ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   22   23   24   25   26   27   28   29   ...   118

 
83 
 
paltarı  geyinib  oynayan  kişiləri  bu  adla  adlandırırdılar.  Mütrüblük 
toyun müəyyən bir hissəsini təşkil edərdi. Oynamaqdan əlavə onlar 
həm də toyun bu başından o biri başına kimi toya yığışanların arzu 
və istəklərini, sifarişlərini (dostlarına alma, püstə, badam və s. gön-
dərməklə) yerinə yetirərdilər. Yeri gəlmişkən qeyd edək ki, müasir 
dövrdə  Türkiyədə  az  sayda  kişilər  tərəfindən  nadir  hallarda  icra 
olunan oyun növünə rast gəlinir ki, onlar əllərinə zil taxaraq qadın 
geyimində çalıb-oynayırlar. 
Məlumdur  ki,  ailələr  toy  tədarükü  görərkən  mövsüm  vaxtını  
müəyyənləşdirməyi  də  nəzərə  alır.  Belə  ki,  bu  həm  də  bol  məhsul 
olan  aylara  təsadüf  edirdi.  Lakin  Nizaminin  təsvirindəki  məsələ 
uğurlu günün seçilməsi ilə bağlıdır. Nizami şahlara məxsus toy mə-
rasimini  təsvir  edərkən  toy  gününün  təyin  olunması  üçün  münəc-
cimlərin  səmadakı  ulduzların  yerləşməsinə  diqqət  yetirdiklərindən 
bəhs etmişdir. Bu münasibətlə şairin aşağıdakı məlumatını izləyək. 
O yazır: 
 
Şah buyurdu ki, münəccimlər 
Çətində, asanda bir düşünsünlər 
Qaranlıq gecənin zirvəsindən 
Könül şadlığı üçün (yəni toy üçün) günlərin mübarəkini                                       
seçsinlər. 
Ki, o könül işıqlandıran ayın beşiyini 
Günəşin bürcünə gətirmək üçün o gün layiq olsun. 
Münəccimlər onun müşkülünü açdılar. 
Şadlıq etmək üçün uğurlu bir tale seçdilər. (8, 296) 
 
Buradan göründüyü kimi, şair orta əsrlərdə şahlara məxsus toy 
gününün  müəyyənləşdirilməsində  münəccimlərin  fikrinə  üstünlük 
verildiyindən  söhbət  açır.  Amma  sıravi  əhalinin  də  toyu  müəyyən 
vaxta  salması  (ulduzların  düzülüşü  ilə  bağlı  olmasa  da)  şübhə 
doğurmur. Bildiyimiz kimi, xalqımız əsasən yaz və payız aylarında 
toy etməyə üstünlük verir. 


 
84 
 
Maraq doğuran məsələ budur ki, orta əsrlərdə toy məclisi həm 
qız,  həm  də  oğlan  evində  olurdu.  N.Gəncəvi  «Leyli  və  Məcnun» 
poemasında toyun ilk növbədə qız evində keçirildiyindən, adət üzrə 
gəlinin  atasının  öz  kürəkənini  məclisin  yuxarı  başında,  toya  dəvət 
olunan camaatla birlikdə oturtmasından bəhs edir. O göstərir ki, toy 
mərasimi çalğı ilə keçirilirdi. Bundan əlavə, Nizami yaradıcılığında 
bir sıra məqamlar vardır ki, bunlar da toy mərasiminə gələn qonaq-
ların  qarşılanmasından,  onların  gəlişi  üçün  hər  tərəfin  bəzədilmə-
sindən və xüsusi səliqə-sahman yaradılmasından ibarətdir. Məsələn, 
 
Toy məclisi mərasimini gətirdi. 
Gəlin atası işə başladı. 
Küçəni, bazarı, var-dövlətilə bəzədi. 
Damadı (kürəkənini) və başqa camaatı çağırdı. 
Məclisin ön səfində  (yuxarı başında) oturtdu. 
Tam səliqə və təmtəraqla. 
Şənlik, çal-çağır büsatı qurdu. 
Ərəb rəsmi ilə yan-yana oturtdular (6, 132).  
 
Baxmayaraq  ki,  müəllif  burada  ərəb  qaydasından  bəhs  edir, 
lakin  onun  təsvir  etdiyi  adət  və  ənənələrdə  sırf  Azərbaycan  ailə 
məişətinə xas olan məsələlər qabarıq şəkildə özünü göstərir. Niza-
minin  «İskəndərnamə»sində toyla bağlı təsvirdə deyilir ki, bu vaxt 
hər  tərəf  bəzədilir,  çadır  qurulur,  xalılar  salınırdı.»  (5,  80)  Bu  onu 
göstərir ki, toy zamanı xüsusi olaraq çadır qurulur, onun hər tərəfinə 
gələn qonaqların rahatlığının təmin olunması üçün xalılar salınır və 
toy  evi  mərasimə  uyğun  özünəməxsus  tərzdə  bəzədilirdi.  Nəzərə 
almaq lazımdır ki, müasir dövrdə də kənd yerlərində keçirilən toy-
larda da məhz mağar (çadır) qurulur, kənarları dövrələməsinə xalça-
palazla  örtülür,  hətta  üzərinə  pambıqla  «xoş  gəlmisiniz»  və 
«toyunuz mübarək» sözləri yazılır.   
Toyda  şam  yandırmaq  orta  əsrlərdən  indiyədək  qalan  adətdir. 
Xaqani  toy  şamından  bəhs  edir  (16,  424).  Xalqımızın  toyla  bağlı 
adətlərindən  biri  də  şəkər  səpilməsidir.  Bu  barədə  də  mənbələrdə 


 
85 
 
məlumatın  olması  etnoqrafik  baxımdan  əhəmiyyət  kəsb  edir.  Belə 
ki,  Nizami  bu  maraqlı  toy  adətini    öz  yaradıcılığında  belə  təsvir 
edir: 
 
O könül ovlayan gözəlin hücrəsinə (otağına)  
Tünglərlə (kuzələrlə) şəkər səpildi. (6, 132) 
  
Bu adətin XX əsrdə Göyçə mahalında davam etməsi barədə mə-
lumatda  bildirilir  ki,  bəy  və  onun  sağdışı  gəlin  gələndə  hündür  bir 
yerdən onun başı  üstündən şirniyyat,  məsələn konfet,  noğul  atırdı-
lar. (30) Nizami Gəncəvi  «Yeddi  gözəl»  əsərində şair  «nisar»  kəl-
məsini işlətmişdir ki, bu da toy, qonaqlıq kimi məclislərdə qızıl və 
ya gümüş pulların şabaş kimi adamların başına səpilməsinə işarədir. 
(7, 342)  
Toylarda şabaş səpilməsi də el adətlərimizdəndir. Bildiyimiz ki-
mi, şabaş səpmək ailə məişətində əsaslı bir mərasim olan toy məc-
lislərində oynayanlara təqdim olunur, lakin onların özlərinə çatmaq 
üçün deyil, məhz xanəndə və çalğıçılar üçün yığılan puldur. Bu adət 
müasir  kənd  toylarında  da  mövcuddur.  Onun  orta  əsrlərdə  də  icra 
olunduğunu təsdiqləmək olar. Belə ki, Mücirəddin Beyləqani də şa-
başın adını çəkmişdir. (2, 346) Nəsimi öz yaradıcılığında şabaş haq-
qında da xatırladır. (17, 603) Cünabidi baş üzərinə şabaş etmək, xə-
lətlə bəzənmək barədə yazmışdır. (31, 750) Bununla yanaşı, gəlinin 
başına gül-çiçək səpilməsi adətinin də mövcudluğu orta əsr mənbə-
lərində  yer  almaqdadır.  Belə  ki,  müəllifi  bəlli  olmayan  «Dastani–
Əhməd Hərami» əsərində el adətincə toy tədarükünə necə başlanıl-
dığı özünəməxsus şəkildə qələmə alınır. Burada toy mərasimi belə 
təsvir edilir:  
 
Dügün saçısına gəldi ulular, 
Əkabirlər, əmirlər, yahtulular. 
Qamu bəylər gəlir anda irişir
Dügün içün yaraq edib duruşur. 
Gələn xəlqi yedirdi, toyladı xoş, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə