303
Səfərdən gələnlərlə görüşmək bir adətdir,
İnsanlıqda bu özü ədalət, nəzakətdir (74, 32).
Göründüyü kimi, mehmanpərvərlik xoş bir duyğu kimi
tərənnüm edilir.
I Şah Abbas Buxara hökmdarı Vəli Nadir Məhəmməd xanı
qəbul edir. (1650-ci il)
Xalqımızın mənəvi mədəniyyəti tarixində mühüm yer tutan
Azərbaycan qonaqpərvərliyi əsrlərin keşməkeşindən zəmanəmizə
qədər gəlib çatmış, qorunub saxlanmışdır. Milli iftixarımız olan bu
adət bütün dünyada bizə şərəf gətirmişdir. Qonaqpərvərlik Azər-
baycan xalqının fədakar, cəfakeş olduğunu bir daha bariz şəkildə
təsdiq edir. Qonağa müstəsna diqqət və tükənməz qayğı, sədaqət və
inam sağlam mənəvi-əxlaqi tərbiyəni özündə əks etdirir. Yüksək
mənəviyyata sahib olan azərbaycanlı üstün keyfiyyətlərə malik
olmaqla hörmət etməyi, ehtiram göstərməyi, qayğıkeşliyi və
sədaqəti ilə xalqını ucaldır, ona yüksək nüfuz qazandırır. İnanırıq ki,
304
sağlam təməl üzərində boya-başa çatan gələcək nəsillərimiz də
onlara ulularımızdan ərməğan qalan bu adəti layiqincə davam
etdirəcəklər. Biz də öz növbəmizdə xalqımızın yüksək dəyərlərini
öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Arxeoloji və etno-
qrafik tədqiqatlar nəticəsində əldə edilərək hazırda müzeylərimizi
bəzəyən müxtəlif çeşidli zəngin maddi-mədəniyyət nümunələri, kim
bilir, bir vaxtlar neçə-neçə qonağın xidmətində olmuşdur…
305
TALAQ
Ailə birliyinin qorunması bütün dövrlərdə Azərbaycan cəmiy-
yətinin ən mühüm vəzifəsi hesab olunmuşdur. Ailənin üzərinə dü-
şən məsulliyyət həddindən artıq ağır və çətindir. Bu müəyyən qədər
indi də davam etməkdədir. Evlənənlər arasında bir-birinə bağlılığın
bir ömür boyu davam etməsi hər zaman arzu edilirdi. Lakin buna
baxmayaraq, ən nadir hallarda hətta orta əsrlərdə də boşanma ger-
çəkləşə bilərdi. İslama görə ailə birliyi qorunması vacib olan da-
yaqdır, fəqət müstəsna hallarda vəziyyətə uyğun olaraq boşanmaya
yol verilməsi mümkün sayılırdı. Lakin elimizin adətinə görə ərlə
arvad arasında olan mübahisəli məsələlər böyüklərin müdaxiləsilə
öz yoluna qoyulurdu. Ailədəki ixtilafları ər-arvad həll edə bilmədik-
də, onda bu, ailə böyükləri və ağsaqqallar vasitəsilə həll edilməli
idi. İstər ağsaqqallar, istərsə də ağbirçəklər öz həyat təcrübələrinə
istinad edərək evlilərə məsləhətlər verər, ailənin möhkəmlənməsin-
də müəyyən zamana ehtiyacları olduqlarını başa salar və öyüd-
nəsihətlərini edərdilər. Lakin elə məqamlar ola bilərdi ki, həm ər,
həm də arvad bərabər yaşamağı istəmədikdə şəriət qaydaları ilə
necə kəbinə daxil olublarsa, eləcə də boşana bilərdilər. Lakin ailə
daxilində baş verən anlaşılmazlıqlar, ədalətsizlik evliliyi mənasız
hala gətirib imkansız hala sürükləyəndə yetişən vəziyyət ayrılığı
labüb edirdi.
Orta əsrlərdə ailə münasibətlərində Qurani-Kərimdən gələn
mühüm mülahizələr əsas götürülürdü. Quranda deyilir ki, «Əgər
onların (ərlə-arvadın) arasında ayrılıq yaranmasından qorxsanız,
onda kişinin adamlarından bir nəfər və qadının adamlarından bir
nəfər münsif (təyin edib onların yanına) göndərin. Əgər (bu iki
vasitəçi ərlə-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi
olar…» (2, «Nisa» surəsi, ayə 35). Beləliklə də, Allah-Təala ilk
olaraq ağsaqqalların və ağbirçəklərin məsələni yoluna qoymasını
tövsiyə edir. Bundan sonra bütün səylər boşa çıxarsa, İslam dini son
çarə kimi boşanmanı məqbul hesab edir. Nikah şəriət əsasında
306
bağlandığı kimi eləcə də din adamı tərəfindən də əlaqənin pozulma-
sı nəticəsində həll oluna bilər.
Dini əsaslarda talaq məsələsinə münasibət müəyyən qədər öz
əksini tapmışdır. Belə ki, «Boşadığınız, lakin gözləmə müddətləri
sona yetməmiş qadınları imkanınız çatdığı qədər öz yaşadığınız
yerdə sakin edin. Bu qadınları sıxışdırmaq evdən çıxıb getməyə
məcbur etmək məqsədilə onlara zərər, əziyyət verməyə cəhd göstər-
məyin. Əgər onlar hamilədirlərsə, bari-həmlini yerə qoyana qədər
xərclərini verin. Həmin qadınlar gözləmə müddətləri qurtarandan
sonra sizin üçün uşaq əmizdirirlərsə, onların süd haqqını verin,
çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər. Öz
aranızda yaxşılıqla şəriətə müvafiq şəkildə sazişə gəlin. Əgər bu
məsələdə çətinliyə düşsəniz, bir-birinizlə razılığa gələ bilməsəniz
uşağı başqa bir qadın əmizdirə bilər. Varlı-karlı olan öz varına görə
süd haqqı versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin.
Allah heç kəsi özünün ona verdiyindən artıq xərcləməyə məcbur
etməz. Allah hər bir çətinlikdən sonra asanlıq, yoxsulluqdan sonra
dövlət əta edər» (2, 558). Göründüyü kimi, şəriətə müvafiq şəkildə
davranmaq əsas sayılmışdır. Şəriət qanunları özündə müəyyən
olunmuş normaları cəmləşdirmişdir.
Qurani-Kərimdə talaqla bağlı irəli sürülən fikir belə şərh
olunur: «Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində
heyzdən pak olduqdan sonra boşayın. Gözləmə müddətini iddəti
sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları açıq-aşkar bir pis iş,
zina etməyənə qədər – gözləmə müddəti qurtarmamış yaşadıqları
evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu Allahın
hüdudlarıdır, hökmləridir. Allahın müəyyən etdiyi hüdudları aşan
kimsə, özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bun-
dan sonra bir iş icad etsin, ərin ürəyinə yenidən zövcəsinin məhəb-
bətini salsın və onlar barışsınlar. Bu qadınların gözləmə müddəti
başa çatdıqda barışmaq istəsəniz onları yaxşılıqla öz yanınızda,
kəbininiz altında saxlayın, yaxud yaxşılıqla mehrlərini verib yola
salın. Sonradan aranızda ixtilaf olmasın deyə içərinizdən iki ədalətli
şahid tutun. Siz də ey şahidlər! Allah üçün doğru şahidlik edin!
Dostları ilə paylaş: |