300
gələni əsirgəməz və lazım gələrsə, qonağını müəyyən yerədək ötür-
məyi və ya lazımi yerə aparmağı özünə borc bilərdi.
Qonaqpərvərlik bəşər tarixinin müxtəlif dövrlərində eyni dərə-
cədə əhəmiyyət kəsb etmişdir. İstər qədim dövrlərdə, istərsə də
müasir dövrümüzdə qonağa hörmət edilməsinin zəruriliyi Azər-
baycan üçün səciyyəvi xarakter daşımışdır. Qonağa hörmət uzun
əsrlər boyu hər bir ailənin, hər bir evin borcu sayılmışdır, qonaq isə
müqəddəs, toxunulmaz bir şəxs hesab olunmuşdur. Heç şübhəsiz ki,
bir sıra adətlər kimi, qonaqpərvərlik adəti də bəşəriyyətin inkişaf
prosesi ilə əlaqədar olaraq bir sıra dəyişikliklərə məruz qalmışdır.
Qədim el adəti olan qonaqpərvərlik geniş yayılmış, uzunömür-
lü, xalqımızın müəyyən ənənələrini özündə ehtiva edən və onları bu
günümüzədək qoruyub saxlayan bir mərasimdir.
Məlum olduğu kimi, zaman-zaman qonaqpərvərlik ənənələri
inkişaf edərək, nəsildən-nəsilə ötürülmüş və daha da təkmilləş-
mişdir. Toylarda, bayramlarda və digər şənliklərdə kədəri unutdu-
rub, əhalini sevincə ruhlandırmaq məhz qonaqpərvərliyə xas olan
cəhətlərdir. Qonaqpərvərlik müasir dövrün xüsusiyyətlərinə daha
çox uyğunlaşdırılmış və yeni keyfiyyət dəyişikliklərinə məruz qal-
mışdır. Əsrlər boyu yalnız bir münasibət dəyişməz qalmışdır ki, o
da qonağa böyük hörmətdir. Ev sahibi bu yolda bütün imkanların-
dan istifadə edir. Qonaqları təbiətin füsunkar güşələri ilə tanış
etmək, onları mənzərəli yerlərə gəzməyə aparmaq da ev sahibinin
başını uca edən xüsusiyyətlərdəndir.
Qonaqpərvərlik ictimai həyatımızda, məişətimizdə, münasibət-
lərimizdə mənəvi keyfiyyətlərin hərtərəfli ifadəsinə xidmət edir. Cə-
miyyətin tərəqqisinə yönəldilmiş bir adət kimi mədəniyyətlərin
yaxınlaşmasına və çulğalaşmasına gətirib çıxarır. Əmin-amanlığa
çağıran bu adətlə xalqlar arasında yaranan ünsiyyət və təmas müsbət
nəticələr verir.
Azərbaycanda icra olunan qonaqpərvərlik adəti bir çox xalqlar
üçün örnək ola bilər. Bu adət hər bir dövrdə və təbii ki, hər bir cə-
miyyətdə xalqın zövqünü, həyat təcrübəsini və əxlaqını nümayiş et-
dirir, zəngin mənəvi keyfiyyətlərinin bariz nümunəsi kimi ön plana
301
çıxır, insanlar arasında həssas münasibətlərin təzahürü kimi forma-
laşır. İnsanların həyatındakı özünəməxsus əlamətlər rəngarəngliyi
ilə seçilən keyfiyyətlərlə yanaşı, onların dünyagörüşünə, təfəkkür
tərzinə, o cümlədən qonaqpərvərliyə də sirayət edir.
Bütun bunlar xalq yazıçısı Mehdi Hüseynin “Bir ay və bir gün”
əsərində öz əksini tapmışdır. Yazıçı Türkiyə səfərinin xatirəsi kimi
qələmə aldığı əsərində qürbət eldə həmyerlimiz və türk ailəsi tərə-
findən necə mehribanlıqla qarşılandığından böyük həvəslə söhbət
açır. M.Hüseyn yazır: “Bazar günüdür. Hamı dincəlir. Tofiq (Türki-
yədəki keçmiş sovet səfirliyinin mədəniyyət attaşesi T.Qədirov) -
“Səfirimizin şəxsi qonağı olsan da mənim ixtiyarımdasan, - dedi.
Çayı bizdə içəcəyik...” Bu andan sonra mənim üçün ləzzət, Tofiqin
ailəsi üçün isə əziyyət başlandı. Düz 22 gün. Bu müddətdə gülər üz-
dən, həmvətənlərimə xas nəvaziş və qayğıkeşlikdən qeyri bir şey
görmədim”. Burada qonaqpərvərlik insanların mənəvi hissləri və sə-
mimi duyğularının, eyni zamanda qaynar həyatının bariz nümunəsi
kimi təqdim olunur. Yazıçı qonaq olduğu türk ailəsi haqqında da
xoş sözlər söyləmişdir. M.Hüseyn qeyd edir ki, türk professoru Kə-
nan Akyüzün evinə qonaq dəvət olunarkən onlara hədiyyə gətirdiyi
valı (“Koroğlu” operasından Bülbülün ifasında ariya) təqdim edir.
Onlar Bülbülün səsini eşidib çox məmnun olurlar. Müəllif türklərin
qonaqpərvərliyindən bəhs edir, bu əsnada onların söhbətləri barədə
məlumat verir.
Qonaqpərvərliklə bütöv nəsillər tərbiyələnmişdir. Əsrlər boyu
maddi sərvətlərimiz dağıntıya məruz qalsa belə, bir sıra mənəvi sər-
vətlərimiz, o cümlədən qonaqpərvərlik adəti qorunub saxlanılmış və
nəsillərdən-nəsillərə ötürülmüşdür. Qonaqpərvərlik vasitəsilə xalqın
mənəvi keyfiyyətləri ön plana çıxmış olur. Bu adətin əhəmiyyəti də
bundadır. Göründüyü kimi, məhz bu cəhətlərinə görə Azərbaycan
qonaqpərvərliyi yazarlar tərəfindən yekdilliklə təqdir edilir. Azər-
baycanın xalq yaradıcılıq nümunələrində, şair və yazıçıların əsərlə-
rində istər-istəməz qonaqpərvərlik haqqında söhbət açılması onun
xalqın məişətində necə mühüm yer tutduğunu sübut edir. Xalqımı-
302
zın mənəvi dəyərləri sırasında qonaqpərvərliyin önəmli yeri danıl-
mazdır.
Azərbaycan xalqının mənəvi sərvəti olan qonaqpərvərlik adə-
tində zəngin ənənələrimiz, xalqın məişət tərzi öz təcəssümünü tapır
və mövcud olduğu dövrün səciyyəvi xüsusiyyətlərini əks etdirir.
Humanist mahiyyətli Azərbaycan qonaqpərvərliyi öz əhəmiyyətini
və təsir qüvvəsini bu gün də itirməmişdir.
Qonaqpərvərlik yalnız evə gələni qarşılayıb-yola salmaqla bit-
mir. Xəstəni yoluxmaq məqsədilə kiməsə qonaq getmək olar. Həcc
ziyarətindən qayıdıb gələnlərə baş çəkib qonağı olmaq da bir adət
halını almışdır. Xüsusən də Ramazan, Qurban və Novruz bayram-
larında və toy mərasimindən sonra qonaq getmək və dəvət etmək,
əsrlərdən bəri elimizin-obamızın məişət normasına çevrilmişdir.
İnsanlar düşüncəsinə, yaşam tərzinə və dünyagörüşünə görə bir-
birindən fərqlənirlər. Hər kəsin özünəməxsus daxili aləmi, adət və
vərdişləri vardır. Buna baxmayaraq, qonaqpərvərlik zamanı bütün
bu fərqlər sanki yox olub gedir. Çünki söhbət məhz ümumi və
mübahisə doğurmayacaq mövzunu əhatə edir, burada insanlar nə isə
öyrənir, əlavə məlumat toplayır və maraq dairəsi daha da genişlənir.
Bu da qonaqpərvərliyin ünsiyyət vasitəsi olduğunu göstərir.
Qonaqpərvərlik xalqın həyat tərzi ilə dərin köklərlə bağlıdır.
Təsadüfi deyil ki, hələ qədimlərdən ev tikiləndə, icmanın müxtəlif
işlərində, eyni zamanda toy məclislərində insanlar bir-birinə qonaq
getməyi, yardım təklif etməyi özlərinə borc bilmişlər. Hətta ev inşa
edildikdən sonra da el-obanı qonaq dəvət etmək bir qayda olmuş-
dur. Azərbaycan şairi Kişvəri (XV əsrin sonu-XVI əsrin əvvəli)
bunu belə qələmə almışdır:
Ev bina eylab, əcəbdir elni mehman eylaman (26, 350).
Azərbaycanda indiyədək qorunub saxlanılan adətlərdən biri də
səfərdən qayıdanlara qonaq getməkdir, onlara baş çəkib görüşləri və
təəssüratlarını bölüşmək, hal-əhval tutmaqdır. Bu barədə Məsud ibn
Nəmdar yazır:
Dostları ilə paylaş: |