161
– Qayınata yavaş-yavaş başladı əsəbiləşməyə, acıqlı-acıqlı işarə qoyduğu səhifəni açdı, – burda
açıq-aydın yazır ki, iksirçün ancaq və ancaq diri kərgədanın buynuzu olmalıdır və mən əminəm
ki, bunun öz gizli mənası var.
Rauf bu qeydi də dəftərçəsinə yazıb:
– Siz məni düz başa düşün, – dedi, – bu məsələdə mənim heç bir şəxsi marağım yoxdur, sadəcə,
sizin kimi bir alimin fikrini bilmək istəyirəm. Siz özünüz orda yazılanlara inanırsız?
Kürəkəninin sualına cavab verməzdən əvvəl, qoca bir az fikrə getdi və Raufa elə gəldi ki, onun
gözlərində nə isə bir hiylə qığılcımı parıldadı. Amma ağzını açıb danışanda sözlərində tam bir
ciddilik, hətta qətiyyət var idi.
– Qəribə olsa da inanıram.
Bu vaxt qayınana içəri girib söhbətə qoşuldu:
– İnsanlar bir-birini incitməsələr, heç bir iksirə də ehtiyac olmaz.
Adam hirs çəkməkdən, həmişə həyəcan keçirməkdən sağlamlığını itirir, vaxtından da tez qocalır.
– O bu sözləri heç kimin ünvanına yox, guya elə-belə dedi, amma Rauf daşın hara atıldığını o
saat başa düşdü, çünki onun ürəyindəkiləri bilirdi, bilirdi ki, qayınanasının fikrincə, Raufun
arvadına münasibəti nəyə görəsə qayınatasının sağlamlığına mənfi təsir göstərir. Ona görə də
Rauf Diləfruz xanımın sözlərinə qəti əhəmiyyət vermədi, hətta özünü elə tutdu ki, guya onu nə
görür, nə də dediyini eşidir. Bunun həqiqətən belə olduğunu qayınanasına hiss elətdirmək üçün,
gedəndə gözucu da ona tərəf baxmadı: yalnız qayınatası ilə xudahafizləşdi.
* * * Maşının narıncı işığı kimsəsiz qaranlıq gecədə yalnız islanmış asfalt yolu işıqlandırırdı.
Rauf maşının yük yerindən çamadanı və içində doğranmış kolbasa olan bağlamanı götürüb
sürüşkən dik cığırla təpəyə qalxmağa başladı. Bu cığır onu məqsədinə doğru gedən yolun
sonuncu aşırımına aparırdı.
Təpənin başındakı uçulub-dağılmış hasara çatanda tər və yağış onu elə islatmışdı ki, büsbütün su
içində idi. Gündüzlər burdan gözəl bir mənzərə açılırdı adamın gözləri önündə; sahilə və dənizə
baxmaqla doymaq olmurdu. Elə indi də yuxuya qərq olmuş şəhərin bu təkrarsız panoramına
biganə qalmaq çətin idi. Şəhər sönməkdə olan nəhəng ocağa oxşayırdı. Belə bir mənzərə, əlinə
fürsət düşən kimi öz əsəb sistemini şəhər və ya fərqi yoxdur, kənd mənzərəsi ilə, eləcə də
müntəzəm surətdə torpaqda, suda və atmosferdə baş 316 verən təbiət hadisələri ilə
sakitləşdirməyə can atan adamlara yəqin ki, çox güclü təsir göstərərdi.
Rauf hər ehtimala qarşı ətrafına yaxşı-yaxşı göz gəzdirdi, arxayın oldu ki, həndəvərdə ins-cins
yoxdur, hasarın uçuq yerindən birtəhər içəri keçdi, ayaqqabısına yapışmış palçığı oleandr koluna
sürtüb təmizlədi və asfalt yola çıxdı. O, təzə gətirilmiş heyvanların saxlandığı izolyatorun və
transformator budkasının yanından keçib, otuz-qırx metr uzaqda qaralan qəfəslərə və volyerlərə
tərəf getdik.
Onların çoxu boş idi; sakinləri, özləri də gözləmədən, on gün əvvəl təzə, rahat mənzillərə
köçürülmüşdülər.
Təzə mənzil sahibləri şəhərdə gedən quruculuq işləri ilə əlaqədar yeni heyvanxananın istifadəyə
verilməsindən xəbərsiz idilər və ona görə də əməlli-başlı həyəcanlanmışdılar, hətta bir çoxu
hayküy də qaldırırdı.
162
Rauf heyvanxanaya ilk dəfə, gizli yox, qanuni yolla qapıdan keçib gələndə heyvanların
köçürülməsi təzə başlanmışdı: – elə həmin gün. Sonra o, hər gün gəlib-gedirdi bura və məəttəl
qalırdı ki, heyvanxana işçiləri dişlərini qıcırdatmış vəhşi heyvanları dəmir qəfəsli furqona
mindirmək üçün onları necə xoş rəftarla, dadlı yeməklərlə dilə tuturlar: elə bil neçə ilin
prokurorunun azyaşlı yeganə zırrama oğlu atasının zavmaq dostugildə nadir tropik balıqlar
saxlanan akvariuma “piş-piş” istəyir, onu bu fikrindən daşındırmaqçün min hoqqa çıxarıb başını
qatırlar.
Srağagün o, az qaldı hirsindən qışqırsın: qəfəslərin birinin yanından keçəndə, gördü ki,
xidmətçilərdən iki nəfəri iri cəhəngli itə oxşayan çirk-boz rəngində əyriböyür, eybəcər bir
heyvanı yuvasından çıxartmağa çalışırlar, o isə inadla müqavimət göstərir.
Ondan gələn üfunət iyinə heç küçələrdən qotur, xəstə itləri yığan xidmətçi də dözməzdi – istəyir
lap rüblük planını doldurmamış ola.
Amma heyvanxananın işçiləri elə bil qoxu hisslərini itirmişdilər, böyük bir səbirlə, hövsələ ilə
ucuna ət parçaları taxılmış nizələri qəfəsin dəmir çubuqları arasından içəri uzadır, onu aldadıb
furqona keçirməyə çalışırdılar. Həyasız heyvan isə durub-durub, hərdən ildırım sürətilə ətin
üstünə atılır, dili ilə yalayıb yenə də öz küncünə qayıdırdı. Hətta heyvanxananın müdiri Aliyə
xanımın gəlişi də kömək eləmədi. Aliyə xanım cavan yaraşıqlı qadın idi, o, idarə rəhbərindən
daha çox manikençiyə və ya aktrisaya oxşayırdı. Amma 317 buna baxmayaraq, xidmətçilər
onunla əsla mübahisəyə girişmir, tapşırıqlarını dərhal, özü də canla-başla yerinə yetirirdilər.
Raufa heç kim fikir vermirdi, baş qarışıq idi, heyvanxana bağlı olsa da, köçmək əhvalatı ilə
əlaqədar o tərəf-bu tərəfə çoxlu kənar adam gedib-gəlirdi. Bu murdar heyvana daha heç nə təsir
eləmirdi, hətta Aliyə xanım kimi gözəl bir qadının mülayim, mehriban səsi də. Rauf öz köməyini
təklif elədi:
– İstəyirsiz, mən o biri tərəfdən keçim içəri, – dedi, – ağacla bu köpəyin belinə bir-iki dənə
ilişdirim, ağlı gəlsin başına, onda görərsiz necə quzu kimi çıxır bayıra. – O, xidmətçilərin
sifətindəki ifadənin dəyişdiyini görüncə, əlüstü sözünü malaladı – Yüngülvarı...
Necə deyərlər, simvolik.
– Nə “köpək?” – deyə müdir təəccüblə, həm də acıqlı soruşdu.
– Nəzərinizə çatdırım ki, əvvəla, bu it deyil, kaftardır, özü də dişidir. Yazıq onsuz da şok
vəziyyətindədir, sizsə ağaca əl atırsız. – Aliyə xanım etinasızlıqla çiyinlərini çəkdi və kaftara
tərəf döndü.
O isə elə bu vaxt, şok vəziyyətində olmağına baxmayaraq, cəld bir sıçrayışla nizələrdən daha bir
parça ət qopartdı.
İndi isə qaranlıq idi, bambalaca lampa qəfəsin kiçik bir hissəsinə zəif işıq salmışdı. Üfunət iyi
daha gəlmirdi və Rauf başa düşdü ki, kaftarı,
heç şübhəsiz, yaşayış yerini dəyişməyə razı
salıblar.
– “Mən indikindən bir iyirmi yaş cavan, əvvəlki Rauf olsaydım, onda sən mənimlə başqa cür
danışardın, – deyə Rauf Aliyə xanımla söhbətini xatırlayıb, fikirləşdi. – Kaftarın cinsi yadına
düşməzdi daha... heç eyibi yoxdur, biz bəlkə də qayıtdıq bu söhbətə”. Bu vaxt fil damının