291
Müasir dövrümüzdə qonaqlıq süfrəsinə təqdim olunan yeməklər
daha fərqlidir. Buraya müxtəlif növ salatlar daxildir. Bu yemək növ-
lərindən sonra toyuq soyutması və ya qızartması, yaxud yarpaq dol-
ması, dovğa və nəhayət, balıq kababı və s. də təqdim olunur. Qo-
naqlar üçün açılan süfrənin müxtəlif çeşidli yeməklərlə bəzədilməsi
qonaqlara hörmətlə yanaşı, həmçinin Azərbaycan mətbəxinin
zəngin yemək növlərinə malik olduğunu da sübuta yetirir.
Azərbaycan süfrəsində qonaqlara verilən yeməklər çoxçeşidli,
zəngin və rəngarəngdir. Yeməklər bəzən etnoqrafik zonalar üzrə
fərqlənir. Lakin bir məqam aydındır ki, bütün zonalarda ən çox təq-
dim olunan yemək plovdur və onun özünün də müxtəlif çeşidləri
vardır. Belə ki, plov süfrəyə ləvəngi, fisincan, çığırtma, səbzi qo-
vurma və s. ilə birgə təqdim edilir. Plovla bərabər kabab da mühüm
yer tutur. Qonaqlıq süfrəsinə qurudlu xəngəl, balıq qızartması, ba-
dımcan və yarpaq dolması, düşbərə, qutab və bu kimi onlarla milli
yemək növlərini də təqdim etmək mümkündür.
Şərq dünyasında, xüsusən də müsəlman aləmində, bir qayda
olaraq, qonağa böyük ehtiram göstərilməsi nəsihətinə əməl edil-
mişdir. Bu, Məhəmməd peyğəmbərin qonağa münasibətə dair kə-
lamlarında da öz əksini tapmışdır. Peyğəmbərimiz buyurur: “Qo-
nağa hörmət edəndə qeyri-səmimiliyə yol verməyi qadağan edi-
rəm”. Birisi ziyarət etmək üçün sizə gəlirsə, ona ehtiram göstərin.
Bir icmanın başçısı sizə gəldimi, onu ehtiramla qarşılayın. “Şübhə
yoxdur ki, adamın öz qonağını qapıya qədər ötürməsi ən vacib şərt-
lərdən biridir”. Göründüyü kimi, qonağa ehtiram etmək Məhəmməd
peyğəmbər tərəfindən də tövsiyə olunurdu. Peyğəmbərin məşhur
kəlamlarından birində buyurur ki, üç duanın qəbul olunacağına şüb-
hə yoxdur: məzlumun duası, qonağın duası və ata-anasın övladına
etdiyi dua (60, 103; 120-121).
Azərbaycan xalqının real həyat tərzinin mühüm cəhətlərini
özündə əks etdirən şifahi xalq yaradıcılığı incilərində,
tarixi salnamə
olan dastanlarımızda, nağıllarımızda, əfsanələrimizdə, aşıq yaradı-
cılığı nümunələrində, atalar sözlərində, bayatılarımızda qonaq və
ona münasibət haqqında geniş məlumat verilir. Qonağa hörmət
292
edilməsi şifahi xalq yaradıcılığından kənarda qala bilməzdi. Bir
neçə nümunə ilə fikrimizi sübuta yetirək.
“Kitabi-Dədə Qorqud” dastanında deyilir ki, qonağı gəlməyən
qara evlər yıxılsa hey”. Bu o deməkdir ki, əgər bir evə qonaq təşrif
buyurmursa, deməli, o ev, ev deyil və yıxılması qalmasından vacib-
dir. Bu, qonağın hər bir evdə necə böyük ehtiram sahibi olmasına
dəlalət edir. Elə həmin dastanda ən yaxşı qadın evin dirəyi hesab
olunur ki, onu da bu cür dəyərləndirirlər: “Ozan, evin dayağı oldur
ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol
onu yedirər, içirər, ağırlar, əzizlər, göndərər” (62, 12-14). Ümumiy-
yətlə, el arasında təkcə qadınlar deyil, bütün insanlar qiymətlən-
diriləndə ilk növbədə onun qonağa münasibəti, səxavəti əsas meyar
kimi götürülür və xalq arasında da məhz belə adamlar
böyük hörmət
və nüfuz sahibi olurlar.
Dastanda xanlar xanı xan Bayandırın ildə bir kərə toy edib
Oğuz bəylərini qonaqlaması barədə də bəhs olunur (62, 16). Farüq
Sümərin də İbn Fədlanın verdiyi məlumata əsaslanaraq oğuzların
doğrucul, namuslu və qonaqpərvər olduğunu söyləməsi dastandan
bəlli olan bu fikri bir daha təsdiqləyir (64, 69). Burada XIII əsrin
görkəmli Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin səxavət haq-
qında yazdığını xatırlatmaq yerinə düşür: O yazır: “Səxavət ona de-
yilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqsə, elə də
yerinə yetirilsin və sona qədər bu cürə də davam etdirilsin. Səxavət
elə bir növdür ki, onun da özünə daxil olan bir çox növləri vardır...
lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci - kə-
rəm, ikinci - əliaçıqlıq, üçüncü - əfv, dördüncü - mürüvvət, beşinci
- xeyirhaqlıq, altıncı - yardım, yeddinci - pay, səkkizinci – üzüyum-
şaqlıq” (63, 86-87). Deməli, “Elm aləminin şahı” adlandırılan
Nəsirəddin Tusi haqlı olaraq səxavətin özündə də müəyyən
xüsusiyyətlərin birləşdiyini vurğulayır.
Tədqiqatçı Ə.H.Həşimov bu barədə yazır: “İnsanpərvərlik hissi
Azərbaycan xalqının süfrəsini də ürəyi kimi açıq və geniş etmişdir.
Nağıllarımız içərisində eləsini tapmaq olmaz ki, orada zəhmət
adamı “qonaq istəyirsənmi? - sualına : -”gözüm üstə yerin var!” -