ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   11   12   13   14   15   16   17   18   ...   118

 
48 
 
Maraqlıdır ki, Gürcüstanda da nişan mərasiminin olması barədə 
məlumatlar vardır. XIX əsrdə nişani və ya belqa söz kəsildiyi zaman 
bəy  və  ya  onun  etibarlı  adamı  tərəfindən  pul  və  ya  əşya  şəklində 
təqdim olunan ilk hədiyyədir. (1, 55) Nişan və bəlgə sözlərinin gür-
cülərin  də  toyla  bağlı  mərasimlərində  adı  çəkilməsi  maraq  doğur-
maya bilməz. Nişan bütün türk xalqlarında və müsəlmanlarda qeyd 
olunan mərasimdir.  
İslamın yayılmasından sonra nişan üzüyünün mehr şəklində təq-
dim olunması barədə fikirlər də mövcuddur. Məsələn, «Nişan üzü-
yünün  mehr  qəbul  edilib-edilməyəcəyi,  bunun  məcburi  bir  adət 
olub-olmaması, qadının da kişiyə eyni qiymətdə üzük təqdim edib-
etməməsi  mübahisə  mövzusu  ola  bilər.  Lakin  kişinin  qadına  hansı 
növdən  olursa-olsun,  imkanı  daxilində  bir  üzük  hədiyyə  etməsi 
islam dininə zidd bir hərəkətdir demək olmaz» (8,168). 
Etnoqrafik  məlumatlar  göstərir  ki,  «müəyyən  hazırlıqlar  başa 
çatdıqdan sonra oğlan tərəfi toyun vaxtını müəyyənləşdirmək və ve-
riləcək başlıq haqqında məsləhətləşmə üçün bir neçə ağsaqqalla qız 
evinə  gəlirdilər.  Burada  hər iki tərəf hazırlığın  nə vəziyyətdə oldu-
ğunu, çatışmamazlıqları müzakirə edirdilər. Eyni zamanda «toy xər-
ci» məsələsi danışılır. Bu xalq arasında «kəsir-biçir» adlanırdı» (2, 
67).
 
 
Nişanla bağlı bayatılarda belə deyilir: 
 
Bizdə olan gözəllər 
Bağ-bağçanı bəzərlər; 
Nişan günü süfrəyə 
Şirin, şərbət düzərlər (5, 225). 
 
 
B.Abdulla  haqlı  olaraq  qeyd  edir  ki,  nişanda  şirnilərin  düzül-
məsi adətinin «məxsusi rəmzi mənası vardır. Burada cavanlara şirin, 
dadlı həyat, mehriban yaşayış arzusu ifadə olunmuşdur.» (4, 126) 
Orta əsr müəlliflərinin yaradıcılığında müəyyən məlumatlar ma-
rağa səbəb olur. Məsələn, Məhəmməd Füzulinin bir toy adəti haq-
qında məlumat verməsini Q.Qeybullayev belə izah edir: «Azərbay-
canlıların toy adətləri içərisində keçmişdə nişanlı oğlanın öz adaxlı-


 
49 
 
sına vaxtaşırı qırmızı alma hədiyyə aparması adəti də vardı. Bu ba-
rədə Füzulinin «Söhbətül əsmar» poemasında deyilir. Meyvələr bir-
birilə  bəhs  edərkən  alma  əriyə  deyir  ki,  mən  xəlvətgahi-yarə  əhli 
sirrəm. Məşuqinə aşiqi yetirrəm.» (6, 57) Bu məsələyə şairin əsərin-
də müəyyən yer verməsi əbədiyaşar xalq adətlərimizin rəngarəngli-
yinə və zənginliyinə dəlalət edir. Əsərdə etnoqrafik baxımdan əhə-
miyyət  kəsb  edən  məsələlərin  təsviri  bizə  ailə  məişətində  yer  alan 
adətlərin  daha  uzaq  keşmişə  gedib  çıxdığını  söyləməyə  əsas  verir. 
Oğlanın  nişanlandıqdan  sonra  xəlvəti  olaraq  qızı  görməyə  getməsi 
XX əsrdə də davam edirdi. Bu öz əksini hətta miniatür sənəti nümu-
nələrində  də  tapmışdır.  Məlumdur  ki,  «Azərbaycanda  evlənmək 
adətlərində belə bir dəb  var idi ki,  adaxlı oğlan axşamlar qızı  gör-
mək üçün adaxlıbazlığa gedər, onunla söhbət edər, görüşər, yaylıq-
dan  şirnidən,  qoğaldan  verər  və  qayıdardı.  Əgər  oğlan  görüşə  gəl-
məsəydi, deyərdilər ki, oğlan qızı sevmir.» (13, 138) Göründüyü ki-
mi,  zəngin  el  adətlərində  maraqlı  etnoqrafik  məqamlar  özünü 
göstərir.  
Qubada «üzük-şal nişan» adlanan nişan mərasimi haqqında ve-
rilən məlumata əsasən burada şirni içiləndən bir neçə gün əvvəl oğ-
lan tərəfin qadınları qızıl üzük və baş örtüyü alıb qız evinə gedirlər. 
Qız  evinin  hazırladığı  yeməklər  yeyildikdən  sonra  isə  adaxlı  qızın 
başına  örtük  atılır,  barmağına  üzük  taxılır.  Sonra  oğlan  tərəfin  gə-
tirdiyi  müxtəlif  hədiyyələr  qızın  başına  yağdırılır.  Qıza  gətirilən 
əşyalar isə bunlardan ibarət olur: ipək corab, şal, xələt, üzük, sırğa, 
qabaqlıq,  sancaq  və  s.  (10,  51-52)  Şirinlik  zamanı  nişan  taxıldığı 
üçün müasir dövrdə ona nişan deyirlər. 
Nişan mərasimi böyüklərin iştirakı ilə keçirilən bir mərasimdir. 
Müasir dövrdə nişan mərasimində həm qadınlar, həm də kişilər işti-
rak edirlər.   Nişan mərasimində iştirak edən ağsaqqallar və ağbir-
çəklər xeyir-dua verir və üzüyü də məhz onlardan biri nişanlanan-
ların barmağına taxır. Bu da böyüklərə hörmətin bariz nümunəsidir.  
Onu  da  qeyd  edək  ki,  «Elçilik  mərasimi  bəzən,  ümumiyyətlə, 
nişan mərasimi səviyyəsində olur. Əksər hallarda isə bu,  «kiçik ni-
şan» adlanır və bir neçə gün sonra isə «böyük nişan» olur. «Kitabi-


