ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   14   15   16   17   18   19   20   21   ...   118

 
59 
 
nadan  əsasən  toylarda  istifadə  olunur.  Deməli,  doğrudan  da  o,  se-
vinci və şadlığı tərənnüm edir. 
İçərişəhərdə keçirilən xınayaxdının Bakı kəndlərindən fərqi on-
dan  ibarət  idi  ki,  xınayaxdı  zamanı  yığılanlar  qız  anasına  deyil, 
məhz yengəyə çatırdı. (10) İsmayıllıda xınayaxdı mərasimi zamanı 
iştirak edənlərin hamısı xına qoyduqdan sonra gəlin xına qabını is-
tədiyi uşağın əlinə verir. Uşaq da əllərini qaba salır, daha sonra hə-
min əllərini istədiyi subay qızlardan birinin başına çəkir. Təsəvvürə 
görə, uşağın əlini çəkdiyi subay qız tezliklə ailə qurur. Yeri gəlmiş-
kən daha bir adət vardır ki, xınayaxdı mərasimi zamanı subay qızlar 
əllərini açırlar, yenə balaca bir uşaq xınalı əllərilə qızların ovucuna 
istədiyi  hərfi  yazır.  Guya  bu  hərf  həmin  qızın  evlənəcəyi  oğlanın 
adının baş hərfi olur. (11) Bu XX əsrin sonu-XXI əsrin əvvəllərinin 
əlavələridir.  
Əsrlərin  sərhəddini  aşıb  gələn  xınayaxdı  mərasiminin  XX  əsr-
dəki  izlərini  izləmək  maraq  doğurur.  Çünki  bu  bizə  uzun  müddət 
dəyişməz qalan ailə ilə bağlı adət və ənənələrin icrasını bərpa etmə-
yə yardımçı olur. Gəlin köçəndən bir gün qabaq qadın çalğıçılar qız 
evinə gəlirdilər. Nağara, qarmon çalıb oynayırdılar. Zarafat eləyirdi-
lər, cavan qızlar bu günün onlar üçün də qismət olmasını arzu edir-
dilər.  Mərasim  təmtəraqlı  keçməsilə  fərqlənirdi.  Xınadan  qızın  əl-
ayağına və başına yaxırdılar. Bəy üçün də göndərirdilər. Xınanı isla-
dan yaşlı qadına xələt verilirdi. Bu qadın el arasında deyildiyi kimi 
başıbütöv  (yəni  ərli,  oğullu,  qızlı)  olmalı  idi.  Qız  anası  bu  qadına 
xonça tuturdu. Bu xonçaya əsasən konfet, parça və ya şal və yaxud 
da geyim əşyası hədiyyə edilirdi. Mərasimdə iştirak edən  yaşlı qa-
dınlar subay qızlara xeyir-dua edirdilər. Alqış sədaları səslənirdi ki, 
“sizin üçün də olsun, qoşa qarısınlar, getdiyi yerdən yarısın, apardı-
ğın şeyləri əlində-ayağında dağıdasan” və s. Mərasimdə iştirak edən 
bütün xanımlar ən yaxşı paltarlarını geyinirdilər. Həmin gün səhərə-
dək heç kəs yatmamalı idi. Çünki gəlin gedən qız da həyəcanından 
yata  bilmirdi.  Yatıb  yuxuya  gedəni  isə  yorğan-döşəyə  tikirdilər. 
Odur ki, səhərə kimi heç kim yatmağa cürət etmirdi.  


 
60 
 
Qız evi bozbaş, ət qovurması bişirir və plov dəmləyirdi. Xonça-
da  qız  üçün  gətirilən  əşyalar  içində  əsasən  ənlik,  kirşan,  şarf,  fitə, 
qırmızı xara parça, şirniyyat və s. olurdu. Şəkərbura və paxlava gəti-
rilirdi.  Qız-gəlinlər  hamama  gedirdilər.  Sonra  evə  qayıdan  axşamı 
gəlin bəy evinə köçürülürdü. Oğlan evi çalğıçılarla bərabər qızı apa-
rırdılar. Mirzeyi, tərəkəmə, innabı kimi havalar çalınırdı. Bu zaman 
həyətdə bəyi saxlayırdılar. Bəy tərifi olurdu. Bəyin qabağına pul atır 
və  ya  hədiyyələr  də  verirdilər.  (12)  Bu  onu  göstərir  ki,  xınayaxdı 
mərasimi əyləncə xarakteri daşıyır, tamaşa və rəqslər göstərilir, mə-
rasimin mahiyyətinə uyğun nəğmələr ifa edilirdi. Belə mahnılardan 
misal olaraq təkcə aşağıdakıları söyləmək kifayət edər:  
 
Bu evlərin uzunu
Əllərə xına yaxarlar. 
Çoban qaytar quzunu
Tellərə xına yaxarlar. 
Gedin deyin əmimə 
Əllərə xına yaxarlar. 
Versin mənə qızını 
Tellərə xına yaxarlar. (25, 294) 
 
Mərasim zamanı oxunan nəğmələr əsasən «Xınanı yaxın dəsti-
nə», «Xanım bacı qonaqdır», «Ay üzüldü, üzüldü», «Yel atın çapıb 
gələr» kimi mahnılardan ibarət olurdu. (25, 295)  
Xınayaxdı  günü  həm  də  qız  evinin  toyu  sayılırdı.  Azərbaycan 
xalqının qarşılıqlı yardımlaşması belə günlərdə özünü daha qabarıq 
göstərirdi. Toya bir gün qalmış «toy axşamı» edirdilər və hərəyə öz 
görəcəyi  işləri  tapşırırdılar.  Çoxsaylı  qadın  və  qızların  dəvət  olun-
duğu  bu  məclis  üçün  hazırlanan  yeməklərin  bişirilməsində  qohum-
əqrəba  iştirak  edərdi.  Mərasimə  toplaşanlar  mütləq  xonça  bəzəyib 
gətirməli  idilər.  Xonçada  qoyulanlar  da  müxtəlif  əşyalardan  ibarət 
olurdu.  
H.Sarabski  İçərişəhərdə  xınayaxdı  mərasimini  belə  təsvir  edir. 
«Cavan  gəlin  və  qızlar  evdə  böyük  teştin  içində  xına  isladar,  dəf, 


 
61 
 
dumbulun çalğısı ilə gəlini gətirib oturdardılar. Başına və əl-ayağına 
xına  yaxardılar.  O  gecəni  səhərədək  dəf,  dumbul  çalıb,  oynayıb 
şadlıq edərdilər. Oynayanların başına şabaş atardılar. Yengə şabaşı 
alıb kimdən olduğunu öyrənib deyərdi: 

 
Gəlin anası, gəlin başına 5 manat, şabaş, ay şabaş…bu qay-
da ilə gəlinin qohumları və tanış-bilişləri tərəfindən verilən şabaşları 
yengə ucadan elan edərdi. Şabaş pulları yengəyə və qavalçıya çatar-
dı.  Sonra  qadın  mahnıları  başlardı.»  (13,  107)  Bu  Azərbaycanda 
toyların necə şən keçməsini göstərir, bununla bahəm, qadınların söz 
qoşub şeir deməsini, çalğı alətlərində çalmasını, bir sözlə, xanımla-
rımızın  məharətini,  xalqımızın  isə  zəngin  folklorunu  nümayiş  et-
dirir.  Bu  baxımdan  Naxçıvan  toylarının  xınayaxdı  mərasimi  daha 
maraq  doğurur.  Belə  ki,  mərasim  zamanı  məclisə  toplananlar 
haxıştalar ifa edirlər. Məsələn,  
 
Çıxdım aya baxmağa, haxışta 
Qapıya qıfıl taxmağa, haxışta  
Qardaşım xına göndərib, haxışta  
Gəlin əlinə yaxmağa, haxışta. 
  
«Məclis davam etdikcə təkrarlanmaya (yəni haxıştaların təkrar-
lanmasına  –  Ş.B.)  icazə  verilmir.  Haxışta  məclisi  bir  tərəf  məğlub 
olana, yəni qarşılıq verə bilməyənə qədər davam edir. Uduzan tərəf 
məclisə  xidmət  göstərir.  Xına  tabağına  nəmər  (pul)  qoymaq  adəti 
vardır.»  (16,  87)  Q.Qədirzadə  qeyd  edir  ki,  oğlan  evindən  xına  ta-
bağı musiqinin müşayiəti ilə gətirilir və Ordubadın bəzi kəndlərində 
xınayaxdı «qızbaşı» adlanır.   
H.Sarabski İçərişəhərdə xınayaxdı mərasimində qız anasının da 
oxuduğunu, bununla yanaşı, dəvət olunanların da mahnılar ifa etmə-
lərini qeyd edir. Müəllif sonra qadınlarla qızların bir-birindən fərqli 
geyimdə  olduqlarını  təsvir  edərək  göstərir  ki,  qızlar  ipəkdən  sadə 
paltar  geyinərdilər,  saçlarını  ortadan  ayırıb  hörük  hörərdilər  və  bə-
zəkləri  olmazdı.  Onlar  başlarına  kəlağayı  örtərdilər.  Gəlinlərin  isə 
çətiri,  bala  birçəyi,  həmayılı,  cütqüqabağısı,  ağ  qızılı  olardı.  Yaşlı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə