ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   23   24   25   26   27   28   29   30   ...   118

 
86 
 
Təmam qırx gün dügünü eylədi xoş. 
Əcayib dürlü-dürlü nemətü xun 
Yedilər qurtü quş qalmadı məğbun. 
Gümüş, altundu təpsilə çanaqlar, 
Dolu-dolu içi nemət tabaqlar. 
Hərisə, qəlyəvü danə tuturqan 
Quş ətlərilə qoyun cümlə büryan. 
Çü dügün savulub axıra irdi, 
Hərami ol gecə gərdəyə girdi. (1, 123) 
 
Buradan çoxlu adamların toya gəldiyi bəlli olur. Gələn bəylərin 
xüsusi hörmət etmələri göstərilir. Düyün şaçısı dedikdə, toy zamanı 
gəlinin başına gül–çiçək və xırda pulların saçılması, yəni səpilməsi 
adəti  nəzərdə  tutulur.  Eyni  zamanda  əsərdən  qırx  gün  toy 
mərasiminin davam etdiyi  məlum olur. Əsərdə hətta toyda müxtəlif 
nemətlərlə dolu  süfrə açıldığı  da təsvir edilir.  Bununla  yanaşı,  ailə 
qurulmasında ən əhəmiyyətli şərt kimi evlənənlər arasında sədaqətin 
olması göstərilir. 
 
Çün olduq sənü bən məşuqü aşiq 
Bulunmaz dünyadə bir yari-sadiq (1, 125). 
 
Suli  Fəqih  nikah,  düyün,  gərdək  kəlmələrini  işlətmişdir  (67, 
169). Suli Fəqih toyun yeddi gün qeyd edildiyini və «saçu» saçıldı-
ğını qeyd etmişdir (67, 64). 
«Dastani–Əhməd  Hərami»də  toyla  bağlı  müxtəlif  adət  və  ənə-
nələr  öz  əksini  tapmışdır.  Əsərdə  daha  bir  toy  mərasiminin  təs-
virində belə deyilir: 
 
Buyurdular yarağ edin dügünə, 
Xəbər oldu dükəli elə, günə. 
Ulu, kiçi anı qamusu bildi, 
Dügün qutlulamağa cümlə gəldi. 
Bədəxşanın şahı həm anda gəldi


 
87 
 
Güyəgüyə də anda sağdıc oldı. 
Ulu bəylər qamu keçdi oturdu, 
Naqiblər ol saat xonlar gətirdi. 
Yeməklər gəldi anda dürlü əlvan, 
Dənə, pirincü zərdə hübbi-rəmman. 
Gərəkcə bişdi qəlyəvü boranı, 
Şu dənlü dökdilər yoxdur oranı. 
Gəlir danəvü irişir hərisə, 
Dəxi zərdəvü hər nə aş ərisə. 
Keyik və davşan, kəklik əti bol 
Qonuldu dörd yana xoş sağ ilə sol. 
Dolu nemət gümüş, altun çanaqlar, 
Sinilər, təpsilər, bir-bir tabağlar. 
Buna bənzər dəxi çox dürlü meyvə
Şəkər, badam, gülabü şirü xurma. 
Çalınırdı neyü dəmburü tənbur 
İçilir idi dolu abi-əngur. 
Yemək-içmək, dəlim işrətlər oldu, 
Söz ögüş, qırx dünü gün toylar oldı. 
Tamaşavü dügün söhbətlər oldı, 
Dügün axıra irdi və dağıldı (1, 136). 
 
Burada əvvəlcədən toy tədarükünün görülməsi və toy xəbərinin 
bütün  hər  tərəfə  yayıldığı,  böyüklü-kiçikli  hamının  axışıb  gəldiyi 
qeyd olunur. «Xəbər oldu» – deməklə, burada toya camaatın çağrıl-
ması, qonaqların dəvət olunması  nəzərdə tutulur. Əsərdə qız evinə 
təqdim olunacaq hədiyyə dolu xonçaların bəzədilməsi adətinin təs-
vir edilməsi də maraq doğurur. Müasir dövrdə də gəlin gətirilərkən 
hər oğlan evi öz imkanı çərçivəsində xonça bəzəyir. Xonçaya müx-
təlif şeylər qoyulur. Məsələn, gəlinə təqdim olunacaq geyim şeyləri, 
zinət əşyaları, nabat və s. Maraqlı cəhət bir də budur ki, toyda süfrə-
ləri  bəzəyən  müxtəlif  yemək  növlərinin  də  adları  çəkilir.  Eyni  za-
manda  burada  toy  mərasiminin  musiqinin  müşayiətilə  keçdiyi  də 
xatırladılır. Burada da həmçinin toyun qırx gün davam etdiyi göstə-


 
88 
 
rilir.  Nəzərə  almalıyıq  ki,  haqqında  bəhs  olunan  ailələrin  hamısı 
yuxarı  zümrənin  nümayəndələridir.  Ona  görə  də  toyların  40  gün 
keçirilməsi onlara xarakterik ola bilərdi. Sıravi kənd əhlinin toyları 
isə  sadə  keçirilirdi.  Əsərdə  toyla  bağlı  müxtəlif adətlər  haqqındakı 
məlumatlar  bunlarla  bitmir.  Belə  adətlər  sırasında  bəy  hamamının 
barəsində verilən məlumat da nəzəri cəlb edir.  
Əsərdəki maraqlı məlumatlardan biri də bəyin sağdışının olması 
haqqındakı  fikirdir.  Maraqlıdır  ki,  başqa  orta  əsr  müəlliflərinin 
görüb  bəyənmək  haqqında  fikirlərində  olduğu  kimi  «Dastani  Əh-
məd Hərami» əsərində də oğlanın qızı görüb bəyəndikdən sonra toy 
etdiyi göstərilir: 
 
Göricək yüzini bin canü dildən
Guləfrux sevdi anı bin könüldən. 
Dügün eylədi, kəbin etdi aldı, 
Əcəb budur anı həm bikr buldı.                                                                                  
Bədəxşan şahı sağdıc oldı ana. (1, 141) 
 
Müasir dövrdə də qorunan toy adətlərdən biri budur ki, sağdışla 
bərabər,  həmçinin  soldış  da  təyin  olunur  və  onlar  bəy  tərəfindən 
seçilirlər.          
Orta  əsr  müəlliflərinin  əsərlərinin  əksəriyyətində  toyla  bağlı 
maraqlı  məqamlar  mövcuddur.  Lakin  sağdış  haqqında  məlumata 
yalnız  yuxarıda  adı  çəkilən əsərdə rast  gəlmək mümkündür. Bir də 
«Kitabi–Dədə  Qorqud»  dastanında  sağdışın  adı  çəkilir.  (40,  213) 
Başqa  müəlliflərin  yaradıcılığında  olduğu  kimi,  «Dastani–Əhməd 
Hərami»də  də  toy  və  kəbinin  yeni  ailənin  qurulmasında  mühüm 
amil olduğu aydın görünür. Toy mərasimi sadə bir adət kimi,  yəni 
nəticə  etibarilə  gəlinin  bəy  evinə  köçməsi  kimi  səciyyələndirilə 
bilər.  Buna  baxmayaraq,  toy  bir  sıra  icrası  zəruri  olan  adətləri  öz 
bərabərində  gətirir.  Bu  adətlərin  icrasında  hər  bir  xalqın  yaşam 
tərzinin,  dünyaya  baxışının  və  dini  təsəvvürlərinin  də  müəyyən 
mənada rolu vardır.  


 
89 
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  toy  zamanı  bəzədilən  süfrəyə 
müxtəlif  təamlar  təqdim  olunurdu.  Hələ  «Kitabi-Dədə  Qorqud» 
dastanında toy zamanı bir sıra heyvanların ətindən istifadə edildiyi 
qeyd  edilir.  Məsələn,  dastanda  deyilir:  «Atdan  ayğır,  dəvədən 
buğra,  qoyundan  qoç  kəsdirdi.  Toy  etdi.  Qalın  oğuz  bəylərini 
çağırıb əzizlədi.» (40, 191) 
Beşikkərtmə əhdinin qaydasına görə göbəyi kəsilən qızın başqa-
sına  ərə  getməyə  ixtiyarı  yox  idi.  Valideynlərin  iradəsi  əsasında 
uşaqlıqdan  həmin  nikaha  məcburi  sövq  edilən  qızın  imtinası  ağır 
cəzalanma  ilə  nəticələnə  bilərdi.  El  arasında  göbəkkəsdi  adəti  ilə 
əlaqədar olaraq «məsələn, şeyin bir adama mütləq çatmalı olduğunu 
istehza və zarafatla bildirmək üçün «onun göbəyi kəsilib», o adama 
çatmalı  olmadığını  bildirmək  üçün  isə  «onun  göbəyinə  kəsilməyib 
ki…» deyirlər.» (49, 124) 
Beşikkəsmə adəti Orta Asiya və Qafqazın müxtəlif xalqlarında 
eyni  adla  mövcud  olmuşdur.  Tabasaranlılarda  «gübek  kesme», 
kumıklarda «beşik kerte», (daha doğrusu, beşikqe kert ete), rutulla-
rda  «beşik kırtma», gürcü-ajarlarda  «beşik kertma» və Orta Asiya-
da,  Qazaxıstanda  isə  «bel  kuda»,  «beşik  kuda»  adlanan  bu  adətin 
türk anlayışı olduğu da nəzərdən qaçmır. (51, 163) 
Azərbaycan  xalqınının  nikah  növlərindən  biri  olan  «göbəkkəs-
di»  adəti  haqqında  da  mənbələrdə  məlumat  vardır.  Ədəbiyyat  tari-
xində XIV  əsrin  görkəmli nümayəndəsi  kimi  yer tutan Yusif Məd-
dahın əlimizdə olan yeganə əsəri «Vərqa və Gülşah» poemasında öz 
əksini  tapan  və  mühüm  əhəmiyət  kəsb  edən  xalqın  ailə  və  məişət 
məsələləri təvir edilərkən müəllif, göbəkkəsdi və ya beşikkərtmə adı 
ilə tanınan adət haqqında məlumat verir: 
 
Qüdrətilə ol Hümamın bir gecə
Oğlu doğdu, bərq urar aydım necə. 
Həm Hilalın ol gecə qızı olur, 
Ol dəxi bir qiyaməti gövhər bolur. 
Vərqa verdilər Hümam oğluna ad, 
Qız adı Gulşah dedilər xoş nihad. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə