ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   28   29   30   31   32   33   34   35   ...   118

 
102 
 
Yusif  Vəzir  Çəmənzəminli  yazır  ki,  «arvad  da  razılıq  versə, 
ortalıqda bir ittifaq əmələ gəlir. Bu ittifaqa nikah deyirlər. Nikahın 
ümdə  şərti  ər  ilə  arvadın  bərabərliyi  olur,  biri  o  birinə  zülm  edə 
bilməz, biri o birinə tabe gərək olmasın və bu şərtlər əmələ gəlməsə, 
nikah  düz  və  doğru  olmaz…Nikah  əbədi  bir  dostluqdan  ibarətdir» 
(28, 157). 
Hər bir şəxsin həyatında toy əlamətdar gün hesab olunur. Mua-
sir dövrdə nikah munasibətlərinin tənzimlənməsində dini idarələrin 
səlahiyyəti yoxdur. Ailə qurmaq əsrlər boyu məsuliyyətli bir addım 
sayılmışdır. Bu xüsusda valideynlər mühüm rol oynamışlar. Belə ki, 
«Oğul-qız  toyu  görmək  onların  təkcə  ülvi  arzusu  deyil,  bəlkə  də 
bütövlükdə  həyatlarının  mənasını  təşkil  edir.  Onların  böyük  həyat 
təcrübəsi  vardır,  insanları  daha  yaxşı  tanıyırlar,  səhv  edə-edə 
müdrikləşiblər» (23, 112). 
N.Tusi  eyni  zamanda  nikah  münasibətləri  rəsmiləşdirildikdən 
sonra  ailədəki  mövqe  müəyyənləşdirilməsi  məsələsinə  də  yer  ver-
mişdir. Belə ki, o yazır: «Kişi və arvad arasında kəbin kəsildikdən 
və nikah qanunlaşdırıldıqdan sonra, arvad saxlamaqda ər üç üsuldan 
istifadə etməlidir: birinci – zəhm, ikinci – kəramət, üçüncü – baş qa-
rışdırma». (3, 153) Bütün bu deyilənlərə Tusinin özünəməxsus açıq-
lamaları vardır.  Belə ki,  zəhm  dedikdə, evdə kişinin  hegemonluğu, 
yəni  ailədəki  üstün  mövqeyi    nəzərdə  tutulur.  Müəllif  göstərir  ki, 
əgər bu şərt pozularsa, ailə üzvləri üçün xoşagəlməz hadisələrlə nə-
ticələnə  bilər.  Kəramətin  növlərini  göstərən  Tusi  qeyd  edir  ki,  qa-
dının məhəbbət və şəfqətini artıran şeyləri ondan əsirgəmək olmaz,  
yəni 1 – onu gözəl saxlamaq,  2 – üzünü örtməkdə tələbkar olmaq, 3 
– evdarlıq işlərində onunla məsləhətləşmək, 4 – ərzaqdan istifadədə, 
xidmətçiləri işlətməkdə ona tam ixtiyar vermək, 5 – onun ailəsi və 
qohumları ilə mehriban dolanıb kömək etmək, 6  – üstünə günü gə-
tirməmək.  Nəhayət,  baş  qarışdırmaq  dedikdə,  yəni  ev  işləri,  ava-
danlığın  hayına  qalmaq  və  s.  kimi  məsələlərlə  məşğul  olmaq 
nəzərdə tutulur. 
Beləliklə qeyd edə bilərik ki,  «Toy iki gəncin ən gözəl və ülvi 
hissinin  eşqinin  təntənəsidir.  O,  çox  qədimdən  başlayaraq,  ən  şən, 


 
103 
 
şux, gur keçirilən məişət mərasimi  olmuşdur. Cəmiyyət  inkişaf et-
dikcə  o  da  dəyişmiş,  yeniləşmiş  və  inkişaf  etmişdir.  Azərbaycan 
xalqı  yeni  qurulan  ailəyə  müqəddəs  bir  hadisə  kimi  baxmış,  onun 
ülviliyini  qorumuş,  lap  əvvəldən  təməlinin  möhkəm  olmasına 
çalışmışdır» (23, 130 – 131). 
Yeni qurulacaq ailə üçün cehiz hazırlanması bütün dövrlərə xa-
rakterikdir.  Bunu  mənbələrin  verdiyi  məlumatla  da  təsdiq  etmək 
olar. Məsələn, «Əmir şeyx Həsən bin əmir Hüseynin, yeri cənnətlik 
olsun, qızı Ənuşirəvan xatunu Özbək xanın oğlu Dini bəyə verdilər 
və tam yaraq və cehizlə Dəşti Qıpçağa göndərdilər» (35, 34). Yeni 
qurulacaq ailənin maddi təminatını müəyyən qədər həll etmək üçün 
onları cehizlə təmin etmək valideynlərin borcu sayılmışdır. Xüsusən 
yorğan,  döşək,  balış  mütləq  olmalıdır.  Bundan  əlavə,  qab-qacaq, 
qazan,  qaşıq  dəsti  və  s.  ilk  istifadə  üçün  ən  zəruri  tələbat  malları 
sırasındadır.  
Ailənin dolanacağı  kişidən asılı olurdu. Lakin bu çox vaxt qa-
dının əməyinin nəticəsində əldə edilirdi. Belə ki, qadınlar xalça to-
xuyur, ipək yetişdirir, təsərrüfatın müxtəlif sahələrində kişilərlə bə-
rabər  çalışaraq  ailə  büdcəsinin  artmasında  yardım  edirdilər.  Cehiz 
hər  zaman  onu  verən  ailənin  maddi  imkanından  asılı  olmuşdur. 
Ailədə  hər  şeyi  ölçüb  biçmək  lazımdır,  atalar  məsəlində  deyildiyi 
kimi  «ayağı  yorğana  görə  uzatmaq»  lazımdır.  Orta  əsrlərdə  əksər 
türk xalqlarında olduğu kimi xəzərlərdə də cehiz verilməsi mövcud 
olmuşdur. Bu barədə Kufi də qeyd etmişdir. Xatunu qohumlarından 
10  min  xəzər,  dörd  min  əla  madyan,  min  qatır,  min  qul,  on  min 
xəzəri  cinsindən  olan  alçaq  dəvə,  min  baş  türkü  cinsindən  olan 
ikihörgüclü  dəvə,  iyirmi  min  baş  qoyun,  içi  dolu  on  araba,  qab-
qacaq,  müxtəlif  qızıl  və  gümüş  əşyalar  yüklənmiş  iyirmi  araba 
müşayiət edirdi (63, 73). Burada xaqan qızına verilən cehiz təqdim 
olunmuşdur. Aydındır ki, yoxsulların da özlərinə münasib gündəlik 
istifadə üçün verəcəyi şeylər olurdu.   
Toy  mərasimi  ilə  bağlı  əsrlərdən  bəri  süzülüb  gələn  bir  sıra 
inanclar  da  mövcud  olmuş  və  tətbiq  edilmişdir.  Məsələn,  gəlinin 
ayağı  altında  qab  sındıranda  ayağı  düşərli  olar.  Gəlin  gedərkən 


 
104 
 
ovucuna aldığı düyünü səpərək rəfiqələrinin adını çəksə, onların da 
bəxti açılar. Gəlini əyləşdirib qucağına oğlan uşağı verərlər ki, onun 
da ilki oğlan olsun. 
Nikahın qeydə alınması bütün dövrlərdə toy mərasimi vasitəsilə 
həyata keçirilir. Nəticədə gəlinin ata evindən bəy evinə köçməsi ilə 
yekunlaşan  toy  mərasiminin  özü  də  xalqın  yaradıcılıq  nümunəsi 
kimi əsrlərin sərhəddini aşaraq bu gün də yaşamaqdadır. Əsrlərdən 
bəri  süzülüb  gələn  xalq  atalar  sözündə  deyilir  ki,  «nikah  ailənin 
haqq açarıdır» (62, 134). 
H.Sarabski qeyd edir ki, güləbətinli ədyal  örpək, noğul,  nabat, 
püstə,  badam,  xına  toy  tədarükü  üçün  alınan  mal  sırasındadır  (50, 
95). 
Adətlərin  zənginliyi  özünü  hər  yerdə  büruzə  verir.  Məsələn, 
«Gəlin  oğlan  evinin  həyətinə  yaxınlaşanda  «bəy»  yaxın  yoldaşları 
ilə  birlikdə  damın  üstünə  çıxıb,  oradan  alma  ilə  gəlini  vurmalıdır. 
Əgər «bəy» gəlini vura bilsə, yoldaşları göyə güllə atırlar ki, qız bu 
evdə  xoşbəxt  olsun.  «Bəy»in  atdığı  alma  gəlinə  dəymədikdə  o, 
kədərlənir və pərişan olur» (32, 165). Gəlinin oğlan evinə yaxınla-
şanda  bəy  və  yoldaşlarının  ona  üç  alma  və  ya  nar  atması  indi  də 
Təbrizdə  kənd  yerlərində  qalmaqda  davam  edir.  Bununla  bərabər 
Təbrizdə  belə  bir  adət  də  mövcuddur  ki,  bəy  evinə  qədəm  qoyan 
gəlini  mis  sininin  üstündən  keçirirdilər.  Mənası  da  ondan  ibarətdir 
ki,  həmin  əşya  evdə  olduğu  kimi  gəlin  də  həmişəlik  bu  evdə 
qalacaqdır.  Hətta  bəzi  yerlərdə  bu  məqsədlə  gəlin  daxil  olan  evin 
divarına mismar çalırdılar (37, 17).  
İndiyədək müxtəlif ərazilərdə (Azərbaycan, Türkiyə, İran və s.) 
mövcud  olan  adətlərdən  biri  də  bəyin  ayağının  gəlin  tərəfindən 
tapdalanmasıdır.  Bu  evdə  gəlinin  sözünün  keçərli  olması,  kişidən 
üstünlüyünü göstərmək məqsədilə edilirdi. Toy mərasimi qurtardıq-
dan  sonra  da  adətlər  icra  olunmaqda  davam  edir.  Məsələn,  bəy 
duvağını açmağa icazə verməyən gəlinə «üz görümcəyi» adı ilə bir 
qızıl əşya hədiyyə edir (37, 18).  
Gəlin üç gün otaqdan bayıra çıxmamalı, özünü ev əhlinə göstər-
məməlidir. Təbrizdə bu «pərdədə oturma» və «bal günləri» adlanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə