ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   27   28   29   30   31   32   33   34   ...   118

 
99 
 
dur, xalası var», «ətini yesə də, sümüyünü çölə atmaz»və s. deyim-
lər  bununla  əlaqədardır.  Qeyd  edilməlidir  ki,  bu,  hamıya  belə  ol-
murdu» (9, 24). Bu məsələ Azərbaycan respublikasının qərb bölgə-
lərinin müasir kənd həyatını tədqiq edən Nərgiz Quliyevanın da əsə-
rində  yer  almışdır  ki,  o  bu  hadisənin  əhali  tərəfindən  «baş  vermiş 
bədbəxtliyə çarə» kimi dəyərləndirildiyini söyləyir. (22, 59) El ara-
sında  yayılan  «Yaxşını  yada  vermək  hayıfdı,  pisi  vermək  ayıbdı» 
deyimi də müəyyən qədər leviratın qalığı kimi səslənir. Şəxsi fikri-
mə görə məgər ailə, oğlanlardan biri ölərdisə, atasız qalan uşağı və 
ocağa gəlin gəlib, lakin dul qalmış qadını saxlamaqda acizlikmi çə-
kir ki, hökmən o biri oğulla nikaha girməyi zəruri hesab edir. Əmi 
öz qardaşının ailəsinə öz ailəsi kimi qayğı göstərmək üçün məhz ni-
kahamı girməlidir? Bəzən bu nikah formal xarakter daşıyırdı. Gəlin 
ər ocağında qalırdı, lakin qaynı ona toxunmurdu, başqası ilə evlənə 
bilərdi.  Bəzən  isə  doğrudan  da  yeni  bir  ailə  yaradıb  həm  qadından 
olan  öz  uşaqlarına,  həm  də  qardaşının  uşaqlarına  atalıq  edib  sahib 
çıxırdı.  
Tarixən  formalaşan  nikah  formaları  haqqında  və  toy  adəti  ilə 
bağlı məsələlər barədə qeyd olunan məlumatlarla bərabər, orta əsr-
lərdə yer alan məişətdə bir sıra kök salmış problemlərə də nəzər sa-
laq. Misal üçün, «Zeyl-e tarix-e qozide» əsərində Həmdullah Qəzvi-
ninin  ailə  münasibətlərinə  dair  verdiyi  məlumatında  da  aşağıdakı 
məsələlər yer alır. O göstərir ki, Əbu Səidin ölumundən sonra onun 
dul qalmış arvadı Dilşad Şeyx Həsən Bozorqə ərə getmişdir. Müəl-
lifin şahzadə Satıbəyi də onun öz istəyinə əks olaraq, Suleyman xa-
na kəbin etdi – deməsi orta əsrlərdə nikah haqqında fikir söyləməyə 
müəyyən mənada imkan verir (4, 15). Burada nəzəri cəlb edən cəhət 
odur ki, siyasi baxımdan çıxış edərək və izdivacı əhəmiyyətli hesab 
edərək  yüksək  dairələrdə  əksər  hallarda,  qızların  rəyinə  üstünlük 
verilmədən nikah bağlanırdı. Bu onu göstərir ki, orta əsrlərdə nikaha 
münasibət  belə  idi.  Nikah  yüksək  zümrələr  arasında  bağlanırdı. 
Şərəfxan Bidlisi Sultan Yaqubun taxt-taca çıxan kimi Şirvan hökm-
darı  Fərrux  Yasarın  qızını  aldı  (34,  145).  Şərəfxan  Bidlisi  isə 
göstərir ki, Sultan Əbu Səid əmir Çobanın sadiqliyini və xidmətini 


 
100 
 
nəzərə  alaraq,  özünün  o  biri  bacısını  (Satıbəyi)  Çobana  ərə  verdi. 
Buradan  aydın  olur  ki,  arvadı  öləndən  sonra  Çoban  baldızını  alır. 
Bu nikah növü tarixən mövcud olmuş və elmi  ədəbiyyatda sororat 
kimi adlandırılır (34, 59). Bundan əlavə, Bidlisi 1350–1351-ci illə-
rin hadisələrini şərh edərkən göstərir ki, Məlik Əşrəf Mardin haki-
minin  qızına  nişanlandı  və  böyük  mərasim  təşkil  etdi.  Lakin  onlar  
görüşəndə qız onun xoşuna  gəlmədi  (34, 74). Bu da tərəflərin bir-
birini yalnız toy gecəsi  gördüyünü sübut edir. Şərəfxan Bidlisi şah 
Təhmasibin  oğlanlarının  adlarını  xatırladarkən  onların  analarının 
türkmən, çərkəz, gürcü olduğu haqqında da məlumat vermişdir. Bu 
o  deməkdir  ki,  yüksək  təbəqəyə  mənsub  olanlar  bir  neçə  qadınla 
izdivaca girə bilərdilər (34, 232). Bu barədə Vinçenso Alessandri də 
məlumat  vermişdir.  Belə  ki,  o  «kralın  müxtəlif  arvadlarından  olan 
on bir oğlu və üç qızı var»-deməklə çoxarvadlılığın yüksək zümrəyə 
xas olduğunu vurğulamışdır (27, 83). 
Orta əsrlərdə Yaxın Şərq ölkələrinin əksəriyyətində olduğu kimi 
saraylarda cariyə adlanan kənizlər xidmət göstərirdilər. Bu cariyələr 
adətən  müharibələr  zamanı  əsir  düşmüş  qızlardan  ibarət  olurdu  və 
yaxud  kəniz  kimi  bağışlanırdı.  Hökmdarlar  bəzən  belə  cariyələrlə 
evlənərək  onlara  kəbin  kəsdirirdilər.  İstənilən  vaxt  onları  azad  et-
mək  də  mümkün  sayılırdı.  Hərəmxanalara  xədim  və  ya  xacə  adla-
nan xüsusi adamlar nəzarət edirdilər. Ümumiyyətlə, hərəm müqəd-
dəs,  qorunan  yer  anlamı  daşıyır.  Hərəmin  quruluşu  da  elə  tikilirdi 
ki, kənardan heç kimsə, onun daxilini görə bilməsin. Qadınların na-
məhrəm  olan  yad  kişiləri  görə  bilməməsi  məqsədi  daşıyırdı.  Hə-
rəmin bir hissəsi şahın şəxsi otağı idi. Əndərun hissəsi (daxili) cari-
yələrin  təlim  alması  üçün  nəzərdə  tutulurdu.  Hərəmə  daxil  olmuş 
qadınlara  Quran,  rəqs,  musiqi  və  digər  sənətlərlə  yanaşı,  həmçinin 
davranış qaydaları da öyrədilirdi. Hərəm kimi saray kompleksi Şər-
qin digər ölkələrində Çin, Bizans, Hindistan kimi ərazilərdə də özü-
nəməxsus  şəkildə  mövcud  olmuşdur.  Qadınlarla  kişilərin  bərabər 
hüquqlarının  təmin  olunması  ilə  hərəmxanalar  və  xüsusən  şahlara 
məxsus çoxarvadlılıq ləğv olunmuşdu. Ceffi Deket hərəm haqqında 
məlumat vermişdir. O qeyd edir ki, şahın (Təhmasib nəzərdə tutulur 


 
101 
 
– Ş.B.) dörd arvadı və istədiyi qədər cariyələri vardır. Əgər cariyə-
lərdən  birinin  uşağı  olardısa,  belə  uşağa  şah  öz  mirasından  verə 
bilər, arvadlarından biri ölərdisə, həmin cariyəni onun yerinə xanım 
edə bilərdi (61, 156). Orta əsr ərəb mənbələrində Babəkin arvadları 
və uşaqlarının əsir alındığı qeyd olunur (63, 85). Bu da orta əsrlərdə 
bəzi ailələrdə çoxarvadlılığın mövcud olduğunu göstərir. 
Mikele  Membre  Azərbaycanlı  qadınların  çox  gözəl,  gözəl 
geyimli, nəzakətli olduqlarını söyləməklə bərabər, həm də ərlər bir 
şey  istədikdə  pulu  arvadlarından  almalı  olduqlarını  sözlərinə  əlavə 
edir.  Qızılbaşların  arvadlarına  böyük  sevgiləri  olduğunu  söyləyən 
müəllif qadınların başlarına  yalnız gözlərinin göründüyü ağ örpək 
örtdüklərini qeyd edir. (27, 52) Bu onu göstərir ki, ailənin maliyyə 
məsuliyyəti qadınlarla bağlı idi. Onlar ailə büdcəsinin hara və niyə 
sərf olunmasına nəzarət edirdilər. 
Azərbaycan  xalqının  genişürəkliliyi  və  yardımsevərliyi  digər 
adətlərlə yanaşı, toy mərasimində də özünü göstərir. Əsrlərdən bəri 
süzülüb  gələn  və  sonrakı  dövrlərdə  də  icra  olunan  «Mürvət  toyu» 
dediyimizə bir nümunədir. «Bu adətin məzmunu ondan ibarətdir ki, 
el-oba,  ahıl-cahıl  Novruz  günü  yığışıb  kəndin  atasız-anasızlarına, 
xüsusilə, ailə qurmaq imkanı olmayan oğlan və qızlarına toy edər-
dilər.  Ağsaqqalların,  ağbirçəklərin  təşəbbüsü  ilə  keçirilən  Mürvət 
toyunda  hərə  öz  imkanı  müqabilində  iştirak  edir,  ətlik  qoyun,  mal, 
kimi düyü,  yağ və başqa ərzaq məhsullarını təmənnasız bağışlardı. 
Bir sözlə, el–obanın köməyi ilə, iştirakı ilə imkansız oğlanın və ya 
qızın  toyu  edilər,  xalq  təzə  ailə  həyatı  quranlara  öz  xeyir-duasını 
verər, nəticə etibarı ilə yeni bir ailənin əsası qoyulardı. Çox zaman 
evi olmayan belə ailələr üçün əvvəlcədən el gücü ilə hətta ev də ti-
kərdilər»  (41,  79).  K.Əliyev  Strabonun  məlumatlarına  əsaslanaraq 
digər  Şərq  ölkələrində  olduğu  kimi  Midiya  ərazisində  bahar  bay-
ramı  zamanı  nikahların  kəsildiyini  qeyd  edir  (53,  65).  Xalqımızın 
sonrakı  dövrlərdə  də  (XX  əsr)  bir  ənənə  kimi  qoruyub  saxladığı 
mürvət toylarının keçirilməsi adəti onun daha qədim köklərə malik 
olduğunu söyləməyə əsas verir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə