307
Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd nəsihət
verilir» (2, 557). İddət boşanan və ya dul qalmış qadının başqasına
gedə bilməyəcəyi zaman kəsiyi, yeni evliliyə qədər gözləməli oldu-
ğu müddətdir.
Talaqla bağlı məsələnin Quranda belə izah olunması qadına
münasibətlə əlaqəlidir. «Yaşa dolmaqla heyzdən kəsilmiş qadınları-
nızın gözləmə müddətinə şübhə etsəniz bilin ki, onların və həmçinin
çox gənc olduqları üçün hələ heyz görməmiş övrətlərinizin gözləmə
müddəti üç aydır bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə
bilərlər. Hamilə qadınların gözləmə müddəti isə bari həmlini yerə
qoyduqda başa çatır» (2, 557). Buradan aydın olur ki, qadın həm də
bir anadır, onu hamilə vaxtı tərk edib küçəyə atmaq olmaz. Əgər
boşanma üçün bir səbəb mövcuddursa, yenə də qadının mütləq
başqası ilə ailə qurub evlənəcəyinə imkan yaradılmış olur. Bu şərh-
lər o nəticəyə gəlməyimizə əsas verir ki, hər halda qadın tənhalığa
tərk edilməməlidir.
Müsəlman aləmində boşanma talaq vasitəsilə yalnız kişiyə
məxsus hüquq kimi gerçəkləşə bilərdi. Bunu kişinin bir kəlmə sözlə
bildirməsi belə yetərli olurdu ki, ailə təməli büdrəyərək yıxıla bilsin.
Bir şərtlə ki, bu sözləri o ayıq olduğu zaman, heç bir təsir altında
qalmadan özü istəyərək ciddi şəkildə söyləmiş olsun. Hirsli və
öfkəli zamanında insanlar hər cür hərəkətə yol verə bilirlər. Xüsu-
sən də, kişilər acıqlı anında məntiqli düşünmədən, soyuqqanlılığını
itirərək talağın verilməsi barədə söylədikləri əsas sayıla bilməz.
Çünki sonradan peşiman ola bilərlər. Bu onun iradəsinə hakim ol-
madığı anlarda verdiyi düşünülməmiş qərardır və boşanmağa səbə-
biyyət vermir. Qızlar evlənməzdən əvvəl öz fikirlərini bildirər və
tələb etdiyi mehri ala bilərlər. Onlar bəyənmədiyi adamı seçmədiyi-
ni açıq söyləyə bilərlər. Qadına əl qaldırmış və ya şiddətli xəstəliklə
əlaqədar ağlı yerində olmayan kişinin, həmçinin dili ilə söyləmə-
mişsə, işarətlə bildirməklə boşaması məqbul sayılmır.
Heç bir kimsə
ərin izni olmadan onun yerinə arvadını boşamaq hökmünə sahib
deyildir. Boşanmanın gerçəkləşməsində qadının da müəyyən rolu
vardır. Belə ki, o öz son sözünü söyləyə bilər, ər evini tərk edib
308
atası evinə getməyə də bilər. Bundan əlavə əgər ərin ailəsini saxlaya
bilmək iqtidarı yoxdursa, qadın boşanma tələbi irəli sürə bilər.
Evlənən zaman qıza verilən mehriyyə onun həyatında təbii haqq
kimi qəbul edilir. Bunu o ürəyi istədiyi kimi xərcləyə bilər. Kişi
qadınına qarşı xoşrəftar olmalı, yaxşı davranmalıdır.
Ailəsindən uzun zaman ayrı qalan kişinin, xəbər vermədən gecə
evə gəlməsi doğru sayılmamışdır. Qadının ailə məsələlərində seçmə
haqqının olduğu bir sıra İslamı araşdıranlar tərəfindən söylənilmiş-
dir. Çünki İslam dininin təməl qaynaqlarından olan ilahi vəhylərdə,
Qurani-Kərim və hədislərdə onların belə bir haqqının olmadığına
dair heç bir dəlil yoxdur.
Ayrılıq iki cür ola bilərdi. Birinci halda kişi boşanmasını
söyləsə də, yenidən qadınına dönə bilərdi. Bu halda da o, yenidən
mehr ödəyirdi. Bir evliliyin sonlanması anlamına gələn talaq, onsuz
da bir anlaşılmazlıq nəticəsində meydana gəlir. İkinci halda isə
qadını həmişəlik olaraq tərk edib əlaqəsini tamamilə kəsirdi. «İran
Azərbaycanında iki cür boşanma (talaq) vardır: bidət və sünnət.
Bidət talaq növü çox az hallarda baş verir. Lakin sünnət talağı
hakim mövqeyə malikdir. Bu talaq növünün də iki forması vardır:
bain talaq və rici talaq» (9, 20).
İslam qayda-qanunlarını əsas götürən osmanlılarda boşanma
haqqında araşdırmalarda maraqlı məqamlar mövcuddur. Məsələn,
evliliyi sonlandırmağı istəyən kişi deyil qadın olardısa, onun üçün
də qismən olmaqla birlikdə İslam hüququna görə bəzi imkanlar
tapılırdı. Buna görə qadın əgər istərsə, nikah əqdi əsnasında boşan-
ma haqqını əlində saxlamağı şərt olaraq önə sürə bilərdi. Bununla
bərabər, qadın, bəzi hallarda bilavasitə məhkəməyə müraciət edərək
evliliyi qurtara bilərdi. Fəqət məhkəmənin hansı vəziyyətlərdə ayrı-
lıq qərarı verəcəyinə dair məzhəblər arasında ciddi fikir ayrılıqları
olduğundan,
bəzən eyni mövzuda, eyni
cəmiyyətdə yaşayan insanlar
arasında fərqli hökmlər verilirdi. Ancaq xüsusən Bursada Hənəfi
məzhəbinə görə məhkəmənin boşanma qərarı verə bilməsi üçün
ərdə xəstəlik və qüsur olması, yemə-içmə, geyim və saxlama kimi
əsas ehtiyaclarını ödəyə bilməməsi, ərin evini uzun müddət tərk