ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   20   21   22   23   24   25   26   27   ...   118

 
77 
 
Orta əsrlərdə icra olunan toy mərasimi haqqında Yusif Məddah 
da yazmışdır:  
 
Ol  xəlayiqlər cəm oldu bir yerə
Qövmi ta Gülşahi Vərqayə verə. 
Dedilər ki, ey rəislər biz qamu, 
Cümləmiz ana razıyüz, ey əmu, 
Məsləhətdir kim, baxasan halinə, 
Verəsən Gülşahı Vərqa əlinə
Ta muradına dəgələr bular, 
Həm sizə rəhmət qıla pərvərdigar. 
Məsləhətdür deyü qıldılar qəbul, 
Ol rəislər evlərinə qıldı yol. 
Gəldilər evlərinə, oturdular, 
Ol mübarək iş üçün od urdular. 
Yeddi gün dügün olundu müdam
Qıldılar cümlə yarağını tamam. 
Gərdəgə gətürdilər Gülşahi gecə, 
Eşid imdi tanrının hökmü necə. (1, 151) 
 
Göründüyü kimi, şair burada toy mərasiminin yeddi gün keçiril-
diyini  qeyd  edir  və  eyni  zamanda  gərdəyin  adını  çəkir.  Məlumdur 
ki, gərdək yeni evlənənlər üçün otağın bir hissəsində arakəsmə kimi 
qurulan  pərdədir.  Belə  pərdələr  gündəlik  salınan  pərdələrdən  bər-
bəzəyi ilə müəyyən qədər fərqlənirdi. Gərdəkbaşı onun yuxarı hissə-
sinə  tikilən  müxtəlif  bəzəkli  parçalardan  ibarət  olurdu  və  qalan 
hissədən  qotazlar  sallanırdı.  Məhsəti  Gəncəvi  də  gərdəyin    adını 
çəkmişdir. Yeri gəlmişkən qeyd edək ki,  «Kitabi  Dədə-Qorqud»da 
bəy-gəlin otağının qırmızı rəngdə tikildiyi qeyd edilir. (40, 188) 
Ənənəvi Azərbaycan toylarının orta əsrlərdə də musiqinin mü-
şayiəti  ilə  keçdiyi  mənbələrin  verdiyi  məlumatlarla  təsdiqlənir. 
Məsələn,  Yusif  Məddahın  toyda  təbil,  nağara,  nəfir  kimi  musiqi 
alətlərinin  çalındığını,  şəhər  əhlinin  şadyanalıqla  büsat  qurduğunu 
qeyd etməsi maraq doğurur. (1, 182) Bu da xalqımızın toy mərasi-


 
78 
 
minə necə əhəmiyyətli hadisə kimi yanaşdığını bir daha təsdiqləyir. 
«Kitabi-Dədə Qorqud» dastanında da toy mərasimində qopuz çalın-
dığı qeyd edilir. (40, 220) Deməli, toylarda əsasən zurna, saz, nağa-
ra və s. bu kimi musiqi alətləri üstünlük təşkil etmişdir. Etnoqrafik 
müşahidələr onu deməyə əsas verir ki, XX əsrdə Qazax bölgəsinin 
kəndlərindəki  toy  şənliklərində  musiqi  alətləri  kimi  zurna  və  bala-
bandan, Göyçə mahalında isə həmçinin, sazdan istifadə olunurdu.            
Toyla bağlı adətlərin icrasına dair təsvir Oruc bəy Bayatın mə-
lumatlarıyla  öz  təsdiqini  tapır.  O,  yüksək  vəzifəli  dövlət  adamının 
toyu barədə belə yazır:  «yüksək vəzifəli dövlət adamı evlənmək is-
təyirsə, gün təyin olunur, onun qohumları və dostları bəy evinə top-
laşırlar. Bu münasibətlə  əlaqədar olaraq demək olar ki,  hamı bəyin 
və onun sağdışının geyiminə uyğun paltar geyinirlər. Başqa qonaq-
lar da imkanları çatarsa, onlar kimi, çatmaz isə adi geyinirlər. Lazı-
mi  anda  öz  evindən  gəlin  peyda  olur.  Fars  adətincə,  o,  atda  gəlir. 
Gəlini müşayiət edənlər mümkün olduğunca onun geyiminə uyğun 
geyinirlər.  Gəlinin  üzünə  üzərində  qızılı  rəngdə  ay  və  günəş  təsvir 
olunmuş  duvaq  örtülür.  Onun  qarşısında  müxtəlif  alətlərdə  çalan 
çoxsaylı musiqiçilər gedirlər. Hər iki tərəf birləşirlər, bəy gəlinə tə-
rəf  yaxınlaşır  və  bütün  gələnlər  dönərək  yenidən  qız  evinə  daxil 
olurlar.  Burada  artıq  kişilər  üçün  ayrıca  zəngin  bəzədilmiş  otaq 
hazırdır,  burada  şənlik  başlayır.»  (24,  37)  Müəllif  fikrinə  davam 
edərək müxtəlif rəqslər zamanı oynayanların başına xırda pul tökül-
düyü və bunun da yalnız musiqiçilərə çatdığı haqqında da məlumat 
verir. O göstərir ki, musiqiçilər rəqs zamanı zəngin «məhsul» yığır-
dılar. Qadınlar başqa otaqda rəqs edirdilər və onlar rəqs zamanı alı-
na pul yapışdırmağı xoşlayırlar. Bu pullar da rəqs zamanı yerə tökü-
lürdü,  bu  da  musiqiçilərə  çatırdı.  Rəqslər  qurtarandan  sonra  qız 
evində nahar yeməyinə oturulurdu. Ertəsi gün bəy evində şənlik ke-
çirilir, bu zaman daha çox qonaqlar dəvət olunurlar. Hamı dağıldıq-
dan sonra iki yaşlı qadın bəyin qollarından tutub gəlin otağına apa-
rırlar. Şənlik isə gecə yarısınadək davam edir. Əgər gəlin qız çıxır-
dısa, oğlan qohumları razılıqla dağılışırdılar, əks təqdirdə oğlan qızı 
təhqir edərək əlinə cüzi pul qoyub valideynlərinin yanına göndərir-


 
79 
 
di. (24, 37–38) «Fars adətincə»- desə də, Oruc bəy Bayatın təsvirin-
dəki bu adətlər xalqımız üçün də xarakterikdir. Məsələn, duvaq ört-
mək, toy şənliyinin musiqinin muşayiəti ilə keçməsi, şabaş yığılma-
sı, toya qonaqların dəvət olunması və s. Azərbaycan xalqına məxsus 
adətlərdir.  Bir  də  ki,  Avropada  nəşr  olunan  kitab  olduğu  üçün 
müəllif avropalıların qəbul etdiyi kimi yazmağa üstünlük vermişdir.  
Gəlinlərin  necə  paltar  geyinməsi  haqqında  da  mənbələrdə  ara-
sıra  məlumatlara  rast  gəlmək  olur.  Məsələn,  Kitabi-Dədə  Qorqud 
dastanında  belə  deyilir:  «Ala  gözlü  oğluna  al  örtüklü  gəlin  aldı.» 
(40, 207) Toylarda al rəngindən istifadə sonrakı dövrlərdə də davam 
etmişdir. 
XI əsr şairi Qətran Təbrizi öz yaradıcılığında toy və şabaşın adı-
nı  çəkmişdir.  Müəllif  həmçinin  hərəmxana  barədə  qeyd  etmişdir. 
(39,  352;339)  Hərəmxana  orta  əsrlərdə  varlı  ailələrin  və  xüsusən 
hökmdarın  evi  daxilində  xüsusi  xacələr  tərəfindən  qorunan  qadın-
lara və kənizlərə aid olan otaq idi. Sonrakı dövrlərdə çoxarvadlılığın 
aradan qalxması ilə bərabər belə evlərdə bu cür guşələr ləğv olmuş-
dur. 
Mustafa Zərir isə toy mərasimi haqqında belə yazır: 
 
Qarşu gəldilər ana mirü vəzir, 
Şəhr xəlqi qamusi pürnaveyi – pir. 
Qondurub ezazü ikram eylədi
Xələtü nemətlər ənam eylədi. 
Yarəğin eylədilər həm eyşü toy, 
Ol dügündə toydı xəlqi – şəhrü köy, 
Bəzədilər gərdəgü gümüş saray, 
Ol dügünə gəldilər yoxsulü bay. (14, 228) 
 
Müəllif Yusif ilə Züleyxanın toy məclisini təsvir edərək göstərir 
ki, bu zaman bəylə gəlinə gərdək üçün köşkü saray düzdülər. Təs-
virdən məlum olur ki, toy günü hamı rəqs eyləyir və  hamı bu gündə 
şad  olur.  Hər  yandan  «rəqsi-səma»  düzdülər.  Gecə-gündüz  şadlıq 
edib,  yemək içmək şadlığı  etdilər. Şəhərin bütün əhli, el-oba, vila-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə