ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   18   19   20   21   22   23   24   25   ...   118

 
71 
 
sif Məddahın təsvir etdiyi obrazlar - Gülşahla Vərqanın eyni vaxtda 
anadan  olduğunu  nəzərə  alsaq,  görürük  ki,  orta  əsrlərdə  həmyaşıdı 
ilə evlənmə mümkün hesab edilirdi. Orta əsr müəlliflərinin əsərləri-
nə görə həddi-büluq vaxtının hansı yaş dövrünə təsadüf etdiyini də-
qiq  müəyyənləşdirmək  çətindir.  Lakin  ənənəvi  olaraq  orta  əsrlərdə 
və daha sonrakı dövrlərdə də qızlar erkən yaşlarda ərə verilirdi. Bu 
xüsusiyyət  hətta  XX  əsrin  əvvəllərinədək  davam  etmişdir.  Hesab 
olunurdu ki, artıq 14-15 yaşındakı qızlar yetkin sayıldıqlarına görə 
onlar ailə həyatı qura bilərlər. 
Məlumdur  ki,  nikaha  girmə  toy  vasitəsilə  mümkün  idi.  Azər-
baycan xalqının isə özünəməxsus, zəngin və uzun tarixi inkişaf mər-
hələsi  keçmiş  ənənəvi  toy  mərasimi  mövcud  olmuşdur.  Zənginlik 
özünü bir də onda göstərir ki, toy mərasimi ölkəmizin müxtəlif böl-
gələrində müxtəlif şəkildə icra olunmuş, zaman keçdikcə bir sıra də-
yişikliklərə  uğramışdır.  Lakin  buna  baxmayaraq,  zaman  onun  əsas 
mahiyyətinə xələl gətirməmiş və toy zənginliyi, rəngarəngliyi ilə se-
çilən bir mərasim olaraq indi də qalmaqda davam edir. O, xalqımı-
zın  əsrlər  boyu  yaradıb  yaşatdığı  mütərəqqi  bir  adət  kimi  ailəyə 
sevinc və xoş əhval-ruhiyyə bəxş etmişdir. 
Toyla bağlı qədim adətlərdən biri türkdilli xalqların möhtəşəm 
abidəsi olan «Kitabi Dədə-Qorqud» dastanında yer almaqdadır. Be-
lə ki, «oğuz zamanında evlənən hər igid ox atardı. Oxu düşən yerdə 
də gəlin otağı qurardı. Beyrək xan da oxunu atdı, oxu sancılan yerdə 
otağını  qurdurdu.  Adaxlısından  bir  bəylik  qaftan  gəldi.»  (40,  155) 
Göründüyü  kimi,  bəy  geyimini  də  qızın  özünün  hazırlayıb  oğlana 
göndərməsi bir adət imiş. Dastanda nəzəri cəlb edən bir başqa mə-
qam da vardır ki, məlum olduğuna görə «Baybörə bəyin oğlu Bey-
rək Baybican bəyin qızını aldı. Hündür evlərinə, ağ otağına qayıtdı. 
Toy şənliyinə başladı. Bu qırx igidin bir neçəsinə Qazan xan, bir ne-
çəsinə  Bayandır  xan  qız  verdilər.  Beyrək  də  yeddi  bacısını  yeddi 
igidə verdi. Qırx yerdə otaq tikdirdi. Otuz doqquz qız hərə bəxtinə-
taleyinə görə bir-bir ox atdı. Otuz doqquz igidin hər biri öz oxunun 
ardınca  getdi.  Qırx  gün-qırx  gecə  toy-düyün  etdilər.  Beyrək  igid-


 
72 
 
lərlə  birlikdə  öz  muradına  çatdı.»  (40,  165)  Deməli,  qızlar  da 
bəxtlərini beləcə ox ataraq sınayırmışlar.  
Azərbaycan  xalqı  bütün  dövrlərdə  kəbin,  toy  vasitəsilə  nikaha 
girməyə  yüksək  qiymət  vermişdir.  Bu  Nizami  Gəncəvi  yaradıcılı-
ğında da öz əksini tapmışdır. Şair yazır: 
 
Şəhərə gələn kimi əhdinə vəfa göstərib 
Öz istəklisinə elçi yolladı. 
Dünən gecəki ayı (gözəli) öz taxtına gətirib 
Rəsmə uyğun surətdə onun kəbinini kəsdirdi (7, 256). 
 
Əldə olunan bütün məlumatları təhlil edərkən konkret olaraq or-
ta  əsr  müəlliflərinin  hamısının  kəbinə  böyük  əhəmiyyət  verdikləri 
nəzəri cəlb edir. Onların yaradıcılığında nikaha girmənin digər for-
ması  olan  qızqaçırma  haqqında    məlumat  demək  olar  ki,  yoxdur. 
Nəticədə gəlinin ata evindən bəy evinə köçməsi ilə yekunlaşan toy 
mərasiminin  özü  də  xalqın  yaradıcılıq  nümunəsi  kimi  əsrlərin  sər-
həddini aşaraq bu gün də yaşamaqdadır. 
Orta əsrlərdə monoqam nikah forması üstün idi. XIII əsrin gör-
kəmli  şəxsiyyəti,  mütəfəkkiri  Nəsirəddin  Tusinin  «Əxlaqi–Nasiri» 
əsərindən Azərbaycanda orta əsrlərdəki nikah formaları haqqında da 
müəyyən qədər məlumat almaq mümkündür. Əsərdən müəyyənləş-
dirdiyimizə görə nikahın əsas forması təkkəbinlilik,  yəni monoqam 
ailə forması mövcud olmuşdur. (3) Orta əsr müəlliflərinin əsərlərin-
də bəzən nikahın əhəmiyyət kəsb etməsi məsələsi də öz əksini tapır. 
Nikah barədə məlumat verərkən Xaqani anası ilə atasının evlənməsi 
haqqındakı xatırlatma ilə kifayətlənmişdir:  
 
Eşqilə yaşayıb əbədiyyətin, 
Əzəl möhrü ilə kəsmişdi kəbin. (16, 31) 
 
Şair ailə həyatının qurulmasında nikahın rolunu yüksək qiymət-
ləndirir  və  onu  əbədi  hesab  edir.  Bundan  əlavə,  anası  xristian  qızı 
olan Xaqani onun evləndikdən sonra  islam dinini  qəbul etdiyini də 
yazmışdır. Yeri gəlmişkən qeyd edək ki, Arif Ərdəbilinin də əsərin-


 
73 
 
də oxşar məsələ təsvir edilir, lakin burada əksinə kişi qadının dinini 
qəbul  edir.  Gülüstan  ilə  Fərhadın  toy  mərasimi  yaxınlaşır.  Əsərdə 
müəllif  toydan  əvvəl  Fərhadın  xristian  dinini  qəbul  etdiyini  təsvir 
etmişdir, o, eyni zamanda rahiblərin musiqi çaldığını, Davud duası-
nın  oxunmasını,  evlənənlərin  bir  piyalədən  şərab  içməsini  və  be-
ləliklə, toyun xristian adəti ilə aparıldığını qeyd etmişdir. (21, 205) 
Amma  nəzərdən  qaçmayan  bir  cəhət  də  budur  ki,  adətən  qadının 
ərinin  mənsub  olduğu  dini  qəbul  etməsi  halı  (məsələn,  Əfzələddin 
Xaqani xristian qızı olan anasının nikaha daxil olarkən islam dinini 
qəbul  etdiyini  söyləyir)  məlumdur.  Burada  isə  A.Ərdəbili  əksinə, 
kişinin  evlənərkən  başqa  dini  qəbul  etməsini  şərh  etmişdir.  Bu  da 
müəllif  tərəfindən  ola  bilsin  ki,  nadir  görünən  hallardan  biri  kimi 
təqdim  olunmuşdur.  Deməli,  burada  biz  orta  əsrlərdə  ailə  münasi-
bətlərində  dinin  əngəl  olmadığını,  müxtəlif  dinə  mənsub  olanların 
nikah əlaqəsinə girə bildiyini görürük. Buradan məlum olduğu kimi, 
şairin evlilikdə əsas şərt saydığı bir məsələni – məhəbbətlə sədaqət-
lə kəbin kəsilməsini vurğulayaraq ön plana çəkməsi diqqəti xüsusilə 
cəlb  edir.  Xoşbəxt  ailənin  təməlində  o,  doğru  olaraq  məhəbbətin 
durduğunu göstərir. Kəbin haqqında məlumata Məhsəti Gəncəvinin 
də yaradıcılığında rast gəlmək mümkündür. O, yazır: 
 
Arvadla kişini bağlayar kəbin, 
Bu işə yol verir şəriət, ayin. (15, 37) 
 
Burada  müəllif  kəbinin  kəsilməsində  şəriət  qaydalarının  hökm 
sürdüyünü  göstərir  və  xüsusi  rəsmi  ayinin  icra  olunduğunu  qeyd 
edir. Müəlliflərin hamısının kəbini ailənin qurulmasında vacib olan 
və əhəmiyyət kəsb edən bir məsələ kimi qiymətləndirməsi nəzərdən 
qaçmır. Bu məsələnin bütövlukdə cəmiyyətdə kök salmış qanunauy-
ğunluq  kimi  təqdim  olunması  təqdirəlayiq  hal  kimi  dəyərləndiril-
məlidir. Şəriət dedikdə, nə nəzərdə tutulur? Ərəbcə məqsədə aparan 
düzgün yol anlamı verən şəriət dedikdə, islam dininin yayıldığı öl-
kələrdə  cəmiyyət  tərəfindən  riayət  olunan  əsas  davranış  normaları 
nəzərdə tutulur. Quranda şəriət barədə heç nə əks olunmayıb. Lakin 
qanun mahiyyəti kəsb edən şəriətdə quranın tövsiyələri, hədislərdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə