ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   13   14   15   16   17   18   19   20   ...   118

 
56 
 
zamanı  xınadan  istifadə  edildiyi  qeyd  edilir.  Hətta  onun  yaxılması 
toyun xüsusi mərasiminə çevrilmişdir.  «Kitabi-Dədə Qorqud»  das-
tanında xınayaxdı adəti barədə xatırlatma vardır. (7, 166) Artıq əsr-
lərdən bəri adət halını almış xınayaxdı barədə müxtəlif müəlliflər də 
məlumat vermişlər.      
Araşdırmalar onu deməyə əsas verir ki, xınayaxdı mərasimi ma-
hiyyət  etibarilə  qız  toyu  deməkdir  və  gəlinin  ata  evindəki  son  gü-
nünün  qeyd  olunmasıdır.  Bu  mərasimdən  sonra  qız  ata  evini  tərk 
edib ər evinə köçür. 
Orta əsr mənbələrində xınayaxdı adətinin mövcudluğu haqqında 
xatırlatmalar  əsasən  bunlardan  ibarətdir:  indiyədək  icra  olunan 
«xınayaxdı»  adəti  barədə  dahi  Nizami  Gəncəvi  yaradıcılığında 
verilən məlumatda deyilir:  
 
Şahın yaxın adamlarının əlindən 
Bir ayadək toy rəngi (yəni xına) getmədi. (1, 303) 
 
«Xosrov və Şirin» əsərində müəllifin gəlinin rəfiqələrinin əlləri-
nə  xına  çəkdiklərini  söyləməsini  mövcud  el  adətini  təsdiq  etməsi 
kimi  qiymətləndirə  bilərik.  Nizami  ilə  bərabər  Məhsəti  yaradıcılı-
ğında  da  gəlin  gedərkən  ələ  xına  yaxılması  adəti  haqqında  söhbət 
açılmışdır. Xaqani də Məhsəti kimi, qədim adətlərdən olan toyda ələ 
xına  yaxılmasına    toxunmuşdur.  Orta  əsr  şairi  Qazi  Bürhanəddin 
belə yazır: 
 
Boyamışsun qanuma xod əlüni 
Barmağuna urma xınnasın, bəgüm. (6, 333) 
 
Burada  şair  əlini  qanıma  boyamısansa,  xına  vurma  demək 
istəyir. 
F.Rəşidəddin bir əmir qızının evlilik mərasimində onun əllərinə 
və  ayaqlarına  xına  yaxıldığını  qeyd  etmişdir.  (2,  48)  Orta  əsrlərdə 
toy mərasimində xınayaxdı adətinin yer alması adları çəkilən müəl-
liflərin məlumatlarıyla öz təsdiqini tapır.   


 
57 
 
Muasir  dövrümüzdə  də  müşahidə  etdiyimiz  adətin  mahiyyəti 
belədir ki, toydan əvvəl oğlan evi qız evinə xonçada xına gətirir və 
burada toplaşan xanımlar əllərinə xına yaxırlar. Bu adət hər iki tərə-
fin yalnız qadınlardan ibarət üzvlərinin iştirakı ilə  keçirilirdi. Azər-
baycanın bütün bölgələrində xınayaxdı mərasimi həyata keçirilmiş-
dir.  Göyçə  mahalında  yaşamış  Dilbər  Oruc  qızı  Mazanova  bildirir 
ki, adətə görə, gəlin gedən qızın bir gün əvvəl axşam çağı əlinə və 
ayağına xına qoyub balaca dəsmalla bağlayıb səhər isə açıb yuyardı-
lar. Bu xınadan bəy evinə də göndərirdilər, belə ki, o da azacıq əl və 
ayağına sürtə bilərdi. Maraqlıdır ki, informator qeyd edir ki, təsəv-
vürə görə xına «peyğəmbər nişanəsi» sayılırdı. (8) Bu düşüncə son-
raların  məhsuludur.  Adət  kimi  isə  xınayaxdı  İslama  qədər  də 
mövcud olmuşdur.  
Bakılılarda da bu adətin icrası  etnoqrafik baxımdan maraq do-
ğurur. İnformator Bakının Binəqədi kənd sakini XX əsrdə keçirilən 
xınayaxdı adəti barədə belə məlumat verir ki, elimizin bir sıra adət-
ləri  indi  şəhər  yerində  bir  o  qədər  də  əvvəlki  kimi  qeyd  olunmur. 
Lakin  buna  baxmayaraq,  xınayaxdı  adəti  hələ  də  kənd  yerlərində 
qalmaqda  davam  edir.  Adətə  görə  oğlan  tərəfin  qohumları  bir  yerə 
yığışıb qız evinə gedəcək xonçanı hazırladıqdan sonra qız evinə yol-
lanırdılar. Qohumlar içərisində əsasən oğlanın nənəsi, xalası, bacısı 
və digərləri iştirak edirlər. Qız evinin yaxınları da qonaqları qarşıla-
yıb qəbul edirlər. Gətirilən xonçada xına ilə bərabər müxtəlif şirniy-
yat  şeyləri də olur. Qızı  adətə  görə oğlanın  bacısı  geyindirir. Əgər 
oğlanın  bacısı  yoxdursa,  onda  oğlan  evindən  gələn  qonaqlar  içəri-
sindən  hər  hansı  gənc  qız  (gəlin  də  ola  bilər)  onu  geyindirə  bilər. 
Sonra  sevinc  sədaları  altında  gəlin  gedən  qızı  hamının  yığışdığı 
otağa keçirirlər.  
Yemək mərasimi zamanı yeyib-içdikdən sonra başı duvaqlı gə-
lini  ortalığa  gətirirlər.  Gəlinin  sağdışı  və  soldışı  qız  uşaqlarından 
olurdu.  Onlardan  biri  qız,  digəri  isə  oğlan  evi  tərəfindən  olurdu  və 
əllərində  yanan  şam  tuturdular.  Mərasim  zamanı  çalğıçı  qızı  tərif 
edirdi. Yengə tası əlinə alıb xına isladırdı. Evdə «xınayaxdı» məсli-
sində iştirak edənlərin hamısına xına paylanırdı. Onlar da öz növbə-


 
58 
 
sində bir balaca xınadan ovuc içinə və barmaqlarına sürtə bilərdilər. 
Gəlinin  ovcuna  xına  qoyub  parça  ilə  bağlayırdılar.  Oğlan  üçün  də 
həmin  xınadan  onun  evinə  göndərirdilər  ki,  o  da  ayağına  yaxsın. 
Gəlinin başına əvvəl oğlan tərəfin qohumları (anası, sonra qohumla-
rı), sonra isə qız tərəfin qohumları şabaş qoyurdular. Bu zaman «gə-
lin başına ay şabaş»-deyib pulları gəlin gedən qızın başındakı yaylı-
ğa qoyur, yığılan pulları yaylıqla bərabər qız anasına verirlər. Oğlan 
evi gedəndən sonra gəlinin başına və ayağına xına yaxırdılar. Qızın 
yaxın  adamları  isə  axıradək  qalırdılar.  Onlar  birlikdə  deyib,  gülüb 
şadlıq  edirdilər.  Məlumatçının  söylədiklərindən  aydın  olur  ki,  əv-
vəllər oğlan toyu olurdu, sonra qız toyu, daha sonra isə «xınayaxdı» 
və onun sabahı günü qız oğlan evinə köçürdü. İndi isə əksinədir, qız 
toyu və  «xınayaxdı» mərasimi  oğlan toyundan  əvvəl  keçirilir. Yeri 
gəlmişkən  onu  da  qeyd  edək  ki,  əvvəllər  qız  evinə  toy  xərci  ve-
rirdilər. (9)  
Toy  mərasimlərində  əksini  tapan  şam  yandırmaq,  gəlini  çıraq 
ətrafında dolandırmaq ocağa, istiyə və nura insanlar tərəfindən veri-
lən dəyərdir. Təsadüfi deyildir ki,  Novruz bayramı zamanı da şam 
yandırmaq adəti vardır.  
Xınayaxdı  adəti  XXI  əsrdə  müəyyən  cüzi  dəyişikliklərə  uğra-
mışdır. İndi isə xınanı isladıb paylayırlar, qızın başına şabaş yığmır-
lar,  həmən  pulu  evin  yiyəsinə  verirlər.  Qızın  cehizi  ovdanlıq  (yəni 
avadanlıq  –  Ş.B.)  adlanır.  Cehiz  əşyaları  aparılanda  (yaxın  yerə 
əldə, uzağa isə maşınla) çalğıçılar müşayiət edirlər. 
Bəzi bölgələrimizdə qız evində keçirilən xınayaxdı ilə bərabər, 
oğlan evində də baş qırxdı mərasimi icra olunurdu. Bu da onu de-
məyə əsas verir ki, «istər gəlinin ata evində keçirilən xına gecəsi, is-
tərsə də nişanlı oğlanın baş qırxdı məclisləri, şubhə yoxdur ki, çox 
qədim zamanlardan bəri xalqımızın içərisində geniş yayılmış adətlə-
rin  qalığıdır.»  (5,  66)  Bu  ailə  quranların  artıq  yeni  status  qazan-
dığının və fərqlənməsinin göstəricisidir.  
Xınanın nə üçün məhz toy mərasimi zamanı istifadəsini belə bir 
fərziyyə ilə əsaslandıra bilərik ki, gəlin gedən qız yeni bir ocağa dü-
şür, o odun rəmzi hesab edilir. Eyni zamanda, onu da bilirik ki, xı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə