ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   19   20   21   22   23   24   25   26   ...   118

 
74 
 
doğan mülahizələr, adət və ənənələr öz əksini tapmışdır. Orta əsrlər-
də mövcud olan fiqh (hüquq) elminin mahiyyətinə hopan xüsusiy-
yətlər  şəriətlə  bağlı  olmuşdur.  Beləliklə,  «Şəriət  adamların  Allaha 
münasibətinin  zahiri  formalarını  (sitayiş  qaydalarını  -  ibadəti), 
adamların  bir-birinə  münasibətinin  (müamilət)  zahiri  formalarını 
tənzimləyir  və  onların  pozulması  üstündə  verilməli  olan  cəzanı 
(üqubət) təyin edir.» (58, 130-131) 
Nəsimi  evliliyin  rəsmiləşdirilməsi  olan  nikah  məsələsinə  ötəri 
toxunaraq yalnız bunu söyləməklə kifayətlənmişdir: 
 
Canımı bir nigah ilən aldı hərami gözlərin
Gör ki, nə dürlü fitnələr uşbu nikah içindədir. (17, 270) 
 
Göstərilənlər  digər  orta  əsr  müəlliflərinin  əsərlərində  də  bütün 
aydınlığı ilə özünü büruzə verir.  
Orta  əsrlərdə  toy  ziyafətləri  zəruri  idi.  Xüsusən  yüksək  zümrə 
toy mərasimini böyük təmtəraqla qeyd edirdilər. Məsələn, Rəşidəd-
din evlilik münasibətilə ziyafət olduğunu təsdiqləyir (29, 166).  
XIV əsr Azərbaycan ədəbiyyatının böyük şairi Şəmsəddin Mə-
həmməd Əssar Təbrizi də başqa orta əsr müəllifləri kimi ailə məişə-
tində mühüm məsələ olan toy və nikahdan  söz açaraq yazır: 
 
Şeriyyətin gəlininə deyilməkçün afərin
Əvvəl onun camalına yaraşıqdır toy, kəbin. (1, 96) 
 
Düzdür, burada müəllif  şeriyyət barədə söz açmışdır, lakin diq-
qəti cəlb edən cəhət budur ki, o, istər-istəməz yeni ailə həyatının qu-
rulmasında  toy  və  kəbinin  əhəmiyyətinə  işarə  etmişdir.  Bütün  orta 
əsr  müəllifləri  kimi,  Nizami  də  toy  vasitəsilə  kəbin  bağlanmasını 
müsbət hal kimi təbliğ edir. Hətta bu xüsusda belə söyləyir: 
 
Çoxlu and içdi, əhd – peyman bağladı ki,                                     
Kəbinsiz ona tərəf əl uzatmasın. 
Dünyanın böyüklərini toplasın 
Kəbin etməklə başını ucaltsın. (8, 293) 


 
75 
 
Buradan  aydın  olur  ki,  kəbin  bağlanana  qədər  oğlanla  qız  bir-
biri ilə münasibətlərində müəyyən məsafəni və həddi gözləməlidir-
lər. El adətinə müvafiq olaraq qızın bakirəliyi kəbin kəsilənə qədər 
qorunub saxlanılmalıdır. Bundan əlavə, ağsaqqalların məsləhəti hər 
zaman  zəruri  şərt  sayılmışdır.  Göründüyü  kimi,  şair  kəbin  kəsdir-
məyi baş ucalığı sayır.          
Azərbaycan  xalqının  adətinə  görə  toy  ərəfəsində  oğlan  evinin 
ağsaqqalları yığışıb qız evinə gedir və bu görüş zamanı başlıq pulu-
nun  məbləği  dəqiqləşdirilir.  Qarabağ  bölgəsinin  Ağdam  şəhərində 
müasir dövrdə bu cür razılaşma «kəmləşmə» adlanır. Bu adətin tək-
cə Azərbaycan üçün deyil, eyni zamanda digər turkdilli xalqlara da 
xarakterik  olması,  hətta bir  sıra  Qafqaz  xalqlarında  və  ərəb  dünya-
sında  da  mövcudluğu  məlum  faktdır.  Orta  əsr  müəllifi  ibn  Fədlan 
quzz adlanan türk tayfalarının da evlənmək üçün başlıq ödədiklərini 
qeyd edir (46, 188). Adətə hərtərəfli  yanaşsaq,  onun mahiyyətində 
nəyin durduğunu müəyyənləşdirmək olar.  Belə ki,  başlıq qız evin-
dən işlək qüvvənin oğlan evinə getdiyinə görə verilirdi. Verilən baş-
lıq pulunun müəyyən məbləğinə isə qız üçün bəzi tədarüklər görü-
lürdü, onun cehizi hazırlanırdı. Bu da göründüyü kimi, yenidən oğ-
lan evinə qayıdırdı.    
N.Gəncəvinin  əsərlərindən  toy  mərasimi  haqqında  daha  geniş 
və hərtərəfli məlumat əldə etmək mümkündür. Şair toy adətlərindən 
biri  olan  «süd  haqqı»  (başlıq)  haqqında  da  bəhs  etmişdir.  O,  bu-
nunla bağlı belə yazır:   
 
Pul tufanı asimana qalxdı, 
Süd haqqı (başlıq) söhbəti cana yatdı. (6, 132) 
 
Bu  onu  göstərir  ki,  qız  evinin  irəli  sürdüyü  şərti  (ödəniləcək 
məbləğin miqdarı) oğlan evi  qəbul edir. Buradan da aydın olur ki, 
razılaşma  hər  iki  tərəf  arasında  edilən  söhbət  əsasında  əldə  edilir. 
Bu danışıqlarda isə hər iki tərəfin yalnız kişiləri iştirak edirlər. Xa-
qaninin əsərlərində oğlan evindən qız evinə verilən başlıq haqqında 
söz  açılır.  Ailənin  qurulmasında  mühüm  mərhələ  olan  toyla  bağlı 


 
76 
 
zəngin  adətlərdən  biri  kimi  başlıq  pulu  verilməsi  haqqında  Yusif 
Məddah  belə yazır: 
 
Şirbəha gətirməz isə der, qızım, 
Vərqaya verməzəm, işbudur sözüm... (1, 160) 
 
Ümumiyyətlə, burada adı çəkilən şir süd anlamında işlədilmiş-
dir,  «şiri  madər»    isə  ana  südü  deməkdir.  Deməli,  burada  işlənən 
«şirbəha» sözü ana südünün haqqı mənasındadır. Təsadüfi deyildir 
ki, qız evinin oğlan evindən aldığı başlıq məhz süd pulu, süd haqqı 
kimi  də  xalq  arasında  işlənir.  Etnoqrafik  müşahidələr  göstərir  ki, 
Goranboy  bölgəsində  «Qız  evinə  verilən  «süd  pulu»nun  miqdarını 
oğlan evi müəyyən edir.» (52, 164) 
Başlıq  pulunun  orta  əsrlərdə  xəzərlərdə  də  olması  mənbələrin 
məlumatlarıyla  təsdiqlənir.  Əbu  Məhəmməd  Əhməd  ibn  Əsəm  əl 
Kufinin  «Kitab  əl  fütuh»  əsərində  qeyd  edilir:  «Yəzid  ibn  Üseyd 
Xatunla (Xəzər xaqanının qızı – Ş.B.) evlənərək, qızına görə atasına 
100 min dirhəm verdi.» (63, 73) 
Qəribədir ki, başlıq müsəlman ölkələrinin böyük əksəriyyətində 
vardır.  Məsələn,  İraqda  olmuş  Q.Paşayev  buranın  toy  adətlərindən 
bəhs edərkən başlıq vermək adətinin olduğunu təsdiq edir. O qeyd 
edir  ki,  burada  «başlığa  kənd  yerlərində  «sıyaq»,  şəhər  yerlərində 
isə «müqəddəm» deyirlər.» (36, 117) Başlığın hansı dövrdən etiba-
rən  formalaşdığı  barədə  fikir  söyləmək  çətindir.  Lakin  bir  sıra  qə-
dim  xalqlarda  onun  izləri  sezilməkdədir.  Məsələn,  Kamçatkadakı 
itelmenlərin  yaşam  tərzini  müşahidə  etmiş  S.P.Kraşennikov  qeyd 
edir ki, nişanlı oğlan gələcək həyat yoldaşını gəlin gətirməzdən əv-
vəl  mütləq  qızın  yaxın  qohumları  üçün  müəyyən  müddət  işləməli 
idi.  Mikluxo-Maklayın  məlumatlarından  aydın  olur  ki,  papuaslarda 
nişanlı oğlan gəlin üçün müəyyən başlıq verməli idi. Başlıq əsasən 
cəmi bir neçə saxsı qabdan ibarət də olsa, mütləq  təqdim olunmalı 
idi. Çünki bu başlıq olmadan qızı aparmaq qeyri-mümkün idi. (43, 
143)  S.Hacıyeva  göstərir  ki,  başlıq  tabasaranlılarda,  azərbaycan-
lılarda və saxurlarda da «el pulu» adlanırdı (51, 180). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə