296
Sana nəsyətdi bu sözüm, nənə.
Qonağın könlünü xoş gəldin söyər (68, 424).
Burada “söyər”, yəni “sevər” mənasında verilmişdir. Dastandan
göründüyü kimi, qonağı qarşılarkən ilk növbədə ona gülər üzlə “xoş
gəldin” deməklə könlünü oxşamaq olar, çünki “xoş gəldin” sözünə
təbəssümlü bir cavab hər şeyə dəyər. Dastanlarımızda bütün insan-
larla bərabər, müxtəlif xalqlara da hörmət hissi aşılamaq tərənnüm
edilir.
Şifahi xalq ədəbiyyatı nümunələrindən olan əfsanələrdə də qo-
naqpərvərlik adəti öz təcəssümünü tapmışdır. Məsələn, “Bülbül
nəğməsi” əfsanəsində qonaqpərvərlik belə təsvir olunur: “Bir axşam
onların qapısını bir qoca döydü, bircə gecə yatmağa, dincəlməyə bir
bucaq istədi. Qardaşlar qocanı hörmətlə qarşıladılar. Evin ən yaxşı
döşəyini onun altına saldılar, ən yaxşı mütəkkəni onun dirsəyinin al-
tına qoydular, ən yumşaq yastığı onun başının altına rahatladılar.
Çörəyin, xörəyin, çayın ən dadlısını, tamlısını onun süfrəsinə düz-
dülər (66, 39). Göründüyü kimi, evin ən yaxşı neməti qonağa ve-
rilir. Hər kəs qonağı naminə istənilən cəfaya və fədakarlığa hazır
olduğunu nümayiş etdirir.
“Xacə Nəsirəddin Tusi ilə bostançı” rəvayətində Nəsirəddin Tu-
sinin yoldan ötərkən bir bostançı ilə söhbətindən bəhs edilir. N.Tusi
bostandakı qarpızların keyfiyyətini kəsilməzdən əvvəl xəbər verən
qocanın bu qabiliyyətini yoxlamaq məqsədilə xeyli qarpız kəsib nuş
edir. O, bostançının qarpızların keyfiyyətini yüksək dəqiqliklə
müəyyənləşdirdiyindən təəccüblənir və xarab etdiyi qarpızlar
müqabilində qocaya pul təklif edir. Lakin qoca onu öz qonağı kimi
qəbul etdiyindən heç bir vəchlə pul götürmür (66, 94).
Nəsillərdən-nəsillərə keçib, əsrlərin sərhədini aşan müdrik
atalar sözlərində qonaq və ona hörmət barədə belə deyilir:
Qonaq bərəkət gətirər.
Qonaq sevənin süfrəsi boş olmaz.
Qonaq süfrənin yaraşığıdır.
297
Qonaq evin gülüdür.
Qonağa da qurban olum, gəldiyi yollara da.
Qonağın ruzisu özündən qabaq gələr.
Qonaqsız ev - susuz dəyirman.
Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən (69, 91-92).
Xalqımız arasında qonağa olan münasibət inam və etiqadlarda
da özünəməxsus şəkildə əks olunmuşdur. Məsələn,
İki nəfər baş-başa verərsə, deyərlər evə qonaq gələcək.
Gözləri yol çəkən adamın evinə qonaq gələr, deyərlər.
Guya başından bir tük ayrılıb üzünə düşsə, deyərlər
qonağın gəlir.
Səfərə gedənin dalınca su atarlar, deyərlər qoy aydınlıq
olsun (66, 3-5).
Qonaqpərvərlik inanclarda da öz əksini tapıb. Belə ki, “Elimizin
sınanmış inanclarına yaxşı bələd olan nənələrimiz xəmirə bulaşmış
əllərinə baxaraq onun çırtladığını görəndə, tez əl-ayağa düşər, ay
qız, ay gəlin, hazırlaşın, evə qonaq gələcək”,- deyərdilər. Qonağın
gələcəyini qapı ağzında ayaqqabının ayaqqabı üstünə düşməsi də sı-
nanmışdı ellərimizdə. Bir də görürdün ki, söhbət əsnasında deyər-
dilər: -vay, sağ gözüm səyriyir” və ya sevinir, deməli, qonağımız
gələcək” (70, 55). Yozumlarda deyilir ki, «Yerə qaşıq düşəndə ar-
vad qonağı gələr». Pişik əl-üzünü yalayarsa, qonaq gələcəyinə
inanılır.
Qonağın hər bir evdə gözlənildiyi barədə misalları baya-
tılarımızda da izləmək mümkündür. Məsələn:
Əzizim, binə gəlsin,
Köç gəlsin, binə gəlsin.
Yar sevdiyim obadan
Gələn var, yenə gəlsin (71, 66).
298
Qonaqpərvərliyin xalqımız arasında müqəddəs bir adət olmasını
bir çox dəlillər sübut edir. Hətta təsviri incəsənət nümunələrində əks
olunan ziyafət məclisləri də qonaqpərvərliyin məişətimizdə tutduğu
mövqedən xəbər verir. Buna misal olaraq yalnız orta əsr rəsm
əsərlərinə diqqət yetirmək kifayətdir (72).
Xalq mahnılarında də qonaq arzuolunan şəxsdir. Məsələn:
”Azərbaycan maralı”nda deyilir:
Mən qurbanam gözlərə,
Şirin-şirin sözlərə,
Bir qonaq gəl bizlərə,
Azərbaycan maralı (66, 442).
“Əmim oğlu”:
Gedin deyin xoruza, əmim oğlu,
Göydə aydır Firuzə, əmim oğlu,
Bu gecə banlamasın, əmim oğlu,
Qonaq gələcək bizə, əmim oğlu (66, 448).
“Sevgili yar”:
Sevgili yarım, qaşların alıb canımı neylim,
Aşiq olmuşam sənə mən, düşübdür sənə meylim.
Ağ buxaqda xalın görüb heyranın ollam,
Gəl məni qonaq eylə, gözəl, mehmanın olam (66, 451).
İstəkanı noxudu, haxışta,
Evdə qonaq çoxudu, haxışta.
Qonaqların içində, haxışta,
Bircə qardaş yoxudu, haxışta (66, 110).
Qədim el havalarında da (“Qonağam sizə”, “Evlərinin altı qa-
ya”, “Qaragöz”) qonaqdan söz açılır (73, 107, 121, 128). Xalq ara-
299
sında qonaqlıqla bağlı məzəli əhvalatlar da yayılmışdır. Hətta bəzən
qonaqla bağlı yer adlarına da təsadüf edilir. Belə ki, Azərbaycanın
Quba bölgəsində Qonaqkənd adlı şəhər tipli qəsəbə vardır.
Qonaqlıqla bağlı təbii ki, xoşagəlməz məqamlar da yox de-
yildir. Lakin folklorda buna nadir hallarda təsadüf edilir və yalnız
üzlü qonaqlara aiddir. Məsələn, “Avara qonaq ev yiyəsini də avara
qoyar; Qonaq bu il burdadır, gələn il də sərasər; Qonağa get
deməzlər, altından palazı çəkərlər (66, 156-167).
Tomirislə bağlı belə bir rəvayət vardır: “...onlar üçün (massa-
getlər nəzərdə tutulur -Ş.B.) çoxlu mal kəsilsin, bizim düşərgədə
qonaqlıq düzəldilsin, süfrəyə yeməkdən başqa bolluca çaxır və hər
cür xuruş qoyulsun. Bütün bu işlər görüldükdən sonra mənim məs-
ləhətim budur ki, düşərgədə qoşunun işə yaramayan bir hissəsi sax-
lanılsın və qalanları çayın qırağına qaytarılsın. Əgər mən öz zən-
nimdə yanılmıramsa, düşmən bu qədər neməti görüncə özünü onun
üstünə atacaq, biz də böyük şücaət göstərib ad qazanacağıq” (66,
89). Bu tarixi rəvayətdə qonaqlıq süfrəsinə dəvət etdiyi adamlara
qarşı İran hökmdarı Kirin mənfur hərəkəti təsvir edilmişdir. Torpaq-
larını genişləndirmək niyyəti ilə Tomirislə nikah sevdası baş tutma-
dığını görən Kir onun oğlunu qonaq dəvət edir, qonaqlar yeyib-içib
sərxoş olduqdan sonra hücum edib onları öldürür. Nəticə etibarilə
Tomiris Kiri məğlub etsə də, “qonaqlıq” ona oğlunun həyatı baha-
sına başa gəlir.
Ev sahibi qonağın təhlükəsizliyinə, adətən, təminat verirdi. Be-
lə ki, ev sahibi qonağın bütün rahatlığı ilə bərabər, sağ-salamat yola
salınması, heç kəs tərəfindən ona xətər yetirilməməsi üçün cavab-
deh olurdu. Təsadüfi bir qonağın və ya hər hansı bir səyyahın müəy-
yən evdə mehman olduğu müddətdə, onun qayğısına qalmaq ev
yiyəsinin üzərinə düşürdü. Qonağın malının mühafizəsinə təminat
da buraya daxil idi. Qonaq evi tərk etdikdən, yəni yola salındıqdan
sonrakı vəziyyət ev sahibinin səlahiyyətindən kənar sayılırdı. Am-
ma qonağın evi tərk etdikdə müəyyən bir xahişi və ya arzusu olar-
dısa, təbii ki, onun istəyini yerinə yetirmək üçün ev sahibi əlindən
Dostları ilə paylaş: |