ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   12   13   14   15   16   17   18   19   ...   118

 
51 
 
olan,  uşaqları  sağ-salamat  qalan,  ailəsində  xoşbəxt  sayılan  adam 
nəzərdə tutulur.  
Qızların nişanlı vaxtındakı və ümumən qadınların vəziyyəti ba-
rədə Yusif Vəzir Çəmənzəminli yazır: «arvadlar həsrətlə qızlıq za-
manlarını arzu edirlər və qızlığı sultanlığa təşbeh vururlar: 
 
Qız idim, sultan idim
Nişanlandım xan oldum
Gəlin oldum qul oldum
Ayaqlara çul oldum.» (11, 142) 
 
Buradan  da  aydın  olduğu  kimi  qızın  nişanlı  qaldığı  müddət 
onun  özünü xan  kimi  hiss  etməsinə  səbəb  olur.  Bu  müddətdə  qıza 
verilən dəyər ərə getdikdən sonra bir o qədər də təmin olunmurdu. 
Bu da məhz belə bayatıların meydana gəlməsinə səbəbiyyət verirdi. 
Nişanlı  qıza  toya  qədərki  müddət  ərzində  müxtəlif  bayramlarda 
bayram xələti, nübarlıq meyvə, qurbanlıq qoyun və s. göndərilməsi 
barədə H.Sarabski də məlumat verir. (13, 100)  
Nişan mərasimi zamanı gəlinə gətirilən əşyalardan savayı, evin 
ağbirçəklərinə, böyüklərə və yaxın qohumlara təqdim olunmaq üçün 
müəyyən pay da qoyulurdu. Bu isə anaya, ataya, nənə, baba və digər 
qohumlara  çatırdı.  Abşeronda  buna  «xələt»  deyilirdi.  Deməli,  bu 
pay qız tərəfin yaxın qohumlarına verilən dəyəri ehtiva edirdi.  
 Üzük  və  baş  örtüsü  şal  gətirilməsi  nişan  mərasiminin  başlıca 
əlaməti  idi.  Bundan  əlavə  şirniyyat  şeyləri  də  gətirilirdi.  (12,  182) 
Nişan  mərasimi  zamanı gəlin  evinə  ayna  və  xonça  aparıldığı  qeyd 
edilir. (13, 96-97)  
Nişan  mərasiminin  təmtəraqla  keçməsi  əsrlərdən  gələn  bir 
ənənədir. Bu günədək gəlib çatan folklor nümunələrində nişanlanma 
zamanı  oxunan  mahnılar  da  mühüm  yer  tutur.  Bunlardan  ən  çox 
deyiləni  «Xonçaya  düzdük  noğulu  badamı,  Mübarək  olsun  gəlinin 
qədəmi»dir.  Xüsusən,  Naxçıvanda  bu  ənənə  daha  çox  qorunub 
saxlanılmışdır.  Belə  mahnıların  mahiyyəti  xeyirli  işlə  bağlı  olan 
məqamlardan ibarət olurdu. Məsələn: 
 


 
52 
 
Qardaş ovuna gedər
Baxar boyuna gedər
Bu bayramın xonçası 
Qardaş toyuna gedər. (19, 291) 
 
Ümumiyyətlə,  «İslamın  nişanla  bağlı  elə  bir  ayinçiliyi,  yaxud 
vacib sayılan tədbiri yoxdur. Əsas odur ki, tərəflərin bir-birinə rəğ-
bəti olsun və onlar  evlənməyə vədə versinlər. Adətən nişanda Qu-
ranın  «Fatihə»  surəsi  oxunur  və  qıza  nişan  üzüyü  hədiyyə  verilir. 
Nişan üzüyü başqalarına qızın nişanlı olduğunu bildirmək üçündür. 
Lakin bu üzük də nişanı «evlənmək barədə vədələşmədən» artıq bir 
şey etmir». (16, 92) 
Orta əsr müəllifi Qurbaninin nişanla əlaqədar verdiyi  məlumat 
maraq doğurur. O deyir: 
 
Adna axşamında bəlgə qoyasız, 
Kəsilə qovqası, qalı qızların (14, 107) 
 
Deməli,  nişan  mərasiminin  el  arasında  məhz  adna  axşamına 
salınması və üçük aparılması məsləhət bilinirmiş.  
Nişanlanma zamanı «qız evinin tam razılığı alınır, elçilik rəsmi-
ləşdirilirdi.  Nişanlanma  mərasimi  zamanı  qıza  gətirilən  lazımi  hə-
diyələr  təqdim  edilirdi.  Bütün  bu  məsələlər  həll  olunduqdan  sonra 
belə, nişanlanmış qız oğlanla görüşə bilməzdi. Nizami bunu «Leyli 
və Məcnun» əsərində təsvir edərək göstərir ki, Leyli İbn Səlama ve-
rildikdən sonra onu ilk dəfə yalnız toy günü görür.» (17, 77) Nişan 
mərasimi  haqqında  Nizami  sadəcə  «Gözəl,  məclisə  yaraşan  qız 
nişanlandı»-deməklə kifayətlənmişdir. (18, 118)  
Nişan mərasimi ilə bağlı el arasında əsrlərdən bəri mövcud olan 
inanclarda  deyilir  ki,  nişan  üzüyünü  özgəyə  verməzlər.  Nişan  üzü-
yünü girov qoymazlar. Nişan gələn gün paltar yumazlar. Nişan gə-
lən  gün  oğlan  evi  xonçalardan  birinə  qayçı  qoyar  ki,  oğlanın  ağzı 
kəsərli olsun. Nişana duz və soğan aparmazlar. Nişanda dava salsan


 
53 
 
xeyir  olmaz.  Nişan  taxılanda  qızın  saçına  qayınana  sığal  çəksə, 
mehribançılıq olar.  
Nişan mərasimi mahiyyətini o qədər də dəyişməmişdir. Müasir 
dövrdə  sadəcə  xonçaları  bəzəkli  səbətlər  əvəz  edir.  İndi  də  nişan 
şadyanalıqla qeyd edilir. 
 


 
54 
 
Cüneyd Humayun Humaya darvaza önündə göz qoyur. Hacı 
Kermani «Üç poema» 1396-cı il. Britan kitabxanası, London. 
 
XINAYAXDI  MƏRASİMİ 


 
55 
 
Azərbaycan  xalqının  qədimdən  bəri  yaşadıb  muhafizə  etdiyi 
zəngin  və rəngarəng toy adətləri içərisində xınayaxdı  adəti də var-
dır. Bu adət uzun zaman məsafəsi qət edərək bu gün də icra olun-
maqdadır.  Bu  barədə  müxtəlif  mənbələrdən,  o  cümlədən,  şair  və 
yazıçılarımızın  yaradıcılığından  məlumatlar  əldə  etmək  mümkün-
dür.  
Təbiətlə təmasda olan insan həyatda baş verən müxtəlif hadisə-
lərlə  yanaşı,  eyni  zamanda  rənglərə  də  müəyyən  münasibət  bildir-
mişdir.  İbtidai  insanların  ən  çox  maraqlandığı  rəng  çaları  qırmızı 
olmuş-desək, yanılmarıq. Günəşin qürub çağının, ocağın alovunun, 
gül-çiçəklərin və nəhayət, qanın rəngi olan qırmızının təbiətdə daha 
çox müşahidə olunduğunu söyləmək olar. Eneolit dövrü sakinlərinin 
dəfn prosesində ölülərin üzərinə qırmızı oxra səpilməsi al rəngin di-
gərlərindən seçildiyinə işarədir. Bəşərin qədim təxəyyülündə istilik, 
hərarət  anlamı  verən,  şər  qüvələrdən  və  bəd  ruhlardan  qoruyucu 
funksiya  daşıyan  bu  rəng  çaları  məişətdə  daha  çox  nəzəri  cəlb  et-
mişdir.  Odur  ki,  insanların  təsəvvüründə  həkk  olunaraq  müxtəlif 
mərasimlərdə  ondan  geniş  istifadəni  zəruri  etmişdir.  Bu  xüsusda 
V.Vəliyev  göstərir  ki,  «bizdə  qırmızı  geyinmək,  ələ  xına  yaxmaq 
sevinc və xoşbəxtlik rəmzidir. Qədim zamanlardan dövrümüzə kimi 
gəlib çatan bu adət qədim azərbaycanlıların günəşə, oda sitayişi ilə 
daha  çox  əlaqədardır.  Günəşin  yerdə  nişanəsi  hesab  edilən  odun 
qırmızı  rəngdə  olması  insanların  bu  rəngə  müsbət  münasibətini 
meydana çıxarmışdır.» (3, 103)  
Maraqlı  faktdır  ki,  «bir  vaxt  Azərbaycanda  nişanlı  oğlanlar  və 
qızlar  tanışsınlar  deyə  qırmızı  rəngli  paltarlar  geyərmişlər.  Oğlan 
evindən  qız  üçün  qırmızı  rəngli  don  aparılarmış,  qız  da  nişanlısı 
üçün qırmızı rəngli köynək toxuyub göndərərmiş. Bununla da onlar 
ətraflarında olanlardan seçilərmiş. Və hamı onların nişanlı olduqla-
rını bilərmiş.» (4, 429) Buradan da aydın olduğu kimi qırmızı xüsu-
sən fərqlilik əlaməti olaraq da qəbul edilir.  
Zaman  keçdikcə  qırmızı  rəngi  simvolizə  edən  xına  toy  məra-
simlərinin vacib bir elementinə çevrilərək müəyyən məna yükü da-
şımağa  başlamışdır.  Xalq  yaradıcılığı  nümunələrində  toy  mərasimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə