144
– Ola bilər, amma burda yazır ki, bu dərmandan hətta real tarixi şəxsiyyətlər də istifadə ediblər.
Məsələn, II Ramzes, Assurbanipal, Ulu Karl… “Və onların gözləri alışıb yandı, qollarına və
bellərinə güc gəldi”. – Qayınata gözünü kitabdan qaldırıb gülümsündü. – Əlbəttə, bu, elmi
xəbərdən daha çox reklama oxşayır, amma elə mənim yadımda qalan, həmin o tarixi şəxsiyyətlər
həqiqətən də çox yaşayıblar, ömürlərinin axırına kimi də qıvraq olublar, özü də cavan
görünüblər.
– Ağzınızda padşah deyirsiz, görünər də. – Rauf bunu tam ciddi dedi. – Bütün dövrlərdə belə
olub, belə də olacaq. Biz onların yerişini yeriyə bilmərik… Siz oxuyub qurtarmadız, quyruğu
qaldı.
Dediyiniz o iksiri hazırlamaqçün daha nə lazımdır?
– Kərgədan buynuzu. Onu öküz saatı vaxtı həvəngdə yaxşıyaxşı döyüb, həmin o deyilən
ekstraqonla, zirə ilə, cövüzlə və balla əməlli-başlı qarışdırmaq lazımdır. Hə, bir də dörd misqal
ağırlığında qızıl pul lazımdır. Vəssalam, şüttamam.
– Nə vaxtı dediz, öküz saatı vaxtı, onu nə təhər başa düşək? Üzr istəyirəm, bircə dəqiqə, – Rauf
qeyd dəftərçəsini çıxarıb yazmağa başladı. – İşdəkilərə danışmaq istəyirəm, bizim uşaqların xoşu
gəlir bu cür maraqlı şeylərdən. – Eşitdiyi bu söhbəti o, heç kimə danışmaq fikrində deyildi.
Sadəcə olaraq, öz hərəkətlərini, hər ehtimala qarşı, izah eləmək onun adəti idi.
– Öküz saatı gecə saat ikidir.
– Zirə yayda çiçəkləyir, deməli, saat hansı qayda ilə götürülür – adi qayda ilə, yoxsa yay qaydası
ilə?
Qayınata özünü saxlaya bilməyib gülümsədi:
– Məncə, yay qaydası ilə… Ala, kitabı, götür, rahat-rahat köçür.
– Yox, Siz elə, yaxşısı budur, öz sözlərinizlə deyin, yazım, – deyə Rauf ondan xahiş elədi. –
Yoxsa qəribə-qəribə sözlər var orda.
Deməli belə, tərxun yerinə qədər deyəsən hamısını yazmışam.
Gərək ki, düppədüz olsun… – Bir də kərgədan buynuzu. Onu da yazır, gərək həvəngdə lap narın
olanacan döyəsən… – Hansı buynuzunu?
– Başa düşmədim. Necə yəni hansı?
– Sağını, solunu? Yoxsa hər ikisini?
Qayınata təmkinlə, heyrətini əsla büruzə vermədən:
– Fərqi yoxdur, – dedi, – hansı oldu, olar.
Süfrəyə çay gəldi. Diləfruz xanım da elə bil bunu gözləyirmiş kimi birdən dilləndi:
– Maraqlıdır, adam bir sınaya, bəlkə, doğrudan da, təsiri var?!
145
“Sən Allah, sən bir bu qartımış toyuğa bax, könlündən cavanlaşmaq keçir. – Bunu, əlbəttə, Rauf
dilinə gətirmədi, çayındakı limonu əzə-əzə özü-özünə fikirləşdi. – Hər işim düzəlmişdi bircə elə
bu qalmışdı”.
– Görünür, mən yazda Afrikaya səfərdən nahaq imtina eləmişəm – qayınata arvadına baxıb
gülümsədi. – Cavanlaşmaq imkanını əldən vermişəm gedib.
– Özün deyirdin ki, putyovka çox bahadır, – deyə arvadı getməməyinin səbəbini onun yadına
saldı. – Bir ətək pul ver, gəzdiyin də cəmi-cümlətanı üçcə ölkə.
Qayınata gülümsədi:
– Hə, cəmi-cümlətanı. Amma gör necə ölkələrdir də: Madaqaskar adası, Tanzaniya, Keniya. Özü
də Serenqoti, Nqoronqoro qoruqlarını gəzmək şərtiylə… Siz bunu heç təsəvvür eləyirsiz?
Rauf xaricə putyovka söhbətinin uzanmasını heç istəmirdi.
Odur ki, tez bu mövzunu yekunlaşdırdı:
– Əvvəla, yazda siz bu resepti bilmirdiz – dedi. – İkincisi də ki, kim sizə icazə verərdi kərgədan
öldürəsiz, indi daha Afrikada hamı ağıllanıb; qəzetlər hər gün bu barədə yazır.
Qayınata razılaşdı onunla və barışdırıcı tərzdə dedi:
– Zarafat eləyirdim. Lap əlimdə lisenziyam ola, icazə versələr mənə, kərgədana mən güllə
atmazdım.
– Maraqlıdır, görəsən onun ətini yeyirlər?
Bu sual, qayınatanı çaşdıran kimi oldu və maraqla Raufa baxıb dedi:
– Bilmirəm, – sonra da tez əlavə elədi: – Amma ola bilsin ki, əti yeməlidir… Niyə soruşursuz ki?
– Heç, elə-belə, maraqlıdır, – Rauf öz-özündən razı qalmışdı ki, axır ona çətin bir sual verə bildi.
– Bu vəhşi heyvandan, deyirəm, nə isə bir xeyir də olmalıdır, ya yox?!
Qayınata çevrilib divar saatına baxdı; bu o demək idi ki, yeməkdən sonra yatmağın vaxtı
yaxınlaşıb. Rauf da baxışı ilə arvadını tələsdirdi. Amma o buna əhəmiyyət verməyib, başladı
anası ilə stolun üstündəki qab-qacağı yığışdırmağa.
İndi, qarşıda cavanlaşmaqçün belə gözəl imkanlar açıldığı bir vaxt mənzilləri dəyişmək məsələsi
ona çox xırda bir iş kimi görünürdü. Amma buna baxmayaraq o, söhbəti açdı, fikrini təfsilatı ilə
izah elədi.
Qayınatası onun sözünü kəsmədən qulaq asırdı. Rauf mənzilləri dəyişməyin hər iki tərəf üçün
xeyirli olduğunu deyəndən sonra da o, bir müddət dinmədi, nəhayət, dalğın halda kitabı
vərəqləyəvərəqləyə:
– Bax, – dedi, – bu da maraqlı şeydir. Heyvanların dilini başa düşməyi öyrənmək olar. Məncə,
çox faydalı davacatdır. Oxuyum?
Rauf təəssüblə, bir az dilxor, başını yırğaladı:
146
– Mən burda ciddi söz danışıram, demək olar ki, sizin nəvələrinizin taleyi həll olunur, siz isə
başlamısız ki… Axı heyvanlarla danışmaq kimin nəyinə lazımdır?
– Burda onlarla danışmağın üsulu göstərilmir, – deyə qayınatası onun sözünə düzəliş verdi. –
Görünür, bu, heç mümkün də deyil.
Heyvanları yalnız başa düşmək olar.
– Çox qəribədir, – qayınana söhbətə qarışdı. – Axı bu mənzilləri dəyişmək sizin nəyinizə
lazımdır? Sizin də mənzil pis deyil, düzdür, mərkəzdə deyil, amma özünüz həmişə deyirdiz ki,
oranın havası əladır. Qoca vaxtı bir yerdən başqa yerə köçmək çox mürəkkəb məsələdir, təkcə
elə mebelləri burdan ora, ordan bura daşımaq nə deməkdir, mən bilirəm, hələ kitabları demirəm
– iki min nüsxə kitabdır, zarafat deyil. Biz burda otuz il yaşamışıq, ən yaxşı günlərimiz bu
divarların arasında keçib. – Onun səsi titrədi, tutqun və məsum baxışlarla ərinə baxıb susdu. Bu
baxışlar Raufun ətini ürpəşdirdi. Qayınanası yaşda adamlarda hər cür incə-mincəliyi o, ədəbsiz
riyakarlıq hesab eləyirdi.
– Siz məni başa düşmədiz, – Rauf səbirlə başladı təzədən izah eləməyə. – Biz sizinlə
mənzillərimizi dəyişdirməyi yalnız sənədləşdirəcəyik, başa düşürsüz, sənədləşdirəcəyik. Hüquqi
cəhətdən, yəni kağızda, biz dəyişirik mənzillərimizi, amma əslində yox. Kim indiyəcən harda
yaşayıb, orda da yaşayacaq. Ancaq biz, – o, başının işarəsi ilə dinməzcə gözlərini divara zilləyib
durmuş arvadını göstərdi, – iki balaca ilə bu evə yazılacayıq, siz isə ora. Rufatik də sizinlə ora
yazılacaq. Allaha şükür, on altı yaşı tamam olub, yekə kişidir daha, pasport alıb. Özünüz təbrik
elədiz ki, o gün.
– Yaxşı, indi ki, hər kəs öz evində qalır, onda bu dəyiş-düyüşün mənası nədir?
– “Aqillər buyurub ki, şeylərin dərin mənası o saat dərk edilmir”.
– Qayınata kitabdan bu kəlamı oxuyub güldü. – Təsadüfə bax! – O, üzünü arvadına tutub, – axı
Rauf, – dedi, – hər şeyi sənə başa saldı: hələlik hər şey öz əvvəlki qaydasında qalacaq, amma
sonra o, ailəsi ilə bura köçəcək, Rufatik isə onların mənzilində qalacaq.
Diləfruz xanım bu söhbətdən hələ də bir şey başa düşə bilmirdi:
– Sonra, yəni nə vaxt?
Qayınata başını qaldırdı və gülümsəyərək arvadına baxdı.
– Özün də gileylənirsən ki, qocalmışam. Hər şeylə maraqlanırsan, cavanlığında necə idinsə, o cür
də qalmısan. Bu, çox mürəkkəb bir hüquqi əməliyyatdır, sən də istəyirsən ki, ondan baş
çıxarasan. – O, çevrilib bir də divar saatına baxdı: bu da o demək idi ki, daha gecdir, yatmaq
vaxtıdır. Ayağa qalxıb bənizi qaçmış qızına yaxınlaşdı və hansı hissin təsiriləsə onun başını
sığalladı.
– Ürəyini sıxma, hər şey yoluna düşəcək.
Raufun yanından keçəndə o, başının hərəkəti ilə onunla sağollaşdı və yataq otağına keçib qapını
arxasınca örtdü. Rauf diqqətlə kitaba göz gəzdirdi, sürtülmüş dəri cildini açdı və fikirlifikirli
köhnə perqament səhifələri vərəqlədi; oradakı mətnlər adi adamçün anlaşılmaz idi. Rauf
Dostları ilə paylaş: |