa.
– Əvvəla, mən heç vaxt o fikirdə olmamışam ki, guya səni həyatda yalnız ailə maraqlandırıb,
ikincisi də ki... – Rauf imkan vermədi o, sözünü deyib qurtarsın:
– Əzizim, bilirsən nə var, sən ki belə ağıl dəryasısan, niyə dissertasiyanı yazıb qurtarmırsan?!
Dörd ildir elə qurdalanırsan. Yaxşısı budur, get özünə bir gün ağla. Xudahafiz. – O, qəhqəhə
çəkib bərkdən güldü və tez bayıra çıxdı ki, son söz onunku olsun.
* * * Bir aydan sonra o, ovçular cəmiyyətinə üzv oldu. Və təptəzə üzvlük vəsiqəsini mağazaya
təqdim eləyib yaxşı bir tüfəng aldı.
Satıcının tüfəngin pasportunda elədiyi qeydiyyatı piştaxtanın yanındaca diqqətlə yoxlayandan
sonra, mağaza müdirinin yanına getdi.
Müdir səliqə-sahmanla pasporta imza atıb möhür vurdu. Vəssalam.
İndi daha silah saxladığına görə bir kişi də onu “gözünün üstə qaşın var” deyə bilməzdi. Hər şey
rəsmi, hər şey qanuni idi. Rauf tüfəngi maşınının yük yerinə qoydu; onun hərtərəfli düşünüb
hazırladığı planın həyata keçirilməsində tüfəngin də öz yeri var idi. Rauf onu evdə heç kimə
göstərmədi, necə vardısa, eləcə brezent örtükdə – asılqanın arxasında gizlətdi.
Zirə yetişməyə başlayanda Rauf demək olar ki, hər gün işdən sonra maşını sürüb şəhərdən
çıxırdı. Özü də indi o daha dənizkənarı kurortların maketindəki çimərlik çətirlərini xatırladan bu
ətirli kolların bitdiyi bütün Abşeron qəbiristanlıqlarının yerini bilirdi.
150
Hamısından tez zirə Şüvəlan qəbiristanlığında yetişdi. O, kolları bir-bir diqqətlə nəzərdən keçirdi
– toxumlar artıq qaralmışdı və əl vuran kimi qabıqlarından asanlıqla soyulub çıxırdılar.
Qarşıdakı işlərin nigarançılığı ilə bir azca qayğılı olsa da, bu səhər Raufun kefi kök idi. O,
kresloda oturub dəlləkxananın adamı məst eləyən ab-havasından uymuşdu; Ağasəfa isə dəllək
qayçılarının yeknəsəq çıqqıltısı altında ona, “sanballı müştəriyə” layiq şəhər yeniliklərini
danışırdı.
– Bu günlərdə sən mənə lazım olacaqsan, dodaqları sabun köpüyündə olduğundan, o çox
ehtiyatla danışırdı. – Deyirəm şəhərdən çıxıb havamızı bir dəyişək.
Onun bu təklifi Ağasəfanın ürəyindən idi, amma o saat razılıq vermədi, bir balaca götür-qoy
elədi görsün ki, imkanı var, ya yox.
Sonra dilləndi:
– Nə deyirəm, mən hazır. Amma bu başdan deyim, biləsən – istirahət günüm çərşənbə günüdür.
– Əla, onda elə günü sabah çıxarıq şəhərdən.
– Sabah niyə? Sabah hələ çərşənbə axşamıdır.
– Səninlə bizim səfərimiz gecə səfəri olacaq. Səhərisi doyunca yatarsan. Şüvəlana gedəcəyik.
– Getməyinə gedək, sözüm yoxdur, – Ağasəfa arif adam idi, artıq başa düşmüşdü ki, Rauf onu
gəzməyə aparmır. – Amma mən gərək evdəkilərə bir söz tapıb deyəm, hara gedirəm, gecəni
harda olacağam.
Deyirsən ki, dostum Rauf elmi təcrübələr aparır, xahiş eləyib ki, ona kömək eləyim.
Harda, Şüvəlanda? Yoxsa, akademiya açıblar orda, Ağasəfa gülməyini zorla saxladı Bacıoğlu,
bizim arvadın əsli o tərəflərdəndir.
Elə bir kəlmə bu söz bəsdir ona! Səndən də, məndən də yaxşı bilir ki, milisdən başqa orda heç
bir elmi idarə yoxdur.
Ağasəfa, çox vacib bir işçün aparıram səni, gərək kömək eləyəsən mənə. Cəmi də üç-dörd saat
vaxtın gedəcək. Saat ikiyə işləmiş çıxmalıyıq şəhərdən...
Ağasəfa onun sözünü yarımçıq kəsmək istədi:
– Yaxşı, gecənin bu vaxtı biz Şüvəlanda nə eləyəcəyik?
– Mən heç bilməzdim ki, sən belə hövsələsiz adamsanmış; hər şeyi gərək elə o saat biləsən, –
Rauf bir az dilxor olan kimi oldu.
– Ülgücünü o yana elə bir görüm. Səninləyəm, çək ülgücünü o yana.
– Nöşün?