 
50 
 
Dədə Qorqud»da elçilik «kiçik düyün», «ağır düyün» adlanır» (15, 
111). Dastanda belə bir məqam diqqəti cəlb edir. Beyrək barmağın-
dakı  qızıl  üzüyü  çıxarıb  qızın  barmağına  keçirir  və  deyir  ki,  «bu 
üzük  aramızda  nişan  olsun,  xan  qızı!»  (9,  153)  Nişan  kəlməsinin 
mahiyyəti buradan bir başqa cür anlaşılır. Yəni ikisinin arasında bir 
işarə, bir bağ kimi başa düşülür. «Yalançı oğlu kiçik nişanını eylədi. 
Böyük  toy  günü  üçün  vaxt  qoydu.»  (9,  156)  Burada  adı  çəkilən 
nişan isə mərasim mənasını bildirir.   
Hələ lap qədim zamanlarda adət var idi ki, adaxlı qız nişanlısına 
köynək toxuyardı. Bunun təsdiqi kimi «Kitabi-Dədə Qorqud» dasta-
nından misal gətirmək olar: «Adaxlısına aparın, görsün. O yaxşı bi-
lər.  Çünki  o  tikibdir,  yenə  o  tanıyar.»  (9,  156)  Bu  adətin  Cənubi 
Azərbaycanda mövcudluğu görkəmli şair M.Şəhriyar yaradıcılığın-
da da müəyyən qədər əks olunur. Şair «Heydərbabaya salam» şerin-
də «adaxlı qız bəy corabın toxurdu»-deməklə adətin son zamanlara 
qədər  davam  etməsinə  işarə  etmişdir.  Ümumiyyətlə,  «adaxlı»  kəl-
məsi  məhz  nişanlı  gənclərə  deyilir.  Yəni  qız  adaxlı  olmaqla  artıq 
başqasının  adını  daşıyırdı.  Bu  sözlərdə  adətin  bütün  mahiyyəti  de-
mək olar ki, açıqlanır. Nişan mərasimi zamanı üzüyün taxılması qız-
la oğlanın bir-birinə ad edildiyinin, bağlandığının simvoludur. Təsa-
düfi deyildir ki, el içində də nişanlı qız və ya oğlana adaxlı deyilirdi. 
Bu  çox  maraqlı  xüsusdur.  Belə  ki,  XX  əsrin  əvvəllərində  də  qa-
dınların və qızların şəxsi adları çəkilməz, onlara müraciət edildikdə 
kişinin adı ilə arvadı və qızı deyilərdi, hətta el arasında «filankəsin 
qızını filankəsin oğluna ad elədilər»- deyə bildirilərdi. Bu baxımdan 
da adaxlı olmaq kişinin adını daşımaq anlamına gəlirdi.  
Etnoqrafik  müşahidələr  (Ağstafa  bölgəsində)  onu  deməyə  əsas 
verir ki, nişan mərasimi zamanı oğlan adamlarının gəlin qıza gətir-
diyi hər bir şey qız evində başıbütöv qadın tərəfindən bütün mərasi-
mə yığışan qonaqlara əşyaların adları sadalanaraq göstərilirdi. Məc-
lisə  təşrif  buyuran  qadınlar  bir  ağızdan  «Allah  mübarək  eyləsin», 
«Xoşbəxt  olsunlar»,  «Xeyirli  olsun»,  «Can  sağlığı  ilə  işlətsin»  de-
yərək yeni qurulacaq ailəyə uğur diləyirlər. Ordubadda bu mərasim 
«yaylıqörtmə» adlanır. Qeyd edək ki, başı bütöv qadın dedikdə, əri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə